M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə206/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   ...   203   204   205   206   207   208   209   210   211

632 

 

Ölkəmizin  regionda  bizim  istədiyimizi  yerinə  yetirən  yeganə  müttəfiqi 



Ermənistandır. Bax, onlar hər şey edərlər". Zaldan etiraz edənlərə isə Jirinovskiy 

belə  cavab  verib:  "Kim  edə  bilməz.  Ermənilərə  silah  verin  və  onlar  Türkiyə 

sərhədinə  gedəcəklər...  silahı  ermənilərə  vermək  lazımdır.  Amerika  İsrailin 

arxasında  olduğu  kimi,  biz  də  ermənilərin  arxasındayıq”.  Əslində  Jirinovskinin 

dedikləri  ermənilərin    və  onların  himayədarlarının    erməni  soyqırımı  barədə  , 

zav


allı,  yazıq,  döyülən,  söyülən    erməni  haqqında  illər  boyu  üfürdükləri  yalanın 

inkarı, erməni vəhşiliyinin təsdiqidir. 

      

Tarixi  hadisələrə  istinad  edən  Jirinovskinin  dedikləri  bir  daha  bu  qənaətə 



gəlməyə əsas verir  ki; 

-

ermənilərə  qarşı  heç  bir  genosid  törədilməmişdir,  əksinə    ermənilər  özləri 



öldürmüşlər,  hətta  onların  qarşısını  Lenin  almasaydı,  qıra-  qıra    İstanbula  qədər 

gedib çıxacaqlarmış; 

-

erməniyə silah ver, öldürsün, qətl etsin, baş kəssin; 



1.

 

ermənini silahlandır, qonşuların torpağını işğal etsin; 



2.

 

erməniyə silah ver, talasın, çapsın, dağıtsın, oğurlasın; 



3.

 

ermənini qısqırt, kimə istəsən hürsün; 



4.

 

Rusiya dünən olduğu kimi, bu gün də erməninin arxasındadır , onu silahlandırır, 



dəstəkləyir. 

Hər  çıxışında  Türkiyə  tarixini  dərindən  bildiyini  bəyan  edən  Jirinovskinin   

dedikləri həqiqətdirsə, o zaman qondarma erməni soyqırımı mifini uyduranların 

mənfur və məkrli niyyətləri aşikardır... 

                  modern.az,27 dekabr 2015 



633 

 

                                                                                                                                                                    



 

 

 



 

Solovyov  v

ə ansamblı  bayquş  rolunda 

          

Artıq neçə həftədir ki, “Rossiya-1” kanalından Solovyov- soyadının 

m

ənasına naxələf çıxaraq  və onun qana susamış, ermənilərdən və ermənipərəst 



“ekspertl

ər” yığınından ibarət  komandasının bayquş səsi ekranlardan 

eşidilməkdədir. Bu dəfə hədəfdə Türkiyədir. Ukrayna ilə bağlı   bir müddət əvvəl 

h

əyata keçirilən çirkin təbliğat  kompaniyası eyni ssenari ilə, lakin daha sərt və 



şiddətlə həyata keçirilməkdədir. Tarixi təhrif etmək, olayları saxtalaşdırmaq, 

insanlara, h

ətta bütöv xalqlara şər- böhtan yağdırmaq adi hal almışdır. Verilişin 

mahiyy


əti antibəşəridir, iştirakçılar sülhə yox, qırğına, müharibəyə səsləyir. 

        Daim pusquda duran, tarixi m

əqam , fürsət gözləyən və bu münaqişədən- 

Rusiya –Türkiy

ə arasındakı insidentdən  də tula payı uman  ermənilər ,xüsusi ilə 

canf


əşanlıq edir, “Papadan daha çox katolik olduqlarını” sübut etmək üçün dəridən 

qabıqdan çıxırlar. Solovyov və onun bayquşsayağı çağırışlarına züy tutanlar, 



xüsusi il

ə ermənilər nəhayət , anlamalıdırlar ki, yalanla, ermənilərin tarixən yol 

yoldaşlığı etdiyi vərdişin ömrü qırx gün çəkir. Gec-tez bu sərsəm təbliğat onların 

özl


ərinə qarşı çevriləcəkdir. Rusiya  ağzı köpüklənə- köpüklənə rusları qızışdıran 

Bağdasarovlardan və  flyuger kimi istiaqmətini tez-tez  dəyişən simasız  

Jirinovskil

ərdən ibarət deyil. 

                                                                                                 03.XII.2015. 

 



634 

 

 



 

 

 



 

Milli mərəzimizin çarəsi yoxmuş... 

 

Bu  günlərdə  qəzetlərin  birində  görkəmli  yazıçılarımızdan  biri  barədə 



hədyan, böhtan, bədxahlıq, kin-küdurətlə dolu bir yazı oxudum. Hər sətrindən, hər 

sözündən  ətrafa  çirkab  fışqıran  məqalənin  məzmunu,  mahiyyəti  və  məğzindən 

başqa  hər  şey  qaydasındadır:  sözlər  (çirkin,  fitnə  və  qeybət  qoxulu  olsa  da), 

cümlələr (qərəzə, yalana və iftiralara xidmət etsə də) dil qanunlarına uyğun, yerli-

y

erində.  Belə  səviyyəsiz  yazılar  oxuculara  ara-sıra  təqdim  olunur.  Hədəfdə 



kimlərdir? Bugünkü nəsrimizin ən parlaq simaları Elçin, Anar, Əkrəm… 

Bu  qəbildən  olan  təhqiramiz,  könülbulandıran,  qərəzli  yazıların 

müəlliflərinin, qəzet müxbirlərinin (bundan sonra – müxriblərin) niyə belə işlərlə 

məşğul  olduqları  çoxlu  suallar  doğurur.  Məqsəd,  niyyət  nədir?  Bəlkə  kiminsə, 

hansısa  mərkəzin  sifarişi  yerinə  yetirilir?  İnanmaq  istəməzdim.  Bəlkə  müxrib, 

qəzet dəbdə olan ifadə ilə desək, reytinq qazanmaq istəyir? Yenə inanmaq olmur 

ki,  istedadsızlıq,  savadsızlıq  və  tərbiyəsizlik,  şərləmək  yolu  ilə  ad-san  çıxarmaq 

istəyəsən. Bəlkə qısqanclıqdandır? Axı, hədəfdəkilər həm də, mənsəb sahibidirlər: 

Baş nazirin müavini, Yazıçılar Birliyinin sədri, Milli Məclisin sabiq deputatı… Bu 

fikri də yaxın buraxmadım. Axı, o yazıçılar olmasa belə (onlar bu mənsəbə qədər 

özlərini təsdiq etmiş, tanınmış, əsərləri ilə adlarını Azərbaycan ədəbiyyatı tarixinə 

həkk etdirmiş yazıçılardır), kimsə başqa birisi həmin postda, mövqedə olmalıdır, 

ya yo

x?  Qarayaxmanın müəllifi özünü yazıçı hesab edirsə və tənqid etdiyi yazıçını 



bəyənmirsə,  qoy  özü  şedevrlər  yaratsın  və  bu  yolla  özünü  təsdiq  etsin.  Yox, 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə