M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə68/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   64   65   66   67   68   69   70   71   ...   91
Muhazire fəlsəfə

Hüquqi şüur. Hüquqi şüur bütünlükdə cəmiyyətin maraq və tələbatı ilə təyin olunan hüquqi baxışlar, nəzəriyyə və hisslər, hüquqi hadisələr haqqındakı biliklər və onların qiymətləndirilməsinin məcmusudur.
Hüquqi şüurun xarakterik cəhəti onun hüquqla qırılmaz əlaqəsidir. Bu əlaqə onların meydana gəlməsi, fəaliyyət göstərməsi və inkişafı ilə bağlı olan ümumi səbəblərlə şərtlənmişdir. Hüquq və hüquqi şüur cəmiyyətin siniflərə bölünməsi, dövlətin əmələ gəlməsi və inkişafı nəticəsində yaranmış ictimai münasibətləri tənzimləmə zərurətindən meydana gəlmişdir. Hüquq normativ sistemlərdən biri olub, cəmiyyətdə insanların hərəkət və davranışlarını, birliklərin və dövlət təşkilatlarının vəzifələrini, münasibətlərini tənzimləyir. Bu normalar müvafiq hüquqi qanunlarda ifadə olunur.
Hüquqi şüur hüquqi münasibətlərin, normaların və təsisatların təbiəti və vəzifələri haqqında, qanunvericilik, məhkəmə və prokurorluq orqanlarının fəaliyyəti haqqında təsəvvürləri əhatə edir.
Hüquqi şüur və hüquq bir qəbildən olan hadisələr olsa da eyni deyildir. Onların qırılmaz əlaqələrinə və qarşılıqlı asılılığına baxmayaraq, hər ikisi üstqurumun müstəqil elementləridir. Hüquq hər şeydən əvvəl hüquqi qanunlar olub, yerinə yetirilməsi dövlət tərəfindən təmin olunur.
Hüquqdan fərqli olaraq hüquqi şüur ümumi, məcburi xarakter kəsb etmir və dövlətin məcburi qüvvəsi ilə təmin olunmur. O, cəmiyyətdə müxtəlif sinif və sosial qrupların hüquq haqqında mövqeyindən, onun qiymətləndirilməsi kimi tarixi zərurətdən meydana gəlir.
Əxlaq. Əxlaq və ya mənəviyyat öz tarixi etibarı ilə ictimai şüurun qədim forması olub, insan cəmiyyətinin formalaşdığı dövrdə meydana gəlmişdir. Cəmiyyətin ilkin inkişaf mərhələsindəki iqtisadi münasibətlərdə öz ifadəsini əxlaqi şüurda tapmışdır. Əxlaq hələ ibtidai icma quruluşunda insanların praktiki tələbatından - münasibətlərin tənzimlənməsi, birgə əmək fəaliyyətinin təşkili ehtiyacından meydana gəlmiş və inkişaf etmişdir. Axı cəmiyyət həmişə öz üzvləri qarşısında müəyyən tələblər qoyur. Bu tələblər ilk növbədə məhz əxlaq normalarında ifadə olunur. Əxlaq dedikdə, adətən, cəmiyyətdəki davranış normaları, qaydaları və prinsiplərinin məcmusu başa düşülür. Bəzən mənəviyyata və əxlaqa eyni anlayışlar kimi baxırlar. Lakin mənəviyyat daha geniş, əhatəli bir anlayışdır.
Etika əxlaq nəzəriyyəsi, əxlaq haqqında fəlsəfi təlimdir. O, quldarlıq cəmiyyətində əqli əməyin fiziki əməkdən ayrılması, ilk fəlsəfi nəzəriyyələrin yaranması dövründə meydana gəlmişdir. Bu mənada filosofların insan münasibətləri sahəsinə müraciət etmələri, əxlaqın meydana gəlməsi səbəbləri və mənbələri, həyatın mənası, səadət, xeyir və şər anlayışları, insan hərəkətlərinin əxlaqi qiymətləndirilməsi və başqa problemlərə toxunmaları xüsusi rol oynamışdır.
Əxlaqın norma, prinsip və kateqoriyalarına konkret-tarixi mövqedən yanaşmaq lazımdır. Xeyir və şər, ədalət, namus, şərəf və s. haqqında əbədi və dəyişilməz təsəvvürlər yoxdur və ola da bilməz.
Elm. İctimai şüurun formalarından biri olan elm təbiətdə, cəmiyyətdə və insan təfəkküründə baş verən proses və hadisələr haqqında sınaqdan keçirilmiş, dəqiqləşdirilmiş biliklər sistemidir. Cəmiyyət elmsiz, biliksiz, yaşaya bilməz. İctimai fikrin digər formaları kimi elmi də hər hansı bir millət, bir xalq və yaxud da bir insan nəsli yaratmamışdır. O, tarix boyu bütün bəşəriyyət tərəfindən, bütün xalqların alimləri tərəfindən yaradılmış və inkişaf etdirilmişdir.
Cəmiyyət həyatında onun rolundan danışdıqda onun yerinə yetirdiyi üç qrup sosial funksiyanı xüsusi qeyd etmək lazımdır: birincisi, mədəni-dünyagörüşü funksiyası, ikincisi, elmin bilavasitə məhsuldar qüvvə olması və üçüncüsü, ictimai inkişafda meydana gələn müxtəlif problemlərin həllində ondan geniş istifadə olunmasıdır.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə