M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə131/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   127   128   129   130   131   132   133   134   ...   184
muhazire FELSEFEyeni

Siyasi ideologiyanın məzmununu təşkil edən nəzəri siyasi şüur öz formasına görə elmi baxışlar sistemi kimi çıxış edir: o müəyyən siyasi konsepsiyaiara əsaslanır və bu və ya digər ictimai qrupların siyasi marağını əks etdirir. Bu baxımdan mühafızəkar, radikal, liberal, demokratik, islahatçı və başqa siyasi şüur formalarını da ayırmaq olar.

İdeologiya - cəmiyyətin böyük əksəriyyətinin qəbul etdiyi mülkiyyətə, hüquqa və digər münasibətlərə baxışlar sistemidir. İdeologiyaya dini, milli və s. don geyindirmək olar. İctimai qrupların xarakteriərindən asılı olaraq ideo­logiya irticaçı, faşist yönümlü, ekstremist və s. ola bilər.

«İdeologiya» termini XVIII əsrin sonu - XIX əsrin əvvəl­lərində yaranmasına baxmayaraq mürəkkəb mənəvi hadisə kimi, gerçəkiiyin sadə və yüngülvari deyil, mürəkkəb, qrup maraqları vasitəsi ilə dərk olunması forması kimi qədim dövrlərdə yaranmışdır.

İdeologiyanın xarakteri və ictimai istiqaməti, ilk növbədə, orada öz iradəsini tapan qrup və partiya maraqlarından asıiıdır. Buna görə də ideologiyanın əsas xüsusiyyətlərini - elmi, partiyalı, sinfi, utopik, ritorik, emosional, subyektiv və s. xüsusiyyətlərini – fılosoflar müxtəlif formada şərh edirlər.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə