M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


İnsanın mənşəyi və cəmiyyətin formalaşması



Yüklə 363,25 Kb.
səhifə72/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   68   69   70   71   72   73   74   75   ...   91
Muhazire fəlsəfə

14.2. İnsanın mənşəyi və cəmiyyətin formalaşması

İnsanın mahiyyətini, onun mənşəyini, cəmiyyətin yaranmasını dərindən öyrənmək üçün antropososiogenezisi bilmək lazımdır. İnsana ictimai münasibətlərin məcmusu kimi verilən tərifdən belə bir nəticə çıxarmaq olmaz ki, o, yalnız sosial varlıqdır. Antropososiogenezis sözü üç sözün birləşməsindən əmələ gəlmişdir. “Antropo” yunan sözü olub - insan, “sosio” fransız sözü olub - cəmiyyət, “genezis” sözü isə - mənşə deməkdir. Antropososiogenezis dedikdə insanın və cəmiyyətin mənşəyi nəzərdə tutulur. Antropososiogenezis insanın fiziki tipinin əmələ gəlməsini, onun əmək fəaliyyətini və eləcə də cəmiyyətin inkişaf mərhələlərini, onların təkamül prosesini, bu prosesin amillərini və qanunauyğunluqlarını öyrənir. Antropososiogenezisin əsas problemlərinə ən qədim insanların yaranma yeri və dövrü, insanın bilavasitə əcdadı, onun fiziki tipinin təkamülü, mədəniyyətinin tarixi tərəqqisi, ibtidai cəmiyyətin və nitqin yaranması və inkişafı məsələləri daxildir.


Antropoloji prosesdə: insanın təkamülündə və tarixi inkişafında əsas amil əmək fəaliyyəti olmuşdur.
Əmək alətlərinin hazırlanması və işlədilməsi getdikcə insanın təbiətə fəal təsirini artırmaq imkanı vermiş, bioloji amillərin təkamülə təsirini tədricən aradan qaldırmışdır. İnsanın əmələ gəlməsi, təkamülü və cəmiyyətin tarixi inkişafı ilə əlaqədar olaraq o, bir-birini əvəz edən aşağıdakı mərhələlərə bölünür:

  1. İnsanın antropoid əcdadı - müntəzəm surətdə təbii əşyalardan (ağac və daşlardan, heyvan sümüyü qırıqlarından) istifadə edən, iki ayağı üzərində gəzən ali primatlardan;

  2. Ən qədim insanlar (arxantroplar və paleontroplar) - süni surətdə hazırlanmış və müəyyən həddə qədər mürəkkəbləşdirilmiş əmək alətlərinin meydana gəlməsi (cəmiyyətin təşkilinin ibtidai forması onlarla əlaqədardır);

  3. Müasir fiziki qurluşlu insanlar (neoantroplar) - bu mərhələnin başlanğıcı son paleolit dövrünə aiddir.

Birinci mərhələni təmsil edən primatlar avstralopiteklərə aid edilir ki, onların sümük qalıqları Cənubi və Şərqi Afrikada aşkar edilmişdir. Onlara insanın ən yaxın əcdadının “modeli” kimi baxmaq olar. İnsanın əcdadı avstralopitekə yaxın, nisbətən daha inkişaf etmiş beyinə malik və iki ayağı üzərində hərəkəti daha təkmilləşmiş primatlar olmuşdur. Onlar artıq təbii əşyalar (ağac və daş) üzərində bir qədər işləyib, onlardan alət düzəltməyi bacarırdılar. Onların qalıqları Afrikada aşkar edilmişdir.
İkinci mərhələnin nümayəndələri - ən qədim insanların (arxantropların) qalıqları isə Asiyada, Şərqi və Şimali Afrikada və Avropada aşkar edilmişdir. Arxantropların nəsli – qədim insanlar olan paleonatroplar (neandertallar ) ikinci mərhələnin son dövrünə aid edilir. Onların müasir insana oxşar xüsusiyyətləri daha çoxdur. Beyinləri həcminə və quruluşuna görə müasir insan beynindən demək olar ki, fərqlənmirlər. Paleontropların hazırladığı alətlər forma və vəzifələrinə görə çox müxtəlifdir. Bu dövrdə primitiv süni yaşayış yerləri meydana çıxır. Təsərrüfat fəaliyyətinin əsasını, xüsusilə iri heyvanları ovlayan kollektiv ovçuluq təşkil edirdi. Paleoantropların təkamülü hələ də təbii amillərin, təbii seçmənin təsirinə məruz qalırdı. Xarici mühitin qeyri-əlverişliliyi, maddi mədəniyyətin və ictimai inkişafın aşağı səviyyəsində olması ilə əlaqədar paleoantropların bəzi qruplarının inkişafı ləngisə də, onların müasir insana - neoantropa (kamil insana ) transformasiya yolu ilə getmişdir.
Üçüncü mərhələdə, yəni müasir insanlara - neoantroplara keçiddə əsas amil ictimai quruluşun və istehsal fəaliyyətinin təkmilləşməsi olmuşdur. Bunların sayəsində kollektiv irəliləyiş baş vermiş, həmin qrupların sayının tezliklə artmasına və geniş yayılmasına imkan yaranmışdır. Burada insanların ünsiyyət vasitələrinin, xüsusilə nitqin inkişafının çox böyük əhəmiyyəti qeyd edilməlidir. Nitq insan birliklərinin, əldə etdikləri konkret biliklərin, müşahidələrin, istehsal təcrübəsinin və əmək vərdişlərinin həmin kollektivlərin ayrı-ayrı üzvləri tərəfindən mənimsənilməsinə, toplanılmasına və onların nəsildən-nəsilə verilməsinə imkan yaratmışdır. İnsanın təbiətdən asılılığının azalması, cəmiyyətin yaranması nəticəsində təbii seçmə təkamül amili kimi öz əhəmiyyətini tamamilə itirir, bununla da insanın növ və bioloji təkamülü bitmiş olur.



Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə