M. Ə. MƏMMƏdov



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə22/81
tarix07.11.2018
ölçüsü1,57 Mb.
#77960
1   ...   18   19   20   21   22   23   24   25   ...   81

laşdırılması,  şəbəkə  informasiya  texnologiyalarının  tətbiqi 
əsasında kitabxana – informasiya xidmətinin daha da inkişaf 
etdirilm
əsi və  tətbiqi elmi tədqiqatların  intensivləşdirilməsi 
v
əzifələri öz hüquqi həllini  tapmışdır.  Deyilən normativ-
hüquqi  bazanın  yaradılması  respublika  kitabxanalarında  lo-
kal v
ə qlobal  şəbəkə-informasiya texnologiyalarının tətbiqi-
n
ə,  kitabxanalarımızın  geniş  dünya  məkanında  informasiya 
mübadil
əsinə və dünya informasiya sisteminə inteqrasiyasına 
sosial v
ə hüquqi şərait yaratmışdır.  
Şəbəkə kitabxana-informasiya texnologiyalarının tətbi-
qind
ə  superşəbəkənin və  kommunikasiya  qovşaqlarının  ya-
radılması əlverişli baza rolunu oynayır. Hazırda lokal, ərazi, 
korporativ, milli dövl
ət informasiya şəbəkələri yaradılmışdır. 
Bu  şəbəkələrin  qarşılıqlı  əlaqələri  superşəbəkə  vasitəsi ilə 
t
əmin edilir. Belə bir superşəbəkə hazırda İnternet adlanır.  
İnternet dünya miqyasında rabitə kanalları ilə əlaqələn-
dirilmiş müxtəlif kompyuter şəbəkələrinin və elektron infor-
masiya resurslarının kompleksidir. İnternet dünya məkanında 
yeni texnika v
ə  informasiya mühitidir,  müxtəlif  qurumların 
v
ə istifadəçilərin əməkdaşlıq vasitəsidir.  
İnternet texnologiyaları ilk dəfə ABŞ kitabxanalarında, 
XX 
əsrin 90-cı illərindən isə MDB məkanında tətbiq olunur. 
İlk növbədə Ukrayna,  Rusiya və Pribaltika ölkələrində pro-
vayderl
ər yaradılmışdır. Provayderlərin yaradılması fərdi və 
kollektiv istifad
əçilərin dünya informasiya məkanı  ilə  bir-
l
əşdirilməsinə və mövcud sənəd-informasiya ehtiyatlarından 
birg
ə istifadəsinə şərait yaratmışdır. İlk növbədə ABŞ kitab-
xanaları, sonralar isə dünyanın minlərlə kitabxanası internet-
d
ən istifadə  etməklə  öz sənəd-informasiya resurslarını  yay-
67 


maq,  mübadil
ə  etmək,  onlayn kitabxana xidməti göstərmək 
v
ə başqa məqsədlərlə istifadə edirlər .  
Mövcud kitabxana t
əcrübəsinə əsaslanaraq demək olar 
ki, 
inkişaf etmiş Avropa ölkələrində kitabxana sistemlərinin 
İnternet  şəbəkəsinə  qoşulması  və  ondan istifadəsi getdikcə 
artır . Bunu qonşu Rusiya dövlətinin timsalında görmək olar. 
Bel
ə  ki,  Rusiya  kitabxanalarında  İnternetin  inkişafı  keçən 
əsrin  90-cı  illərinin  birinci  yarısında  başlamış  və  tədricən 
inkişaf etmişdir. Mövcud sahədə yaradılan əsas layihələrdən 
birincisi  LİBNET,  ikincisi isə  LİBWEB  layihəsi  olmuşdur. 
Birinci layih
ə  Rusiyanın  əsas  iri  kitabxanalarını  birləşdirən 
kitabxanalararası  şəbəkənin  qurulması  barədə  ilkin təcrübə-
l
ərinin əldə olunmasını təmin etmişdir. Bu layihələr çərçivə-
sind
ə  Rusiya Dövlət  Elmi-Texniki  Kitabxanasında  İnternet 
texnologiyalarının  qurulması  və  bu təcrübənin  başqa  kitab-
xanalarda  t
ətbiqi sahəsində  əhəmiyyətli  işlər  görülmüşdür: 
m
əsələn,  İRBİS  sistemində  yaradılmış  elektron  kataloqlar 
üçün 
əsas axtarış və xidmət funksiyaları və s.  
Qeyd edilm
əlidir ki, son illərdə kitabxanaların digər in-
formasiya m
ərkəzləri ilə rəqabətdə öz mövqelərini qoruması 
üçün İnternet şəbəkəsinə qoşulması mütləqdir. Əks təqdirdə, 
kitabxanaların  informasiyalaşdırılmış  cəmiyyətin  inkişaf 
strategiyasında rolu azala bilər.  
Az
ərbaycan  Respublikasına  gəlincə  qeyd  olunmalıdır 
ki,  ölk
əmizin  bir  sıra  kitabxanaları  İnternet  şəbəkəsinə  qo-
şulmuş və bu xidmətdən yararlanırlar. Lakin respublikamız-
da 
mövcud iş təcrübəsi kifayət qədər araşdırılmamış və geniş 
ictimaiyy
ətə  çatdırılmamışdır.  Bu məqsədlə  Respublika  El-
mi-
Texniki Kitabxanasında internet texnologiyalarının tətbi-
68 


qi n
əticələri araşdırılmışdır.  
1954-cü ild
ə Azərbaycanda Neft Sənayesi Nazirliyinin 
yaradılması  ilə  əlaqədar  “Azneft”in  texniki  kitabxanası  hə-
min nazirliyin M
ərkəzi  Elmi-Texniki  Kitabxanasına çevril-
miş,  1957-ci ildə  isə  Respublika  Elmi-Texniki Kitabxana 
statusunu almışdır. Bununla əlaqədar kitabxananın qarşısında 
duran v
əzifələrin miqyası da genişlənmiş, ona çoxsahəli fon-
dun  formalaşdırılması  və  xalq təsərrüfatının  bütün  sahələri 
üzr
ə  mütəxəssislərə  xidmət göstərilməsi,  habelə  respublika 
ərazisindəki müəssisə və təşkilatların elmi-texniki kitabxana-
lar
ına  elmi-metodiki rəhbərliyin  həyata  keçirilməsi həvalə 
olunmuşdur.  
1968-ci ild
ə  RETK-nın  xüsusi  şöbəsi Azərbaycan 
ETETİİ  (Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki  İnfor-
masiya 
İnstitutu) ilə birlikdə keçmiş SSRİ məkanında birin-
cil
ər sırasında informasiyanın seçilib  yayılmasının avtomat-
laşdırılması  sistemini  işləyib  hazırlamış  və  tətbiq  etmişdir 
(Az  İNTİ-2).  Həmin sistemə  əsasən 707 abonentə  maqnit 
lentl
ərində  müxtəlif informasiya mərkəzlərindən  alınan  in-
formasiyalara dair m
əlumat verilmişdi.  Bu sistem 1986-cı 
ilin sonlarından 5 min nəfərdən çox abonentə 25 minə qədər 
daimi sorğu əsasında cari informasiya xidməti göstərmişdir.  
M
əlumat-biblioqrafik  nəşrlər və  avtomatlaşdırılmış 
MAS-lar mü
əyyən sahədə mövcud tələbatçı qruplarının cari 
v
ə retrospektiv məlumat sorğularını ödəmək məqsədilə yara-
dılır.  Lakin tələbatçı  qrupları  məlumat xidməti obyektləri 
olmaq etibaril
ə eyni olmadığı kimi, hər bir qrupun daxilində 
d
ə fərdi tələbatçılar bir-birindən fərqlənir. Odur ki, məlumata 
kollektiv t
ələbatla fərdi tələbatın  əlaqələndirilməsi və  sis-
69 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə