M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə63/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   59   60   61   62   63   64   65   66   ...   91
Muhazire fəlsəfə

Noosferanın fəlsəfi aspekti.
Hazırda bütün planet miqyasında təbiət proseslərindən ağıllı istifadə edilməsi bəşəriyyət üçün həyati zərurət olmaqdadır, ondan yalnız bu cür istifadə edilməsi insanı yerin əsl sahibi edə bilər. Bu zərurət təbiətlə cəmiyyət arasında şüurlu insan fəaliyyəti vasitəsilə təşkil edilən qarşılıqlı təsir sahəsi olaraq noosfera (yunanca noos-ağıl, spahaira-sahə deməkdir) anlayışında öz əksini tapmışdır. Bu anlayış əsrimizin 20-ci illərində Fransa alimləri E.Lerua və P.Teyyar de Şarden tərəfindən planetin biosferadan kənar olan ideal təşkil forması və ya “fikir qabığı” mənasında işlədilmişdir. Akademik V.İ.Vernadski isə bu anlayışa daha dərin məzmunlu anlayış kimi yanaşmışdır. Onun fikrincə, XX əsrin biosferi “hər şeydən əvvəl, elmin, elmi anlayışın yüksəlməsi və onun əsasında bəşəriyyətin sosial əməyin yüksəlməsi nəticəsində yaranan Noosferə çevrilir”, bəşəriyyət isə bütövlükdə götürüldükdə güclü geoloji qüvvə olur”.
Beləliklə, noosfera anlayışı cəmiyyətlə təbiətin qarşılıqlı təsirində yeni keyfiyyət dəyişikliklərini ifadə etməklə, onların bütöv sistemdən ibarət olduğunu, cəmiyyətin canlı və cansız təbiətin vəhdətində aşkara çıxmasını ön plana çəkir. Noosfera istənilən dayişdirici fəaliyyətin təbii və sosial proseslərin elmi cəhətdən anlaşılmasına, cəmiyyət-təbiət sisteminin təkamülünün yüksək tipini ifadə edir. Belə olduqda, yəni həm cəmiyyət, həm də təbiət öz qarşılıqlı təsirlərində optimal inkişaf etdikdə goevolyusiyaya malik olur və noosfera əldə edilmiş olur.
Cəmiyyət və təbiət münasibətlərinin təkamülü ideyaları yer üzərində üzvi və sonra isə sosial aləmin meydana gəlməsi və inkişafı ilə müəyyən edilən qanunauyğunluqların anlaşılması üzərində qurulur. Canlı və cansız təbiətin qarşılıqlı təsirinin nəticəsi Yerin litosfera, hidrosfera və atmosferinin yeni keyfiyyət halı olmaqla “biosfera” və “noosfera” kimi sintetik anlayışlarda öz əksini tapmişdır. Bu anlayışların elmi-tədqiqatlara daxil ediməsi dəyişdirilmiş təbiətin anlaşılmasında yeni bir mərhələ idi.
Coğrafi mühit, uzvi təbiət və cəmiyyətdən təşkil olunan və üzvi vəhdətdə götürülən yeni konsepsiyada biosfera özünü coğrafi mühitlə onda yaşayan canlı orqanizmlərin məcmusu kimi deyil, orqanizmlərin cansız təbiətlə uzun müddətli qarşılıqlı təsirinin nəticəsində yer üzünün aldığı yeni keyfiyyət görkəmli halı kimi nəzərdən keçirilir. Bu cür sistem məcmusunda isə hər bir element ayrılıqda deyil, bütövlükdə həlledicidir. “Yerin səthində bütövlükdə götürülən canlı orqanizmlərdən savayı daha çox daimi fəaliyyət göstərən və ona görə də öz son nəticələrinə görə güclü təsirə malik olan qüvvələr yoxdur. Və biz biosferanın kimyəvi hadisələrini nə qədər çox biliriksə, onda həyatdan asılı olmayan təsadüflərin olmasından ibarət olan əqidəyə gəlirik”.
Beləliklə, noosferanı biosferadan ayrıca götürülən, müstəqil surətdə mövcud olan örtük kimi deyil, biosferanın bir vəziyyətdən digərinə keçməsi və nəticədə alınan yeni keyfiyyət halı kimi başa düşmək lazımdır. Həm də burada biosfera və noosferanın xalis coğrafi parametrləri uyğun gəlmirlər. Məsələn, insan raketlərdən, süni peyklərdən, orbital stansiyalardan və digər kosmik texnika vasitələrindən istifadə edərək artıq bərqərar olmuş biosferanın hüdudlarından kənara çıxır, lakin həmin biosferanın bir hissəsi olmaq etibari ilə o, həm də onun hüdudlarını genişləndirir, yəni keyfiyyət hüdudları yaradır. Bununla yanaşı, cəmiyyət təbiətlə qarşılıqlı fəaliyyət göstərərək elə bil onun canına hopur, biosferanı sosiallaşdırır, onu yeni məzmunla doldurur. Biosfera getdikcə böyük bir dərəcədə ictimai varlığın canına hopmuş şəkilə düşür, onun sonsuz inkişafı isə sosial sahəyə təsir göstərməyə başlayır. Biosferanın noosferaya keçməsi hər şeydən əvvəl o deməkdir ki, insan bütövlükdə biosferanın sonrakı inkişafının məsuliyyətini öz üzərinə götürməli, öz dəyişdirici fəaliyyətində “ziyan vermə” prinsipini əldə rəhbər tutmalıdır. Bu isə müasir ekoloji təzyiqin artdığı şəraitdə insan fəaliyyətində yeni əxlaqın prinsiplərinin bərqərar olmasını tələb edir. İ.Kantın ümumi əxlaq prinsipi kimi irəli sürdüyü “elə hərəkət et ki, sənin iradənin son hüdudu eyni zamanda ümumi qanunvericilik prinsipi gücünə malik olsun” əxlaqi qanunu təbiətə münasibətin də qanunu, ekoloji imperativi olmalıdır. Ekologiyaya tətbiqən bu qanunun mənası isə ondan ibarətdir ki, hər bir fəaliyyətdə olan subyekt, cəmiyyət, bütövlükdə bəşəriyyət təbiətə bilavasitə və dolayı surətdə aid olan öz fikirlərində, əməllərində və hərəkətlərində özünü elə aparmağa borcludur ki, bu davranış norması ümumi ekoloji qanuna çevrilsin.



Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə