M ətbuat: millətin dili, gücü və güzgüsü 2011-2017-ci ILL



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə6/211
tarix25.06.2018
ölçüsü5,1 Mb.
#51023
1   2   3   4   5   6   7   8   9   ...   211

20 

 

 



 


21 

 

 




22 

 

Yeri gəlmişkən qeyd edək ki, bu məktubun izinə 2015-ci ildə Türkiyəyə 



səfər zamanı əldə olunan  «Avukat Süreyya Ağaoğlu. Bir ömür  böyle geçti».  

Arşiv  kataloqu. 1898-1992”    adlanan və  nadir sənədlərin  toplandığı  dəyərli  

kitab-

kataloqu (Qadın Əsərləri Kitabxanası və Bilgi Mərkəzi Vəqfi. İstanbul 

Barosu  yayınları,  2010.  520  səh.)  əldə  etdikdən  sonra  düşmüşdük.  Katoloqa   

Əhməd bəy Ağaoğlunun qızlarından yalnız Şərqin, Türk – İslam dünyasının 

ilk qadın vəkili, hüquqşünası Sürəyya Ağaoğluna (1903, Şuşa-29 dekabr 1989, 

İstanbul)    aid  sənədlər  əksini  tapmışdır.  Tezər  və    Gültəkin  xanıma  məxsus 

şəxsi sənədlərlə  bağlı  məlumatlar    kataloqa  daxil  edilməmişdir.  Peşəkarlıqla 

tərtib  olunmuş  kataloqda  Sürəyya  xanıma  aid  5  minə  yaxın  şəxsi  mənşəli 

sənəd  haqqında  məlumat    mövzuya  uyğun  təsnif  edilərək  nəşr  olunmuşdur 

(ətraflı  bax:  Abid  Tahirli.Türkiyə  tarixində  iz  qoyan  bacılar.   "Ədəbiyyat 

qəzeti", 23 yanvar 2016; modern.az, 24 yanvar 2016.) Kataloqda  əksini tapan 

ailə şəkilləri, məktublar, iş sənədləri, vizitkalar, pasportlar, gündəliklər, qəzet 

kəsikləri,  broşür və digər rəsmi sənədlər  bu gün mühüm  tarixi və ictimai 

əhəmiyyət kəsb edir. Kataloqa «Ön söz» yazan prof.dr.Bəkir Kamal Ataman 

bu barədə bəhs edərkən fikrini belə ifadə etmişdir: «Ailənin şəcərəsi Osmanlı 

imperatorluğundan bugünədək Türkiyənin ictimai həyatına çox önəmli töhfə 

vermiş bir ailə ilə tanışlığa vəsilə oldu». 

15 Teşrin-i sâni [noyabr] 1918 

Muhterem Ahmed Beyefendi  

Bütün Türk ordusunun Bakü’yü alelacele [t

əcili olaraq] tahliye etmesi 

[t

ərk etməsi],  zabıtan  [zabitlər]  misafirhanesinin  akşam  boşaltılması, 

Osman’la  beni  hayli  düşündürdü  ve  biraderiniz  Hüseyin  beyle  ba’de’l-

müzakere [müzakir

ədən sonra] muvakkaten [müvəqqəti olaraq] Gence’ye 

gitmeye karar verdik. Ol tarafa pek az para ile hareket ediyoruz. Avdetiniz 

akabinde [siz döndükd

ən sonra] bize süratle talimat-ı lâzıma [lazımi təlimatı] 

vereceğinizi  ümit  ediyoruz.  Adresimiz  Gence’de  Samed  Bey  Yusufbeyof 

vasıtasıyladır. Bendeniz gerçi müsait şerait tahsisinde Kafkasya’da çalışmak 

taraftarı  olsam  da,  Osman  Cevri,  ailesini  düşünmekten  adeta  daüssılaya 


23 

 

[v



ətən həsrətinə] uğradı. Gece gündüz İstanbul’u, çoluk çocuğunu düşünüyor 

ve Ahmed bey müsaade etse de İstanbul’a gidebilsem diyor.  

Ellerinizi öperiz muhterem Ahmed Beyefendi  

Tevfik (

soyadı oxunmur)  

T

əbii sual çıxır: Osmancıq niyə məhz Əhməd Ağaoğluna müraciət edir, 

ondan t

əlimat gözləyir, icazə istəyir? Bu məktub- tarixi sənəd bir daha Qafqaz 

İslam  Ordusunun  müşaviri,    bütün türk-islam  dünyasının  ədəbi-mədəni və 

ictimai-siyasi fikir tarixind

ə  diqqətəlayiq yer tutan  Əhməd bəy  Ağaoğlunun 

 nüfuzundan, onun Qafqazda c

ərəyan edən hadisələrə  təsir gücündən xəbər 

verir. Bu s

ənəd, həm də onu deməyə əsas verir ki, Qafqaz İslam Ordusunun 

Az

ərbaycanda  bütün fəaliyyəti  Əhməd bəyin tam nəzarəti  altında  həyata 

keçirilmişdir. 

 

 



 

 

 

 

Ağaoğluların arzusu 

Q

ədriyə Əzəl Ağaoğlu: Əsərlərim sevgiyə çağırışdır 



Böyük tarixi şəxsiyyət Əhməd bəy Ağaoğlunun nəvəsi Təkdaş Ağaoğlunun 

ikinci h


əyat yoldaşı Qədriyə Əzəl Ağaoğlu Türkiyə və Avropanın digər ölkələrində 

istedadlı  relyef-qabartma  keramika  ustası,  heykəltəraş  ,  rəssam və  sahəsi üzrə 

mahir  pedaqoq  kimi    tanınır.  İlk  və  orta təhsilini  dünyaya  göz  açdığı  İstanbulda 

alan Q


ədriyə  Əzəl  Ağaoğlu  İstanbul  Tətbiqi Gözəl Sənətlər  Akademiyasında  ali 

t

əhsilə  yiyələndikdən  sonra  (1973),  şəxsi  emalatxanasında  fəal  yaradıcılığa 



başlamışdır.  İlk    uğurlarına  qısa  zamanda  imza  atan gənc sənətkar tezliklə 


24 

 

beyn



əlxalq sərgilərdə öz əsərlərini nümayiş etdirməyə, fərdi sərgilərini açmağa  da 

müv


əffəq olmuşdur. 

Siyasi görüşləri və fəaliyyəti ilə əlaqədar ölkəni tərk edən və  xeyli  müddət  

(1980-

1989)  İsveçrədə  yaşamaq  məcburiyyətində  qalan  Tekdaş  bəy və  xanımı 



Q

ədriyə Əzəl Sürüxdə də   öz sənətləri ilə məşğul olur. İxtisasca tərcüməçi olan T. 

Ağaoğlu    bu  müddət  ərzində  Çarlz Dikkensdən,  Mixail  Şoloxovdan    tərcümələr 

etm


əklə yanaşı  xanımından keramika sənətinin  incəliklərini  də öyrənir. 1989 – cu 

ild


ən-  Vətənə  qayıtdıqdan  sonra  Qədriyə  Əzəl  Ağaoğlu    daha  böyük  yaradıcılıq 

nailiyy


ətləri  qazanır.  Ümumiyyətlə  isə, onun 1984-  cü ildən etibarən Türkiyə

İsveçrə və Almaniyanın müxtəlif şərərlərində onlarca fərdi sərgisi təşkil olunmuş 

v

ə  Qədriyə  Əzəl  xanım    əsərlərini dəfələrlə  beynəlxalq sərgilərdə  nümayiş 



etdirmişdir. 

Tanınmış  sənətkarın  yaradıcılığı    haqqında  Türkiyənin və  bir  sıra  xarici 

ölk

ələrin dövrü nəşrləri məqalələr dərc etmişdir. Qədriyə Əzəl xanımın əsərlərinin 



katoloqu n

əfis tərtibatla nəşr olunmuşdur. . 

Q

ədriyə Əzəl Ağaoğlu  modern üsluba üstünlük verir, onun demək olar ki, 



bütün 

əsərlərinin  baş  qəhrəmanı  insan  kütləsidir. Onlar daim hərəkətdədirlər, 

qışqırır,  bağırır,  atılır,  düşür.  Qəribədir  ki,  tamaşaçı  öz  əhvalına,  psixoloji 

v

əziyyətinə görə  onun qəhrəmanlarının halını dəyərləndirir:  sanki sən  xoş əhval 



ruhiyy

ədəsənsə, qəhrəman da sənə  o nəzərlə  baxır,  sən kədərlisənsə, onun da 

çöhr

əsinə elə bil qəm-qüssə çökür...O, qəzetlərin birinə verdiyi müsahibəsində öz 



yaradıcılığı haqqında danışarkən demişdir ki, mən insanın daxili aləmini, ruh halını   

anlatmaq ist

əyirəm. Mənim  panolarıma  baxdığınızda  hamısında  bir  çatışma,  bir 

gerilim  vardır.  Amma  eyni  zamanda  bir  sevinc  və  coşqu  da  var.  Bu  panoların 

hamısına bir ad vermişəm: həyat ağacı. İnsanların mürəkkəb hisslərini  onlarda əks 

etdirm


ək istəmişəm.    Acı  da  var,  nifrət də, ümidsizlik də  var, onlarda. Lakin 

,

əlbəttə, əsərlərimə  sevincin, sevginin hakim olmasına çalışıram.  Yəni bu tablolar 



bir sevgiy

ə çağırışdır. 




Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə