M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


İctimai şüurun nisbi müstəqilliyi



Yüklə 363,25 Kb.
səhifə66/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   62   63   64   65   66   67   68   69   ...   91
Muhazire fəlsəfə

İctimai şüurun nisbi müstəqilliyi. İctimai şüur heç də ictimai varlığın müstəqillikdən tam məhrum edilmiş passiv inikası deyildir. İctimai şüur öz inkişafında nisbi müstəqilliyə və varislik xüsusiyyətinə malikdir. Əgər ictimai şüur nisbi müstəqilliyə malik olmasaydı, mənəvi həyatın nisbətən müstəqil inkişafını izah etmək mümkün olmazdı. Sosial həyatda baş verən proseslərdə iştirak edən amillər səbəb və nəticə, fəal və passiv ünsürlər kimi çıxış edirlər.
İctimai şüurun nisbi müstəqilliyi hər şeydən əvvəl özünün ictimai varlığa əks təsirində büruzə verir. Bu təsir cəmiyyətin inkişaf səviyyəsi ilə bağlı olaraq artır. İctimai şüurun nisbi müstəqilliyinin struktur elementləri ilə əlaqəsi, əsasən, ideologiyanın inkişafında xüsusi rolu vardır. İdeologiyanın inkişafı nəticə etibarı ilə iqtisadi inkişafla müəyyən olunsa da, onun hər bir növünün, ictimai şüurun hər bir formasında varisliyi özünəməxsus şəkildə təzahür edir.
İctimai və fərdi şüurun qarşılıqlı əlaqəsi. İctimai şüurun mühüm xüsusiyyətlərindən biri, onun fərdi şüurla qarşılıqlı əlaqədə olmasındadır.
Fərdi şüur ayrıca bir şəxsin şüuru kimi meydana gəlsə də, o, əvvəllər yaşamış və indi yaşayan insan nəsillərinin yaratdığı mənəvi dəyərləri bu və ya digər dərəcədə özündə əks etdirir. İctimai şüur cəmiyyət üzvlərinin fərdi şüurundan kənarda mövcud deyildir. Lakin o öz xarakter və məzmununa görə fərdi şüurla eyniləşdirilə bilməz.
Məlum olduğu kimi, təfəkkür fərdi şüurun funksiyası olsa da, o, keçmiş və indiki insanların fərdi təfəkkürü kimi mövcuddur. Şüurun bütün təzahürlərini hər şeydən əvvəl ayrı-ayrı insanların psixiki fəaliyyəti və dünyanın fərdi inikası kimi başa düşmək lazımdır. İctimai şüurun məzmununun fərdi mənimsənilməsi xüsusiyyəti heç də həmişə ictimai şüurun məzmunu, onun obyektiv əhəmiyyəti ilə deyil, insanların həyat şəraiti, onların ictimai münasibətlər sistemindəki yeri, həyat təcrübələri, təhsilləri ilə müəyyən olunur. İnsanların həyat şəraiti, həyat yolu ictimai şüurun fərdiləşməsini, onun məzmununun şəxsiyyətin malına çevrilməsi prosesini şərtləndirir. Bütün bunlar şəxsiyyətin cəmiyyətdə hakim olan müxtəlif mənəvi təsisatlara münasibətini, onların qəbul edilib-edilməməsini, yaxud fərdi şüurun ictimai şüura münasibətini müəyyən edir.
Fərdi şüurun ictimai şüura münasibəti təkcənin ümumiyə nisbəti kimidir. Nə qədər məhdud olsa da, fərdi şüur ictimai şüurun elementlərini özündə birləşdirir. Odur ki, ictimai şüur bütünlükdə cəmiyyətə, fərdi şüur isə ayrı-ayn şəxslərə mənsubdur.
Fərdi şüurun ictimai şüura münasibəti aktivdir. Hər bir insan məqsədyönlü surətdə ictimai şüurda onu maraqlandıran suallara cavab axtarır. Şüura münasibətin belə xarakteri hər şeydən əvvəl insanın onu əhatə edən mühitə fəal münasibətinin nəticəsidir.
Fərdin fikirləri, əqidəsi o zaman cəmiyyətin malı olur, sosial sərvət əhəmiyyəti kəsb edir ki, onlar şəxsi mənafe çərçivəsindən kənara çıxır, ümumi şüura daxil olur, başqa adamların əqidələrinə və davranış normalarına çevrilir.
İctimai və fərdi şüur daim bir-birinə qarşılıqlı təsir göstərir, bir-birini zənginləşdirir.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə