M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


Elmi idrakın empirik-nəzəri metodları



Yüklə 363,25 Kb.
səhifə58/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   54   55   56   57   58   59   60   61   ...   91
Muhazire fəlsəfə

Elmi idrakın empirik-nəzəri metodları.
İnsanın əqli fəaliyyətinin universal metodlarından biri də abstraktlaşdırmadır. Abstraktlaşdırma metodunun mahiyyəti cisimlərin qeyri-mühüm xassə, münasibət və əlaqələrindən fikrən sərfnəzər edilməsindən, bu cisimlərin tədqiqatçını maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib götürülməsindən ibarətdir.
Elmi idrakın empirik-nəzəri metodları içərisində analiz və sintez xüsusi yer tutur.
Analiz öz məzmunu etibarilə hər hansı tamı, yaxud mürəkkəb hadisəni fikrən öz tərkib hissələrinə, elementlərinə, ayırmaq və onlardan bəzilərini seçib götürmək üçün istifadə olunan üsul və qanunauyğunluqların məcmusudur. Sintez isə cismin ayrı-ayrı hissə və elementlərini fikrən bir tam halında birləşdirməyə imkan verən üsul və qanunauyğıraluqların məcmusudur. Sintez prosesində tamı təşkil edən hissələrin hər birinin yeri və rolu dəqiq müəyyən edilir.
Əgər analiz prosesində konkretdən abstrakta, təkcədən ümumiyə, mürəkkəbdən sadəyə keçilirsə, sintezin gedişində proses abstraktdan konkretə, ümumidən təkcəyə, sadədən mürəkkəbə doğru cərəyan edir.
Analiz və sintezin qarşılıqlı əlaqəsinin konkret təzahürü özünü aşağıdakı cəhətlərdə göstərir:
Əvvəla, analiz və sintez bir-birini qarşılıqlı surətdə şərtləndirirlər. Bu o deməkdir ki, analizin həyata keçirilməsi üçün cisim özünün tam halında, bütün tərəf və əlaqələrinin sintezi halında təsəvvür olunmalıdır.
İkincisi, analiz və sintez sadəcə olaraq bir-birini tələb etmir, konkret idrak prosesində həm də bir-birini müşayiət edirlər. Məsələn, materialların elektrik və istilik xassələrini öyrənərkən bir tərəfdən onların ayrı-ayrı xassələri seçilib götürülür, digər tərəfdən bu xassələr müvafiq anlayışlarla (istilikkeçirmə, sıxlıq, bərklik, müqavimət və s.) təsbit olunur.
Üçüncü, bir tərəfdən isə seçilmiş xassələrə görə bu materiallar qruplaşdırılaraq naqillərə, yarımkeçiricilərə və dielektriklərə bölünürlər. Beləliklə, analiz və sintez elmi idrakda əksliklərin ayrılmaz vəhdəti kimi çıxış edirlər.
İdrak prosesində faktlardan onların nəzəri sintezinə keçid empirik-nəzəri tədqiqat metodlarından olan induksiya və deduksiya vasitəsilə baş verir.
İnduksiya elə bir idrak metodudur ki, onun vasitəsilə fikir nisbətən az ümumi müddəalardan daha çox ümumi müddəalara doğru hərəkət edir, Bu mənada induksiya xüsusidən ümumiyə aparan əqli nəticə üsuludur.
İnduktiv yolla əldə edilmiş əqli nəticədə fikrin transformasiyası xüsusidən ümumiyə doğru istiqamətlənmişdir.
İnduksiyaya əks olan elmi idrak metodu deduksiyadır. Deduksiya ümumi faktlardan xüsusiyə aparan əqli nəticə üsuludur.
İnduksiya və deduksiya elmi idrakın əkslikləridir.
Elmi tədqiqatın empirik-nəzəri metodlarından biri də modelləşdirmədir.
Modelləşdirmə elə bir elmi üsuldur ki, onun vasitəsilə bir prosesi öyrənməklə tədqiqi bilavasitə çətin olan digər bir anoloji prosesin xarakteri haqqında mülahizə yürüdülür. Coğrafi və topoqrafık xəritələr, qlobus, molekulların kimyəvi tərkibini və strukturunu əksetdirən düsturlar modelə misal ola bilər.
İdrak prosesinin təhlili göstərir ki, insanın idraki fəaliyyətinin səmərəsi iki yolla artırıla bilər: birincisi, idrak prosesində istifadə olunan təbii imkanları qüvvətləndirmək yolu ilə, ikincisi, idrak obyektini ona nisbətən müəyyən üstünlüyə malik olan digər obyektlə əvəz etmək yolu ilə. Birinci yola yeni cihaz və qurğuların yaradılması, ikinci yola isə modellərdən istifadə olunması uyğun gəlir.
Model idrak obyektini əvəz edən və onun haqqında əlavə informasiya mənbəyi rolunu oynayan maddi və ya ideal sistemdir. İdrak prosesində, müasir elmi idrakın müxtəlif sahələrində müxtəlif tipli modellərdən istifadə olunur. Hazırlanmasında istifadə olunan materialın növündən asılı olaraq modelləri maddi (və ya fiziki) və ideal (və ya xəyali) modellərə ayırırlar.
Maddi modellərə ağac, metal, şüşə, plastik kütlə və digər maddi cisimlərdə təcəssüm tapan modellər daxildir. Məsələn, qlobus Yer kürəsinin modelidir. Maddi modellər vasitəsilə tədqiqat obyektinin strukturunu, xarakterini, mahiyyətini öyrənmək olur.
İdeal modellər isə aşağıdakı növlərə bölünür:

    1. Əyani-surətli modellər (məsələn, atomun Rezerford və Bor modeli, müxtəlif sxemlər və s.);

    2. İşarə modelləri (məsələn, kimyəvi simvollarla ifadə olunan kimyəvi modellər - məsələn, benzol molekulunun modeli və s.)

İşarə modelləri riyaziyyatda və məntiqdə geniş yayılmışdır. İşarə modelləri idrak obyektinin əlaqə, münasibət və funksiyalarını işarə etməyə imkan verir.
Modellər idrak prosesində 2 qnoseoloji funksiyanı yerinə yetirirlər:

  1. model informasiya mənbəyidir;

  2. model biliyi fiksə etmək vasitəsidir.


Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə