M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə65/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   61   62   63   64   65   66   67   68   ...   91
Muhazire fəlsəfə

Ekoloji imperativ. Müasir dövrdə bəşəriyyət çox ciddi ekoloji qarşıdurma ilə üz-üzədir. İnsanların davranışının etik tərəfləri ciddi dəyişikliklərə məruz qalır. «Cəmiyyət və təbiət» münasibətlərində insan özünün bütün fəaliyyətində əsas diqqətini biosferə yönəltmişdir. İndi yaranan situasiya insanlardan yeni etik normalar tələb edir. Artıq əxlaqi imperativ (tələb) təbiətə də tətbiq olunmaqla ümumi ekoloji imperativ yaratmalıdır. Bu ekoloji imperativin mənası ondan ibarətdir ki, fəaliyyət göstərən hər bir subyekt (istər ayrı-ayrı adamlar, istər cəmiyyət, istərsə də bütün bəşəriyyət) özünün bütün niyyətlərində, işlərində, davranışlarında (təbiətlə ya birbaşa, ya da dolayısı ilə olan) özünü elə aparmalıdır ki, bu davranışın, bu əxlaqın normaları ən ümumi ekoloji qanun olsun.


M. 13. CƏMİYYƏTİN MƏNƏVİ VARLIĞI.
İCTİMAİ ŞÜUR, ONUN STRUKTURU VƏ FORMALARI

13.1. İctimai şüur və onun strukturu


13.2. İctimai şüurun formaları


13.1. İctimai şüur və onun strukturu

Cəmiyyətin maddi həyatında başqa, cəmiyyətin mənəvi həyatı da vardır və onun əsasını ictimai şüur təşkil edir.


Bu ayrı-ayrı şəxslər, sosial qruplar və xalqlar tərəfindən deyil, bütün bəşəriyyət tərəfindən min illər ərzində yaradılır və o yalnız bəşəriyyətə məxsus olur. İctimai şüur bilavasitə və ya dolayı yolla ayrı-ayrı adamlar tərəfindən yaradılsa da həmin adamların ixtiyarından çıxaraq bütün bəşəriyyətin mənəvi sərvətinə çevrilir. Məsələn, elmi kəşflər, bədii ideyalar, müxtəlif nəzəriyyələr ayrı-ayrı şəxslərin zəkasının məhsulu olsalar da, onlar bütün bəşəriyyətə məxsusdur. İctimai şüur dərin məzmuna malik olub, keyfiyyətcə xüsusi bir mənəvi sistemdir. Bu sistem nəticə etibarı ilə ictimai varlıqdan asılı olub onun inikası olsa da, özü nisbi müstəqilliyə malikdir. O, ictimai inkişafa təsir edən güclü amildir.
Tarixi inkişafda ictimai şüurun da böyük rolu vardır. Buna görə də cəmiyyət haqqında daha dolğun təsəvvürə malik olmaq üçün ictimai şüurun mahiyyətini, onun strukturunu, formalarını və cəmiyyətin həyatındakı rolunu açıqlamaq zəruridir.
İctimai şüurun strukturunu adi şüur, ideologiya və ictimai psixologiya təşkil edir.
Adi şüur insanların gündəlik praktiki həyat fəaliyyətindən meydana gələn ideyalar, təsəvvürlər və baxışların məcmusudur. Adi şüurun başlanğıc nöqtəsi təkcə ayrı-ayrı şəxslər deyil, həm də böyük sosial qruplardır. O özündə bilavasitə empirik təcrübəni və biliyi, cəmiyyətdəki əxlaq normalarını, təbiət haqqında və öz sosial vəziyyəti haqqında kortəbii təsəvvürləri birləşdirir.
Nəzəri şüur adi şüurun mühüm əlaqələrinin və qanunauyğunluqlarının inikası olaraq, öz ifadəsini elmdə və başqa şüur formalarında tapır. Adi və nəzəri şüurun belə bölgüsü müəyyən psixoloji müqəddəm şərtlərə əsaslanır. Belə ki, insanın şüurunda adi “həyati” anlayışlar onun gündəlik həyat fəaliyyətində yaranır. Elmi anlayışlar isə özünün formalaşması, təşəkkül tapması üçün xüsusi təlim, müəllimlə, kitablarla ünsiyyət tələb edir. O həm də alimlərin tədqiqatları, kəşfləri, incəsənət xadimlərinin və s. fəaliyyəti nəticəsində formalaşır.
Nəzəri və adi şüur biri-birini əvəz edə bilmir, lakin bir-birinə qarşılıqlı təsir göstərir, bir-birini zənginləşdirir. Nəzəri şüur adi şüuru formalaşdırmağa qadirdir. Nəzəri fikrin, elmin necə inkişaf etməsindən asılı olmayaraq, insanların gündəlik həyatında adi şüur həmişə mövcuddur. Adi şüurun mövqeyindən istənilən sosial proseslər və təbiət hadisələri haqqında mühakimə yürüdə bilərik, lakin o heç də həmişə obyektiv və düzgün olmur. Çünki adi şüurun imkanları empirik ümumiləşdirmələrlə məhdudlaşır.
İctimai-iqtisadi münasibətlər, insanların sosial həyat şəraiti, onların gündəlik fəaliyyəti və toplanan təcrübəsi insan psixikasında müəyyən hisslər, əhval-ruhiyyə, fikirlər, arzular, vərdişlər şəklində əks olunur. Bütün bunlar ictimai psixologiyanı təşkil edir.
İctimai psixologiya, əsasən, insanların sosial varlığının, onların yaşadığı və fəaliyyət göstərdiyi şəraitin təsiri altında formalaşır. O, ümumiləşdirilmiş baxışlar sistemi şəklində meydana çıxmır, mühakimələrdə, emosiyalarda, hisslərdə, əhval-ruhiyyələrdə, iradə aktlarında və s. təzahür edir. İctimai psixologiya sadəcə olaraq insanların ideya və baxışlarının nəzəri ifadəsi deyil, o, empirik xarakter daşıyır, burada intellektual ünsürlər emosional cəhətlərlə çulğalaşır. İctimai psixologiya insanların adi şüuru ilə sıx bağlı olub, əslində onun bir hissəsini təşkil edir.
Hər hansı bir ölkənin, millətin tarixinə aid olan xüsusiyyətlər bu ölkədə yaşayan bütün əhalinin, onun bütün zümrələrinin psixologiyasına öz təsirini göstərir. Bəzən milli psixologiya nəzərə alınmadan aparılan sosial-iqtisadi və milli siyasət öz neqativ nəticələri ilə qarşılaşmalı olur.
İctimai şüurun yüksək səviyyəsi olan ideologiya, müəyyən sinfin, millətin mənafe və maraqlanın ifadə edən fəlsəfi, dini, etik, estetik görüşlərin nəzəri səviyyədə rəsmiləşdirilmiş məcmusudur. Hər hansı sinif və millət öz sosial rolunu dərk edərək ideologiyadan öz sinfi maraqlarını həyata keçirmək üçün istifadə edir. İdeologiya daha geniş, ümumiləşdirilmiş sosial-tarixi və müasir təcrübəyə əsaslanır. Adi şüur insanların həyat fəaliyyəti prosesində öz-özünə, kortəbii surətdə təşəkkül tapır, ideologiya isə başlıca olaraq ideoloqların xüsusi səylərinin, şüurlu fəaliyyətinin məhsulu kimi meydana çıxır.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə