M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə5/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   2   3   4   5   6   7   8   9   ...   211

17 

 

edən  ilk  qadın  millət  vəkili    olmuşdur.  İstanbul  Universitetini  uğurla  bitirdikdən 



sonra pedaqoji fəaliyyətlə məşğul olan Tezər xanım , Ankarada və İstanbulda qız 

məktəblərinə müdirlik etmiş, bir müddət  Universitetli Qadınlar Dərnəyinin rəhbəri 

olmuşdur. O, Türkiyə təhsil tarixinə oğlan məktəbinin ilk qadın müəllimi kimi də 

düşmüşdür.  Yüzlərlə  məqalənin,  12  kitabın  müəllifidir.  Əsərlərindən  «Türk 

ahlakının  ilkeleri»  (1934),  «Vatandaşın  el  kitabı»  (1971),  «Cümhuriyyətin  50 

yılında  Türk  qadınının  hakları»  (1973)  xüsusi  ilə  dəyərlidir.  Tezər  Ağaoğlunun 

Türkiyədə  xatirəsi  əbədiləşdirilmiş  və  vaxtı  ilə  dərs  dediyi  məktəblərdən  birinə 

onun adı verilmişdir.  

Gültəkin  Ağaoğlu  Türkiyənin  tanınmış  pediatorlarından  olmuş,  ömrünün 

sonunadək uşaqların sağlamlığı keşiyində durmuşdur. 

Əhməd  bəy  Ağaoğlunun  6  övladından  biri  Bəşir  körpə  ikən  vəfat  etmişdir. 

Əhməd bəy Ağaoğlunun böyük oğlu Abdurrahman iti zəkalı, fiziki baxımdan da 

çox qüvvətli olmuşdur, Fransada ali mühəndis təhsilinə yiyələnmiş,  iş adamı kimi 

bir  sıra  uğurlara  imza  atmışdır.  Abdurrahman  46  yaşında  ikən  qəflətən  həyatını 

dəyişmişdir.  Türkiyənin  ictimai-siyasi,  ədəbi  həyatında  parlaq  iz  qoymuş  Səməd 

Ağaoğlu  Əhməd  bəyin  dördüncü  övladıdır.  O,  3  dəfə  TBMM-yə  millət  vəkili 

seçilmişdir.  Səməd  Ağaoğlu  bir  sıra  bədii,  publisistik,  elmi    əsərlərin 

müəllifidir.Onun    “

 

Strassburg  Hatıraları”    ,  “  Zürriyet”,  ”  Öğretmen  Gafur”, 



“ Büyük 

Aile”, 


 “Hücredeki Adam”, “ 

Katırın  Ölümü”,  “ Babamdan 

Hatıralar”, “Babamın  Arkadaşları”,  “Aşina  Yüzler”,  “Arkadaşım  Menderes”, 

“ Marmara'da Bir Ada”, “ 

Demokrat Parti'nin Doğuş ve Yıkılış Sebepleri-Bir Soru” 

kimi əsərləri geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. 

Haqqında  bəhs  etdiyimiz  kataloqda  adı  keçən  sənədlər  Azərbaycanın  və 

Türkiyənin  tarixində  iz  buraxmış  Ağaoğluların,  o  cümlədən  nadir  tarixi 

şəxsiyyətlərimizdən  Əhməd  bəy  Ağaoğlunun    də    həyat  və  fəaliyyətinin  daha 

dərindən,  hərtərəfli  araşdırılmasına imkan  verəcəkdir.  Yeri gəlmişkən qeyd  edim 

ki,  kataloqda    Əhməd  bəy  Ağaoğluna  aid  137  sənədin  adı  qeyd  olunmuşdur. 

Onların arasında Atatürkə, Yusif Akçuraya, Ziya Göyalpa, Əlibəy Hüseynzadəyə, 




18 

 

Fuad Köprülüyə, Yusif Vəzir Çəmənzəminliyə , Yaqub Qədri  Qaraosmanoğluna,  



generallara, tanınmış dövlət xadimlərinə , Türkiyənin xarici ölkələrdəki səfirlərinə  

yazdığı, yaxud onlardan aldığı müxtəlif məzmunlu  məktublar,  bir sıra əsərlərinin 

əlyazmaları,  qəzet-  jurnal  məqalələri  ,  müxtəlif  simpozium,  konfranslarla    bağlı 

dəvətnamələr,  fərdi,  ailə  üzvləri  ,  Türkiyənin  dövlət  xadimləri  ilə  birlikdə  

çəkdirdiyi  fotoları, həmçinin  Azərbaycanla, Qarabağla bağlı materiallar, Əhməd 

bəyin Şuşadakı evinin şəkili, Bakıdan,  Romadan, Parisdən, Sank-Peterburqdan... 

o

na ünvanlanan  teleqramlar  böyük maraq doğurur.  Sürəyya Ağaoğlunun atasına, 



bacıları  Tezərə,  Gültəkinə,  qardaşları  Abdurrahmana,  Səmədə,  bibisi  Humaya 

yazdığı,  eləcə  də onlardan  aldığı,    ailənin  digər üzvlərinin bir-birinə  ünvanladığı 

məktublar  bu  ünlü  ailənin  keçdiyi  yolu,  onların  arzu,  istəklərini,  üzləşdikləri 

problemləri,  həmçinin  yaşadıqları  mühitin  mənzərəsini,  ictimai-siyasi,  ədəbi-

mədəni həyatı öyrənmək və dəyərləndirmək nöqteyi-nəzərindən mühüm əhəmiyyət 

kəsb edir. Kataloqu nəşrə hazırlayanların Ağaoğluların XIX əsrdən günümüzədək 

olan dövrü əhatə edən  şəcərəsinin tərtib etməsi təqdiəlayiqdir və  Türkiyədə geniş 

yayılmış bu soyadla bağlı bir çox suallar da cavabını tapacaqdır. 

Kataloqda  Sürəyya  Ağaoğlunun  həyat  yoluna  işıq  salan  yüzlərlə  foto-sənəd 

haqqında məlumatlar verilir, onun ailə həyatı, ictimai fəaliyyəti, hobbiləri, maraq 

dairəsi,  səyahətləri  və  əsərləri  ilə  bağlı  mənbələr  göstərilir.İndi  söz  yeni  nəsil 

tədqiqatçılarınındır.  İstanbuldakı  Qadın  Əsərləri  Kitabxanasında  Ağaoğlulara  aid 

minlərlə yeni sənəd onları gözləyir. 

"Ədəbiyyat qəzeti", 23 yanvar 2016; 

 Modern.az, 24 yanvar 2016.  

 

 

 

Osmancıqdan Əhməd bəy Ağaoğluna məktub* 

 



19 

 

 



Nadir sənəd 

 

 

Birinci  Dünya  Müharibəsində  məğlub olan Osmanlı  Türkiyəsi ilə Böyük 

Bri

taniya 

arasında 

1918-ci 

il 

oktyabrın 

30-da 

bağlanmış Mudros  müqaviləsinə  görə Türkiyə Cənubi  Qafqaz,  o  cümlədən 

Azərbaycandan  hərbi  hissələrini  çıxarmalı idi. Cənubi  Qafqaz  Böyük 

Britaniyanın  nüfuz  dairəsi  elan  olunur  və noyabrın17-də  Bakıya  ingilis 

qoşunları   yeridilir.  N.Usubbəyov,  Ə.Ağayev  və   M.Rəfiyevdən  ibarət 

Azərbaycan 

nümayəndə heyətinin  İrandakı ingilis 

qoşunlarının 

komandanı general Tomsonla Ənzəlidə apardığı danışıqlar 

səmərəsiz 

olur. General Tomson 

Ənzəlidən  Bakıya  yola  düşməzdən  əvvəl  bir  neçə 

bənddən ibarət  bəyənnamə  ilə çıxış edir və bildirir ki, noyabrın 17-si saat 10-

na kimi 

Bakı  həm türk, həm də  Azərbaycan qoşunlarından təmizlənməlidir.  

Bu xəbər Bakını erməni quldurlarından azad etmiş şanlı  Qafqaz İslam 

Ordusunun  əsgərlərini  də    məyus  edir,  onlar  hər  an  canlarını  fəda  etməyə 

hazır  olduqları  Azərbaycandan-  qardaş  ölkədən    ayrılmaq  istəmirlər.  Bir 

osmancığın Türkiyə və Azərbaycan tarixində misilsiz xidmətləri olan Əhməd 

bəy Ağaoğluna ünvanlandığı məktub bu duyğuların tərcümanıdır.  


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə