M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

27 
 
BMT-  nın  məlumatına  görə hazırda  meliorasiya  tədbirləri  aparılmış  sahələr 
kənd təsərrüfatında istifadə olunan ərazilərin üçdə bir hissəsini təşkil etsə də kənd 
təsərrüfatı məhsullarının 20% - ə qədəri bu torpaqlardan götürülür. Su meliorativ 
tədbirlər  aparılan  ərazilər  Yer  kürəsi  əhalisinin  yarısına  qədərini  düyü  ilə  təmin 
edir.  
Asiya  qitəsi  ərazisinin  böyüklüyü,  quraq  ərazilərin  geniş  yayılması  və 
çoxsahəli  əkinçiliyin  inkişafı  ilə  əlaqədar  suvarılan  torpaqlar  ümumi  əkin 
sahələrinin  71%  -  ə  qədərini  təşkil  edir.  Qalan  29%  suvarılan  torpaq  sahələri  isə 
Yer kürəsinin digər ölkələrinin payına düşür. 
Son  dövrlərə  qədər  su  meliorasiyası  əsasən  tropik  ölkələrin,  həmçinin 
subtropik  qurşağın  səhra  və  yarımsəhralarında  aparılırdı.  Çünkü  bu  ərazilər  ildə 
iki-üç  dəfə  məhsul  götürməyə  imkan  verirdi.  Hazırda  isə  əhalinin  ərzaq 
məhsullarına  olan  ehtiyacı  nəzərə  alınmaqla  bütün  ölkələrin  mülayim  iqlim 
qurşagında su meliorasiyası sürətlə həyata keçirilir. 
Arid zonalarda bitkilərin su ilə təmin olunmasında yağışyağdıran texnikadan 
geniş  istifadə  olunur  (7  şəkil  1,2).  Bunlardan  bəziləri  hərəkətsiz,  digərləri  isə 
sahələrdə hərəkət etməklə su meliorativ tədbirləri həyata keçirmək imkanı verir. 
 
 
 


28 
 
 
 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


29 
 
II.2. TORPAQ MELĠORASĠYASI 
Ən  mühüm  coğrafi  komponentlərdən  biri  olan  torpaqlarda  meliorativ 
tədbirlərin  aparılması  dövrümüzün  ən  aktual  problemlərindən  birinə  çevrilmişdir. 
Bu  problemin  aradan  qaldırılması  torpaq  örtüyünün  qorunması,  yaxşılaşdırılması, 
tərkibcə zənginləşdirilməsi ilə yanaşı insanların gələcəkdə ərzaq məhsullarına olan 
tələbatın  ödənilməsində  kifayət  qədər  müsbət  rol  oynaya  bilər.  Bu  gün  torpaq 
ehtiyatları  keyfiyyət  və  kəmiyyət  baxımından  məhdud  komponentlər  sırasına 
daxildir.  Zaman  keçdikcə  bu  çatışmamazlıq  həm  təbii  hadisələrin,  həm  də 
antropogen qüvvələrin təsirindən daha qabarıq görsənməkdədir. Səmərəsiz istifadə 
ilə yanaşı şoranlaşma, eroziya, şəhərlərin böyüməsi və yeni yaşayış məntəqələrinin 
salınması,  sənaye  obyektlərinin  tikilməsi,  yolların  çəkilməsi,  nəhayət  hərbi 
poliqonların  və  yeni  silahların  sınaqdan  çıxarılması  üçün  yeni  –  yeni  sahələrin 
ayrılması  məhsuldar  torpaq  sahələrinin  sürətlə  azalmasına  səbəb  olur.  İnsanların 
səmərəsiz  istifadəsi  bir  sıra  hallarda  torpaqların  deqradasiyaya  uğraması  və 
səhralaşma  prosesinin  başlamasının  əsasını  qoyur.  İnsanların  düzgün  olmayan 
təsərrüfat  fəaliyyəti,  suvarmanın  drenajların  çəkilmədən  aparılması,  sahələrdə 
normadan  artıq  otarılma,  xüsusilə  arid  ərazilərdə  səhralaşma  prosesini 
sürətləndirməklə torpaqların məhsuldar qatdan məhrum olmasını gerçəkləşdirir. Bu 
xüsusiyyət respublikamızın arid zonaları olan Kür – Araz ovalığı, Samur – Dəvəçi 
ovalığı, Abşeron yarımadası və digər quraq ərazilərə olan xarakter cəhətdir.  
Deyilənlərdən  çıxarılan  nəticəyə  görə  torpaqların  keyfiyyət  baxımından 
yaxşılaşdırılması,  onların  təsərrüfatın  dövriyyəsinə  qaytarılması  üçün  meliorativ 
tədbirlərin aparılması məcburi xarakter daşımalıdır.  
Artıq məlumdur ki, fiziki coğrafiyanın yeni sahəsi olan meliorativ coğrafiya 
təbii  komponentlərdən  maksimum  səmərəli  istifadə  etmək  üçün  yararsız  və  az 
yararlı  olan  şəraitin  yaxşılaşdırma  istiqamətində  görülən  tədbirlər  sisteminin 
yaradılmasına  xidmət  edir.  Meliorasiyanın  əsas  əhəmiyyətlərindən  biri  də  onun 
təbii fəlakətlərin aradan qaldırılmasına xidmət etməsidir.  
Meliorasiyanın  obyektləri  –  torpaq,  iqlim,  su,  qaz  və  fitomeliorasiyadır. 
Torpaq meliorasiyası tətbiq sahəsinə görə şərti olaraq 3 qrupa bölünür:  


30 
 
1. Su  rejimi  əlverişli  olmayan  torpaqların  meliorasiyası. Bu  tip  meliorasiya 
su  rejimi  pozulmuş  bataqlıq,  həmçinin  rütubətlənmə  əmsalı  vahiddən  çox  aşağı 
olan,  kserofit  və  halofit  bitkilər  yayılmış  səhra  və  yarımsəhralara  məxsusdur.  Bu 
ərazilərdə  izafi  nəmliyə  malik  olan  sahələrdə  qurutma,  quraqlıq  sahələrdə  isə 
irriqasiya meliorativ tədbirlər həyata keçirilir. 
2. Fiziki - kimyəvi cəhətdən əlverişli olmayan torpaqların meliorasiyası. Bu 
xüsusiyyətə malik olan torpaqlar turş mühitli, şoran, şorakət, ağır gilli və s. xassəli 
torpaqlardır.  Aparılan  meliorativ  tədbirlər  torpaqların  duzlardan  yuyulması, 
turşluğun aradan qaldırılması və mexaniki tərkibin bitkilərin kök sisteminin normal 
inkişafı  üçün  yararlı  hala  salınması  ilə  nəticələnir.  Turş  torpaqlar  (pH
H2O 
7<) 
əhənglənməklə  ,  qələvi  torpaqlar  (pH
H2O
)  gipslənməklə  bitkilər  üçün  yararlı  hala 
salınır. 
3. Su və külək tərəfindən eroziyaya uğramış torpaqların meliorasiyası. Su ilə 
səthi yuyulmuş, dərələr əmələgəlmiş, sürüşmələr baş vermiş, küləyin qum təpələri 
yaratdığı ərazilərdə qeyd olunan meliorativ tədbirlər həyata keçirilir. 
Eroziyaya  qarşı  meliorativ  tədbirlərin  aparılmasına  meşə  zolaqlarının 
salınması,  dağlıq  ərazilərdə  yüksək  meyilliyə  malik  yamaclarda  terrasların 
salınması, çoxillik ot bitkilərinin əkilməsi və s. şamil edilir. 
Torpaqlarda  ilk  meliorativ  tədbirlərin  aparılmasının  bir neçə minillik tarixi 
vardır. Eramızdan üç min il əvvəl  Çin, Mesopotamiya, Misir ərazilərində torpaq 
meliorativ tədbirlərin aparılması haqqında təqzibedilməz məlumatlar vardır. Qədim 
əkinçilik  mədəniyyətinə  malik  bu  ölkələr  ərazilərində  irriqasiya  sistemləri 
yaratmaq  və  bataqlıqları  qurutmaqla  geniş  əraziləri  əkin  sahələrinə  çevirmişlər. 
Misirdə  isə  dünyada  ilk  dəfə  olaraq  Nil  çayı  ətrafında  formalaşmış  allüvial 
torpaqlardan  qeyri  münbit  torpaqları  zənginləşdirmək  məqsədilə  kübrə  kimi 
istifadə etmişdilər. 
Yer kürəsində arid və semiarid sahələrin geniş yayılması ilə əlaqədar olaraq 
suvarma istiqamətində əkinçilik daha böyük sahələri əhatə edir.  
Torpaqlarda  suvarma  istiqamətində  əkinçiliyin  inkişafı  onların  böyük  bir 
hissəsinin  şoranlaşmaya  məruz  qalması  ilə  nəticələnir.  Bu  isə  torpaqların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə