M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə207/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   203   204   205   206   207   208   209   210   211

635 

 

peşəkar  jurnalist,  publisist,  yaxud  tənqidçi  adı  iddiasındadırsa,  təhqirlərlə  yox, 



təhlillərlə  mövqeyini  ortaya  qoysun.  Problem  bu  müxribin  sərsəmləməsi  ilə 

bitsəydi,  nə  vardı  ki?  Zülmət  qatıdır,  qalındır.  O,  yazıb.  Bəs  qəzetin  redaktoru, 

onun müavini, əməkdaşları hara baxır?! O, yazıb. Bəs dostları, qohumları, tanışları 

onu  niyə  tənbeh  etmir?!  O,  yazıb.  Bəs  vicdanlı  qələm  sahibləri  niyə  səsini 

çıxarmır?  O,  yazıb.  Bəs  oxucu  onu  niyə  qınamır?  O,  yazıb.  Bəs  cəmiyyət  niyə 

susur.  Nə  isə…  Tanınmış  ziyalılara  qarşı  düşmən  münasibətin  haradan 

qaynaqlandığı  barədə  götür-qoylarıma  Azərbaycan  ədəbiyyatı,  tarixi  və 

mədəniyyətinin mümtaz nümayəndələri, həm də vaxtı ilə bu və bundan da kəskin 

hədyanlara, hücumlara, tənqidlərə məruz qalmış xadimlər xəyalən cavab verdi: 

Azərbaycanın  ilk  generalı,  ilk  kartoqrafı,  ilk  publisisti  İsmayıl  bəy 

Qutqaşınlı: 

Qəm  yeməyin.  Bu  mərəzdir.  Xidmətlərimin  müqabilində  mənə  verilən 



mükafatdırmı  ki,  əsərlərimi  pərən-pərən  saldılar,  izini-tozunu  itirdilər.  Bunlar 

azmış kimi bircə fotom belə qorunub saxlanılmamışdır?! 

Materialist filosof, bədii nəsrimizin, dramaturgiyamızın banisi Mirzə Fətəli 

Axundzadə: 

Məgər  poqonlarıma  görəmi  günlərlə  nəşimi  düzdə  sahibsiz  qoyur,  dəfn 



etmirdilər?  

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi: 

Bəs mənim günahım nə idi ki, məni gorbagor etdiniz? Qəbrimi nə az, nə 



çox 3 dəfə dəyişdiniz. Əbəs yerə demirdim ki, çağırıram eşitmir, deyirəm qanmır, 

göstərirəm görmür. 

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Seyid Əzim Şirvani: 

Hansı pis əməlin sahibi idim ki, hətta dostumun «Əkinçi»sində mənə həcv 



yazırdılar? 

Böyük satira ustası Mirzə Ələkbər Sabir: 

Bəlkə  mən  düşmən  idim,  millətimi  sevmirdim?  Məni  məktəb,  məscid 



yolunda daş-qalaq edirdilər. 


636 

 

Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli: 



Xidmətlərimə görə təmənna ummamışam. Amma «Zənbur»dakı karikatura 

və bu kimi iyrənc hərəkətlər qəlbimə toxunub, könlümü bulandırıb... 

Türk dünyasının böyük ideoloqu Əhməd bəy Ağaoğlu: 

Günahım  «Difai»ni  yaratmaq  idimi  ki,  məni  Azərbaycandan  didərgin 



saldılar? 

«Mola Nəsrəddin» jurnalının naşiri, redaktoru Mirzə Cəlil: 

40  illik  mətbu  xidmətimin  mükafatı  idimi  ki,  dərman  pulu  almaq  üçün 



Əliheydər Qarayevə ərizə yazmağa məcbur edilmişdim?! 

Xalq şairi Bəxtiyar Vahabzadə: 

Mənə də haqsız yerə çox daş-kəsək atıblar. Nə oldu? İndi kim onları yada 



salır,  xatırlayır?!  Bəxtiyar  Vahabzadə  isə  yenə  var,  həmişə  də  olacaqdır.  Siz  də 

fikir verməyin, yazın, yaradın. Onlar gedəcək, siz qalacaqsınız! 

37-

ci  il  repressiyasının  60  nəfərdən  çox  qurbanı  olan  istedadlı  qələm 



sahibləri adından İbrahim bəy Musabəyov: 

Bizə ölüm hökmü kəsənlər, onları icra edənlər məlumdur: rejim, ideologiya 



nökərləri. Bizdən donos yazanlardan, bizi mətbuatda ittiham edənlərdən soruşmaq 

istəyirəm: - Heç vicdan əzabı çəkdinizmi? 

Burda  dayandım.  Deyəsən,  axtardığımı  tapmışdım.  Əsassız  ittihamların, 

böhtan  və  çirkabların  səbəblərini  yüz  yerə  yazmaq,  yozmaq  olar.  İsmayıl  bəy 

Qutqaşınlının  söylədiyi  «mərəz»  kimi  də  qəbul  etmək  olar.  Lakin  qələmi 

zorlayaraq, onu əyri-üyrü yazmağa, təhqir etməyə, böhtan atmağa, şərləməyə vadar 

edənlər,  əlbəttə,  vicdan  əzabı  çəkə  bilməzlər.  Sadəcə,  buna  imkanları  yoxdur. 

Görünür, bu milli mərəzin çarəsi də yoxdur... Elçinin tərcümə etdiyi Jan Pol Sartrın 

«Yalnız  həqiqət»  pyesinə  yazdığı  essedəki  ikicümləlik  bir  abzası  xatırlamaq  və 

dərindən  düşünmək  yerinə  düşərdi.  Elçin  yazır:  «Əsərdə  böhtan,  yalan  və  riya 

aurası altında olan mətbuat mühiti qələmə alınıb və baxın, o böhtan, yalan və riya 

bu gün bizdən çox uzaqdırmı, bir sıra mətbuat orqanlarımızın tanış böhtançılığı və 




637 

 

yalanı  deyilmi?  Bu  sualı  təsdiq  edən  cavab,  elə  bilirəm  ki,  yuxarıda  söylədiyim 



fikri – 

xislət naqisliyinin həmişəyaşar olduğunu da bir daha təsdiq edir». 

 

 

 



                                       Katalin Tira v

ə biz 


       Sözün düzü, m

ən  ölkəmizə  çörək qazanmağa gələn, lakin ona qucaq açan

çör

ək verən  xalqın  övladına-  indiki  halda  azarkeşə  təpik  atmasına,  şillə-qapaz 



vurmasına  görə  Katalin  Tiranı,  yox,  özümüzü,  onu  bura  gətirənləri  qınayıram. 

Katalin Tiranın  İngiltərə, İspaniya, Türkiyə, heç qonşu Gürcüstan stadionlarında 

bu q

ələti edə biləcəyini ağlıma gətirə bilmir, təsəvvür etmirəm. 



       Katalin Tira Az

ərbaycan sərhəddini keçənədək  bilməli idi ki, bu xalqın hər bir 

nümay

əndəsinə  hörmətlə  yanaşmaq  onun  bir  nömrəli vəzifəsidir, borcudur. 



Öhd

əsinə  götürməli  idi  ki,  qısa  vaxt  ərzində  dilimizi, adət-ənənələrimizi, milli-

m

ənəvi, dini dəyərlərimizi öyrənəcək  və  onlara ehtiram edəcəkdir. Dediklərim 



yalnız  Tiraya  aid  deyil.  Messi,  Ronaldo  gəlsə  də,  onlara  da  şamil  edilməlidir. 

Əlbəttə, bu ciddi və dərin mövzudur.  

       

Stadiondakı  olayla  bağlı  məni  başqa    məsələ  də  düşündürür  və  daha çox 



narahat  edir.  İçimizdən bəzilərinin  Tiranın  müdafiəyə  qalxması.  Buna  nə  ad 

verm


ək olar-  bax, bunu  bilmək çətindir. Qonaqpərvərlik?  -  Əsla! Humanizm? -

Q

ətiyyən!  Ədalət?-Yox! Mərhəmət?  –Sanmıram!  Yaltaqlıq,  qorxaqlıq?-



Düşünmürəm. Kölə psixologiyası, düşüncə tərzi-?-Bilmirəm. Nədənsə, bu qəbildən 

olan adamların mövqeyi yadıma klassikləri saldı . Elə bil, Mirzə Fətəli Axundov  

Tiranı  müdafiə  edən     həmvətəninə  qəzəblə  deyərdi:  “-  Nə  vaxtadək qəflət 

yuxusunda yatacaqsan?”, 

H

əsən bəy Zərdabi təəssüflə başını bulayardı: “ Hər kəsi 



çağırıram-gəlmir, göstərirəm-görmür, deyirəm-qanmır”.

 

Əbdürrəhim bəy 



Haqverdiyev d

ərindən ah çəkərdi: “ Başları qapazlı, üzləri tüpürcəкli marallarım.” 

 

Mirz


ə Ələkbər Sabir bu qəbildən olan qəhrəmanların dili ilə özlərini ifşa edirdi:  


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə