M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   2   3   4   5   6   7   8   9   ...   32

15 
 
relyefin,  fitomeliorasiya  ərazinin  bitki  örtüyünün  yaxşılaşması  və  dəyişməsi  ilə 
nəticələnir.  
Meliorativ tədbirlər təsnifatına görə sinif, növ, vid və növmüxtəlifliklərinə 
bölünür. 
Xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq edilməsinə görə meliorativ 
tədbirlər aşağıdakı kimi bölünür: 
1) Kənd təsərrüfatı meliorasiyası; 
2) Meşə təsərrüfatının meliorasiyası; 
3) Su təsərrüfatının meliorasiyası; 
4) Sağlamlıq və istirahət məqsədli meliorasiya; 
5) Şəhərsalma məqsədli meliorasiya; 
6) Nəqliyyat üçün meliorasiya
7) Çoxməqsədli meliorasiya. 
Sonuncu  meliorasiyaya  qurunun  müxtəlif  sahələrində  iri  meliorativ 
tədbirlər aid edilir. 
Kənd  təsərrüfatının  meliorasiyası  su,  qar,  torpaq,  iqlim,  fito  və 
zoomeliorasiya növlərinə bölünür. 
Göstərilən  meliorativ  tədbirlərin  hər  biri  təbii  mühitin  bu  və  ya  digər 
dərəcədə yaxşılaşmasına səbəb olur. 
Təbii  mühit  bütövlük  təşkil  etdiyindən  və  bir  –  biri  ilə  qarşılıqlı  əlaqədə 
olduğundan meliorasiyanın digər təsnifatı olan növ meliorasiyası nəinki iqlim, su, 
torpaq,  bitki,  heyvanat  aləmi  kimi  təbii  komponentlərin  dəyişməsinə  səbəb  olur, 
hətta o, digər komponentləri də mürəkkəb təsirlərə məruz qoyur. 
Meliorasiyanın  növləri  öz  növbəsində  vidlərə  bölünür.  Suvarma  və 
qurutma meliorasiyanın vidləri sayılır.  
Vidlər  daxilində  növmüxtəliflikləri  ayrılır.  Suvarmanın  müntəzəm, 
rütubətlə doyurma və vegetasion meliorasiya kimi növmüxtəliflikləri mövcuddur. 
 
 
 


16 
 
I.3. Kompleks təbii – meliorativ rayonlaĢdırma  
və xəritələĢdirmə 
Meliorativ  rayonlaşdırılma  meliorativ  tədbirlərin  aparılmasında  xüsusi 
əhəmiyyət kəsb edir. Təbii – meliorativ rayonlaşdırmada məqsəd ərazilərin hər biri 
üçün fərqli təbii meliorativ tədbirlərin hansının tətbiq olacağını müəyyən etməkdən 
ibarətdir.  Belə  olan  halda  deməli,  rayonlaşdırma  meliorativ  tədbirlərin  səmərəli 
həyata keçirilməsinə şərait yaradan yoldur. 
Təbii  meliorativ  tədbirləri  kompleks  həyata  keçirmək  üçün  aşağıdakıların 
öyrənilməsi vacib sayılır.  
Kənd  təsərrüfatı  üçün  əlverişsiz  hadisə  və  problemlərin  intensivliyinin 
müəyyən  edilməsinə  imkan  verən  torpaq-iqlim  şəraitinin  öyrənilməsi,  ərazinin 
quraqlıq dərəcəsini, tozlu qasırğaların xarakterini , şoranlaşmanı, bataqlıqlaşmanı, 
eroziyaya  uğrama  dərəcəsini  müəyyənləşdirməyə  imkan  verir  və  meliorasiyanın 
aparılma istiqamətini müəyyənləşdirir. 
Müxtəlif  olan  meliorativ  tədbirlərin  hansının  həyata  keçirilməsini 
müəyyənləşdirməyə imkan verən  hidroloji, hidromorfoloji, geomorfoloji şərait və 
onun, yəni meliorasiyanın həyata keçirmə üsullarını bilmək vacib sayılır. 
Təbii- meliorativ rayonlaşmanın əsas taksonomik vahidləri aşağıdakılardır:  
a) zona, b) əyalət, c) vilayət, d) rayon, e) sahə. 
Zonalar ayrılarkən kompleks – təbii şərait içərisində aparıcı faktor torpaq – 
iqlim şəraiti qəbul edilir. Torpaq – iqlim şəraitinin əsas faktor kimi qəbul edilməsi 
meliorasiyanın tətbiq həddi və növlərini zona üzrə müəyyən etməyə imkan verir. 
Əyalətlərin  ayrılmasında  iqlimlə  yanaşı  geoloji,  geomorfoloji,  hidroloji 
şərait  də  nəzərə  alınır  və  regional  meliorasiya  tədbirlər  məcmusunu 
müəyyənləşdirməyə imkan verir. 
Vilayətin  ayrılması  hidrogeoloji,  hidroloji  və  hidroqrafiya  şəraitinə 
əsaslanmaqla ayrılır. Bu əsaslanma meliorasiyanın əsas metodlarını vilayətlər üzrə 
təyin etmə imkanlarını yaradır. 


17 
 
Rayonlar  (meliorativ  rayonlar)  zonal  və  azonal  təbii  şərait,  həmçinin  xalq 
təsərrüfatının  tələbatı  nəzərə  alınaraq  ayrılır.  Rayon  meliorativ  ayrılma 
yaxşılaşdırmanın əsas növünü, xarakterini müəyyən etməyə imkan verir. 
Qeyd olunanları əsas götürməklə İ.P.Çalaya, A.M.Şulqin (1968) tərəfindən 
keçmış SSRİ-nin ilk təbii – meliorativ xəritəsi tərtib olunmuşdur. Kənd təsərrüfatı 
üçün  əlverişsiz  sayılan  quraqlıq,  eroziya,  şaxta,  şoranlıq  xəritələri  meliorativ 
rayonlaşdırma  xəritələrinin  tərtib  olunmasında  mühüm  rol  oynayırlar.  Tərtib 
olunmuş xəritədə təbii zonalara uyğun gələn 5-meliorativ zona ayrılır: meĢəmeĢə-
çölçölyarımsəhrasəhra. 
MeĢə  zonasının  meliorativ  tədbirlər  sisteminə  qurutma,  sutənzimləmə,  turş 
torpaqların əhənglənməsi, üzvü və qeyri üzvü kübrələrin verilməsi, sukeçirməyən 
gil  qatının  ləğv  edilməsi  üçün  dərin  şumlama,  qar  və  donmuş  torpaqlarda  istilik 
meliorasiyası aid edilir. 
MeĢə-çöl  zonasına  aid  olan  meliorativ  tədbirlər  sistemində  eroziyaya  qarşı 
aqrotexniki  tədbirlər  xüsusi  rol  oynayır.  Şoranlaşma,  suvarma  sahələrinin 
müəyyənləşdirilməsi,  drenajların  və  su  anbarlarının  yaradılması,  həmçinin  çay 
sularının axımının tənzimlənməsi də meşə-çöldə meliorativ tədbirlər kimi mühüm 
əhəmiyyət kəsb edir. 
Çöl  zonası  eroziya  və  deflyasiyaya  qarşı  meliorativ  tədbirlərin  aparılması 
daha  əhəmiyyətli  sayılır.  Bununla  yanaşı  tarlaqoruyucu  meşələrin  salınması,  qar 
meliorasiyası,  quraqlığa  qarşı  mübarizə  tədbirləri,  bəzi  sahələrin  müntəzəm 
suvarılması da məqsədəuyğun meliorativ tədbirlər kimi qəbul edilir. 
Yarımsəhra zonasında meliorativ tədbirlərə su meliorasiyası, su quyularının 
qazılması,  qumlu  və  qumsal  sahələrdə  fitomeliorasiya,  şoranlaşmaya  qarşı 
mübarizə meliorasiyası aid edilir. 
Səhra  zonası  isə  müntəzəm  suvarma,  təkrar  şoranlaşmaya  qarşı 
mübarizə(drenaj),  fitomeliorasiya,  qumların  bərkidilmə  meliorasiyalarına  ehtiyac 
duyur. 
      Rayonlaşmanın sonrakı mərhələsi orta və irimiqyaslı xəritələrin tərtib olunması 
və rayonlar üzrə daha kiçik taksonometrik bölgülərin aparılması ilə davam etdirilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə