M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


Təbiət-cəmiyyət münasibətlərinin əsas istiqamətləri



Yüklə 363,25 Kb.
səhifə61/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   57   58   59   60   61   62   63   64   ...   91
Muhazire fəlsəfə

12.2. Təbiət-cəmiyyət münasibətlərinin əsas istiqamətləri


Təbiət və cəmiyyətin qarşılıqlı təsirinin mərhələləri. Cəmiyyətin təbiətə münasibəti, hər şeydən əvvəl, istehsal əsasında qurulur. Cəmiyyətlə təbiətin qarşılıqlı təsir prosesində insanlar ətrafındakı təbiətdən özləri üçün zəruri olan yaşayış vasitələrini əldə edirlər. Sosial varlıq olaraq insanın özünün formalaşmasının, onun təbiətdən ayrılmasının əsası əməkdir, istehsaldır. İnsanın təbiətdən, təbii yaşayış mühitindən asılılığı bəşər tarixinin bütün mərhələlərində mövcud olmuş, daim dəyişilmiş və ziddiyyətli surətdə inkişaf etmişdir. Tarix boyu insanlar öz dəyişdiricilik qabiliyyətlərini durmadan inkişaf etdirmiş və təkmilləşdirmiş, hər dəfə təbətin mühitdən öz məqsədləri üçün istifadə edilməsi imkanlarını artıraraq, bununla da təbiətlə öz qarşılıqlı münasibətlərinin xarakterini də dəyişdirmişlər.
Cəmiyyətin təbiətə münasibəti tarixi mərhələlərlə müşayiət olunur. Onu da qeyd etmək lazımdır ki, bir mərhələdən digərinə keçid cəmiyyətin məhsuldar qüvvələrində baş verən inqilabi dəyişikliklərlə müşayiət olunur.
Cəmiyyətin təbiətə münasibəti 3 böyük tarixi mərhələdən keçmişdir:

  1. Neolit - əkinçiliyin meydana çıxması, təbiətdə olan hazır məhsulların mənimsənilməsindən istehsala keçid bu mərhələ üçün səciyyəvi cəhətdir.

  2. Sənaye inqilabı, yaxud kustar əmək alətlərindən maşınlı istehsala keçid.

  3. XX əsrin 30-cu illərindən başlayaraq, indi də davam edən elmi-texniki tərəqqi.

Yuxarıda göstərilən bu proseslər müvafiq olaraq insan cəmiyyətinin təbiətə münasibətinin 4 dövrünü müəyyən etmişdir:
1-ci dövr: Şüurlu insanın (Homo-sapiensin) yaranmasından başlayır, əkinçilik və maldarlığın meydana gəlməsinə qədər davam edir. Bu, insanların ovçuluqla, balıqçılıqla, yığıcılıqla məşğul olduğu dövrdür. Həmin dövrün səciyyəvi cəhəti təbiətlə vəhdətdə olmaqdır.
2-ci dövr: Bu zaman əkinçilik və maldarlıq istehsalın həlledici sahələrinə çevrilir. Qalan fəaliyyət növləri onlardan asılı vəziyyətə düşür. Bu dövrdən etibarən insan təbiətə fəal müdaxilə etməyə və ona ciddi təsir göstərməyə başlayır, amma hələ yenə də ona tabedir, ondan çox asılıdır. Bu dövrdə istehsal tamamilə təbii amillərdən asılıdır. Bu dövrün sonlarına yaxın insanın təbiətdən ayrılması prosesi onun təbiətə qarşı qoyulması formasını alır.
3-cü dövr: XVIII əsrdə İngiltərədə baş vermiş sənaye inqilabı cəmiyyətlə təbiət arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. İnsanla təbiət arasında ziddiyyətlər dərinləşir, insan elmin və texnikanın gücündən geniş istifadə edərək təbiətə dağıdıcı təsir göstərməyə başlayır. Texniki tərəqqi insanın gücünü artırır, təbiətə təsir sahəsində imkanları genişləndirir.
4-cü dövr: XX əsrin ortalarından başlayaraq elmin və texnikanın nailiyyətlərinin birləşdirilməsi nəticəsində yaranan elmi-texniki inqilab (ETİ) insan-təbiət münasibətlərindəki ziddiyyətləri daha da dərinləşdirir və böhranlı vəziyyətin yaranmasına səbəb olur. İnsan təbiəti ram edərək onun tam ağasına çevrilməyə başlayır. Lakin bu cəhdlər öz mənfi nəticələrini verir. Bəşəriyyət “Olum ya ölüm” dilemması qarşısında qalır və təbiətə münasibətdə öz hərəkətlərini cilovlamağa, tənzim etməyə məcbur olur. İnsan artıq özünü təbiətdən ayırmamağa, ona qarşı durmamağa çalışır. Çünki əvvəllər insan tərəfindən təbiətə edilən “zülm” artıq onun özünə qarşı çevrilmişdir. Bu, gələcəkdə davam etdirilərsə, insan nəslinin özünün yaşamaq ehtimalı sıfıra yaxınlaşar.
Ümumiyyətlə, yeni mərhələnin mahiyyəti ondadır ki, praktiki olaraq insanın təbiətdən ayrılması və eləcə də ona qarşı qoyulması aradan qaldırılmağa doğru gedir, təbiətlə cəmiyyətin vəhdəti təsdiq edilir.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə