M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


Cəmiyyətin inkişafında coğrafi mühitin rolu



Yüklə 363,25 Kb.
səhifə62/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   58   59   60   61   62   63   64   65   ...   91
Muhazire fəlsəfə

Cəmiyyətin inkişafında coğrafi mühitin rolu. Təbii mühitin ayrıca bir insanın həyatına təsiri bir sıra açıq-aşkar səbəblərə görə hamı tərəfindən qəbul edilmiş həqiqətdir. İctimai-tarixi proses isə insanların birgə fəaliyyətlərindən təşkil olunduğuna görə onun təbii mühitdən asılılığı da, onun xarakteri də maraq doğurmaya bilməz. Bu münasibətlə elmi-fəlsəfi ədəbiyyatda “təbiət”, “təbii mühit”, “ətraf mühit” anlayışları ilə yanaşı və eyni məzmunda işlədilən, lakin ona müncər edilə bilməyən “coğrafi mühit” anlayışı mühüm əhəmiyyət kəsb edir.
Coğrafi mühit təbiətin insan fəaliyyəti sahəsinə daxil olan və cəmiyyətin mövcudluq və inkişafının zəruri şəraiti olan hissəsinə deyilir. Bu halda söhbət ərazinin, iqlimin, ehtiyatların, landşaftın, torpağın relyefinin müxtəlif parametrlərinin ictimai inkişafın sürətinə və xarakterinə təsirindən gedir.
Əmək və maddi nemətlər istehsalı prosesində insanlar təbiətin müxtəlif elementlərindən istifadə edir, onları işə salaraq özlərinin iqtisadi fəaliyyətlərinin sahəsini genişləndirirlər. Beləliklə, insanla təbiətin qarşılıqlı təsiri sahəsi genişləndikcə, coğrafi mühitin də dairəsi genişlənir.
Bununla yanaşı, coğrafi amillərin təsiri altında əməyin xarakteri də mürəkkəbləşməyə başladı. İnsan öz əməli fəaliyyətində münasib təbii şəraitlə yanaşı əlverişsiz, hətta sərt və həyat üçün yararsız olan mühitlə rastlaşdı. Məlumdur ki, mülayim iqlim münbit torpaq sahələrinin olması, otlaq sahələrinin mövcudluğu və s. Nisbətən az əmək sərf etməklə yaxşı nəticələr əldə etməyə imkan verirdi, təbii ehtiyatların bolluğu və onları əldə etməyin əlverişliliyi son məhsulun maya dəyərini aşağı salırdı.
Təbiətə insanın təsirindən savayı, coğrafi mühit həmişə təbii səbəblərlə əlaqədar olan dəyişikliklərə məruz qalmışdır. Bunu böyük buzlaşmalar və fəlakətli vulkan püskürmələrindən, qurunun dövri olaraq qalxması və enməsindən, zəlzələlər, daşqınlar və Yerin simasını və insanların həyat şəraitini dəyişdirən digər kortəbii hadisələrdən ibarət olan yerin geoloji tarixi elmi surətdə təsdiq edir.
Beləliklə, alimlərin əksəriyyətinin fikrinə görə coğrafi mühit cəmiyyətin və onun iqtisadi quruluşunun əsas, həlledici səbəbi olmasa da, tarixi prosesin gedişinə onun məhsuldar qüvvələrinin inkişafını ləngitmək və sürətləndirməklə təsir göstərə bilər. Onu da qeyd etmək lazımdır ki, axırıncı yüzilliyə qədər insanların istehsal və ictimai həyatı coğrafi mühitdən və təbiətin kortəbii qüvvələrindən nə qədər az asılı olmuşdursa da, onların iqtisadi və elmi-texniki potensialı da bir o qədər artıq olmuşdur.
XX əsrdə deyilən bu nisbət dəyişilmişdir. Bəşəriyyət planetar hadisəyə çevrildikdən sonra iqtisadi artım coğrafi mühitin təbii sərhədləri ilə üzbəüz dayanmışdır. Coğrafi mühitin özünün müasir ehtiyatlarına görə daim artan müasir istehsal miqyaslarına kifayat etməməsi ortaya çıxmışdır. Mütəxəssislərin hesablamalarına görə son 30 ildə bəşəriyyətin bütün tarixi ərzində istifadə etdiyi qədər xammaldan istifadə olunmuşdur və mövcud iqtisadi artım sürətinin saxlanılması şərti ilə sənaye istehsalı 2-3 dəfə arta bilər, o, isə əlavə olaraq nəhəng miqdarda təbii ehtiyatların olmasını tələb edəcəkdir.
Beləliklə, coğrafi mühitin dəyişdirilməsində aparıcı rol insana keçmişdir, lakin əsrimizin əvvəllərindən başlayaraq isə, o, eyni zamanda qarşılaşdığı təbii maneçiliklərlə əlaqədar olaraq həmin rolu itirməyə başlamışdır. Bütün bunlar isə cəmiyyətin inkişafında coğrafi mühitin yeri və roluna dair nəzəri mühakimələrə, şərh və baxışların olmasına gətirib çıxarmışdır. Bu baxışların hamısına özünün “coğrafi determinizm”, “torpağın münbitliyinin azalması”, “geopolitika” və s. konsepsiyaları ilə birlikdə coğrafi cərəyan adı verilmişdir.
Yer üzündə daim artmaqda olan əhalini daha artıq dərəcədə mövcudluq vasitələri ilə, ilk növbədə isə ərzaqla, taxılla ödəmək tələb olunurdu. Lakin onun istehsalı ilk növbədə təbii şəraitdən, xüsusilə kənd təsərrüfatını aparmaq üçün yararlı torpaqdan asılı idi. Bu isə o dövrdə məhdud miqdarda idi və bu da XVIII əsr mütəfikkirlərinin diqqətini özünə cəlb etməyə bilməzdi.
Fransa filosofu və iqtisadçısı A.R.Tyurqo əkinçiliyin intensivləşdirilməsi imkanlarını tədqiq edərək məhz bu dövrdə torpağın münbitliyinin azalması qanununu irəli sürdü. Onun fikrincə, əkin-biçin üçün işlənilib hazırlanan torpağa sərf olunan hər bir əlavə əmək sərfi əvvəlkindən də az fayda verir, deməli, torpağın məhsuldarlığı getdikcə aşağı düşməyə meyl edir. Buna yaxın bir konsepsiyadan çıxış edən ingilis iqtisadçısı T.R.Maltus isə göstərirdi ki, əhalinin ərzaq məhsulları ilə təmin oluna bilməməsinin səbəbi onun daha çox artmasındadır. Çünki yaşayış vasitələri ədədi silsilə ilə, əhali isə həndəsi silsilə ilə artır. Bu isə zəruri surətdə “mütləq əhali artıqlığına” aparıb çıxarır və çox təhlükəli ictimai hala çevrilir. Ona görə də müxtəlif vasitələrlə əhali artımının qarşısını almaq, onu tənzim etmək lazımdır.
Coğrafi məktəbin müxtəlif cərəyan və istiqamətləri içərisində insan fəaliyyətinin təbii mühitdən tam asılılığıni iddia edən ifrat mexaniki coğrafi determinizmi xüsusi qeyd etmək olar. Onun banisi və ən görkəmli nümayəndəsi Ş.Monteskyedir. Özünün “Qanunların ruhu haqqında” əsərində o, həmin konsepsiyanı təfsilatı ilə şərh edərək belə qənaətə gəlir ki, insanların həyatı, onların əxlaqı, qanun və adətləri, hətta siyasi hakimiyyətlərinin formaları bilavasitə onların yaşadıqları coğrafi və iqlim şəraitindən irəli gəlir. İnsanların təbiət tərəfindən bərabər yaradıldığını qəbul etməklə yanaşı o, coğafi determinizm mövqeyindən çıxış edərək belə nəticəyə gəlir ki, torpağın qeyri-məhsuldar olması insanları axtarıcı, bərkimiş və təmkinli, müharibə qabiliyyətinə malik olan qoçaq və qəhrəman edir. Çünki onlar torpağın vermədiklərini özləri əldə etməlidirlər.
Coğrafi determinizmin ən yeni və müasir formalarından biri L.N.Qumilyovun etnogenezin passionar nəzəriyyəsidir. Onun əsasında etnosa landşaftla əlaqədar olan biosfer fenomen kimi yanaşmaq durur. Bu nəzəriyyəyə görə sosial inkişaf spiral əsasında, etnos isə diskret, yəni başlanğıcı və sonu olmaqla inkişaf edir. Onların hər ikisinin əsasında isə, onların istiqamətini təyin edən əsas coğrafi səbəblərdən ibarətdir. “Etnogenez biosferin canlı maddələrinin biokimyəvi fluktuasiyasından ibarət olan təbii prosesdir. Bu enerjinin alovlanması yəni planetin bu və ya digər regionunda baş verən passionar təkan xarakteri etnosun təsərrüfat fəaliyyətinə təsir göstərən coğrafi şəraitlə müəyyən olunan hərəkət törədir”.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə