M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə70/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   66   67   68   69   70   71   72   73   ...   91
Muhazire fəlsəfə

Fəlsəfi şüur. Fəlsəfi şüur da başqa şüur formaları kimi ictimai münasibətlərlə əlaqədardır. Bu əlaqə vasitəli xarakter daşıdığı üçün adətən o, hər hansı münasibətlər sisteminə bilavasitə aid edilmir. Fəlsəfə digər ictimai şüur formalarının təşəkkül tapmasının və inkişafının mexanizmini izah edir.
Fəlsəfə dünyaya baxış və bu dünyada insanın yeri haqqında ümumiləşmiş dünyagörüşü sistemini formalaşdırır. O, insanın dünyaya idrakı, sosial-siyasi, mənəvi-estetik və s. münasibətlərini tədqiq edir. Digər tərəfdən dünyagörüşün nəzəri əsası kimi sosial maraqlar və insanların həyat fəaliyyətinin müxtəlif formaları ilə əlaqədardır.
Sosial gerçəkliklə şərtlənən fəlsəfi şüur öz növbəsində ictimai varlığa fəal təsir göstərərək, yeni idealların, mənəvi və mədəni dəyərlərin yaranmasına kömək edir. Bu, hər şeydən öncə fəlsəfənin dünyagörüşünün əsası olması ilə şərtlənir.
Fəlsəfə dünyagörüşü kimi insanların praktiki fəaliyyəti ilə, ictimai münasibətlərlə əlaqədardır. Müxtəlif tarixi dövrlərdə bu əlaqə müxtəlif olmuşdur. Ona görə də fəlsəfə təkcə dünyagörüşü deyil, həm də idrak nəzəriyyəsidir. Ontoloji mənada fəlsəfə varlıq-şüur münasibətlərini, qnoseoloji mənada isə dünyanın dərk olunmasının yollarını və üsullarını, onun daxili inkişaf dinamikasını izah edir. Təbiətin və ictimai həyatın ən ümumi qanunlarının dərk edilməsi fəlsəfənin qarşısında duran mühüm vəzifədir. Fəlsəfə həm də idrak prosesini tədqiq edir.
Fəlsəfə konkret elmlərdən ayrılmazdır, daima onların nailiyyətlərindən bəhrələnir.
Təbiət və ictimai həyat hadisələrinin tədqiq və izah edilməsi üçün ümumi metodların işlənilib hazırlanması da fəlsəfənin üzərinə düşür. Fəlsəfənin başlıca xüsusiyyəti onun dünyagörüşü olmasındadır. Yuxarıda xarakterizə olunan şüur formalarından başqa, bəzən fəlsəfi ədəbiyyatda iqtisadi və ekoloji şüur da ictimai şüurun müstəqil formaları hesab olunur.


M. 14. FƏLSƏFƏDƏ İNSAN PROBLEMİ

14.1. Fəlsəfə tarixində insanın mahiyyəti haqqında


14.2. İnsanın mənşəyi və cəmiyyətin formalaşması
14.3. İnsanda sosial və bioloji cəhətlərin vəhdəti
14.4. İnsan, fərd, fərdiyyət və şəxsiyyət
14.5. Həyatın mənası. Ölüm və ölməzlik



Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə