M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə60/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   56   57   58   59   60   61   62   63   ...   91
Muhazire fəlsəfə

M. 12. TƏBİƏTİN FƏLSƏFƏSİ

12.1. Təbiətin fəlsəfi anlamı


12.2. Təbiət-cəmiyyət münasibətlərinin əsas istiqamətləri
12.3. Ekoloji böhran və onun aradan qaldırılması


12.1. Təbiətin fəlsəfi anlamı

Təbiət anlayışı fəlsifənin daxilində xüsusi yer tutur. Təbiət hadisələri və obyektləri uzaq məsafədaki ulduz və Qalaktikalar sistemləridir, elementar hissəciklər və onların çevrilmələridir, çaylar və okeanlardır, meşəlar və dağlardır, Yerdəki həyatınn sonsuz müxtəliflikləridir. Təbiət anlayışı bütün mövcud olanları, Kainatı əhatə edir. Təbiət anlayışı fəlsəfədə öz məzmununa və harada, hansı maqsədlə işlədilməsinə görə 3 mənaya malikdir.


Birinci geniş mənada həmin anlayış bütün varlığı, özünün bütün forma müxtəliflikləri ilə birlikdə bütün dünyanı ifadə edir, bütün obyektiv reallığa, insan da daxil olmaqla bütövlükdə Kainata şamil edilir. Sözün bu mənasında təbiət anlayışı fəlsəfədə varlıq problemləri ilə məşğul olan ontologiyada XIX əsrə qədər işlədilmişdir.
Təbiət anlayışının daha məhdud mənada anlaşılması keçan əsrdə Yerdə baş verən bioloji təkamül prosesinin və həyatın meydana gəlməsi problemlərinin, habelə insanın tabiətdə xüsusi yer tutmasının başa düşülməsinin öyrənilməsi ilə formalaşmağa başlamışdır. Bu mənada “təbiət” anlayışı müəyyan həcmə qədər daralaraq obyektiv reallığın 1802-ci ildə J.Lamark tərəfindən biosfera adlandırılan həyat sahəsini əhatə etmişdir. Biosfera qeyri-üzvi təbiətin bütün əvvəlki inkişafı nəticəsində formalaşan, atmosferi, litosferin yuxarı hissəsini və hidrosferi əhatə edən həyatın baş verdiyi yerin nazik qabığından ibarətdir.
Biosferada canlı təbiətin üzvi hissəsi olan, onun içərisindən seçilib ayrılaraq xüsusiləşən və təbiətə qarşı duran fəal başlanğıc kimi insan xüsusi yer tutur. Ekoloji problemlər toplanıb artdıqca, insan özünün yeni deyişilmiş həyat şəraitini daha dərindən dərk etməyə, təbiətlə cəmiyyətin qarşılıqlı münasibətləri məsələsini həll etməyə başladı. Təbiət anlayışı bu mənada biosferanın bioloji növ olmaq etibarı ilə insanın mövcud olması üçün lazım olan məcmu şəraitə aid olan hissəsi ilə eyniləşdirildi. Beləliklə, təbiətin öyrənilməsindəki ənənəvi yanaşma üsulları “biosfera-insan” kimi mürəkkəb sistemin təhlili və fəlsəfi cəhətdən mənalandırılması hesabına xeyli genişlənlirildi, “təbiət” anlayışının özü isə daha yeni və dərin məzmun kəsb etdi. Hər şeydən əvvəl, camiyyətin ətraf mühitlə qarşılıqlı münasibətlərinə, xüsusilə iqtisadiyyat və ictimai həyata aid olan sahələrinə dair intensiv elmi-tədqiqatlar aparılmağa başlandı. Ona görə də “təbiət” anlayışının bu məna əhəmiyyəti müasir sosial fəlsəfədə daha çox işlədilir və insanların yaşadıqları həm təbii sosial mühiti, həm də insanlar tərəfindən, insan əli ilə yaradılan suni yaşayış muhitini əhatə edir. Başqa sözlə, söhbət özlərinin qarşılıqlı çulğaşmasında və vəhdətində insanın həyat məkanını təşkil edən “birinci” və “ikinci” təbiətdən gedir.
Nəhayət, “təbiət” anlayışından bu və ya digər cismin, mövcudluğun əsas məzmununun mahiyyətinin göstərilməsində spesifik şəkildə istifadə olunur. Çox zaman müəyyən hadisənin xarakterini və meydana gəlməsinin prinsipial şəraitini müəyyənləşdirmək üçün onun təbiətinin nədən ibarət olmasından, onun xüsusiyyətlərindən söhbət salınır. “Təbiət” anlayışı bu halda kifayət qədər dar mənada, konkret hal üçün işlədilir (məsələn, idrakın təbiəti, insanın təbiəti və s).

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə