M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə67/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   63   64   65   66   67   68   69   70   ...   91
Muhazire fəlsəfə

13.2. İctimai şüurun formaları

İctimai şüurun aşağıdakı formaları mövcuddur: siyasi şüur, hüquqi şüur, əxlaq, elm, incəsənət, din, fəlsəfə.


Siyasi şüur. İctimai şüurun formalarından biri olan siyasi şüur cəmiyyətin siniflərə bölündüyü və dövlətin yarandığı dövrdə formalaşmağa başlamışdır. Siniflərin, sosial təbəqələrin istehsala, hakimiyyətə, ictimai təşkilat və təsisatlara, digər siniflərə olan münasibətləri müəyyən siyasi ideya, baxış, təsəvvür və hisslər doğurur. Bu ideya və baxışların məcmusu siyasi şüuru əmələ gətirir. Siyasi şüur siniflərin, sosial qrupların dövlət hakimiyyətinə olan münasibətləri əsasında yaranan sosial-iqtisadi, ictimai-siyasi mövqe və mənafelərini əks etdirən ideya və təsəvvürlərin, hiss və əhval-ruhiyyələrin məcmusudur. Siyasətdə ən vacib məsələ dövlət hakimiyyəti məsələsidir. Siyasi şüurun spesifikası bundadır ki, dövlət hakimiyyətinə olan münasibət öz əksini siyasi şüurda daha qabarıq şəkildə tapır.
Siyasi şüur müxtəlif siniflərin, sosial qrupların və millətlərin siyasi psixologiyası və ideologiyasını özündə birləşdirir. İctimai psixologiya və ictimai ideologiya bir-birinə qarşılıqlı təsir edir. Onların qarşılıqlı əlaqəsinin düzgün nəzərə alınması nəinki tarixi inkişafın dərk olunması, eləcə də dünyəvi problemlərin həlli sahəsində mühüm əhəmiyyətə malikdir. Bu qarşılıqlı əlaqə və təsirdə siyasi ideologiya üstün rol oynayır.
Siyasi ideologiya cəmiyyətin necə təşkil olunmasına, onun dövlət quruluşunun xarakterinə, hansı siyasəti həyata keçirməli olmasına dair baxışlar sistemidir.
Deməli, siyasi ideologiya sinfi məqsəd və mənafeləri ifadə edən ideya və nəzəriyyələrin məcmusudur. Ümumiyyətlə, ideologiya həmişə bu və ya digər siyasi xəttin işlənib hazırlanmasında mühüm rol oynayır.
Siyasi şüurun formalaşmasında siyasi mədəniyyət mühüm rol oynayır. Çünki siyasi mədəniyyət siyasi şüurluluğun, siyasi təşkilatların xarakterini, siyasi münasibətləri nizamlayan, tənzim edən ictimai dəyərlərin adət və ənənələrin məcmusunu ifadə edir.
Siyasi şüurun rolu gərgin vəziyyətdə və tarixin dönüş məqamlarında daha aydın görünür.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə