M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə4/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   2   3   4   5   6   7   8   9   ...   211

14 

 

ildə  Vəqfə  bağışlanan  5  minə  yaxın  şəxsi  mənşəli    sənədin  kataloqunun  



hazırlanması    üzərində  işlər  davam  etdirilir.  Yazıda      tədbirin  təşkilatçıları 

göstərilir,  proqramı  açıqlanır, çıxışçılar haqqında məlumatlar verilirdi.  

2015-

ci  ilin  may  ayında    Əhməd  bəy  Ağaoğluna  məxsus  sənədləri  nəvəsi 



Tekda

ş  Ağaoğlundan  (  Səməd  Ağaoğlunun  oğlu)      əldə  etmək  məqsədi  ilə 

İstanbulda gəldiyim zaman  bacıların Qadın Əsərləri Kitabxanasına hədiyyə etdiyi 

sənədlərlə  də  tanış  olmaq  istədim.  Cəhdlərim  nəticə  vermədi.  Kitabxana  təmirə 

bağlanmışdı.  Sonra  kitabxanaya  yazılı  müraciət  etdim,  məktub  göndərdim.  Yenə 

uğursuz oldu. İstanbuldakı qohumlarım və dostlarıma istəyimi bildirdim. Nəhayət, 

Türkiyədə  təhsilini  davam  etdirən  Reyhanə  Səlimova  arzumu  həyata  keçirdi. 

Kataloqu  ünvanıma  göndərdi.    Fürsətdən  istifadə  edib  Reyhanə  xanıma 

minnətdarlığımı bildirirəm. 

«Avukat  Süreyya  Ağaoğlu.  Bir  ömür    böyle  geçti».    Arşiv  kataloqu.  1898-

1992”        adlanan  və  nadir  sənədlərin  toplandığı  dəyərli    kitab-kataloqda  (Qadın 

Əsərləri Kitabxanası və Bilgi Mərkəzi Vəqfi. İstanbul Barosu yayınları, 2010. 520 

səh.)  yalnız    Sürəyya  xanıma  aid  sənədlər  əksini  tapmışdır.  Tezər  və    Gültəkin 

xanıma  məxsus  şəxsi  sənədlərlə  bağlı  məlumatlar    kataloqa  daxil  edilməmişdir. 

Peşəkarlıqla  tərtib  olunmuş  kataloqda  Sürəyya  xanıma  aid  5  minə  yaxın  şəxsi 

mənşəli sənəd haqqında məlumat  mövzuya uyğun təsnif edilərək nəşr olunmuşdur. 

Kataloqdakı    əksini  tapan  ailə  şəkilləri,  məktublar,  iş  sənədləri,  vizitkalar, 

pasportlar,  gündəliklər,  qəzet  kəsikləri,    broşür  və  digər  rəsmi  sənədlər    bu  gün 

mühüm    tarixi  və  ictimai  əhəmiyyət  kəsb  edir.  Kataloqa  «Ön  söz»  yazan 

prof.dr.Bəkir  Kamal  Ataman  bu  barədə  bəhs  edərkən  fikrini  belə  ifadə  etmişdir: 

«Ailənin  şəcərəsi  Osmanlı  imperatorluğundan  bugünədək  Türkiyənin  ictimai 

həyatına  çox  önəmli  töhfə  vermiş  bir  ailə  ilə  tanışlığa  vəsilə  oldu».  «Ön  söz» 

müəllifi  bənzərsiz  kataloqun  ərsəyə  gəlməsində  fədakarlıq  göstərənləri,  hər  cür 

maddi-


mənəvi dayaq duranları, xüsusi ilə «balalarının izi ilə gedən önçü bir qadın 

və bu qadının ortaya qoyduqlarının yox olmasına  izn verməyərək vəqfə bağışlayan 

ailə  üzvlərinə”    dərin  minnətdarlığını  bildirir:  «Bu  dəyərli  töhfəyə  görə  ailə 



15 

 

üzvlərinə  nə  qədər  təşəkkür  etsək,  yenə  azdır.  Yalnız  bağışlamaqla  qalmayıb  bu 



çətin  işin  öhdəsindən  gəlməyimiz  üçün  günlərini,  həftələrini  ayırıb  bizə  yardıma 

gələn,  foto  və  sənədlərin  təsnifatına  aylarla  vaxt  sərf  edib  “iynə  ilə  quyu  qazar”  

kimi  çalışan  hörmətli  Mete  Taşkırana  (Əhməd  Ağaoğlunun  nəvəsi,  Tezər 

Taşqıranın oğlu – T.A.) xüsusi  olaraq təşəkkür etmək istəyirəm». 

Professor daha sonra sənədlərin sistemli işlənilməsində, pasportlaşdırılmasında, 

ekspertizasında,  kompüterə  köçürülməsində,  digər  proseslərdə  iştirak  edən 

kitabxana  rəhbərliyi  və      əməkdaşlarının,  könüllülərin  gecə-gündüz  demədən 

gərgin əməyindən bəhs edir və yazır: «Türk ictimai həyatında gerçəkdən öncü bir 

rol  oynamış  bir  ailənin  yeni  bir  öncü  təşəbbüsü  irəli  sürdükləri  üçün  Ağaoğlu 

ailəsinin bütün mənsublarına məsləyim adından şükranlarımı çatdırıram: 

onların  ilk  addımı  sayəsində  bu  çox  ictimai,  tarixi  əhəmiyyət  kəsb  edən 



dəyərli sənədlər yox olmaqdan xilas oldu; 

vaxt ayırıb sənədlərin təsnifatına və tanımlanmasında bizə inanılmaz dərəcədə 



yardımçı oldular; 

həm də  maddi dəstəklər ilə Türkiyədə bir ilkə imza atdılar.  Onlar babalarının 



öncü rollarına yaraşır, övladlar olduqlarını dəfələrlə isbatladılar. Bu səbəblə onları 

faydalı övlad kimi yetişdirən, ailəliklə Türk sosial həyatında öncü olmalarına vəsilə 

olan,  əbədiyyətə  qovuşmuş  bütün  ailə  böyüklərinin  hüzurunuzda  sayğı  ilə 

xatırlayıram». 

«Ön söz”ün sonunda prof.dr.Bəşir Kamal Ataman yazır ki, 8 illik gərgin, lakin 

şərəfli əməyin sayəsində Sürəyya Ağaoğlu kimi görkəmli xadimin  kataloqu ərsəyə 

gəlmişdir.  İndi  vəzifəmiz  digər  bacıların  –  Tezər  Ağaoğlu  Taşqıran  ilə  Gültəkin 

Ağaoğluna aid sənədlərdən ibarət növbəti kataloqu hazırlamaqdır. Xatırladırıq ki, 

həmin sənədlər də hazırda Qadın Əsərləri kitabxanası və Bilgi Mərkəzi Vəqfində 

saxlanılır. 

Kataloqda  adı  keçən  tarixi  sənədlər  həm  türk  –  islam  aləminin  parlaq 

simalarından Əhməd bəy Ağaoğlunun, həm onun Türkiyənin ictimai-siyasi, sosial-




16 

 

mədəni həyatında  iz qoymuş övladlarının, nəvələrinin tərcümeyi-halı, fəaliyyəti ilə 



daha yaxından və hərtərəfli tanış olmaq imkanı yaradır. 

Sürəyya Ağaoğlu (1903, Şuşa-29 dekabr 1989, İstanbul) Şərqin, Türk – İslam 

dünyasının  ilk  qadın  vəkili,  hüquqşünası  olmuşdur.  Hələ  tələbə  ikən  (yeri 

gəlmişkən,  o,  İstanbul  Universiteti  hüquq  fakültəsinin  ilk  qız  tələbəsi  olmuşdur) 

Azərbaycan Xalq Cümhuriyyətinin sabiq Daxili İşlər naziri Behbud xan Cavanşiri 

İstanbulda  güllələyən  (1921)  qatil  Torlakyanı  «mühakimə  edən»  ingilis 

tribunalında “ Azərbaycan” qəzetinin redaktoru  Şəfi bəy Rüstəmbəyli  və bir neçə 

azərbaycanlı tələbə ilə birlikdə iştirak etmiş və zərərçəkəni müdafiə etmişdir. Bir 

neçə dili, o cümlədən ingilis və fransız dillərini mükəmməl bilən Sürəyya xanım 

dəfələrlə    Beynəlxalq  tədbirlərdə  Türkiyəni  təmsil  etmişdir.  Beynəlxalq 

Hüquqçular  Birliyinin  üzvü  (1952),  sonralar  Hüquqçu  Qadınlar  Federasiyasının 

ikinci  katibi  olmuşdur.  1960-cı  ildə  Qadın  Hüquqçular  Birliyinin  BMT  Cenevrə 

Təşkilatı təmsilçisi seçilmişdir. 

1960-


cı il dövlət çevrilişi zamanı həbs edilən və  istintaqa cəlb olunan qardaşı, 

Türkiyə  baş nazirinin  müavini  Səməd  Ağaoğlunun (1909,  Bakı  - 6 avqust 1982, 

İstanbul) məhkəməsində onun vəkili olmuşdur. Sürəyya Ağaoğlu Türkiyənin siyasi 

həyatında  fəal  iştirak  etmiş,  Yeni  Türkiyə  Partiyasının  qurucularından  olmuş, 

partiyanın  İstanbul  təşkilatına  rəhbərlik  etmişdir.  O,    Türkiyənin  sosial-ictimai 

həyatında  bir  çox  ilklərə  imza  atmışdır:  Türkiyə  Hüquqçu  Qadınlar  Dərnəyinin, 

Universitetli  Qadınlar  Dərnəyinin,  Azad  Fikirləri  Yayma    Dərnəyinin, 

Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər Dərnəyinin, Uşaq 

Dostları Dərnəyinin qurucularından olmuş, həmin dərnəklərin bir çoxuna rəhbərlik 

etmişdir.  Sürəyya  Ağaoğlu  hüquqa  aid  fundamental  məqalələrin,  eləcə  də 

«Londonda gördüklərim» və «Bir ömür böyle geçti» memuarlarının müəllifidir.  

Tezər Taşqıran Ağaoğlu -  (1907, Şuşa-4  may, 1979, İstanbul) Əhməd bəyin 

ikinci  qız  övladıdır.  Türkiyədə    maarif  xadimi,  siyasətçi  və  yazıçı  kimi  tanınır. 

Türkiyə  Böyük  Millət  Məclisinə  (TBMM)  3  dəfə    VII  (1941),  VIII  (1946),  IX 

(1950) çağırış millət vəkili seçilmişdir.  Yeri gəlmişkən o, Qarşı TBMM-də təmsil 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə