M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə209/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   203   204   205   206   207   208   209   210   211

644 

 

keçiril



ən final oyununa da birlikdə  baxırdıq.    Ayxan  Tağızadə  polşalı  Karol  

Robakla  döyüşürdü. Həyəcan və  gərginlik son həddə  çatmışdı.  Nəhayət , Ayxan 

h

əlledici zərbə  ilə  rəqibini məğlub  etdi  və  qızıl  medalı  qazandı.  Təltifetmə 



m

ərasimində  çempionun  şərəfinə  Azərbaycan  bayrağı  qaldırılanda,  himnimiz 

s

əsləndiriləndə Ayxan az qala bütün dünyanın eşidəcəyi  səslə, bütün  sevgisi və 



q

əlbi ilə himnimizi oxuyurdu. Həmid Xan da ona qoşulmuşdu, himnimizi ayaqüstə 

durub ucadan oxuyurdu. Himn bitdikd

ən sonra Həmid Xan  səsi titrəyə-  titrəyə 

bunları dedi: 

-  Af


ərin Ayxan, bax ,himni belə oxuyarlar! Ayxan himni oxumağın  da 

d

ərsini keçdi. 



modern.az, 22.06.2015 

Qoca Avropaya g

ənclik töhfəsi 

Bakı I Avropa Oyunları və İsmayıl Qaspiralı. Bəlkə ilk baxışda  bu kəlmələr 

arasında bir rabitə , bir əlaqə tapmaq çətin görünür. Lakin bu qətiyyən belə deyil. 

B

əşərin  yetişdirdiyi  parlaq   və nadir simalardan biri , XIX əsrin sonu, XX əsrin 



əvvəlləri  Rusiya  imperiyası  müsəlmanlarının  lideri,  ideoloq  ,  reformator,  yazıçı- 

publisist,  naşir,  redaktor  İsmayıl  Qaspiralı  Avropa  dəyərlərinə-  elminə, təhsilnə, 

m

ədəniyyətinə  yiyələnməyə  ,  qoca qitənin eybəcərliklərindən  uzaq  olmağa 



s

əsləyirdi.  «Firəngistan məktubları»nda  «Bu gün Avropadan geri qalmış millətlər 

Avropanı müəllim və xoca tutmalıdırsa da, Avropanın qüsurlarından, xətalarından 

ibr


ət alıb bundan daha səadətli yaşam tərzi qurmağa səy göstərmələri daha ziyadə 

vacibdir»  - 

yazan  İ.Qaspiralı  «Avropa  mədəniyyətinə  bir nəzər»  adlı  publisistik 

əsərində qeyd edir: “Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət 

ed

ək. Təcrübəsindən bəhrələnək, xətalarını  təkrar etməyək: məktəblərini, 



universitetl

ərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq 

v

ə  ədalətlə  ürəklərimizi  doldurmağa  çalışaq.  Avropada  pis-yaxşı  nə  varsa,  uşaq 




645 

 

kimi çapmayaq, bir insan kimi götür-qoy ed



ək: nədir, nəyə yarar, vicdan və haqq-

ədalət xaricində deyil ki?!» 

Bakı  I  Avropa  Oyunlarının    Azərbaycanda  keçirilməsini  qloballaşan  

dünyanın   problemləri konteksində  dəyərlədirsək , heyrətamiz mənzərə  yaranar: 

s

əd-  sərhəd  tanımayan,  milli-  mənəvi dəyərlər, adət-  ənənələr üçün ciddi və  real 



t

əhlükə  yaradan  qloballaşma  dalğası  Avropa  Oyunları  qarşısında  ram  olur,  geri 

ç

əkilir. Qoca qitənin sakinləri milli mətbəximizə, adət-ənənələrimizə  , maddi-



m

ədəniyyət abidələrimizə, mənəvi-  dini dəyərlərimizə  məftun  olduqlarını 

gizl

ətmirlər.  Avropa  Oyunları bütün incəliklərinə  qədər elə  məharətlə    , yüksək 



zövql

ə  təşkil  olunmuşdur  ki,  hər yerdə-  qonaqlar  qarşılananda,  yerləşdiriləndə, 

yarışlar keçiriləndə, mükafatlandırma mərasimində, şəhərin küçə və prospeklərində 

milli  kolorit,  milli  ruh  duyulur,  hiss  olunur.  Mükafatlandırma  mərasimində 

s

əsləndirilən  milli  musiqimiz  Avropa  Oyunlarının  himni  kimi  qəbul edilsə, heç 



kimin  buna t

əəccüblənməyəcəyinə tam əminəm. Bu musiqi çətin , lakin ədalətli 

mücadil

ənin təntənəsini, zəfərin bütün həzzini, məziyyətlərini, qələbənin qürur və 



f

əxarət duyğusunu  insanın qəlbinə və hafizəsinə əbədi həkk edir, hopdurur. Bütün 

deyil

ənlərə, idmançılarımızın  möhtəşəm qələbələrini də əlavə etsək, ilk  Avropa 



Oyunlarının  ölkəmizdə keçirilməsinin  tarixi əhəmiyyəti daha aydın görünər. 

V

ə sonda . Bakı I Avropa Oyunları və İsmayıl Qaspiralının  istək və arzuları  



haqqında düşünəndə  bu qənaətə gəlirsən ki, müstəqil Azərbaycanın-gəncliyin də 

qoca Avropaya töhf

əsi mif yox,  həqiqət, inkaredilməz faktdır. 

modern.az ,25.06.2015 

 

Avropa oyunları və avropalıların oyunları 

Az

ərbaycan mətbuatının  mümtaz  simalarından  biri,  istiqlal  mücahidi  , 



ictimai-siyasi xadim, t

ərcüməçi , yazıçı-publisist, naşir-redaktor Ceyhun Hacıbəyli 

100 il bundan 

əvvəl , bir qədər də dəqiqləşdirsək, 1915- ci ilin yanvar ayının 23-də  

XIX 

əsri sonu XX əsrin əvvələrində   ziyalılarımızın rus dilindəki əsas tribunası 




646 

 

sayılan  “Kaspi”  qəzetinin 18-ci nömrəsində  dərc etdirdiyi “ Sərhəd”də  adlı 



m

əqaləsində  erməni qəzetlərinin  yalanda və  canfəşanlıqda  onlardan  heç  də  geri 

qalmayan  bir  sıra  rus  qəzetlərinin  İranla  sərhəddə  yerləşən kəndlərdəki erməni 

əhalisinin  təcili  silahlandırılması  və  bununla  da    şahsevənlərin    Arazı  keçib  

erm

ənilərin həyatı  və  əmlakı  üçün    yaratdığı  təhlükənin  aradan  qaldırılması  ilə 



bağlı  materiallarına-  “həyəcan  siqnalına”  münasibət  bildirir.  Peşəkar publisist C. 

Hacıbəyli  tutarlı  və  təkzibolunmaz faktlara , o cümlədən Qafqaz Sərhəd 

Komissarlığının  rəsmi məlumatlarına  istinadən göstərir ki, əslində  şahsevənlər 

t

ərəfindən  əmlakı  talan  olunan,  öldürülənlər azərbaycanlılardır,  erməni kəndləri  



dağlarda yerləşir,  quldurlar    ora  getmək  haqqında  heç  düşünmürlər, digər 

t

ərəfdənsə, erməni  yaşayış  məntəqələrinə  yetişmək  üçün  hökmən müsəlman 



k

əndlərindən keçmək  lazımdır.    Deməli, xristian əhalinin yox, müsəlmanların 

silahlandırılması vacibdir. 

İlk baxışda  elə təəssürat yarana bilərdi ki, bu yazı dərc olunduqdan sonra 

erm

əni və  rus mətbuatı  geri  çəkiləcək, yalandan daha hay-küy  qaldırmayacaq, 



əlaqədar dövlət qurumları      sərhəddəki müsəlman  əhalinin təhlükəsizliyini təmin 

etm


ək üçün müvafiq tədbirlər görəcəklər. Amma yox, qəzetlər daha ucadan  vay-

şivən salmaqda, imdad diləməkdə, müsəlmanları olmayan  islam həmrəyliyinə görə 

qınamaqda, ittiham etməkdə davam edirlər... 

XI 


əsrdə başlayan və  200 il davam edən  səlib yürüşlərinin varisləri- yeni  

ideoloqları və icraçıları   çirkin əməlləri ilə bu müharibənin bitmədiyini hər zaman 

hiss etdirirl

ər:  Osmanlı  imperiyasını  çökdürmək üçün o  ərazilərə  missionerlər 

yerl

əşdirməklə, müharibə  və  fitnə-  fəsadlarla,  “Şərq məsələsi” , yaxud “ Erməni 



m

əsələsi”  adı  ilə. Məsələ  burasındadır  ki,  səlib  yürüşlərinin  başlıca  hədəfi Qüds 

idis

ə, onların xələfləri bütün türk- müsəlman dünyasına düşmən kəsilmişdir. 



Bütün bunların  ilk dəfə ölkəmizdə  keçirilən Avropa oyunları ilə bir əlaqəsi  

varmı? Heç dərinə nüfuz etmək lazım deyil, ilk baxışda açıq- aydın görünür ki, var. 

Avropa Oyunlarınnın  bütün taleyini bizim  həvalə etdiyimiz  hakimlər maksimum 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə