M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə208/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   203   204   205   206   207   208   209   210   211

638 

 

“M



ən nə cəmaət, nə vətən anlaram

Yansa v


ətən, batsa cəmaət belə!”

 

     Mirz



ə Cəlilin Qurbanəlisinin naçalikə dediyi  sözlər  də yadıma düşür: “Allah 

da buna şahiddir ki, nə qədər bizim vilayətə naçalniklər gəlib gedib, mən onların 

heç birini o q

ədər istəməmişəm. Mən özüm sənin yolunda oda girərəm. Qurban 

s

ənə  mənim  canım,  nə  qədər ki, mən  sağam,  nökərəm sənə". Bəlkə, kimlərinsə  



stadiondakı olayla bağlı sərt mövqeyim xoşuna gəlməyə bilər, amma əmin olun ki, 

özümüz


ə hörmət etməsək,  tiraçılıq artacaq və daha çox fəsadlar verəcəkdir. 

 

Mirzə Fətəli Axundovun dəfni ilə bağlı Gürcüstanda ARXİVDƏN FOTOLAR 



TAPILIB 

 

Bəlli olduğu kimi, yazıçı-dramaturq, filosof, ictimai xadim, Azərbaycan 



dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun dəfni ilə bağlı bəzi iddialar 

səsləndirilir. Məsələn, Mirzə Fətəli Axundovun nəşinə hörmətsizlik göstərilməsi, 

meyitinin üç gün ortalıqda qalması ilə bağlı yazılar var. 



639 

 

Bunlar birmənalı qarşılanmır, tanınmış araşdırmaçı və elm adamları tərəfindən belə 



bir şeyin mümkünsüzlüyünün isbatına çalışılır. 

Tanınmış alim Vilayət Quliyev yazır: "Doğrudanmı həyatının son günlərinə qədər 

yüksək çinli məmur kimi Qafqaz canişinliyində xidmət edən, təkcə Qafqazda, 

Yaxın və Orta Şərqdə deyil, Avropa ölkələrində də milli dramaturgiyanın banisi - 

"müsəlman Molyeri", yazıçı və tənqidçi, filosof və ictimai xadim, əlifba islahatçısı 

və maarifçi kimi tanınan görkəmli şəxsiyyət öldükdən sonra bir an içərisində hamı 

tərəfindən unudulmuş, tərk edilmişdi? Razılaşaq ki, rəsmi dairələr azərbaycanlı 

sənətkarın ölümünə etinasızlıqla yanaşmışdılar (vaxtı ilə Mirzə Fətəlinin əsərlərinə 

səhifələrində geniş yer ayıran hökumət ofisiozunun - "Kavkaz" qəzetinin kiçik bir 

nekroloq da çap etməməsi bunun nişanəsi idi). Bəs M. F. Axundovun yaxınları, 

qohumları, dostları harada idi? 

Doğrudur, böyük ədib vəfat edəndə oğlu Rəşid vətəndən uzaqda - Belçikada idi. 

Brüsseldə ali mühəndislik təhsil alırdı. Lakin bu Mirzə Fətəlinin tam tənhalığı 

təsəvvürü yaratmamalıdır. O, Tiflisdə qohumları, yaxınları və doğmaları arasında 

yaşayırdı. Şəhərin mərkəzində, Kür çayının kənarında, indi Tbilisi 

azərbaycanlılarının Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərən böyük mülkü 

vardı. Mülkün birinci mərtəbəsində kirayənişinlər, ikinci qatda isə ailə üzvləri 

yaşayırdılar. Bir sözlə, fəlakətdən xəbər tutacaq, kədəri bölüşəcək adamlar 

yetərincə idi. 

Onların başında heç şübhəsiz, bəzi sənədlərdə M. F. Axundovun "qardaşı" kimi 

təqdim olunan Mirzə Mustafa Axundov (1834-1903) gəlirdi. Əslində Mİrzə 

Mustafa onun qaynı, arvadı Tubu xanımın qardaşı idi. Sənədlərdə həm Mirzə 

Fətəli, həm də Mirzə Mustafa Axund Hacı Ələsgərin oğlu kimi göstərildiyindən, 

habelə eyni soyadı daşıdıqlarından rəsmi dairələrdə onları doğma qardaş sayırdılar. 

M. F. 

Axundovun Tiflisdə fəaliyyətə başladığı il Şəkidə doğulan Mirzə Mustafa 



əvvəlcə yerli qəza məktəbində oxumuş, sonra isə bacısının ailəsində yaşayaraq 

təhsilini Tiflis gimnaziyasında davam etdirmişdi. Rusca mükəmməl savadı ilə 




640 

 

birlikdə üç Qafqaz və üç Şərq dilini - Azərbaycan, erməni, gürcü, ərəb, fars və türk 



dillərini də yaxşı bildiyindən uzun illər canişinliyin hərbi-inzibati aparatının 

əvəzsiz tərcüməçilərindən olmuşdu. Bunu ilk növbədə M.F.Axundovun qayğı və 

himayəsi ilə əlaqələndirirdi. 

Sual oluna bilər: Mirzə Mustafa yaxın qohumunun meyitinin üç gün ortalıqda 

qalmasına, yaxud küçədən tutulmuş hambalların çiynində qəbiristanlığa 

aparılmasına, zəruri dini ayinlər icra olunmadan dəfninə yol verərdimi". 

"Yeniavaz.com" 

saytı xəbər verir ki, tanınmış tədqiqatçı, publisist, filologiya üzrə 

elmlər doktoru Abid Tahirli Mirzə Fətəlinin dəfni ilə bağlı Gürcüstanın Dövlət 

Arxivindən maraqlı fotoları üzə çıxarıb. Abid Tahirli bildirib ki, bu yaxınlarda 

tariximizdə bir sıra sahələrdə ilklərə imza atmış general, yazıçı-publisist, məktəb 

qurucusu, kartoqraf İsmayıl bəy Qutqaşınlının müəmmalarla dolu həyat və 

yaradıcılığı ilə bağlı arxiv sənədlərini axtarmaq məqsədi ilə Milli Arxiv İdarəsinin 

əməkdaşı Natiq Eminovla Gürcüstanın Dövlət arxivində olub: "Tarix arxivinin 

Fot

a şöbəsində çağdaş mədəniyyətimizin patriarxı, filosof-yazıçı Mirzə Fətəlinin 



dəfni ilə bağlı maraqlı fotolara da raşt gəldik. Elə bilirəm ki, həmin fotolar M. F. 

Axundovun dəfni ilə bağlı uydurulan, lazımsız söz-söhbətlərə son qoyulmasına 

əsas ola bilər. Vaxt tapıb Mirzə Fətəlinin Tiflisdəki ev-muzeyinə baş çəkdik, 

arxivdən aldığımız fotoları Tiflisdəki M. F. Axundovun ev-muzeyinə də təqdim 

etdik". 

"Yeniavaz.com" 

saytı Abid Tahirlinin üzə çıxardığı həmin nadir fotoları təqdim 

edir. 



641 

 

 



 


642 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

   


 

 

 



 

 

 



  

 

 




643 

 

 



 

 

 



Avropa Oyunları silsiləsindən 

Çempion Ayxan, könüllü H

əmid Xan, yaxud himn oxumaq dərsi 

Ç

ətin və gərgin yay imtahan sessiyasından sonra bir qədər sınıxmış İqtisad 



Universitetinin II kurs t

ələbəsi Həmid  Xanı  dincəlmək  üçün  doğma  Qəbələyə 

gönd

ərmək niyyətində  idim.  Lakin  onunla  aramızdakı  bir  söhbət  bütün  planları 



d

əyişdi. Həmid Xan xeyli həyəcan və narahatlıqla soruşdu: 

-

Ata , bir xahişim var. Olarmı , mən bu yay Qəbələyə getməyim? 



M

ən  təəccüblə: “ Niyə?“- deyə soruşanda o, birnəfəsə  dedi: 

-  M

ən Avropa Oyunlarına könüllü yazılmaq istəyirəm. Bu mənim üçün bir 



şansdır, bir qismətdir, bir fürsətdir ki, cüzi də olsa, xidmət edim, yardım göstərim. 

Söz verir

əm ki, Ingilis dilini də  yaxşı  öyrənəcəyəm,  III  kursda  daha  yaxşı 

oxuyacağam,  lap  səhər,  axşam  idman  da  edəcəyəm, yeməyimə  də  fikir 

ver

əcəyəm... 



Yaxşı, sənin işinin adı nə olacaq? –deyə Həmid Xanı güclə sakitləşdirdim. 

-M

ən müsabiqədən keçəndən sonra nə  iş  tapşırsalar,  onu  da  yerinə 



yetir

əcəyəm- deyə o, cavab verdi. 

Razılığımı bildirəndə Həmid Xanın qanadları olsaydı, uçardı. Müsabiqədən 

uğurla  keçdikdən  sonra  onu  Avropa  Oyunlarının  ofislərindən birinə  göndərdilər. 

H

əmid Xan ona çox yaraşan könüllü paltarı və yerinə yetirdiyi işlə  ilə qürur duyur, 



h

ər növbədən sonra təəssüratlarını danışmaqdan yorulmur.  İmkan olanda Avropa 

Oyunlarını  birgə  izləyir, fikir mübadiləsi edirik. 17 iyun günü taekvonda üzrə 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə