M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə69/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   65   66   67   68   69   70   71   72   ...   91
Muhazire fəlsəfə

İncəsənət. İncəsənət ictimai şüur forması olub, həm də dünyanın mənəvi-praktiki dərk olunmasının xüsusi tipidir.
İncəsənət insan şüurunda gerçəkliyin bədii surətlər vasitəsi ilə inikası formasıdır. Bədii surətlərin mənbəyi real həyat gerçəklikləridir, bədii obrazların əsasında həyat həqiqətləri durur. İncəsənət, əsasən, müəyyən peşəkar qrupun - şairlərin, rəssamların, heykəltəraşların, musiqiçilərin və s. fəaliyyət sahəsidir. Bununla yanaşı incəsənətin müxtəlif növlərini öyrənən ayrı-ayrı incəsənətşünaslıq sahələri meydana gəlmişdir. Peşəkar sahədən kənarda incəsənət öz kökləri ilə daha dərin tarixi inkişaf dövrlərində, xalq yaradıcılığı formasında (mifologiya, folklor və s.) inkişaf etmişdir. Bununla bərabər dünyanın gözəllik qanunları əsasında mənimsəməyin mahiyyəti və qanunları haqqında fəlsəfi təlim olan estetika yaranmışdır.
İncəsənət nəinki gerçəkliyi əks etdirir, o, eyni zamanda “xüsusi dünya” nisbi müstəqilliyə malik bədii obrazlar dünyası yaradır. İncəsənətdə hər hansı bir əsər öz bədiiliyi, ideallılığı nöqteyi-nəzərindən qiymətləndirilir. İncəsənət və həyat bir-birindən ayrılmazdır. Gerçəkliklərin dərk olunması, sənətkar tərəfindən həyat materiallarının fəal estetik yeniləşdirilməsi incəsənətin yalnız bir tərəfini təşkil edir. Onun ikinci tərəfi insanların davranışına, onların hiss və fikirlərinə, incəsənətin yaradıcısı olan insanın mənəvi formalaşmasına məqsədyönlü təsirdir. İncəsənətin vəzifəsi şəxsiyyətə və onun vasitəsilə cəmiyyətə təsir etməkdir.
İncəsənət milli xarakter daşıyır. Onun milliliyi hər şeydən əvvəl hər hansı xalqın xarakterinin izlərini, həyat tərzini, adət və ənənələrini, onun maraqlarını, mübarizəsini, fikir və həyəcanlarını əks etdirməsində özünü göstərir. Xalqın həyatı və mübarizəsi qabaqcıl incəsənətin məzmununu zənginləşdirir, sənətkara ilham verir. İncəsənətin xəlqiliyi həm də xalq kütlələrinin mənəvi yaradıcılığı ilə əlaqəsində təzahür edir. İncəsənət öz kökləri ilə xalqın həyatı ilə bilavasitə bağlıdır.
Dini şüur. Öz mənşəyinə görə ən qədim şüur formalarından biri olan din cəmiyyətin lap ibtidai pillələrində meydana gəlmişdir. İbtidai insanların təbiət qüvvələri qarşısındakı zəifliyi, onlara təsir etmək imkanının məhdudluğu dini şüurun meydana gəlməsi üçün əsas şərtlərdən olmuşdur. Dinin ilk formaları təbiət hadisələrini, ayrı-ayrı cisimləri, heyvanları ilahiləşdirməklə əlaqədar olmuşdur. Dinin bu ibtidai formalarının (animizm, totemizm) qalıqları sonralar yaranmış dinlərdə də özünü göstərir.
Dinlərin tarixi göstərir ki, monoteizmdən əvvəl bir neçə allaha səcdə etməklə bağlı olan politeizm mövcud olmuşdur.
Dini şüur, dini etiqadlara əsaslanır. Dini etiqad 3 əsas xüsusiyyətlərlə xarakterizə olunur: dini təsəvvürlər; dini hisslər; ayin və mərasimlər.
Roma imperiyası şəraitində məzlum kütlələrin dini kimi meydana gələn xristianlıq sonra hakim siniflərin rəsmi dininə çevrilmiş və bununla əlaqədar olaraq ilk xristianlığın bəzi mühüm əlamətləri, onun demokratik ruhu, mərasimlərə mənfi münasibəti və s. aradan qalxmışdı. Sonrakı ictimai-iqtisadi formasiyalar şəraitində başqa dini cərəyanların, qolların yaranması prosesi baş vermişdir.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə