M. C.Əliyev, F. A. Həsənli


I.2. Meliorasiyanın prinsipləri, tədqiqat



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   2   3   4   5   6   7   8   9   ...   32

12 
 
I.2. Meliorasiyanın prinsipləri, tədqiqat  
metodları və təsnifatı 
Torpaqların  meliorasiyası  haqqında  əsas  teoretik  fikirlər  Rusiyada  əsasən 
XIX əsrin sonunda V.İ.Voyeykov tərəfindən formalaşdırılmağa başlanmış, 1960-cı 
illərdən isə fiziki coğrafiyanın bir sahəsi kimi meydana çıxmışdır. O insanın təbiətə 
təsiri  tədqiqatı  işində  bu  coğrafi  problemlərin  müxtəlif  mürəkkəb  və  aktual 
sahələrinə  toxunmuş,  onun  həll  olunma  yollarını  göstərmişdir.  Pambıqçılığın 
inkişafında suvarma meliorasiyası, Polesiya, Vasyuqan kimi bataqlıqların qurutma, 
səhralarda 
isə 
meşə 
meliorasiyasının 
aparılmasının 
əsaslandırılması 
V.İ.Voyeykova məxsusdur. 
1910-cu ildə V.İ.Voyeykov çap etdirdiyi  “Təbii şərait və iqlimlə əlaqədar 
torpaqların yaxşılaşdırılması” məqaləsində MDB ölkələrinin müxtəlif rayonlarında 
torpaqların  yaxşılaşdırılması  istiqamətində  məsələlərə  aydınlıq  gətirmişdir.  O, 
yaxşılaşdırma anlayışında meşə, su, bitki, torpaq, iqlim komponentlərinə üstünlük 
vermişdir.  V.İ.Voyeykov  hər  bir  meliorativ  tədbirin  görülməsinin  nəticəsini 
insanların tələbatında görürdü. 
Bitki və su  (rütubət)  həm  insanların xeyrinə,  həm  də  ziyanına  olan şərait 
yaratmaqla  fərqlənirlər.  Belə  ki,  sıx  meşə  sahələrində  ifrat  rütubətlənmə, 
bataqlıqların yaranmasında, alaq otlarının əmələgəlməsində mühüm rol oynamaqla 
kənd  təsərrüfatına  yararsız  sahələrin  genişlənməsinə,  əkin  sahələrinin  isə 
azalmasına səbəb olur. Ona görə də meliorativ tədbirlər aparılan işlər elmi əsaslara 
söykənməli və inkişaf etdiriləcək təsərrüfat sahələrinin xarakter xüsusiyyəti nəzərə 
alınmalıdır.  V.İ.Voyeykov  qeyd  olunanları  nəzərə  almaqla  Rusiyanın  Avropa 
hissəsinin cənub-şərqini, Qərbi Sibiri, Orta Asiyanı və Qafqazı suvarmaya ehtiyacı 
olan  ərazilər  kimi  ayırır.    O,  ifrat  rütubətlənmə  rayonlarına  şimal  və  şimal-qərbi 
Rusiyanı  aid  etməklə  qurutma  meliorativ  tədbirlərin  görülməsi  sahələr  kimi 
qiymətləndirir. Lakin bu meliorativ tədbirlərin ancaq yaşayış məntəqələrinə yaxın 
ərazilərdə aparılmasını məqsədəuyğun sayır. 


13 
 
Hal–hazırda su-termik, hava və torpaqların yaxşılaşdırılması istiqamətində 
aparılan tədbirlər əsas meliorativ tədbirlər sayılır. Orta Asiya, Cənubi Ukrayna və 
Şimali Qafqazda suvarma aparılan sahələrdə drenaj, qumlu sahələrdə defilyasiyaya 
qarşı mübarizə tədbirlərinin görülməsi vacib sayılır. 
V.V.Dokuçayev  çöl  zonasında  quraqlığa  qarşı  mübarizə  tədbirlərini 
tarlaqoruyucu  meşə  zolaqlarının  salınmasında,  qumsal  sahələrin  meşəliklərə 
çevrilməsində, su hövzə və anbarlarının yaradılmasında görür. 
İstər  V.İ.Voyeykovun,  istərsə  Dokuçayevin  torpaqlarda  meliorativ 
tədbirlərə aid fikirləri əsasən 1920-ci illərdən sonra həyata keçirilməyə başlandı.  
Məşhur  meşəşünas  Q.F.Morozov  (1922)  meliorasiyanın  aparılmasında 
tətbiqi  coğrafiyaya  üstünlük  verməklə  onu  bəşəriyyətin  tələbi  istiqamətinə 
yönəltməyi məsləhət görmüşdür.  
XX  əsrin  50-70-ci  illərində  bir  sıra  elmi  ekspedisiyalar  nəticəsində 
tarlaqoruyucu  meşələrin  proyektləri,  suvarma,  qurutma  və  iqlim  meliorativ 
tədbirləri layihələndirilmişdir. 
Uzunmüddətli tədqiqatlar aşağıdakı nəticələrə gəlməyə əsas verir: 
1. Təbii hadisələrin dinamikliyi meliorativ tədbirlərin həyata keçirilməsini 
aparıcı faktora çevirir. 
2.  Təbii  komponentlərin  qarşılıqlı  əlaqə  və  təsiri  bir  komponentin 
dəyişməsinin  digərinin  dəyişməsinə  səbəb  olur  (bütövlük  qanunu).  Belə  ki, 
səhralarda  suvarma  istiqamətində  aparılan  təsərrüfat  işləri  torpaqların  təkrar 
şoranlaşmasına  səbəb  olduğundan kollektor-drenaj işlərini unutmaq  olmaz.  Şimal 
rayonlarında  isə  bir  dəfə  kübrələnmənin  aparılması  turşuluğun  torpaqlardan 
kənarlaşdıra bilinmədiyindən kübrə ilə yanaşı əhəngləmə işlərinin də aparılmasını 
tələb edir. 
3.  Kənd  təsərrüfatı  sahələrinin  düzgün  yerləşdirilməsi  meliorativ 
tədbirlərin görülməsini asanlaşdırır və daha effektli edir. 
4. Meliorativ tədbirlər kompleks şəkildə aparılmalıdır. 
5.  Fiziki-kimyəvi  və  mexaniki  meliorasiyanın  təsirinin  müəyyən 
müddətdən sonra itməsini nəzərə alaraq onu dövrü olaraq aparmaq lazımdır. 


14 
 
Yuyulma  rejiminə  malik  olan    torpaqlarda  tez-tez  əhəngləmə  işlərinin 
aparılmasını misal göstərmək olar. Meliorativ tədbirlərin birtərəfli aparılması çox 
vaxt  mənfi  təsirlə  nəticələnir.  Orta  Asiya  və  Kür  -  Araz  ovalığında  drenajsız 
suvarma  torpaqların  şoranlaşması  ilə  nəticələnir.  Ona  görə  də  bu  sahələrdə 
drenajsız  əkin  sahələrinin  yaradılması  məqsədəuyğun  sayılmır.  Qeyd  etmək 
lazımdır  ki,  drenajların  dərinliyinin  düzgün  müəyyən  edilməməsi  torpaqlarda 
rütubətin  arzu  olunduğundan  çox  çıxması,  nəticədə  ərazilərin  quraq  sahələrə 
çevrilməsinə səbəb olur. 
Yamaclarda  meşə  meliorasiyasının  düzgün  aparılmaması  sonda 
yarğanların yaranması ilə nəticələnir və s.  
Meliorativ  coğrafiyanın  əsas  vəzifələrindən  biri  də  tədqiqatın  metodunu 
müəyyənləşdirməkdən ibarətdir. 
Torpaqda  qida  maddələrinin  azlıq  etməsi  normal  suvarma  şəraitində  belə 
yüksək  məhsul  vermədiyindən  meliorativ  tədbirlərin  kübrələnmə  istiqamətində 
aparılması zəruri sayılır.  
Meliorativ  tədbirlərin  aparılmasında  təbii  şərait  kompleks  şəkildə  yox, 
aparıcı  faktor  nəzərə  alınmalıdır.  Yəni  o,  faktor  ki,  bitkilərin  inkişafında  daha 
mühüm rol oynayır. Başqa sözlə,  meliorativ tədbirlərə ekoloji yanaşmada obyektə 
daha yüksək təsirə malik olan amillərə üstünlük verilir.  
Suvarma  üsulu,  suvarmanın  vaxtı,  suyun  həcmi  bitkinin  növündən  asılı 
olaraq müəyyən edilməsi ekoloji yanaşma metoduna əsaslanaraq aparılır. 
Meliorativ  coğrafiyaya  sistemli  yanaşma,  ekoloji  duruma  bağlıdır. 
Sistemin  xarakter  cəhətləri  olan  bütövlük,  sistemin  vahidliyi,  mühitin  vahidliyi, 
şaquli  və  üfüqi  zonallıq,  informasiyanın  verilməsi  və  idarəolunma  məsələlərinə 
təbii meliorativ sistem cavab verir. 
Meliorasiyanın  həddini  müəyyən  etmək  üçün  təbii  prosesləri,  hadisələri, 
başqa sözlə, eroziya, quraqlıq, küləklər, iqlim, bitkilərin qışlaması, qar örtüyünün 
qalınlığının araşdırılması tələb olunur.  
Göstərilənlərin hər biri təbii komponentlərə bu və ya digər dərəcədə təsir 
edən amillərdir. Su meliorasiyası su resurslarının, torpaq meliorasiyası torpaqların, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə