M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

79 
 
Göründüyü  kimi zəngin isti ehtiyatlarına malik olan respublikamızın iqlim 
ehtiyatlarının öyrənilməsi ən azı kənd təsərrüfatının  və düzgün yerləşdirilməsində 
mühüm əhəmiyyətə malikdir. 
Respublikamızda  iqlim-meliorativ  tədbirlərinin  görülməsi,  həmçinin 
irriqasiya  sistemlərinin  yaradılması  yolu  ilə  müəyyən  çatışmamazlıqların  aradan 
qaldırılması  istiqamətində  aparılacaq  tədbirlərin  görülmə  zərurətini  yaradan 
səbəblərdən  biri  də  termik  və  rütubət  ehtiyatları  arasında  olan  qeyri 
mütənasiblikdir. Bu münasibət M.S.Həsənov (1999), Ə.C.Əyyubov, M.S.Həsənov, 
N.D.Uluxanlının (1999) elmi-tədqiqat işlərində də öz əksini tapmışdır. 
Yüksək  termik  ehtiyatlara  malik  olan  Abşeron  yarımadası,  Samur-Dəvəçi 
ovalığı,  Kür-Araz  ovalığına  il  müddətində  cəmi  100-350mm  yağıntı  düşür.  Bu 
xüsusiyyət  göstərilən  ərazilərdə  rütubət  çatışmamazlığını  aradan  qaldırmaq 
istiqamətində meliorativ tədbirin aparılmasını qaçılmaz edir. 
Arid  ərazilər respublikanın  kifayət  qədər  böyük  bir hissəsini  əhatə  edir. Bu 
ərazilərin  torpaqlarında  vegetasiya  müddətində  rütubət  çatışmamazlığı  aydın 
müşahidə  edilir.  Bu  çatışmamazlığı  aradan  qaldırmaq  məqsədilə  torpaqlarda  arat 
tətbiq  olunma  istiqamətində  meliorasiyanın  aparılması  tələb  olunur.  Qış  aratının 
aparılması torpaqlarda rütubətin iyun ayına qədər saxlanılmasına imkan verir. 
Mürəkkəb  iqlim  şəraitinə  malik  olan  respublikamızda  kənd  təsərrüfatının 
hərtərəfli inkişaf etdirilməsi üçün iqlim- meliorativ tədbirlərinin aparılması xüsusi 
əhəmiyyət  kəsb  edir.  Bu  baxımdan  Ə.C.Əyyubovun  (1968)  rayonlaşdırma 
istiqamətində apardığı elmi-tədqiqat işləri müstəsna əhəmiyyətə malikdir. 
Respublikamızda  iqlim  meliorasiyası  baxımından  rayonlaşdırma  kompleks 
meliorasiya aparmaq üçün informasiya xarakteri daşıyır. Rayonlaşdırma aqroiqlim 
və torpaq –fitoekoloji əsaslar üzərində qurulmaqla rayonların kənd təsərrüfatı üzrə 
ixtisaslaşmasını  xüsusilə  nəzərə  alır.  İqlim  –meliorasiya  rayonlaşdırılması  təbii 
rütubətlənmənin  və  isti  ilə  təminatın  çoxillik  məlumatlarına  əsaslanaraq 
aparılmışdır.  Respublikamızda    Ə.C.Əyyubov  (1968)  tərəfindən  iqlim  meliorativ 
tədbirlərin  həyata  keçirilməsi  baxımından  rayonlaşdırma  aşağıdakı  sistem  üzrə 
aparılmışdır. 


80 
 
İqlim  meliorasiya vilayətləri. 
İqlim  meliorasiya yarımvilayətləri. 
İqlim  meliorasiya rayonu. 
İqlim  meliorasiya yarımrayonu. 
Qeyd olunanlara əsaslanmaqla Azərbaycan Respublikasının ərazisi 5 vilayət, 
5 yarımvilayət,  33 rayon, 8 yarımrayona ayrılır. 
I.  Kür-Araz  vilayəti  –  vilayətin  sərhədi  rütubətlənmə  göstəricisinin  (Md) 
0,15-ə  bərabər  olan    izogiyetlə  (eyni  miqdarda  yağıntıya  malik  olan  nöqtələri 
birləşdirən xətt) müəyyənləşdirilib. Bu ərazilərdə yağıntı buxarlanmanın miqdarını 
ödəmir. Vilayət daxilində altı iqlim meliorasiya rayonu ayrılmışdır: 
1) Ovalıq, quru, isti orta kontinental Muğan Şirvan 
2) Düzən, quru isti Gəncə- Yevlax 
3) Düzən dağətəyi-təpəli yarımquraq isti Qərbi Kürboyu 
4) Düzən yarımquru, isti Mərkəzi Kür-Araz 
5) Düzən, yarımquru , isti Cənubi Muğan  
6) Düzən və dağətəyi-təpəli, yarımquru, isti Abşeron-Qobustan. 
Birinci  və  ikinci  rayonlar  rütubətlənmə  əmsalının  daha  aşağı  olması  ilə 
seçilir. 
II.  Böyük  Qafqaz  vilayəti  –  vilayəti  sərhəddi  təbii  rütubətlə  təminolma 
şəraiti və relyef xüsusiyyətləri nəzərə alınmaqla ayrılır. Vilayət daxilində 5 rayon 
ayrılır. 
1)  Dağətəyi-təpəli, quraq isti, orta kontinental Ceyrançöl-Qaraməryəm. 
2) Dağətəyi-təpəli, quraq, isti, orta kontinental Daşüz-Ağsu rayonu. 
3) Düzən-təpəli, yarımquraq, isti, orta kontinental Qanıx-İsmayıllı rayonu. 
4) Dağ-meşə, rütubətli, mülayim-kontinental Filizçay-Lahıc rayonu. 
5)  Yüksək-dağlıq,  alp,  rütubətli  soyuq  zəif  kontinental  Qüton-Babadağ 
rayonu. 
III. Kiçik Qafqaz vilayəti –Böyük Qafqazın cənub yamacları ilə müqayisədə 
quraq  olduğuna  görə  iqlim-meliorativ  tədbirlərə  daha  böyük  ehtiyac  hiss  olunur. 
Vilayətin şimal yamaclarında 3 rayon ayrılır: 


81 
 
1) Qazax-Xanlar; 2) Qəmərli –Zurnabaq; 3) Gədəbəy-Daşkəsən. 
Rütubət çatışmamazlığı kompleks meliorativ tədbirlərin həyata keçirilməsini 
tələb edir. 
Şərq yamac yarım vilayətində 3 rayon ayrılır: 
1)  Maili-düzən,  quraq,  orta  kontinental,  mülayim  Həsənqaya-Cuvarlı 
rayonu. 
2) Öndağ-təpəlik, quraq, mülayim kontinental Sərsəng-Harov rayonu. 
3)  Orta  dağlıq  yarımrütubətli  və  rütubətli  mülayim  kontinental  Kəlbəcər-
Şuşa rayonu. 
IV.  Naxçıvan    vilayəti-  vilayətdə  meliorativ  tədbirlərə  əsasən  quraqlıq  və 
kəskin kontinental iqlimə (şaxtalara) qarşı yönəldilməsi məqsədəuyğundur. Düzən 
hissələrdə bu tədbirlərin həyata keçirilməsi xüsusilə vacibdir. Vilayət 3 meliorativ 
rayona ayrılır. 
1) Düzən və təpəli quru, isti, orta kontinental Arazboyu rayon. 
Rayonun  yuxarı  sərhəddi  rütubətlənmə  göstəricisi  0,10  olduğu  xətt  qəbul 
edilmişdir. 
İqlim  suvarma  norması  1000mm-dir.  Tarlaqoruyucu  və  çəpər  mühafizəsi 
rütubət ehtiyatlarından səmərəli istifadəyə imkan yarada bilər. 
2)  Yarımquraq,  quraq,  mülayim,  kəskin  kontinental  Sədərək  –Ordubad  
rayonu. Birinci rayona nisbətən temperatur  və  rütubət arasındakı nisbət bir qədər 
əlverişli,  bitkiləri  donvurma  imkanları  isə  azdır.  İqlim  suvarma  norması  300-
650mm arasında tərəddüd edir. 
3)  Orta  və  qismən  yüksək-dağlıq,  yarımquru,  əsasən  mülayim  Gəmiqaya-
Xoşludağ  rayonu.  Vilayətdə  1700-2200m  arasındakı  hündürlüklərdəki  əraziləri 
əhatə edir. Şaxtaya davamlı bitkilərin becərilməsi yolu,  suvarma, fitomeliorasiya, 
terraslaşdırma,  qışda  qarsaxlama  kimi  meliorativ  tədbirlər  həyata  keçirmək  kimi 
meliorativ tədbirlərin görülməsi müəyyən əhəmiyyət kəsb edə bilər. 
V.  Talış  vilayəti  –  torpaq  –iqlim  şəraitinin  özünəməxsusluğu  ilə  fərqlənir. 
Vilayətdə  rütubətli  iqlim  şəraiti  hakimdir.  İsti  və  rütubətin  nisbətinə,  relyef  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə