M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

76 
 
Respublika  ərazisində  isə  bu  rəqəm  200  min  m
3
  təşkil  edir  (A.S.Sadıqov, 
İ.B.Xəlilova görə, 2004). Gəncə şəhərində yaranan 65 min m
3
 çirkab suyun ancaq 
30 min m
3
, Mingəçevir şəhərində yaranmış 50 min m
3
/gün çirkab suyun 18 min m
3
 
həcmində təmizlənərək hövzəyə axıdılır. 
Dünyanın ən lilli çaylarından biri sayılan Araz çayı da Kür çayı kimi güclü 
çirklənməyə məruz qalmış su hövzəsidir. Çay il ərzində Kürə 18 milyon ton asılı 
hissəciklər köçürür. Bu çay Ermənistan ərazisindən güclü  sürətdə sol qolları olan 
Arpaçay,  Zəngi  (Razdan),  Oxçuçay  vasitəsilə  çirklənir.  İl  müddətində  ancaq 
Oxçuçay  vasitəsilə  Araza  150  milyon  m
3
  Qafan  –  Qacaran  mis-molibden  
kombinatlarının  çirkab  suları  axıdılır.  Hazırda  Oxçuçayla  suvarılan  torpaqlar  da 
ermənilər tərəfindən zəhərlənmiş təbii komponentlərdən birinə çevrilmişdir. 
Daşkəsəndə  dağ – mədən sənayesinin tullantıları ilə Qoşqarçay, Balakəndə 
polimetal istehsalı ilə Filizçay güclü çirklənməyə məruz qalır.  
Xüsusi  əhəmiyyətə  malik  olan  5  dövlətə  məxsus  Xəzər  dənizinin  sürətlə 
çirklənməsi onun mühafizə edilməsi və meliorativ tədbirlərinin aparılmasını günün 
aktual  problemlərindən  birinə  çevirmişdir.  Dənizə  il  müddətində  12  milyard  m

çirkab su axıdılır. Axıdılan neft su səthini nazik pərdə şəklində örtərək atmosferlə 
su  mübadiləsini  pozur,  ağır  maddələr  isə  dibə  çökür,  bir  hissəsi  isə  sahil 
torpaqlarına  adsorbsiya  edir.  Belə  ki,  bir  ton  neft  5000  hektar  su  səthini  örtmə 
qabiliyyətinə malik olmaqla oksigenin azalmasına səbəb olur ki, bu da Xəzərin ən 
qiymətli  canlı  sərvəti  olan  nərə  balıqlarının  və  qara  kürünün  azalması  ilə 
nəticələnir. 
M.A.Müseyibova  (1998)  görə  1990-cı  ildə  Xəzər  dənizinə  4000  ton  neft 
məhsulları, 32000 ton fenol, 603 ton detergentlər, 25 ton ağır metallar, 13000 ton 
turşular axıdılmışdır.  Dənizin şərq sahil suları çirkli sular sinfinə aid olub burada 
neft məhsulları 2 – 8, fenol 3 – 9 dəfə normadan yüksəkdir. 
Xəzərin  neftlə  çirklənməsinin  26%-i  Volqa,  10%-i  isə  Bakının  neft  emal 
edən  zavodların  hesabına  gedir.  Meliorativ  tədbirlərin  aparılması  üçün  texnoloji 
proseslərin aparılması, beynəlxalq standartlara cavab verə biləcək avadanlıqlardan 


77 
 
istifadə  olunması,  su  səthində  olan  neftin  müxtəlif  tipli  gəmilər  vasitəsilə 
təmizlənməsi tələb olunur.  
Neftlə  çirklənmiş  sahələr  ekoloji  təhlükə  yaratdıqda  sahil  zonalarda  bu 
problem  daha  ucuz  başa  gələn  yanma  üsulundan  istifadə  olunur.  Yüksək 
texnologiyaya  məxsus  ölkələr  isə  bu  metoddan  demək  olar  ki,  istifadə  etmirlər, 
mikrobioloji  üsula  üstünlük  verirlər.  Yandırma  üsulu  ilə  meliorativ  tədbirlər 
aparmaq  üçün  benzinlə  doldurulmuş  konteynerləri  havadan  atmaq  yolundan 
istifadə edirlər. Bununla yanaşı yandırma üsulu ilə meliorativ tədbirlər lazer şüaları 
vasitəsilə də həyata keçirilir. Bu üsul nisbətən effektli sayılır. Neftin su səthindən 
yığılması  üçün  dünya  miqyasında  sınaqdan  çıxmış  jelatinləşdirici  reagentlərdən 
istifadə olunur. Bu kimyəvi maddə maye şəklində olan su səthində  neft təbəqəsini 
bərk hala salır və onun yığılmasını asanlaşdırır.  
Dənizə axıdılmış neftin ləğv edilməsi üçün geniş yayılmış metod (DTNL – 
Dənizə Tökülmüş Neftin Ləğvi) dispersləşdirmədir. 
Xəzər  dənizində  əsasən  “OM-6”  və  “Koreksit-9527”  dispergentlərindən 
istifadə olunur. 
“Britiş Petrolium” tərəfindən hazırlanmış   “Sinpernik OSD-20” dispergenti 
meliorasiyanın  aparılması  üçün  toksiklik    dərəcəsi  aşağı  olduğu  üçün  daha 
mükəmməl sayılır. Dispergent üsulunda məqsəd aktiv maddələrin təsirilə irihəcmli 
nefti suda yayılmasını təmin etməklə sonradan onun yığılmasıdır. 
Neftlə  yanaşı  kanalizasiya  sularının  da  Xəzərə  axıdılması  onun  sürətlə 
çirklənməsinə  səbəb  olur.  Şimaldan  tökülən  çayların  gətirdiyi  çirkab  suları  belə 
nəzərə  almasaq  Bakı  şəhərindən  kanalizasiya  vasitəsilə  gün  ərzində  400  min  m
3
 
təmizlənməmiş çirkab sular Bakı buxtasına axıdılır. 
Bütün bunlar respublika ərazisindəki  su hövzələrində meliorativ tədbirlərin 
aparılmasının nə dərəcədə  əhəmiyyət kəsb etməsini göstərir. 
Azərbaycan  torpaq  ehtiyatları  ilə  zəif  təmin  olunmuş  ölkələr  sırasına 
daxildir.  Ona  görə  də  sıradan  çıxmış  torpaqları  meliorativ  tədbirlər  həyata 
keçirməklə  onları  təsərrüfatın  dövriyyəsinə  qaytarmaq  əsas  vəzifələrimizdən  biri 
sayılmalıdır.  Torpaqlarımızın  təqribən  33%-i  kənd  təsərrüfatına  yararlı  sayılır. 


78 
 
Ərazimizin 16%-i şiddətli, 15%-i orta, 31%-i zəif eroziyaya məruz qalmış sahələrə 
çevrilib . İldə 1,5 milyon  hektar ərazidən torpaq qatı sel suları ilə yuyulur, meşələr 
sıradan  çıxır.  Bu  gün  təqribən  10%-i    meşə  qalmaqdadır,  120  min  hektar 
sahələrimiz    isə  şiddətli  dərəcədə  şoranlaşmışdır,    suvarma  şəraitində  istifadə 
olunan  torpaqların  83-%-dən  çoxu  meliorasiya  tədbirlərinin  görülməsinə  ehtiyac  
duyur. Abşeron sənaye rayonunda ildə tərkibində zəhərli maddələr olan 97 min ton 
bərk formada tullantı yaradır ki, bunun da 47 min tonu Sumqayıtın payına düşür. 
Bütün  bunlar  respublikamızda  bütün  təbii  komponentlərdə  meliorativ 
tədbirlərin aparılmasının  qaçılmaz olduğunu göstərir. 
 
III.2. Azərbaycanın iqlim-meliorasiya rayonlaĢdırılması 
Bütün  dünyada  olduğu  kimi  respublikamızda  da  iqlimin  müxtəlif 
ünsürlərinin,  onların  yaranmasının,  təsərrüfat  baxımından  rolunun  öyrənilməsi 
xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  baxımdan  iqlimin,  fəal  temperatur  miqdarının, 
rütubət  ehtiyatlarının  və  onun  bitkiləri  vegetasiya  ərəfəsində  təmin  etmə 
dərəcəsinin öyrənilməsi zəruri sayılan məsələlərdən biri sayılır. 
Dəniz  səviyyəsindən  2500  m  hündürlüyə  qədər  fəaliyyət  göstərən 
meteoroloji    stansiyalardan  əldə  olunmuş  məlumatlara  görə  respublikamızın 
ərazisinin  50%-dən  çoxunda    fəal  temperaturun  cəmi  3800-5000°  arasında 
tərəddüd  edir.  Dağlar  arası  depresiya  sayılan  Kür-Araz    ovalığında  hətta  qış 
aylarında  temperaturun  ümümi  fonunun  müsbət  olduğu  müəyyən  edilmişdir. 
Ovalıqda  il  ərzində  günəş  işığının    davamiyyəti  2200-2400  saat  təşkil  edir. 
Yüksəkliyə  doğru  bu  rəqəm  tədricən  azalaraq  yüksək  dağlıq  zonada  1900-2900 
saat  arasında dəyişir. Ovalıqda temperaturun 5°-ni  ötmə tarixi mart  ayının 20-dən 
sonraya təsadüf edir. 
800m hündürlükdə belə fəal temperatur cəminin 3000°-ə çatması doğrudan 
da respublikamızın zəngin termik ehtiyata malik olmasını göstərir. Naxçıvanda isə 
bu göstərici daha yüksək olmaqla fəal temperaturun illik cəmi 4700°-ə  çatır. Bu 
həmin ərazilərdən ildə iki, hətta üç dəfə məhsul götürülməsinin mümkün olmasını 
göstərir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə