M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə199/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   195   196   197   198   199   200   201   202   ...   211

611 

 

soyqırımın, dəhşətli cinayətlərin nəticələrini araşdırmaq, həmin materialları ingilis, 



alman,  rus,  fransız  dillərində  nəşr  edərək beynəlxalq ictimaiyyəti 

m

əlumatlandırmaq,  erməni vəhşiliklərinə  siyasi qiymət vermək cəhdi  olmuş,  bu 



m

əqsədlə Fövqəladə Təhqiqat Komissiyası yaradılmışdır. Komissiya qısa müddət 

ərzində erməni vandalizmini təsdiq edən 36 cildlik sənəd hazırlamışdır. Şərqdə ilk 

demokratik  respublikanın  süqutu  bu  işin başa  çatdırılmasına  imkan  verməmişdir. 

İngiltərə,  Rusiya,  Fransa,  İtaliya,  Almaniya,  ABŞ  və  digər Qərb-xristian 

dövl


ətlərinin maddi-mənəvi dəstəyi ilə  türk-müsəlman  əhalisinə  onların  əzəli və 

əbədi  torpaqlarında,  o  cümlədən Cənubi Qafqazda ermənilərin həyata keçirdiyi 

soyqırımı  siyasəti,  ağlasığmaz  cinayətləri ilə  bağlı  tədqiqat  işləri  aparılmasına, 

elmi, publisistik m

əqalələrin yazılmasına, kitabların nəşr olunmasına, bədii, sənədli 

filml


ərin çəkilməsinə, sərgilərin təşkil  edilməsinə  yalnız  Azərbaycan öz 

müst


əqilliyini bərpa etdikdən sonra (1991)  başlanıldı. 

Az

ərbaycan  Respublikası  Prezidentinin 1997-ci 18 dekabr tarixli «1948-



1953-cü ill

ərdə  azərbaycanlıların  Ermənistan SSR ərazisindəki tarixi-etnik 

torpaqlarından  kütləvi  deportasiyası  haqqında»  və  1998-ci il 26 mart tarixli 

«Az


ərbaycanlıların  soyqırımı  haqqında»  fərmanlarından  sonra  bu  istiqamətdə 

t

ədqiqatlar daha sistemli və səmərəli xarakter aldı. XIX-XX əsrlərdə Azərbaycan 



xalqına qarşı yeridilmiş soyqırımı siyasətinin və erməni terrorizminin hərtərəfli və 

obyektiv sur

ətdə  araşdırılıb  fundamental  elmi-tədqiqat  işlərinin  hazırlanması, 

Az

ərbaycan, rus və digər dillərdə nəşr olunması, erməni vəhşiliyinə dair hüquqi-



tarixi s

ənədlərin beynəlxalq təşkilatlara  təqdim  olunması,  azərbaycanlıların 

soyqırımına  həsr  edilmiş  elmi  konfrans,  simpozium  və  xatirə  tədbirlərinin 

keçirilm


əsi sahəsində  ardıcıl  və  mütəşəkkil fəaliyyət sovet rejimi və  kommunist 

ideologiyası  dövründə  saxtalaşdırılmış,  qərəzlə  qələmə  alınmış  tarixi  hadisələrin 

üz

ə  çıxarılmasına  və  azərbaycanlıların  soyqırımı  ilə  bağlı  ölkə  və  dünya 



ictimaiyy

ətində  düzgün ictimai rəyin  formalaşdırılmasına  təkan verdi. Problemin 

daha d

ərin,  əhatəli, müasir tələblər səviyyəsində  araşdırılması,  təhlili, 




612 

 

d



əyərləndirilməsi bu gün də aktualdır. Bu baxımdan vətəndaş fəallığı və fədakar 

f

əaliyyəti ilə ölkəmizdə yaxşı tanınan Tənzilə Rüstəmxanlının «Cənubi Qafqazda 



türk-müs

əlman əhalisinə qarşı daşnak-bolşevik soyqırımı və dövri mətbuat (1914-

1920)» adlı dissertasiyası diqqəti çəkir. 

Dissertasiya «Giriş»dən, «Erməni-türk münasibətlərinin tarixi, kəskinləşmə 

s

əbəbləri,  milli  münaqişələrin Cənubi Qafqaza keçirilməsi və  onun dövri 



m

ətbuatda  əksi», «1918-1920-ci illərdə  bölgədə  ictimai-siyasi vəziyyət, türk-

müs

əlman  əhaliyə  qarşı  düşünülmüş  soyqırımı  siyasətinin həyata keçirilməsi ilə 



bağlı  əsl həqiqətlər mətbuatın  aynasında»  adlı  2  fəsildən, «Nəticə» və  «İstifadə 

olu


nmuş ədəbiyyat siyahısı»ndan ibarətdir. Hesab edirik ki, elmi-tədqiqat işinin bu 

strukturu dissertasiyanın sanbalı əsər kimi ərsəyə gəlməsi üçün zəmin yaratmış və 

əllif istəyinə tam nail olmuşdur. 



«Giriş»də  T.Rüstəmxanlı  mövzunun  aktuallığını  tutarlı  və  təkzibolunmaz 

faktlarla 

əsaslandırmış,  qeyd  etmişdir  ki,  toxunulan  problemlə  bağlı  «əsərlər 

yazılsa  da,  tədqiqatlar  aparılsa  da,  erməni məsələsinin  ortaya  atılması  səbəbləri, 

onun  arxasında  duran  məqsədlər yetərincə  öyrənilməmişdir».Dogrudan  da, 

mövzunun a

raşdırılması  yeni  yanaşma  tərzi,  yeni  baxış  tələb edir. Bir tərəfdən 

erm


ənilərin və onların havadarlarının tarixi hadisələri, faktları təhrif etməsi, digər 

t

ərəfdən erməni təcavüzünə  tuş  gələn  xalqların,  o  cümlədən azərbaycanlıların 



əyyən tarixi şəraitlə bağlı bu mövzudan uzaq düşməsi, bir qədər də laqeydlik, 

bigan

əlik kimi bəlalarımız  əsl həqiqətin üzə  çıxarılmasına  uzun  illər boyu əngəl 



olmuşdur.  Tədqiqatçı  «Giriş»də  elmi-tədqiqat işinin  məqsəd, vəzifələrini konkret 

müdd


əalarla bəyan etmiş, araşdırmanın elmi yeniliyini vurğulamış, əsərin nəzəri və 

praktik 


əhəmiyyətini diqqətə  çatdırmış,  tədqiqatın  metod  və  predmetindən, 

araşdırma  prosesində  istifadə  etdiyi məxəz və  mənbələrdən  ətraflı  söz  açmış, 

dissertasiyanın quruluşu barədə məlumat vermişdir. 

«Erm


əni-türk münasibətlərinin tarixi, kəskinləşmə  səbəbləri, milli 

münaqişələrin Cənubi Qafqaza keçirilməsi və  onun dövri mətbuatda  əksi»  adlı  I 




613 

 

f



əsildə  tədqiqatçı  erməni-türk-müsəlman münasibətlərinin tarixinə  nəzər  salır, 

erm


əni millətçiliyinin  doğuşu  və  əhatə  dairəsinin  genişlənməsində  erməni 

t

əşkilatlarının  rolunu  dövrün  sənədlərinə  istinad edərək qiymətləndirir, erməni 



şovinizminin  yayılmasında  kütləvi nəşrlərin, o cümlədən mətbu  orqanların 

iştirakını  işıqlandırır  və  tarixi  torpaqlarımızda  ermənilər tərəfindən  törədilən 

t

əxribat və qırğınlarda erməni siyasi təşkilat və hərbi dəstələrinin iştirakı ilə bağlı 



m

ətbuat  materiallarını  təhlil edir, həmin materiallara dair fikir və  mülahizələrini 

ir

əli sürür, elmi qənaətlərini ortaya qoyur. Müəllif Osmanlının «sadiq milləti»nin – 



az

ərbaycanlıların  çağırılmamış,  lakin  müti,  zəhmətkeş  qonağının,  qonşusunun 

t

ədricən xəyanət, xəbislik yolunu tutması, asi olması, canavara çevrilməsi prosesini 



tarixi-

xronoloji  ardıcıllıqla  izləyir,  «Şərq-erməni məsələsi»nin  anatomiyasını 

m

əharətlə açır, problemlə bağlı elmi-nəzəri irsi daha da zənginləşdirir. Ermənilərin 



t

əşkilatlanmasında,  vəhşiləşməsində  xarici dövlətlərin, kilsənin rolunu, yerini 

düzgün d

əyərləndirən T.Rüstəmxanlı haqlı olaraq  göstərir ki, süni  şəkildə ortaya 

atılmış «erməni məsələsi»nin həllində İngiltərə, Rusiya, İtaliya, Fransa, Almaniya, 

ABŞ, bir sözlə, bütün Qərb-xristian dövlətləri sanki «öz müttəfiq və rəqiblərindən 

geri qalmamağa» çalışırdılar. Beləliklə, I fəsildə müəllifin irəli sürdüyü müddəalar, 

mülahiz


ələr erməni-türk münasibətlərinin tarixi, bu münasibətlərə  Qərbin 

müdaxil


əsi və  təsiri,  Osmanlı  imperiyasının  dağıdılmasına  yönəlik missionerlik 

f

əaliyyəti, dövlət  yaratmaq  ideyası  ilə  şirnikləşdirilən, maddi, mənəvi  baxımdan 



h

ər  cür  yardım  edilən ermənilərin bölgədə  siyasi, terror təşkilatlarının,  şovinizm 

ideyaları  ilə  «silahlanmış»  mətbu  orqanlarının,  məkr, kin, küdurət  yuvasına 

çevrilmiş kilsə, məktəb, xeyriyyə ocaqlarının yaradılması, tədricən yerli xalqların 

qanına  susaması  ilə  bağlı  həqiqətin, obyektiv fikirlərin  formalaşmasına  xidmət 

edir. 


«1918-1920-ci ill

ərdə  bölgədə  ictimai-siyasi vəziyyət, türk-müsəlman 

əhaliyə  qarşı  düşünülmüş  soyqırımı  siyasətinin həyata keçirilməsi ilə  bağlı  əsl 

h

əqiqət mətbuatın aynasında» adlı II fəsildə tədqiqatçı «erməni məsələsi»nin tarixi 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə