M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə59/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   55   56   57   58   59   60   61   62   ...   184
muhazire FELSEFEyeni

a) təkcə və ümumi

Maddi aləmdə hər bir cism və hadisə özünəməxsus xüsu­siyytlərə görə digərlərindən fərqlənir və öz varlığında fərdilik təşkil edir. Həyatda iki elə cism və hadisə yoxdur ki, onlar mütləq mənada bir-birinin eyni olsun. İki bir- birinə oxşar cisim olduqda el arasında işlədilən “elə bil bir almadır yarı bölünüb” ifadəsinin olmasına baxmayaraq, bütün cism və hadi­sələr öz fərdiliyinə, təkrarolunmazlığına görə bir-birindən fərqlənir. Məsələn, hər hansı bir ağacın iki yarpağına nəzər yetir- sək onların bir-birindən Günəş şüalarını udmalarına görə, ölçülərinə, rənglərinə, formalarına, çəkilərinə və s. görə nə qədər fərqli olduqlarını görmək olar. Əlbəttə bütün bunlar həmin yarpaqların aldıqları işiğın, qidanın, istiliyin miqdarının müxtəlifliyi ilə əlaqədardır. Deməli, hər bir cism və hadisə özlüyündə “təkcə”dir. Təkcə kateqoriyası nisbi ağırlığı, diskretliyi ifadə edir. Hər bir “təkcə” təkrar olunmaz kəmiyyət və keyfiyyət müəyyənliyinə malikdir.

Lakin qeyd etmək lazımdır ki, hər bir cism və hadisə özünəməxsus xüsusiyyətləri ilə yanaşı elə xüsusiyyətlərə də malikdir ki, həmin xüsusiyyətlər onu digər cism və hadisələrlə əlaqələndirir. Məsələn, hər hansı bir gülün özünəməxsus yarpağı, xüsusi şəkildə birləşmiş ləçəkləri, rəngi və qoxusu vardır. Lakin həmin gülü bağda bitən digər güllərlə müqayisə etdikdə, onlarda fərqli cəhətlərlə yanaşı oxşar cəhətlərin də olduğunu görmək mümkündür. Bu da onların hamısının toxumdan əmələ gəlməsi ilə, onların hamısının böyümə və inkişaf prosesində eyni mərhələləri keçməsi ilə əlaqədardır. Həmin ümumi cəhətlər, oxşar əlamətlər “ümumi” kateqoriyası ilə ifadə olunur. Məsələn, biz dedikdə ki, ”gül bitkidir, gül-təkcə ayrıca bir cismdir. ”Bitki”-isə ümumidir. Müəyyən bağda bitən gülün özünəməxsus təkrarolunmaz xüsusiyyətləri olduğu kimi həmin növ bitkilərə, bütün güllərə xas olan ümumi əlamətlər də vardır. Deməli, gül hər hansı bir konkret bir gülə nisbətən ümnumi, bitkiyə nisbətən isə təkcədir.

Onu da qeyd etmək lazımdır ki, ”təkcə”nin tək bir cismi və ya hadisəni ifadə etməsi heç də zəruri deyildir. Bəzən “təkcə” öz quruluşuna, funksiyasına, mənşəyinə görə, bütöv halda birləşmiş bir neçə cism və hadisəni ifadə edə bilir.



Təkcə ilə öz məkanı, zamanı və digər xassələri ilə digər, o cümlədən özünə oxşar predmetlərdən, hadisələrdən, proseslər­dən fərqlənən ayrıca predmet, hadisə, proses xarakterizə olunur. Ümumi – təkcə predmetlərin, bir sıra münasibətlərdə onların birtipliyini, eyni tip hadisələrə və ya əlaqələrin vahid sisteminə aid olan xarakterinin obyektiv mövcud olan oxşarlığıdır.Təkcə və ümuminin əlaqəsi hər şeyi əhatə edən xarakter daşıyır: ona bütün hadisələr, predmetlər, proseslər daxildir. Onlar insan təfəkkürü üçün də sanballıdır. “Təkcə-ümumi” munasibətləri nöqteyi-nəzərindən dünyanın dərk edilməsi predmetləri müqa­yisə etmək, onların oxşarlığını və fərqini, birtipliliyini və müxtəlifliyini aşkar etmək bacarığını, real predmetlərin ayrıca, təkcə xarakterini dərk etmək, onları təsnif etməyi güman edir. Bu və ya başqa, bənzər, prinsipial, fərqli və s. ifadələr bu dediklərimizə əlavədir.

Real predmetlər təkcədir. Bundan başqa, mütləq mənada eyni predmetlər praktiki olaraq yoxdur. Bu o deməkdir ki, hər bir predmet (ev, ağac, insan) hətta başqasına çox oxşasa da bu və ya başqa cür fərdidir, hardasa təkrar olunmazdır. Ümumi (ümumiyyətlə ev, ümumiyyətlə ağac, ümumiyyətlə adam) təkcədən fərqli olaraq konkret məkan - zaman predmetləri ilə deyil, onların oxşarlığı, bənzərliyi xüsusiyyətləri ilə təqdim olunur. Uzun illər bunu başa düşə bilmirdilər. Ümumi anlayış­larının (universalilərin) təbiəti haqqında fəlsəfi mübahisə tarixdə əsrlər boyu uzanmışdır. Kəskin polemikada iki əks nöqtəyi - nəzər toqquşmuşdur: “nominalizm” və “realizm”. Nominalizmə görə, yanlız təkcə predmentlər real mövcuddur, ümumi isə yanlız sözlərdə və ya anlayışlarda ifadə olunur. Realistlərə görə isə, ümumi anlayışlar, mahiyyətlər, univer­siallilər, təkcə predmentlər fərqli olaraq bir o qədər, hətta onlardan da çox realdır. Bu mübahisə - xüsusilə, riyaziyyatda tətbiq olunanda - bu gün də davam edir. Lakin bütövlükdə onun prinsipial fəlsəfi həlli tapılmışdır.

Təkcə və ümuminin dialektikası onların ayrılmaz əlaqə­sində özünü göstərir. Ümumi öz-özünə, “təmiz” halda mövcud de­yildir. O təkcə, ayrı ilə qırılmaz bağlıdır, onda və onun va­si­tə­silə mövcuddur. Təkcə isə bu və ya digər predmentlər qru­pu­na daxildir, özündə bu və ya digər ümumi xüsusiyyətləri bir­ləşdirir. Belə çıxır ki, ayrıca predment - fərdinin sadəcə olaraq “ laxtası” deyil, onda həmişə bu və ya başqa cür ümumi də var. Təkcə predmentlərin müxtəlifliyində təcəssüm olunan ümumi həm onların xarici xüsussiyyətlərində səthi oxşarlıqla, həm də daha dərin oxşarlıq, qohumluq xüsusiyyətləri ilə - hətta onlarda vahid qanunların fəaliyyət göstərməsinə qədər - ifadə oluna (büruzə verə) bilər. Dialektikada ümumi “arıq“ abstraksiya (mücərrəd kimi) kimi deyil, təkcə predmentlərin müxtəlifliyi ilə qırılmaz əlaqədə düşünülür. Bu cür anlamda o “özündə xüsusinin, fərdinin, ayrının zənginliyini təcəssüm edir”. Bu fikri Hegelin “Məntiq elmi” ndən götürən Lenin yazırdı ki, bu “əla formuladır”. Xüsusi dialektikada təkcə və ümumi ara­sın­dakı orta, aralıq təbəqə kimi çıxır edir: deyək ki, ümumiyyətlə ağaclar sinfində cökə.

Təkcə və ümuminin dialektikası güclü ümumiləşdirmə qabiliyyətinə malik olan dildə əks olunur. Fərdi, təkrarolunmaz vəziyyətin, insan təcrübəsinin danışıq ifadəsi fərdi xüsusiy­yətləri silir, onları ümumi statusuna keçirir. Bununla yanaşı dil predmentlərin, hadisələrin fərdiləşməsi, konkret, təkcə hadi­sələri göstərmək mexanizminə malikdir. Bunun üçün şəxsi adlar (məsələn Nizami, Eynşteyn), təkrarolunmaz fərdi xüsu­siyyətlərin təsviri (məsələn, "Xəmsə" nin müəllifi, xüsusi və ümumi nisbilik nəzəriyyəsinin yaradıcısı), məkanca məhdud­laşdırma, zaman vaxtı və s. istifadə olunur. Fərdi danışığın təsbit edilməsinin ən effektivli vasitəsi göstərilən vasitələrin uyğunlaşdırılmasıdır. Fərdiləşmə prosesinin (uyğunlaşma və s.) konkret təkcə hadisələri, faktları ayırmaq üçün böyük əhə­miyyəti var, idrakın məlumatlı xarakterini, adamların çoxlu predmentlər, hadisələr arasında konkret istiqamətlənməsini təmin edir. Ümumiləşdirmə və fərqləndirmə metodu elmdə və praktikada geniş istifadə olunur. Belə ki, ümumi qanunlardan, layihələrdən, hüquqi və təsərrüfat fəaliyyəti normalarından istifadə edilməsi onların konkret şəraitə, vəziyyətə, adamlara tətbiq olunmasının (uyğunlaşmasının) konkretləşməyini, spe­sifikləşməsini tələb edir.

Təkcə ilə ümumi arasında dialektik əlaqə vardır. Təkcənin olması onun ümumi ilə qırılmaz əlaqədə olmasını göstərir, çünki, təkcə mütləq mənada təkcə deyil, o yalnız nisbi mənada başqa cism və hadisələrdən ayrıdır. Eyni zamanda təkcə çoxlu ayrı-ayrı cism və hadisələrə məxsus olan umumi əlamətlər, xassələr olmadan mövcud ola bilməz. Təkcə ilə ümumi arasındakı dialektik əlaqə onu göstərir ki, hər bir təkcə ümumi və hər bir ümumi təkcə ola bilər. Hər bir ümumi bütün təkcələri təqribən əhatə edir və təqribən eyni zamanda hər bir təkcə ümumiyə natamam daxil olur. Ümumi ilə təkcə arasında əlaqə yaradan “xüsusidir”. Təkcəyə görə ümumi olan ümumiyə görə təkcə olan “xüsusi”dir. ”Xüsusi” təkcə ilə ümumi arasında sanki aralıq pillə təşkil edir. ”Xüsusi” ondan ibarətdir ki, obyektiv aləmin bəzi cismlərinə nisbətən ümumi, digərlərinə nisbətən isə təkcədir. Məsələn, biz dedikdə ki, ”Qızılgül çiçəyi bitkidir”- burda “qızılgül”- təkcə, ”çiçək” xüsusi, ”bitki” isə ümumidir. Burda çiçək anlayışı qızılgül anlayışına nisbətən ümumi və bitki anlayına nisbətdə isə təkcə olduğuna görə “xüsusidir”.

Deyilənlərdən aydın olur ki, ümumi, xüsusi və təkcə ara­sındakı fərq nisbi xarakter daşıyır. Hər bir anlayış onun başqa anlayışlarla əlaqəsi cəhətdən nəzərdən keçirildikdə, onun xü­susi, təkcə, yaxud umumi olduğunu müəyyən etmək müm­kündür. Hər bir cism təkcə, xüsusi və ümuminin vəhtətidir. Deməli, ilk baxışda cism və hadisələrdən təcrid edilmiş kimi görünən hər şey digərləri ilə sıx əlaqədədir. Təkcə və ümuminin dialektikası idrak metoduna da daxil edilmişdir. İdrakın yolu ondan ibarətdir ki, biz fikirlərimizdə təki təklikdən xüsusiyə və bu axırıncıdan da ümumiyə qaldırırıq.

Predmetlərin özünəməxsusluğu və oxşarlığı “fərdi təkrar­olunmaz - standart, müəyyən tipə uyğun olan” diapazonunda tərpənir (enib - qalxır). Fərdinin ən parlaq təzahürü nadirlikdir. Bu anlayış konkret, təkrar olunmaz xassələrin uyğunluğuna malik olan bu cür predmetləri, hadisələri, prosesləri istisna edən predmet, hadisə, proseslərə aiddir. Xarakterin fərdiliyi, onların dəqiq təkrarlanmasının mümkün olmaması, məsələn, tarixi hadisələri - fərqləndirir. Müəllifin yaradıcı şəxsiyyət olmasının izlərini özündə gəzdirən incəsənət əsərləri, bədii dəyərlər nadirdir. Bu və ya başqa cür hər bir adam nadirdir, çünki onun doğulmasının bütün şəraitinin, fizioloji gös­təricilərinin, fərdi inkişafının, psixikasının xüsusiyyətlərinin, tərcümeyi - halının, bacarığının, taleyinin, yaddaşının dəqiq təkrar olunması mümkün deyildir. Ancaq hadisələrin təkcəliyi və hətta nadirliyi onun başqa fərdi hadisələrə oxşarlığını istisna etmir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə