M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   2   3   4   5   6   7   8   9   10   ...   32

21 
 
axıdılır.  Tokio  körfəzi  “Ölü  dənizə”  çevrilməklə  minamata  (insanlar  kor  və  iflic 
olur) xəstəliyi yaranmışdır. İtaliyada 30 gölün 26-sı “ölü” gölə çevrilmiş, ABŞ-da 
Böyük  göllər  çirklənməklə  sıradan  çıxmaq  təhlükəsi  qarşısındadır  (Böyük  Göl), 
Dunay  çayından  tutulan  balıqlardan  insanlar  zəhərlənir.  Reyn  çayı  sənaye 
müəssisələrinin  tullantılarından  yararsız  hala  düşməkdədir,  Baykal  gölü  şirin 
suların  20%-ni  özündə  topladığı  halda,  xüsusilə  kağız  –  sellüloz  sənayesinin 
təsirindən çirklənməyə güclü məruz qalmış su hövzəsinə çevrilmişdir. Nəzərə alsaq 
ki,  təmiz  suya  1%-ə  qədər  çirkab  su  qarışarsa  bütün  balıqlar  məhv  olur,  onda 
çirklənmənin nə dərəcədə təhlükəli olmasını təsəvvür etmək çətin olmaz. 10 qram 
neft  800  litr  sudakı  canlıların  məhvinə  səbəb  olur,  1  ton  neft  1  milyon  ton  suyu 
zəhərləyir. İldə dünya okeanına isə müxtəlif səbəblərdən 15 milyon tona yaxın neft 
axıdılır.  Bunun  bir  hissəsi  təmizlənsə  də  okean  sularını  əvvəlki  vəziyyətə 
qaytarmaq  mümkün olmur. pH  – ın miqdarı azacıq artdıqda balıqların bədənində 
boşalma getməklə məhv olurlar.  
Yuxarıda  qeyd  olunanlar  dünya  okeanında  təcili  meliorativ  tədbirlərin 
aparılmasını  və  onun  daha  da  təkmilləşdirilməsinin  sürətləndirilməsini,  həmçinin 
su  hövzələrinin  mükəmməl  qorunmasının  günün  ən  aktual  problemlərdən  biri 
olduğunu göstərir. 
Torpaqlarda  su  meliorasiyası  ifrat  nəmlik  və  quraqlıqla  mübarizə  ən  vacib 
meliorativ  tədbirlər  sistemlərindən  biri  sayılır.  Su  meliorasiyası  torpaqda  təbii 
şəraitin dəyişməsində daha mühüm rol oynayır. Yer kürəsində yayılmış torpaqların 
50%-ə  qədəri  arid  və  semiarid  şəraitdə  formalaşmış  torpaqlardır.  Bu  şəraitdə 
formalaşan  torpaqlarda  rütubət  çatışmamazlığı  asanlıqla  hiss  olunur.  Avrasiya 
materikində  əkinə  yararlı  torpaqların  ¾-ü    lazımi  miqdarda  rütubətə  malik 
olmadığından bu ərazilərdə kənd təsərrüfatının əkinçilik istiqamətində inkişafında 
müəyyən problemlərin qarşıya çıxmasına və əlavə xərclərin sərf olunmasına səbəb 
olur.  Başqa  sözlə,  izafi  xərclər  hesabına  meliorativ  tədbirləri  həyata  keçirməklə 
torpaqların su – fiziki xassələri yaxşılaşdırılır. Lakin qeyd etmək lazımdır ki, yer 
kürəsinin hər yerində su meliorasiyasının aparılması asanlıqla başa gəlmir. Belə ki, 
Şimali Afrika, Orta Asiya səhralarında bu tədbirlərin həyata keçirilməsi daha çətin 


22 
 
problemdir.  Çünki,  ruslar  Sibir  çaylarının  müəyyən  hissəsində  suyun istiqamətini 
dəyişməyə icazə vermirlər. 
Su  axımı  həcminə  görə  Rusiya  dünyada  birinci  yeri  tutur.  Çayların  illik 
axımı yüksək olan ölkələrdə belə su ehtiyatlarının 70%-dən çoxu istifadə olunmur. 
Çünki,  çayların  əsas  hissəsi  yaşayış  məntəqələri  və  kənd  təsərrüfatına  yararlı 
sahələrdən uzaq keçməklə Sibirin, Kanadanın, Konqo, Amazon, İrəvadi, Mekonq, 
Amur və Şimal Buzlu okeana tökülən çayların əksəriyyəti yox dərəcəsində istifadə 
olunur.  Rusiya  çaylarının  əksəriyyəti  qardan  qidalanması  ilə  əlaqədar  yazda 
bolsulu olduğuna görə yay tədarükü görmək məqsədilə su anbarlarının tikilməsini 
tələb edir.  
Yer  kürəsinin  bir  sıra  arid  və  semiarid  sahələrindən  fərqli  olaraq  ifrat 
rütubətlənmə  sahələri  yaranmışdır.  Buna  misal  olaraq,  500-dən  artıq  qolu  olan, 
aşağı  axımda  80  km  enə,  7  mil  km
2
  hövzəyə,  5  mil  km2  ovalığa  malik  olan 
Amazon  çayının  hövzəsinə  aid  olan  Amazon  ovalığını  göstərmək  olar.  Bu 
sahələrdə  isə  yuxarıda  qeyd  olunanların  əksinə  olaraq  bataqlıqları  qurutmaq 
istiqamətində meliorativ tədbirlərin görülməsi tələb olunur. Bildiyimiz kimi, cənub 
bölgələrdə  fəal  temperaturun  cəmi  yüksək,  lakin  rütubət  çatışmamazlığı  olduğu 
halda, qütblərə doğru əksinə temperatur aşağı olmaqla buxarlanma zəif getdiyindən 
rütubətlənmə əmsalı böyükdür. Belə fərqlər eyni qurşaq daxilində müşahidə edilir.  
Mülayim  qurşaqda  müxtəlif  iqlim  tiplərinin  formalaşması  qeyd  olunan 
fərqlərin yaranma səbəbləridir. Ona görə də, əksər hallarda eyni qurşaq daxilində 
yayılmış torpaqlarda müxtəlif meliorativ tədbirlərin görülməsi tələb olunur. Başqa 
sözlə  eyni  qurşaq  daxilində  quraq  sahələrdə  irriqasiya  istiqaməti  üzrə,  bataqlıq 
ərazilərdə drenajlar yaratmaqla qurutma meliorativ tədbirlər aparmaq lazımdır. 
Torpaqlarda  su  meliorasiyasının  zəruriliyi  isə  əksinə  vegetasiya  dövründə 
yağıntıların  cüzi  düşməsindən  irəli  gəlir,  süni  nəmlik  yaratmaq  məqsədilə 
torpaqların suvarılması tələb olunur (Orta Asiya , Kür Araz və s.). Torpaqlarda su 
meliorasiya  işlərinin  görülməsi  üçün  A.N.Kostyakov  təbii  rütubətlənmə  şəraitinə 
görə MDB ölkələrini üç zonaya bölür: 
1) həddindən artıq rütubətli (ifrat), 


23 
 
2) qeyri stabil (dəyişgən), 
3) quraq. 
A.N.Kostyakova  görə  rütubətlənmə  1-2-dən  böyük  olarsa  bu  zona  ifrat 
rütubətlənmə  sahəsi  olmaqla  bitkiləri  hidrofildir,  vahidə  bərabər  olarsa  normal, 
bitkiləri  mezofildir;  0,8-dən  kiçik  olarsa  arid  zonadır,  bitkiləri  kserofit  və 
halofitdir. 
Q.Q.Selyaninov(1955) 
ərazinin 
rütubətlənmə 
şəraitini 
aydın 
səciyyələndirilməsi  və  su  meliorasiyasına  tələbatı  müəyyənləşdirmək  üçün 
hidrotermik əmsaldan (yağıntıların illik cəminin ∑t –un 10 °C olan nisbəti) istifadə 
etməyi təklif etmişdir. 
HTƏ (hidrotermik əmsal)= 




10
t
p
 
Selyaninova  görə  HTƏ-ın  qiyməti  1,5-dən  çox  olan  sahələr  ifrat 
rütubətlənmə  sahələridir.  Belə  sahələrdə  qurutma  istiqamətində  drenaj  işləri 
aparmaqla  torpaqların  su-fiziki  xassələrinin  yaxşılaşdırılması  tələb  olunur.  Əgər 
hidrotermik  əmsal  (HTƏ)  1-1,5  arasında  olarsa  meliorasiya  işlərinin  görülməsi 
tələb olunur. HTƏ 0,5-0,8 arasında müşahidə edilərsə quraqlığadavamlı bitkilərin 
əkilməsi;  0,5-dən  aşağı  olarsa  belə  ərazilərdə  torpağı  süni  nəmləmək  –  yəni 
suvarma işləri aparmaq lazımdır. 
N.N.İvanov  (1956)  illik  yağıntıların  buxarlanmaya  olan  nisbətinə 
əsaslanmaqla rütubətlənmə əmsalını müəyyən etmişdir. 
A

d
t
P
E
P



2
)
25
(
018
,
0
 
P  –  illik  yağıntının  miqdarı  (mm-lə),  E  –  illik  mümkün  buxarlanma,  t  – 
havanın orta aylıq temperaturudur, d – havada rütubət çatışmamazlığıdır (%-lə).  
D.İ.Şaşko  (1958)  illik  yağıntıların  havanın  rütubət  çatışmamazlığının  illik 
cəminə  olan  nisbətinə  əsaslanaraq  ərazinin  təbii  rütubətlənmə  şəraitini 
müəyyənləşdirməyi təklif etmişdir. 
d
M

=

d
P
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə