M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


MƏDƏNİYYƏT VƏ SİVİLİZASİYA. MÜASİR DÖVRÜN QLOBAL PROBLEMLƏRİ



Yüklə 0,71 Mb.
səhifə181/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   176   177   178   179   180   181   182   183   184
muhazire FELSEFEyeni

15. MƏDƏNİYYƏT VƏ SİVİLİZASİYA. MÜASİR DÖVRÜN QLOBAL PROBLEMLƏRİ
Mədəniyyət sözü latınca: cultura sözündən olub torpağın becərilməsi, tərbiyə, inkişaf mənasında başa düşülmüşdür. İlk dövrlərdə mədəniyyət insanın təbiətə məqsədəuyğun təsiri, torpağın əkilib becərilməsi, yəni yaxşı məhsul almaqdan ötrü onun dəyişdirilməsi kimi anlaşılmışdır.

İntihab dövrünün filosofları mədəniyyətə ideal, universal şəxsiyyətin formalaşması vasitəsi, hərtərəfli təhsil, tərbiyə almağa, elmə və incəsənətə təsir etməyə, dövlətin möhkəmləndirilməsinə kömək etməyə qadir bir qüvvə kim baxırdılar.

XIX əsrdə mədəniyyətin təkamül inkişafı nəzəriyyəsi yarandı. Bu kulturoloji konsepsiyanın tanınmış nümayəndələridən biri ingilis etnoqrafı və tarixçisi E.B.Taylor (1832– 1917) olmuşdur. Taylorun anlamında mədəniyyət yalnız mənəvi mədəniyyətdir: bilik, incəsənət, etiqad, hüquqi və əxlaqi normalar və s. Taylor qeyd edirdi ki, mədəniyyətdə təkcə ümumbəşəri yox, həm də ayrı–ayrı xalqlar üçün spesifik olan dəyərlər də vardır. Mədəniyyətin inkişafında təkcə onun daxili təkamülünü deyil, həm də tarixi təsirin və tarixi mənimsənilmənin əhəmiyyətini də Taylor qeyd etmişdi. O göstərirdi ki, mədəni inkişaf düz xətlə gedə bilməz. Lakin təkamülçü kimi O, bütün və əsas diqqətini bəşəriyyətin mədəni inkişafının vəhdətdə olmasını sübut etməyə vermişdir.

Taylorun vahid xətt təkamül nəzəriyyəsi XIX əsrin sonunda həm yenikantçılar və M.Veber tərəfindən, həm də «Həyat fəlsəfəsinin nümayəndələri, O.Şpenqler, A.Toynbi tərəfindən tənqid edilmişdir.

Yeni kantçı Rikkert, məsələn, təklif edir ki, mədəniyyətə dəyərlər sistemi kimi baxılsın. O, aşağıdakı dəyərləri sadalayır: həqiqət, gözəllik, ilahi müqəddəslik, mənəviyyat, xoşbəxtlik, xüsusi müqəddəslik. Dəyərlər xüsusi aləmi, xüsusi fəaliyyət növü yaradır ki, burada insanın dünyanı mənəvi mənimsəməsinin bəzi cəhətləri görünür.

«Həyat fəlsəfəsi»nin nümayəndələri də yeni kantçılar kimi, tə­biətlə tarixi kəskin şəkildə fərqləndirirlər. Şpenqlərə görə, tarix ayrı–ayrı qapalı mədəniyyətlərin bir–birini əvəz etməsidir. Bu zaman vahid tarixi prosesin mövcudluğu istisna edilir. Bütün mədəniyyət ayrıca götürülmüş insanın yaş dövrlərini: uşaqlıq,yeniyetməlik, gənc­lik və qocalıq dövrlərini keçirir. Şpenqlərə görə, mədəniyyət – xalqın ruhunun xarici təzahürüdür. Sivilizasiya dedikdə O, hər bir mədəniyyətin mövcudluğunun son mərhələsini başa düşür. Şpenqlər belə hesab edir ki, sivilizasiya mənəvi tənəzzül epoxasıdır.

Bəs, əslində mədəniyyət nədir? Çoxsaylı tədqiqatçıların bu fikri ilə razılaşmaq lazımdır ki, mədəniyyət sırf sosial hadisə olub, insanların həyat fəaliyyəti ilə əlaqədardır. Doğrudur, mədəniyyət prosesləri bütün ictimai hadisələrlə qarşılıqlı əlaqədə baş verir. Lakin bütün hallarda mədəniyyət spesifik cəhətlərə malik olur, yəni özündə ümumbəşəri dəyərləri cəmləşdirir. Bu zaman mədəni yaradıcılıq tarixi yaradıcılıqla üst–üstə düşmür. Bunu başa düşməkdən ötrü maddi və mənəvi mədəniyyətləri bir–birindən fərqləndirmək lazımdır.

Maddi mədəniyyət – insan əməyi və zəkası ilə yaradılmış maddi sərvətlərin məcmusudur; istehsal vasitələri, əmək cismi ictimai varlığın maddi əsaslarıdır. Maddi mədəniyyət insanın təbii gerçəkliyi mənimsəməsinin göstəricisidir. Yaşayış vasitələri – binalar, paltar, memarlıq nümunələri, körpülər, kanallar, meşə zolaqları, bitki və heyvan növləri və s. buraya daxildir.

Mənəvi mədəniyyətə isə, hər şeydən əvvəl, elm və onun nailiyyətlərinin istehsal prosesinə tətbiqi səviyyəsi, təhsillilik və maarif, tərbiyə, incəsənət, tibbi xidmət, cəmiyyət üzvlərinin mənəviyyatı və davranış normaları, adətlər, ənənələr, adamların təlabatı və mənafelərin inkişaf səviyyəsi və s. daxildir.

Deməli, mədəniyyət maddi və mənəvi dəyərlərin məcmusudur. Konkret olaraq mədəniyyətə belə bir tərif vermək olar.

Mədəniyyət – cəmiyyətin bütün tarixi boyu əldə etdiyi maddi və mənəvi sərvətlərin məcmusudur, həmçinin onların yaradılması qabiliyyəti və bəşəriyyətin tərəqqisi üçün onlardan istifadə etmək və onları nəsildən–nəsilə vermək bacarığıdır.

«Sivilizasiya» latınca civilis sözündəndir, «vətəndaşlıq», «dövləti» mənalarını verir, cəmiyyətdə əldə edilmiş maddi və mənəvi nailiyyətləri, cəmiyyətin inkişafı ilə bağlı uğurları bildirir. Təsadüfi deyildir ki, bir sıra tədqiqatçılar cəmiyyətin ümumdünya tarixi inkişaf prosesini bildirmək üçün «sivilizasiya» anlayışını işlətmişlər.

Sivilizasiya dedikdə, bir tərəfdən, cəmiyyətin və mədəniyyətin inkişaf səviyyəsi, digər tərəfdən isə mədəni dəyərlərin (maddi və mənəvi) mənimsənilməsi səviyyəsi nəzərdə tutulur ki, bu da bütün ictimai həyatı və onun spesifikasını göstərir. Şübhəsiz, müəyyən sivilizasiyadan söhbət gedərkən, sivilizasiya ən çox mədəniyyətlə eyniləşdirilir. E.Taylor öz tədqiqatlarında belə də yazmışdır: «Mədəniyyət və yaxud sivilizasiya». Lakin O, eyni zamanda bəzi fərqləri də göstərə bilmişdir. Sivilizasiyanın ikinci əlaməti – mədəniyyətin mənimsənilməsi üsulu – ədəbiyyatda çox az işlənmişdir. Praktika sübut edir ki, bu əlamət olduqca vacibdir. Çünki bəşər tarixi bir daha göstərir ki, mədəniyyətin mənimsənilməsi üsulu necədirsə, sivilizasiya da elədir. Məsələn, təsadüfi deyildir ki, biz Qərb və Şərq sivilizasiyasını bir–birindən fərqləndiririk.

Sivilizasiyanın tarixi təsnifatını verərkən qeyd etmək olar ki, onun:

a) lokal;

b) regional;

v) ümumdünya kimi tarixi tipləri vardır.

Mədəniyyətlə əlaqədar cəmiyyətin inkişafının hər bir mərhələsi üçün zəruri olan universal xarakteristikalar "sivilizasiya" istilahı ilə ifadə olunur. Mədəniyyətlə sivilizasiyanın qarşılıqlı əlaqələrindən danışarkən demək olar ki, mədəniyyət cəmiyyətin toplamış olduğu təcrübənin, onun qorunmasının və nəsillərə ötürülməsinin proqramıdır. Bu baxımdan sivilizasiya cəmiyyətin tarixi inkişafında fasilədirsə, mədəniyyət fasiləsizlikdir.

Sivilizasiya tərəqqinin ali nümunələrinə uyğun səviyyə və nəticələrini göstərirsə, mədəniyyət daha çox bu nailiyyətlərin mənimsənilməsi mexanizmini, üsul və metodlarını ifadə edir.

Bir çox tədqiqatçılar mədəniyyətlə sivilizasiyanı eyniləşdirməyə, digərləri isə əksinə, onları qarşı-qarşıya qoymağa çalışırlar. Bu ikincilər mədəniyyət deyərkən mə'nəvi mədəniyyəti, sivilizasiya deyərkən isə maddi mədəniyyəti nəzərdə tuturlar. Əslində isə mədəniyyət və sivilizasiya biri-digərinə nə qədər yaxın anlayışlar olsalar da, onları fərqləndirən cəhətlər də vardır.

Əvvəla, onu demək lazımdır ki, mədəniyyət daha geniş anlayış olub sivilizasiyanı da özündə birləşdirir;

ikincisi, sivilizasiya məfhumu çox zaman cəmiyyətin müəyyən bir tarixi inkişaf pillələrinə aid edilir;

üçüncüsü, "milli sivilizasiya" anlayışı millilikdən daha çox regional sahələri, bir neçə dövlətin sərhədləri daxilində olan ərazilərdəki mədəniyyətin səviyyəsini göstərdiyi halda, milli mədəniyyət hər bir millətə xas olan xarakterik xüsusiyyətləri əks etdirir;

dördüncüsü, müəyyən bir sivilizasiya daha tez parlayıb sönə bildiyi halda, mədəniyyət nisbətən sabit və uzunömürlü olur, çox yaşayır və sonrakı nəsillər tərəfindən daha tez qavranılır;

beşincisi, mədəniyyətin bir neçə qolu, növü, şaxəsi olduğu halda, sivilizasiyada bunu müşahidə etmək mümkün deyildir. Məsələn, yuxarıda qeyd edilən siyasi mədəniyyət, məişət mədəniyyəti, nitq mədəniyyəti, davranış mədəniyyəti və s.

Mədəniyyət və sivilizasiyanın yuxarıda adları çəkilən bu fərqli cəhətləri ilə yanaşı, bir sıra oxşar və hətta eyniyyət təşkil edən tərəfləri də vardır. Məhz bu xüsusiyyətlər onları birlikdə öyrənməyi tələb edir.

Mədəniyyət, eləcə də sivilizasiya eyni və yaxud bir-birinə yaxın olan funksiyaları yerinə yetirirlər:

1. Qnoseoloji funksiya, yə'ni dərketmə, idrak funksiyası;

2. Tarixi varislik, sosial təcrübənin sonrakı nəsillərə ötürülməsi funksiyası. Buna fəlsəfi ədəbiyyatda bə'zən informasiya funksiyası da deyilir;


  1. Kommunikativ ünsiyyət funksiyası;

  2. İdeoloji funksiya;

  3. Tənzimləyici, normativ funksiya;

  4. Humanist funksiya;

Mədəniyyət və sivilizasiya həm ümumbəşəri, həm də milli və regional formalarda olur: daha doğrusu, milli formalarda yaranan mədəniyyət və onun nəticələri son anda bütün bəşəriyyətə məxsus olur.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə