M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   2   3   4   5   6   7   8   9   ...   32


 
Təbii  komponentlərin  tədricən  sıradan  çıxması  torpaqda,  daha  sonra  isə 
digər komponentlərdə meliorativ tədbirlərin aparılmasını zəruriləşdirdi. 
Elmin  sonrakı  inkişafı  hər  bir  komponentin  qorunması  və  bərpası 
istiqamətində  tədbirlər  sistemi  hazırlayan  sahələrinin  yaranmasına  səbəb  oldu. 
Nəticədə  meliorativ  meteorologiya,  meliorativ  hidrologiya,  meliorativ 
hidrogeologiya,  meşə  meliorasiyası,  meliorativ  landşaftşünaslıq  kimi  meliorativ 
coğrafiyanın sahələri yarandı. 
İnsanların  təbiətdən  səmərəsiz  istifadəsi  və  onlarda  yaratdığı  təzadları 
aradan qaldırmaq istiqamətində düzgün və yüksək səviyyədə meliorativ tədbirlərin 
aparılması dövrümüzün aktual problemlərindən birinə çevrilmışdır. Ona görə də bu 
sahədə yazılmış hər bir əsər əhəmiyyətli sayılmalı, səmərəli təklifləri isə sənaye və 
kənd təsərrüfatının müxtəlif sahələrinə tətbiq olunmalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 I Fəsil  
 
I.1 Meliorativ coğrafiyanın yaranması və inkiĢafı zərurəti

 
Tarixən  cəmiyyətdə  gedən  iqtisadi  inkişaf  insanların  əhatə  olunduqları 
təbii  komponentlərdən  istifadə  etməklə  dövründən  asılı  olaraq  müxtəlif  dərəcədə 
mənzərəsinin  dəyişməsinə  səbəb  olmuşdurlar.  Ehtiyaclarını  ödəmək  baxımından 
insanların təbiətə plansız və düşünülmədən intensiv təsiri bu gün bəşəriyyəti həlli 
çox  çətin  olan  ekoloji  problem  qarşısında  qoymuşdur.  Ona  görə  də  iqtisadi 
inkişafın  yaratdığı  ekoloji  tarazlıq  pozulması  tədqiqi  dövrümüzün  aktual 
problemlərindən  birinə  çevrilmiş  və  meliorativ  tədbirlərin  aparılması  zərurəti 
qarşıya çıxmışdır. Keçən əsrin ikinci yarısından elmi-texniki inkişafın sürəti təbiətə 
təsiri  artırmaqla  onun  bərpa  imkanlarının  azalması  kimi  şərait  formalaşdırmışdır. 
Bu hal təbii komponentlərdən istifadə edilərək ekoloji amillərin nəzərə alınmaması 
yaxın  gələcəkdə  ağır  böhranlı  amilləri  yaşamağımıza  səbəb  olar,  aparılacaq 
meliorativ tədbirlər isə nəticəsiz qala bilər. 
XX əsrin ortalarından başlayaraq bəşəriyyəti çirkli sənaye sahələri təşvişə 
salan əsas problemə çevrildi. 
Bizi  əhatə  edən  təbii  komponentlərin  çirklənməsində  əsas  amillərdən  biri 
dünya  miqyasında  istifadə  olunan  yanacaqdır.  Dövlətlərin,  xüsusilə  İEÖ-in 
yanacağa  tələbatının  son  illərdə  on  dəfələrlə  artması  ekoloji  tarazlığın 
pozulmasının  əsasını  qoyan  səbəblərdən  biri  sayılır.  Hazırda  dünya  dövlətləri 
tərəfindən  ən  çox  istifadə  olunan  neft-qaz  yanacağıdır.  Yanma  ərəfəsində 
oksigendən  istifadə  olunma,  xüsusilə  onların  yanmasından  yaranan  tullantılar 
tədricən təbiətin bəlasına çevrilir. BMT-nin hesablamalarına görə il ərzində hər bir 
ton  yanacağın  yanmasına  ondan  2  dəfə  çox  oksigen  sərf  olunur.  İstehsal  prosesi 
ərəfəsində  yanmaya  istifadə  olunan  oksigen  isə  50  milyarddan  çox  adamın 
tənəffüsünə kifayət edər. Daha sadə misalla fikrimizi ifadə etsək 100km yol gedən 
avtomobil bir nəfərin bir ildə tənəffüsə istifadə etdiyi qədər oksigen istifadə edir. 



 
Dünyada mövcud və ildə istehsal olunan avtomobillərin sayını nəzərə alsaq  iqlim 
meliorasiyanın  aparılmasının  nə  dərəcədə  əhəmiyyətə  malik  olmasını  təsəvvür 
etmək çətin deyil. 
Vulkan  püskürmələrindən  xlorun,  sənaye  müəssisələri  tərəfindən  ildə  10 
milyard tona qədər tozun, bir o qədər də karbon qazının daxil olması insanlara üç 
dəqiqədən  artıq  yaşaya  bilmədikləri  atmosferin  çirklənməsi  və  çirklənməyə  qarşı 
mühafizə  istiqamətində  fundamental  işlərin  aparılma  zərurətinə  ciddi 
xəbərdarlıqdır. 
Atmosferdə  atom  silahlarının  sınaqdan  çıxarılması  nəticəsində  radioaktiv 
maddələrin  80%-nin torpağa  çökməsi, 19%-nin stratosferə,  1%-nin isə troposferə 
qarışması canlı orqanizmlər üçün mühüm təhlükə təşkil edən mənbələrdir. 
M.Salmanova  (1993)  görə  ABŞ-da  avtomobillər  hər  il  atmosferə  100 
milyard  tondan  artıq  karbon  qazı  ixrac  edir.  Digər  inkişaf  etmiş  dövlətlər  də  bu 
sahədə ABŞ-dan geri qalmır. Nəzərə alsaq ki, dövlətlərin əksəriyyətində avtomobil 
sənayesi bu və ya digər səviyyədə inkişaf etmişdir, onda atmosferin avtomobillərin 
ixrac etdiyi qazlarla çirklənmə həddini təsəvvür etmək çətin olmaz. 
Yer  və  kosmik  mənşəli  aerozolların  da  atmosferin  çirklənməsində 
müəyyən rolu vardır. His və tüstü xassəli aerozollar sağlamlıq üçün daha təhlükəli 
xarakter daşıyır. 
Təbii  komponentlərin  əsas  tərkib  hissələrindən  biri  olan  hidrosferdə  də 
çirklənmə baxımdan vəziyyət qənaətbəxş deyil. 
İstər dünya okeanı, istərsə də şirin su hövzələri onları əhatə edən mühitlə 
sıx  əlaqədar  olduğundan  güclü  çirklənməyə  məruz  qalan  təbii  sərvətlərə 
çevrilməkdədirlər. 
Sutka  ərzində  hər  bir  insan  orta  hesabla  2l  suyu  qida  kimi  istifadə  edir. 
Sənaye və kənd təsərrüfatında sudan istifadə həddi daha böyük rəqəm təşkil edir. 
Belə  ki,  1t  sement  istehsalına  5000l,  1t  polad  istehsalına  2500l  su  sərf  olunur. 
Bundan dəfələrlə artıq şirin su kənd təsərrüfatı bitkilərinin becərilməsində istifadə 
olunur. Misal olaraq vegetasiya müddətində 1 hektar sahədə kələmin becərilməsinə 
8000, düyünün 20000 ton şirin su sərf edilməsini misal göstərmək olar. 



 
Təəsüflə  qeyd  etmək  lazımdır  ki,  əvəzsiz  olan  təbiətin  bu  neməti  də 
çirklənməyə  məruz  qalmaqla  tədricən  “Ölü  su”  sahələrinə  çevrilməkdədir.  Atom 
sənayesindən  yaranan  radioaktiv  tullantıların  dünya  okeanı  sularına  qarışması 
insanları  gələcəkdə  bir  sıra  ərzaq  məhsullarından  məhrum  olma  təhlükəsi 
qarşısında qoyur. 
Dəniz  və  okean  dayazlıqlarında  neft  istehsalı  suların  əsas  çirklənmə 
mənbələrindən  biri  hesab  olunur.  Misal  olaraq,  1972-ci  ildə  Florida  yarımadası 
yaxınlığında  okeana  axmış  neftin  oksigen  mübadiləsini  pozması  nəticəsində  15 
milyon  ton  balığın  tələf  olmasını  göstərmək  olar.  1967-ci  ildə  “Terrikanon” 
gəmisinin  Böyük  Britaniya  sahillərində  qəzaya  uğraması  nəticəsində  canlı 
orqanizmlərin  95%-nin  məhv  olması  da  bu  qəbildən  olan  misaldır.  2010-cu  ildə 
Meksika  körfəzindəki  neft  mədənlərindəki  qəza  çirkləndirmə  baxımından  heç  də 
qeyd olunanlardan geri qalmır.  
Hal-hazırda  Şimali  Amerikada  Böyük  Göl,  Avropada    Cenevrə,  İtaliyada 
mövcud  göllərin  əksəriyyəti  Rusiyada  Baykal  sürətlə  çirklənməyə  məruz  qalan 
göllərdir.  1902-ci  ildə  Pirallahı  adasında,  1921-ci  ildə  Bibi-Heybət  körfəzinin 
qurudulması yolu ilə, 1949-cu ildə “Neft daşlarında” intensiv neft hasilatı Xəzərin 
də çirklənərək ekoloji baxımdan böhran keçirilməsi ilə nəticələnmişdir. 
Bu  gün  dünya  çaylarının  ekoloji  vəziyyəti  digər  su  hövzələrindən 
fərqlənmir.  Dunay  çayının  balıqlarından  insanların  zəhərlənməsini  misal 
gətirməklə, dünyanın ən iri çaylarını da bu tip çirklənmiş çaylara aid etmək olar. 
Ona görə də torpaqla yanaşı su hövzələrində də meliorasiyanın aparılması günün 
aktual problemlərindən biri sayılır. 
Çayların  çirklənməsi  bizim  respublikamızdan  da  yan  keçmir.  Daşkəsən 
mədən  tullantılarından  Qoşqarçayın,  Parağa  mədəninin  və  Ermənistanda  atom 
elektrik  stansiyasında  istifadə  olunan  radioaktiv  maddələrin  tullantılarından  Araz 
çayının  ,  Qafan  mədənlərində  Oxçuçayın  zəhərlənməsi  onları çirklənməyə  məruz 
qalmış  çaylar  sırasına  daxil  olmasına  səbəb  olmuşdur.  Bu  çayların  suyu  insan 
orqanizmi üçün xüsusi təhlükə kəsb edir. Hazırda Oxçuçay ölü çaya çevrilmişdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə