M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə9/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   5   6   7   8   9   10   11   12   ...   184
muhazire FELSEFEyeni
1
İNTİBAH DÖVRÜNÜN FƏLSƏFƏSİ

Doğrunda da təhsil alan, lakin istənilən səviyyədə intellektə malik olmayanлар bu təhsili praktikada həyata keçirməkdə çətinlik çəkir, qabiliyyətlərinə uyğun işlə məşğul olmaq istəmirlər. Etiraf etməsək də bu gün təhsildə vəziyyət acınacaqlıdır. Bəlkə də kimlərsə gənclərin düşdükləri bu ağır vəziyyəti ört – basdır etmək, gənclərin özünün bunu duymaması üçün bütün vasitələrdən istifadə edirlər. Özlərini dərk etmək, gələcəyini görmək qabiliyyəti kütləşən gəncliyi fəlsəfədən uzaqlaşdırmaqla onları manqutlaşdırmaq kimə və nəyə xidmət etdiyini görməmək olmur. Ən böyük faciə odur ki, gənclik özünə qarşı olan haqsızlıqla, cəmiyyətdəki ədalətsizliklə, bizi ağuşuna alan rüşvətxorluqla barışır, onlara qarşı çıxmaq üçün özlərində güc və cəsarət görmürlər. Unutmaq lazım deyil ki, ağılla xoşbəxt olmamaq ağılsız xoşbəxtlikdən yaxşıdır. Çoxları düşdüyümüz bu halı düzəltməyin mümkün olmadığını deyirlər, ancaq Kirenli Karneadın dediyi kimi, baş verənlərin hamısını talenin ayağına yazmaq olmaz, bizim özümüzdən də nə isə asılıdır.

XV-XVI əsrləri əhatə edən İntibah dövru Avropanın bir çox ölkələrinin, ilk növbədə, İtaliyanın, Hollandiyanın, Fran­sanın, Almaniyanın sosial-iqtisadi həyatında köklü dəyişiklik dövrüdür. Bu dövrdə ticarət qızğın inkişaf edir, şəhərlər daha böyük əhəmiyyət kəsb etməyə başlayır, ilk kapitalist müəs­sələri – manufakturalar meydana gəlirdi. Cəmiyyətin ictimai-siyasi həyatında feodal sinfi ilə yanaşı yenicə yaranan burjuaziaya da fəal rol oynamağa başlayır. Rəsmi katolik kil­sələri öz mövqelərini itirməyə başlayırlar. Bir sıra ölkələrdə başlanan reformasiya hərakatı illərlə hökmranlıq edən kilsələrin parçalanmasına gətirib çıxarır. XVI əsrin sonlarında Hollandiyada dünyada ilk burjua inqilabı baş verir.

Sosial-iqtisadi sahədəki dəyişikliklər öz əksini mə­də­niyyətdə, incəsənətdə, elmdə və fəlsəfədə də tapır. Bu dövrün görkəmli əql sahibləri təbiət və insanı düzgün əks etdirməyə çalışırdılar. Onlar məhz insanı – geniş yaradıcılıq qabiliyyətinə malik olan, ətraf aləmi dəyişdirməyi bacaran insanı öz tədqiqatlarının mərkəzinə qoyurdular.

İntibah dövründə Avropanın mənəvi həyatının inkişafında başlanan “canlanma” antik, xristianlığaqədərki fəlsəfəyə bu vaxta qədər görünməmiş maraq oyatmışdır. (İntibah və ya Renessans termini də buradan yaranmışdır). Bu dövrdə öz emosionallığı ilə diqqəti cəlb edən Platon fəlsəfəsinə daha böyük maraq yaranmışdır. Platonun baxışlarının təbliğ olunmasında Marsilo Fiçino xeyli iş görmüşdür. O, Platonun bütün əsərlərini latın dilinə tərcümə etmiş, özünün tarixi-fəlsəfi əsərlərində isə yunan filosofunun baxışlarının xristian idealarına yaxınlığını göstərməyə cəhd etmişdir.

Xüsusilə qeyd etmək lazımdır ki, bu dövrün əsas xüsusiyyətləri və ziddiyətləri İntibahın keçidli xarakterə malik olması ilə bağlıdır. İntibah dövrünün ictimai-şüuru dini dünyagörüşü birbaşa ardıcıl surətdə inkar etməkdən hələ uzaq olsa da bu sahədə müəyyən addımlar atılmışdır. Belə ki, bu dövrün bu və ya digər mütəfəkkirlərinin Allaha hansı dərəcədə inanmaqlarından asılı olmayaraq öz başlıca diqqət obyektlərinin, tədqiqatlarının, ilahi qüvvənin yox, təbiət və insanın üzərində cəmləşdirmişdilər. Allah panteistcəsinə maddi aləmə qarışdırılır və C.Brunonun ifadəsi ilə desək, o şeylərin üzərində dayanan yox, “şeylərdə yerləşən” kimi qəbul olunurdu. N.Kuzanskiyə görə isə Allah “hər yerdə və heç harada” yerləşir.

Şüurun bütün sahələrində: fəlsəfədə, elmdə, siyasi və etik təlimlərdə-ilahi olanların insana, hissən dərk edilməzliyin hiss edilənə, mistik və möcüzələrin tam real və həqiqətə uyğun çevrilməsi baş verir. Bu İntibah dövrü incəsənətində daha aydın özünü göstərir: bu incəsənət hər bir Bibliya personajına fəal, konkret insan siması verir. Məhz bu baxımdan renessans mədəniyyətinin humanist əsasından, onun intelektuallığından, rasionallığından və hətta stientizmliyindən (elmliyindən), onun incəsənətinin realist istiqamətindən, onun fəlsəfi fikrinin kortəbii – materilaizmə meyilliyindən (baxmayaraq ki, burada biz platonizmə və neoplatonluğa, dini-mifololoji sujetlərə və idealara, ilahiyyat düşüncə formalarına, kilsə xadimlərinin nüfuzlarına müraciətə rast gəlirik) danışmaq olar. Başqa cür desək, ictimai şüurun yeni tipi çox vaxt köhnə formanın himayəsi altında yaranırdı: bununla belə - bu xüsusilə əhə­miyyətlidir-bu cür şəraitdə yaranan kəskin daxili ziddi­yətləri heç kəs sezmirdi. Bu ilk növbədə onunla izah olunur ki, renessans özünü düşünmə pafosunu – insanın əldə etdiyi azadlıq və onda açılan praktiki və mənəvi imkanların təsdiq olunması-artıq əldə edilmiş qələbə illuziyasını yaradırdı.

İntibah dövrünun fəfsəfi fikri optoloji istiqamətdə idi və ona görə də təbiət elmləri-astronomiya, mexanika, riyaziyyat ilə çox bağlı idi; onun əsas prinspi-insanı əhatə edən maddi aləmin reallığının və onun rasional dərk olunmasının mümkünlüyünün təsdiq olunması prinsipi idi. Bir halda ki, insan idrakın və dünyanı dəyişdirməyin subyektidir, o fəlsəfi fikrin ikinci başlıca predmentinə çevrilir: bu diqqət o qədər böyük idi ki, insan anlayışı təbiət anlayışına nisbətən daha radikal dəyişikliyə uğrayırdı.

İnsanın real vəziyyəti həm Avropanın mərkəzi və şimalında, həm də İtalya şərq-respublikalarında belə təbiətin bu ali məxluqunun layiq olduğundan çox-çox uzaq idi və buradan da İntibah dövrünün fəlsəfi fikrinin üçüncü istiqaməti – siyasi istiqaməti mövcud idi. Bu da özünü bir tərəfdən isə P.Kampanellanın və T.Morun utopiyalarında, digər tərəfdən isə N.Makiavellinin siyasi mövzulardakı ayıq “realist” traktatlarında öz əksini tapmışdır.

İntibah dövrünün dünyagörüşünü mühüm fərqləndirici xüsusiyyəti onun incəsənətə istiqamətlənməsidir: əgər orta əsrləri dini dövr adlandırsaq, onda İntibahı bədii-estetik dövr adlandırmaq olar. Əgər antik dövrün diqqət mərkəzində təbii-kosmik həyat, orta əsrlərdə Allah və onunla bağlı xilasolma ideyası dayanırdısa, onda İntibah dövrünün diqqət mərkəzində insan dayanırdı. Ona görə də bu dövrün fəlsəfi təfəkkürünü antroposentrik kimi xarakterizə etmək olar.

Bu dövrdə fəlsəfənin və elmin bir-birinə doğma, vahid fəaliyyət forması kimi qəbul olunduğunu göstərən çoxlu nümunələr göstərmək olar. Bu vaxt fəlsəfə ilk növbədə dəqiq elmlərlə, riyazi biliklərlə yaxınlaşır. İntibah üçün xarakterik olan biliklərin riyaziləşdirilməsi ənənəsi – N.Kuzanskinin fikrincə hər bir idrakın mahiyyəti ölçüdür-tam mənada fəlsəfi idrakı da əhatə etməlidir.1600-cü ildə yandırılan tonqal və C.Brunonun ora atılması İntibah dövrünün faciəvi finalını və eyni zamanda yeni dövrün başlanğıcını bildirən dərin simvolik bir hadisə idi.
İntibah dövrünün təbii elmi biliklərinin inkişafında birinci dərəcəli əhəmiyyətə malik bir sıra kəşflərin böyük rol oynamasını qeyd etmək lazımdır. Nəzəri riyaziyyatın və təbiət biliklərin müvəffəqiyyətləri fəlsəfədə materialist ənənələrin inkişafına bilavasitə təsir göstərdi və sxolostikanın məğlub olmasına kömək etdi. Bu dövrdə astronomiya sahasində də mühüm kəşflər edildi. Bir halda ki, sxolotik dünyagörüş dünyanın heliosentrik mənzərəsi ilə qırılmaz bağlı idi və bu baxımdan astronomiyadaki yeni kəşflər bu dünyagörüşə məhv­edi­ci zərbə vurdu. Bu kəşflərdən ən mühümü, elmi as­tro­no­mi­yanın əsasını qoyan N.Kopernikin heliosentrik nəzəriyyəsi idi.

Kopernikin nəzəriyəsi fəlsəfi ideyaların inkişafına böyük təsir göstərdi və materialist dünyagörüşünün dərinləşməsinə kömək etdi. Kopernikin kəşfi insan əqlinin həqiqəti anlamaq bacarığına inamı möhkəmləndirdi və gücləndirdi. Lakin bununla belə Kopernik də Aristotel–Ptolomey konsep­siya­larında əsaslandırılan ənənəvi dini baxışlardan tam azad ola bilmədi. Bu, birinci, dünyanın sonluğuna inam və ikinci, Yer artıq Kainatın mərkəzi olmasa da belə bir mərkəz qalırdı – bu da Günəş idi - prinsiplərində özünü göstərirdi.

Alman astronomu İohann Kellerin üzərində geniş İntibah dövrünün görkəmli alimi, fizik və astronomu Qalileo Qaliley təbiətin ekspermental-riyazi tədqiqat meto­dunun banisi olmuşdur. Leonado da Vinçi bu metodu ümumi şəkildə vermiş, Qaliley isə bu metodu hərtərəfli şərh etmiş və dünayanın mexanist şərtinin mühüm prinsiplərini forma­laşdırmışdır. O, Ayda krateri (vulkan ağzı) və dağ silsiləsini aşkar etmiş, Yupiterin peyklərini görmüş, Günəşdə ləkəni və Ağ Yolu yaradan ulduzların saysız-hesabsız toplanmasını və s. görmüşdür. Bu kəşfi sayəsində Qaliley “Göyün Kolumbu” şöhrətini qazanmışdır. Qalileyin astronomiya sahəsindəki kəşf­ləri, ilk növbədə Yupiterin peyklərinin, Kopernikin heliosentrik nəzəriyəsinin doğruluğunun əyani subutu oldu; Ayda müşahidə etdiyi hadisələr və Günəşdə ləkə Brunonun planetlərin fiziki oxşarlığı haqqında ideasini təsdiq etdi.

Elmin predmeti-təbiət və insandır. Dinin predmeti – “mömünlük və itaət”, insanın mən­əvi rəftar sahəsidir.

Bütün bunlardan çıxış edərək Qalıley təbiətin dərk olun­masının sonsuz mümkünlüyü haqqında nəticəyə gəlib çıxmışdır. O belə bir ideya irəli sürmüşdür ki, həqiqətin dərk olunması sonsuz prosesdir. Qalıleyin bu istiqamətdə fikirləri onu həqiqətin dərk olunmasının yeni metoduna gətirib çıxartdı.

Təbiətin mexaniki anlaşılması onun sonsuz keyfiyyət müx­tə­lifliyini izah edə bilmədiyindən Qaliley, Demokritin ide­ya­la­rına əsaslanaraq, öz dövrünün filosoflarından birinci olaraq gülün, iyin, səsin və s. subyektivliyi haqqında müddəanı inkişaf etdirmişdir. Qaliley ''Probvuran'' əsərində göstərir ki, ma­teriyanın hissəciklərinə müəyyən forma, böyüklük xasdır, onlar məkanda müəyyən yer tuturlar, ya hərəkət edir, ya da sükunət halındadırlar, lakin materiyaya xas olmayan nə rəngə, nə dada, nə də iyə malik deyildirlər. Bütün hiss edilən keyfiyyət yalnız dərkolunan subyektdə yaranır. Bu cəhətdən onun baxışları materiyaya, təbiətə nəinki obyektiv keyfiyyət, həm də canlılıq aid edən naturfilosofların baxışlarından fərqlənir.

Qaliley Brunonun ardınca Kainatın sonsuzluğundan çıxış etsə də, onun bu əqidəsi planetin dairəvi orbitinin dəyişməzliyi haqqında və onların hərəkətinin sürəti haqqında baxışları ilə uyğunlaşır. Qaliley ilk dəfə olaraq təbiətə deist baxışı formalaşdırmışdır. Bu baxış sonralar XVII-XVIII əsr mütə­fək­kirlərinin əksəriyyəti tərəfindən müdafiə edilmişdir. Qalileyin elmi-fəlsəfi fəaliyyəti Avropada fəlsəfi fikrin inkişafının mər­hələsinin - XVII-XVIII əsrlər mexanist və metafizik ma­teria­lizmin başlanğıcını qoymuşdur.

Qaliley filosof olmamışdır, lakin onun elmi baxışlarının bö­yük nəticələri olmuşdur. O, aşağıdakı ideyanı irəli sür­müşdür: təbiətin kitabı bizim üçün bağlıdır, onu oxumağı ba­carmaq üçün riyaziyyat lazımdır, çünki bu kitab riyaziyyat dilində yazılmışdır.

Qalileyin rasionalizmində Yeni dövrün təbiətşünaslığı və onun fəlsəfi metodologiyası duyulur. Fəlsəfə tarixində Qa­lileyin fəxri yeri var, o, materialist dünyagörüşünün, xüsusilə, təbii elmi tədqiqat nöqteyi-nəzərdən formalaşmasına kömək etmişdir.

İntibah dövrü fəlsəfi fikrinin xüsusiyyəti onun antisxolastik xarakter daşımasıdır. Qeyd etmək lazımdır ki, nəzərdən keçirdiyimiz dövrün bütün mərhələlərində sxolastika rəsmi fəlsəfə kimi hələ qalırdı və əksər universitetlərdə tədris olunurdu. Fəlsəfə isə humanistlər tərəfindən inkişaf etdirilirdi, lakin sxolastikadan fərqli olaraq, ilahiyyatın kənizi funksiyasını yerinə yetirmirdi. Fəlsəfənin teologiyadan ayrılması elmin predmetini və dinin predmetini ayıran ikili həqiqət nəzəriyyəsinə kömək etdi. Mühazirədə bu nəzəriyyənin mahiyyətinin izah edilməsi məqsədəuyğundur. Bu nəzəriyyə öyrəndiyimiz dövrün görkəmli mütəfəkkirləri arasında geniş yayılmışdı və elmi şüurun formalaşmasına təkan verirdi. Buna, həm də antik təlimlərin, xüsusilə epikürçülüyün daha sonra isə təbii biliklərin inkişafı kömək etdi.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə