M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   2   3   4   5   6   7   8   9   ...   32


 
İntensiv  istifadə  olunan  sərvətlərdən  biri  olan  torpaqlar  bəşəriyyət  üçün 
həlledici  rol  oynayan  təbii  komponentlərdəndir.  Torpaq  sahələrindən  səmərəli 
istifadə olunmaması nəticəsində eroziya, təkrar şorlaşma, tikinti hesabına və başqa 
səbəblərdən  7  milyon  hektardan  çox  məhsuldar  torpaq  sahəsi  sıradan  çıxır.  Bu 
səbəbdən  əkinçilik  dövründən  bu  günədək  2  milyard  hektar  əkinə  yararlı  torpaq 
sahəsi təsərrüfatın dövriyyəsindən çıxmışdır. 
Müasir  dövrdə  torpaqların  çirklənərək  sıradan  çıxması  adi  hala 
çevrilmişdir.  Torpaqlar  istifadə  müddətində  mexaniki,  fiziki,  kimyəvi,  bioloji 
çirklənməyə  məruz  qalırlar.  Bu  çirklənmənin  hər  biri  öz  səviyyəsində  təhlükəli 
sayılır.  Lakin  sənaye  müəssisələrinin  istehsal  tullantıları  nəticəsində  torpaqları 
çirklənməyə məruz qoyan kimyəvi tullantılar daha təhlükəli sayılır. Uzun müddət 
pestisidlərdən  istifadə  torpaqlardan  onların  canlı  orqanizmlərə  keçməsinə  səbəb 
olmuş, müxtəlif xəstəliklərin yaranması ilə nəticələnmişdir. 
Göründüyü  kimi  6  milyarddan  yuxarı  olan  əhalinin  ərzaq  məhsullarına 
olan  tələbatını  ödəmək  üçün  bu  kifayət  qədər  böyük  olmadığına  görə  digər 
komponentlər  kimi  torpağın  da  mühafizəsi  edilməsinə,  mümkün  hallarda 
meliorativ    tədbirlər  aparmaqla  təsərrüfatın  dövriyyəsinə  qaytarılmasına  böyük 
ehtiyac vardır. 
Son  illərdə  təbiətin  mühafizəsi  istiqamətində  dünya  dövlətlərinin 
əksəriyyəti təbiəti mühafizə istiqamətində müəyyən işlər görmüş, bu sahədə əsərlər 
yazmışlar.  H.Ə.Əliyevin  (1982),  A.S.Əsgərovun  (1982),  M.Salmanovun  (1993), 
İ.B.Xəlilovun  (2004)  bu  istiqamətdə  yazdıqları  əsərlər  təbiətin  mühafizəsi 
istiqamətində  atılmış  addımlardır.  Bu  əsərlər  təbii  komponentlərdə    meliorativ 
tədbirlərin aparılması baxımından mühüm əhəmiyyətə malikdirlər. 
Ekoloji gərginlikdən meydana gəlmiş müxtəlif təzadları aradan qaldırmaq 
və  təbii  komponentləri  qorumaq  məqsədilə  meliorativ  tədbirlərin  aparılması  yerli 
təşkilatlarla yanaşı, təbiətin mühafizəsi istiqamətində bir çox beynəlxalq təşkilatlar 
–  YUNESKO,  FAO,  YUNEP,  TMBİ  fəaliyyət  göstərir.  Lakin  təbiətin 
çirklənməsində  insanlar  əsas  rol  oynadıqları  kimi,  onun  aradan  qaldırılmasında 
daha  mühüm  amilə  çevrilməsi  sıradan  çıxmış  və  çıxmaqda  olan  təbii 


10 
 
komponentləri  təsərrüfatın  dövriyyəsinə  qaytarmaq  üçün  aparılacaq  meliorativ 
tədbirlərin  həyata  keçirilməsini  dünya  miqyasında  problem  kimi  qarşıya 
qoymalıdırlar. 
Problemlərin  həll  olunması  meliorativ  coğrafiyanın  müxtəlif  sahələrinin 
yaranması  və  onun  inkişaf  etdirilməsi  zərurətini  yaradır.  Çünki  meliorativ 
coğrafiya  ekoloji  problemlərin  aradan  qaldırılması,  təbii  komponentləri 
yaxşılaşdırmaqla təsərrüfatın dövriyyəsinə qaytarılması yollarını müəyyən etməkdə 
insanları düzgün istiqamətləndirir. 
Bu baxımdan meliorativ coğrafiyanın ali təhsil ocaqlarında tədris edilməsi 
xüsusi əhəmiyyət kəsb edir. 
MDB  ölkələri  arasında  “Meliorativ  coğrafiya”  xüsusi  kurs  kimi  ilk  dəfə 
Rusiyada  tədris  olunmağa  başlanılmışdır.  1961-ci  ildə  tədris  olunmağa  başlamış 
kurs  1966-1968-ci  illərdə  Belorusiya,  Xarkov,  Odessa,  Saratov  universitetlərində 
mənimsənilməyə başlandı. 
Universitetlərdə  keçilmiş  mühazirələrə  əsasən  Rusiyada  1972-ci  ildə  ilk 
dəfə  olaraq  “Meliorativ  coğrafiya”  dərsliyi  işıq  üzü  gördü.  Dərslikdən  az  sonra 
yeni  materiallar  nəşr  olunmağa,  ekspedisiyaların  nəticələri  hesabat  şəklində 
meydana  çıxmağa  və  Minsk,  Xarkov,  Lvov  kimi  şəhərlərdə  meliorasiya 
istiqamətində simpoziumlar keçirilməyə başlandı. 
1980-ci  ildə  yeni  materiallar  və  məlumatlara  əsaslanmış  Rusiyada 
“Meliorativ coğrafiya” dərsliyinin ikinci nəşri başa çatdı. Təkrar nəşr dolğunluğu, 
metodik  göstərişlərinin  prinsipallığı  və  kompleks  meliorativ  tədbirlərin  aparılma 
istiqamətlərini müəyyənləşdirməsi ilə fərqlənirdi. 
Meliorasiya  latın  sözü  olub  -  yaxşılaşdırma,  yararlı  hala  salma  mənasını 
verir. Ümumiyyətlə meliorativ coğrafiya fiziki coğrafiyanın yeni sahələrindən biri 
olub,  təbii  komponentlərin  maksimum  istifadəsi  üçün  yararlı  olmayan  və  ya  az 
yararlı  olan  şəraitin  yaxşılaşdırılması  istiqamətində  görülən  kompleks  tədbirlər 
sistemidir. 
Meliorasiya  həmçinin  təbii  fəlakətlərin  nəticələrini  aradan  qaldırmağa 
imkan  verir.  İnsanlar  təbii  sərvətlərdən  istifadə  etməklə  onu  bu  və  ya  digər 


11 
 
dərəcədə  dəyişir.  Təbii  sərvətlərdən  kortəbii  istifadə  insanların  özlərini 
qarşısıalınmaz  təhlükə  qarşısında  qoyur.  Nəticədə  meliorativ  tədbirlərin  həyata 
keçirilməsi belə faydasız olur. Onsuz da torpaqların kifayət qədər hissəsi torpaq –
iqlim  şəraitindən,  relyefdən,  ifrat  rütubətlənmə    şəraitindən,  çoxillik  donuşluq 
şəraitinə malik olmasından və s.asılı olaraq təbii halda təsərrüfata tam yararlı halda 
deyildir.  İldə  baş  verən  quraqlıq  və  ifrat  yağıntı,  sürüşmələr,  qar  çovğunları, 
şaxtalar da nəzərə alınarsa meliorativ tədbirlərin həyata keçirilməsinin nə dərəcədə 
əhəmiyyətli olmasını aydın təsəvvür etmək çətin deyil. 
Meliorativ tədbirlərin aparılması qədim tarixə malik olub, bir neçə minillik 
tarixi  vardır.  Bu  tədbirlərin  qədim  əkinçilik  mədəniyyətinə  malik  olan  Çin, 
Mesopotamiya, Misir və Hindistanda eramızdan əvvəl 5-3-cü minilliklərdə həyata 
keçirilməsi haqqında dəqiqləşdirilmiş məlumatlar mövcuddur. Belə ki, əkinçiliyin 
inkişafı ilə əlaqədar olaraq bu ölkələr öz ərazilərində irriqasiya sistemləri yaratmış, 
bataqlıqları  qurutmaqla  geniş  əkin  sahələrinə    nail  olmuşlar.  İlk  dəfə  olaraq 
Misirdə  torpaqları  keyfiyyət  baxımından  yaxşılaşdırmaq  məqsədilə  Nil  çayı 
sahillərinin  allüvial  torpaqlarından  kübrə  kimi  istifadə  etmişlər.  Eramızdan  əvvəl 
4-2-ci  minilliyə  aid  meliorasiyaya  məxsus  suvarma  sistemləri  Orta  Asiya  və 
Zaqafqaziya ərazilərində də arxeoloqlar tərəfindən aşkar edilmişdir. 
Təbii  komponentlərin  meliorativ  tədbirlərin  aparılmasına  olan  ehtiyacı 
1972-ci ildə Rusiyada ilk dəfə olaraq “Meliorativ coğrafiya” əsərinin yazılması ilə 
nəticələndi.  
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə