M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə57/184
tarix20.04.2022
ölçüsü0,71 Mb.
#85740
1   ...   53   54   55   56   57   58   59   60   ...   184
muhazire FELSEFEyeni

İnkişaf ideyası - insan şüurunda əsrlər boyu toplanıb. Elə vaxt var idi ki, inkişaf haqqında baxışlar ümumiyyətlə mövcud olmamışdır. Bunun üçün inkişaf edən obyektlər haqqında konkret biliklər (geoloji, bioloji və.s) çatışmırdı. Kosmosa əlaqəli tam, bütövlük kimi baxan antik dialektika ən çox bir hadisənin yaranması və başqasına keçməsi ilə maraqlanırdı. Onlar hesab edirdilər ki, inkişaf prosesində təşəkkül tapmaq əksliklərin qarşılıqlı hərəkəti və qarşılıqlı sürətlə bir - birinə keçməsini nəzərdə tutur: soyuq və isti, quru və nəm, işıq və qaranlıq, çox və təkcə, xeyir və şər. Dünyanın fasiləsiz hərəkət edən, dəyişkən olan, bütün hadisələrin isə qarşılıqlı surətdə əlaqəli olduğunu, bir - birinə keçdiyini düzgün təsəvvür edən yunanlar, eyni zamanda inkişafı prinsipcə yeni, nəyinsə daimi yaranması, dönməzliyi kimi anlamağa qədər qalxa bilməmişlər. Bu onların mədəniyyətinin, dünyagörüşünün xüsusiyyəti ilə izah olunur.

Yunan mədəniyyəti üçün yüksək dəyər aydın həyat, gözəl­likdən zövq almaq olmuşdur: dünyanın bu cür dərk edilməsinə ölümün labüdlüyü haqqında baxışlar pis daxil edilmişdir. Çıxış yolu, əlac böyük dövr etmə konsepsiyasında tapıldı. Buna əsasən dünyada hər şey təkrar olunur və çoxlu minilliklərə bərabər olan böyük ildən sonra hər şey yenidən “öz dairəsinə” qayıdır. Belə alındı ki, dünyada hər şey dövrlər üzrə qayıdan dəyişikliyə məruzdur. Birdəfəlik qurulmuş strukturun təkrar istehsalı bəzən ali qüvvələrin müdrik yaradıcılığı (məhsulu), ya da şeylərin təbii qaydası hesab olunurdu. Hətta dialektik Heraklit təsdiq etmişdir ki: “vahid dünya heç bir insan, heç bir Allah tərəfindən yaradılmayıb, ancaq əbədi yanan və sönən od olmuş, var və olacaqdır”. Dünyanı əbədi və heç kim tərəfindən yaradılmayan qəbul etməklə, Heraklit eyni zamanda “yanan” və “sönən” in təkrarlanmasının daimi dövr etməsini elan edir.

İnkişafı keyfiyyət dəyişikliyi, köhnə ilə müqayisədə prin­sipcə yeninin yaranması prosesi kimi anlamaq zamanı yalnız ətraf aləmin xüsusi obyektiv xassəsi kimi dərk etməklə müm­kün olar. Bu istiqamətdə addım orta əsrlərdə xristian fəlsəfə tarixində edilmişdir. Xristian dünyagörüşü üçün həyat gələ­cəyin gərgin gözlənilməsidir (xilaskarın, nicat verənin zühr edərək gəlməsini). O, irəliyə can atır, elə bil keçmişdən gələcəyə açılır. Belə ki, hərçənd idealist dini əsasdan olsa da fərdi və ictimai həyat hadisələrinin zaman istiqaməti, qayıt­mazlığı haqqında baxışlar yaranır. Ilkin xristian filosofu və ilahiyyatçısı Avqustinə görə insan həyatı cəmiyyətinin tarixinə: körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, yetkinlik, qocalıq, ölüm - bənzəyir. İnsanın doğulmasını tarixin başlanması ilə, ölümünü isə qorxunc, dəhşətli məhkəmə ilə müqayisə edir. Bu sxem müəyyən mənada dövretmənin antik modelinə üstün gəlirdi.

Dünyanın inkişafı ideyasında mühüm addımı Dekart atmışıdır. O, belə hesab edirdi ki, Allah dünyanı yaradaraq ona impuls, təkan vermişdir, bu ona bənzəyir ki, saat düzəldən saatı kökləyir, ona hərəkət etməyi xəbər verir. Bu təkanı alan təbiət yeni forma yaratmaqla “ilkin xaoslardan azad olmağa” başladı. Dekartda inkişaf anlayışı cəmiyyətə tətbiq edilmir. Lakin burjua inqilabları dövrü bu haqda da düşünməyə vadar etdi, tarixə maraq oyatdı. Fransız maarifçiləri Volter və Russo inqilabi dəyişikliklər mərhələlərinin də daxil olduğu tarixi inkişaf ideyasını irəli sürdülər. Kondorse ictimai inkişafın üstün forması kimi fasiləsiz tərəqqi haqqında təlimlə onların baxış­larını təkmilləşdirdi. Bütün bu mütəfəkkirlərdə cəmiyyətin inkişafının hərəkətverici qüvvələri mənəvi amillər (mənəvi, dini və s. ideyalar) oldu.

Müxtəlif fərziyyələrin təhlili və inkişaf nəzəriyyəsinin for­malaşması klassik alman fəlsəfəsində həyata keçirilmişdir. İnkişaf anlayışını Günəş sisteminə və digər ulduzlar aləminə tətbiq edən Kant bununla yanaşı mənəvinin inkişafı haqqında, insanın sosial (ictimai) inkişafı haqqında məsələ qoydu. Onun şagirdi Herder xalqaların və mədəniyyətlərin tarixi inkişafına ardıcıl baxılmasına ilk cəhd etmişdir.

İnkişafın bütöv konsepsiyasını, ilk növbədə obyektiv idea­lizm mövqeyindən bəşəriyyətin tarixi inkişafını Hegel işləyib hazırladı. Təfəkkürün Hegel üsulu bütün başqa filosofların təfəkkür üsulundan böyük tarixi duyum qabiliyyəti - onun əsasında yerləşir - ilə fərqlənirdi. O ilk dəfə tarixin inkişafını, onun daxili əlaqəsini göstərməyə cəhd etmişdir. Hegel təlimi fikirlərin böyük naliyyətidir, o, inkişafın fəlsəfi anlaşılmasını xeyli inkişaf etdirmişdir. Bununla yanaşı o növbəti ciddi addım - Marks və Engels tərəfindən materialist dialektikanın işlənib hazırlanmasına - üçün zəruri ilkin şərt olmuşdur. Marks və Engelsin materialist dialektikası - təbii, ictimai, məniv hadi­sələrin inkişafı haqqında zəngin, tutumlu təlim idi.

Qeyd etdiyimiz kimi, dialektikanın formalaşması uzun yol keçmişdir: dialektikanın tarixi formaları kimi qədim filosof­ların dialektikasını, klassik alman filosoflarının idealist dialek­tikasını və materialist dialektikanı ayırırdılar. Qədim dialektik təlim, əsasən, adi müşahidə ilə mümkün olan müxtəlif hadi­sələri bilmək istəyi ilə aydınlaşdırılmasına əsaslanırdı (He­raklit). Təkcə və ümumi, təkcə və çoxlunun münasibəti haq­qında fikir ictimai müzakirə təcrübəsinə, müxtəlif baxışların, fikirlərin, mövqelərin tutuşdurulmasına əsaslanırdı. Çox vaxt fəlsəfi fikir sanki çıxılmaz vəziyyətə düşürdü (anoriyalar, paradokslar, antinomiyalar, dilemmalar). Bu cür çətinliyin aşkar edilməsi və onun dərk edilməsinə cəhd “inkarı dia­lek­tika” adı aldı. (Zenon və başqaları.) Bu - bir növ dialektikanın “qapısı ağzında dayanmaqdır”. Çətin şəraitdən çıxmaq axtarışı, ziddiyyətlərin həll edilməsi üsulu pozitiv (təcrübəyə əsaslanan, faktlara əsaslanan) dialektikanın inkişafını stimullaşdırdı (təkan verdi). Antik dialektiklərin və onların davamçılarının təcrü­bələri bu gün də ibrətamizdir, faydalıdır. Müxtəlif dövrlərdə yaşamış filosofların ağlına gələn dialektik fərziyyələrin hamısı qiymətlidir.

Yetkin nəzəri formada dialektika - bəşər mədəniyyətinin sonrakı mərhələsinin övladıdır. Mükəmməl nəzəri sistem kimi dialektika ilk dəfə Hegelin idealist fəlsəfəsində irəli sürül­müşdür. Filosof həm də təbiətdə də daimi hərəkət, dəyişiklik olduğunu aşkar etmişdir, ancaq əsl inkişafı cəmiyyət tarixində, ilk növbədə isə mənəvi mədəniyyətdə aşkar etdi. Hegel insan fikrinin tarixi hərəkətini təhlil etdi və onun bütövlüyünü, qanunauyğun inkişafını “mütləq ideya”, “dünya dərrakəsi” anlayışlarında ifadə etdi. İctimai həyatın mənəvi prosesi onun üçün ən mühüm, bütün qalanları müəyyən edən kimi qəbul olunurdu. Ölkələrin, xalqların real tarixi ruhun, ideyaların inkişafının təcəssümü kimi dərk edilirdi. Bir sıra xüsusiyyətlər Hegel təlimini əhəmiyyətli dərəcədə elmi mühakimələrə yaxın­laşdırırdı.

Elmi - nəzəri biliklərin istənilən sahəsinin yaranması həmin elmlərin məzmununda əsas “fikir düyünlərinin”, onların qarşı­lıqlı əlaqəsini ifadə edən anlayışlar sisteminin formalaşması ilə bağlıdır. Fəlsəfi fikir tarixində Hegel dialektikanın anlayışlar aparatını aşkar etdi, inkişaf etdirdi, sistem halına saldı. Bununla belə bu heç də dəyişməz, həmişəlik verilən, kəskin ümumi əhəmiyyət verilən anlaşıylar sistemi deyildir. Hegel fikrinin “domna peçində” fəlsəfi anlayış sanki “əriyir”, elastik olur, hərəkətli əlaqəni, keçiciliyi, dünyanın inkişafını ifadə etməyə qadir olur.

Elmi biliklərin formalaşması həm də hadisələrin müvafiq sahəsinin qanunlarının müəyyən edilməsi ilə əlaqədardır (bağ­lıdır). Hegel dünyanın və idrakın universal əlaqəsini əks etdirən qanunauyğunluqların məcmusunu yaratmışdır. Dialek­tika dialektik qanunauyğunluqlar haqqında biliklər formasında təqdim olundu. Bundan başqa nəzəri sistem özündə prinsipləri - məzmunu sanki bütün nəzəriyyəyə “daxil olan”, onun ümumi istiqamətini, məğzini müəyyən edən müddəaları, fikri özündə birləşdirir. Hegel dialketikasının bu cür prinsipal ideyası kimi hadislərin universal əlaqəsini, əksliklərin vəhdəti və dialektik inkar vasitəsilə inkişaf ideyalarını ayırmaq olar.

Hegel təliminin dərk edilməsi və inkişaf etdirilməsi dialektika və materializmin sintezini tələb edir. Bu məsələnin həlli Marks və Engelsin payına düşdü. Materializm və dialektikanın “görüş yeri” dialketikanın ən parlaq fəaliyyət sahəsi olan cəmiyyət tarixi oldu. Cəmiyyətin dərk olunmasında Hegelin idealist nöqteyi - nəzərini dəf edərək Marks onun tarixi dialketikasını yüksək qiymətləndirdi, saxladı, dərk etdi və inkişaf etdirdi. Bu ictimai həyatın-onun maddi və mənəvi təzahürünün vəhdəti ilə - dialektik - materialist anlaşılmasına gətirib çıxartdı. Sonra yeni mövqedən Engels tərəfindən canlı və cansız təbiətin öyrənilməsinin nəticələri ümumiləşdirildi. Aydın qurulan və qapalı Hegel sistemindən fərqli olaraq materialist dialektika açıq xarakter daşıyır, gerçəkliyi öyrən­məyə ən geniş çıxışı nəzərdə tutur. Dialektika təlimi ilə sanballı konkret-elmi bünövrə yaradılmışdır. Bu vaxt cəmiyyətin, mədəniyyətin tarixi inkişafının-onların formalarının, təzahü­rünün qarşılıqlı fəaliyyəti ilə vəhdətdə-ümumiləşdirilməsinə əsas əhəmiyyət verilirdi. Materialist dialektikada elmi əsaslandırmalar, düzəlişlər inkişaf edən biliklərə və praktiki təcrübəyə uyğun olaraq nəzəri baxışların dərinləşdirilməsi üsullarından geniş istifadə olunur. Bundan başqa, dialektika öz yeni forması ilə elmdə (siyasi iqtisaddan başlayaraq) və praktikada müvəffəqiyyətli tətbiqini tapdı.

Bütün bu yeni dünyanı anlamağın yüksək səviyyəli elmi­liyini, real gerçəklik proseslərini dərk etməkdə effektivliyini (təsirliliyini) şərtləndirdi. Materialist dialektika marksist fəlsəfəsi dünyagörüşün özəyidir, müxtəlif hadisələrin öyrə­nilməsi, inkişaf meyllərinin, qanunauyğunluqlarının açılması və gerçəkliyin inqilabi dəyişdirilməsi metodudur. İdrakın formaları, metodları, üsullarının dialektikası vasitəsi ilə mürək­kəb, ziddiyyətli, dəyişən dünyanı açılır. Dialektika - mədə­niyyətin şübhəsiz nailiyyətidir. Zirək, yaradıcı təfəkkür bu gün daha çox ümumbəşəri dəyər kimi dərk olunur. Onun əhəmiyyəti bizim günlərdə nəinki azalmır, əksinə daha da artır. Bununla belə qeyri - dialektik, ehkamçı təfəkkür və fəaliyyətin tənqidi bu gün heç vaxt olmadığı qədər aktualdır.

Dialektika və doqmatizm (ehkamçılıq) - dünyanı sadələşdirmədən, kobudlaşdırmadan, fasiləsizliyini dayandırmadan, canlıları keyləşdirmədən (cansızlaş­dırmadan) onu anlamaq olmaz. Təfəkkürün “texnikası” belədir: insan düşüncəsi onların ifadə olunduğu reallığa nisbətən daha sabitdir və böyük diskretliyə malikdir. Məsələn, preparat (elmi tədqiqat, müalicə və s. üçün xüsusi hazırlanmış orqanizm və ya maddə) halına salınmış metodla orqanizmin öyrənilməsi vaxtı tədqiqatçının diqqətindən orqanizmin canlı fəaliyyəti sürüşə (diqqətindən yayına) bilər. Varlığın fikrən “preparat halına salınmasında” da buna oxşar şey olub və olur; onu başa düşmək üçün real aləmin “nəbzinin vurmasına” uyğunlaşmağa imkan verən metod la­zımdır.

Fikrin “cərrah bıçağı” (neştər) qarşısında həssas, zəif, nəzəri dərketmə prosesində hər şeydən asan parçalanan bütün şeylərdən tez varlığın dəyişkənliyi, eyni zamanda onu təşkil edənlərin müxtəlifliyi, vəhdəti, bütövlüyü oldu. Bununla belə onlardan biri digəri ilə sıx bağlıdır: çətinlik dünyanı deşib keçən və hadisələrin, inkişafın qarşılıqlı fəaliyyətini təmin edən əlaqələrin dərk olunmasındadır.

İnkişaf edən dünyanın başa düşülməsi dərinliyi və onlarda mövcud olan real əlaqələrin kobudlaşması səviyyəsi müxtəlif fəlsəfi təlimlərdə eyni deyildir. Əlaqələr və inkişafın fəlsəfi anlaşılmasını tarixən iki alternativ üsulu yetişib: dialektik və doqmatik (onu bəzən metafizik adlandırırlar). Doqmatik, ehkamçı (qeyri - tənqidi düşünərək hər şeyi ehkam kimi qəbul etmə) təfəkkür hadisələrin qarşılıqlı fəaliyyətini, əlaqəsini zəif nəzərə alır. Bu cür təfəkkürə ayrı-ayrı elementlərə, pred­metlərin xassələrinə, tərəflərinə hədd qoymaq, təsbit etmək, onlara bir - birindən asılı olmayan kimi baxmaq xasdır. Əlaqələri, qarşılıqlı hərəkəti, bir - birinə keçməyi gözdən itirərək qeyri - dialektik təfəkkür real predmetlərin, hadislərin, proseslərin vəhdətini və çox tərəfliliyini açmaq imkanından özünü məhrum edir.

Tarixən dialektikanın (mübahisə incəsənəti) dərk edilməsi fərqlənirdi, ayrılırdı, o yeni fikirlərlə zənginləşirdi. Fəlsəfi təlimlərdə diqqət dialektikanın bu və ya digər aspektləri üzərində cəmlənirdi. Filosoflar dialektikanın bu və ya digər tərəfini nəzərdən keçirərək onun mahiyyətini müxtəlif cür müəyyən edirdirlər. Bu elə bir təəssürat yaradır ki, sanki söhbət eyni bir mürəkkəb, zəngin hadisədən deyil, çox və mürəkkəb hadisələrdən gedir. Bununla belə dialektikanın müxtəlif formalarında - lap ilkin formadan başlayaraq - onu bir sıra ən ümumi məğzi özünü göstərir.



Dialektika - dünyanın elə anlaşılması və təfəkkürün elə üsulu­dur ki, burada müxtəlif hadisələrə inkişaf, dəyişkənlik prosesində, onların əlaqələrinin çoxcəhətli formasında, əks qüvvələr, meyllərin qarşılıqlı təsirində baxılır.

Real aləmin mürəkkəb xüsusiyyətlərini başa düşmək üçün uyğun gələn vasitələr lazımdır: mikroorqanizmləri açmaq üçün, mikroskop maddələrin kimyəvi tərkibini aşkar etmək üçün spektral analiz və s.Varlığın ən ümumi əlaqəsi, dəyişməsi, inkişafı da öz-özünə açılmır. Onları anlamaq üçün xüsusi fikir “alətləri”- dialektika lazımdır. Dialektika haqqında fəlsəfi təlimdə zirək təfəkkür üsulu və hərəkətli varlığın anlaşılması bir - biri ilə sıx bağlıdır - məhz bu üsulla hərəkətli varlıq açılır. Başqa sözlə desək, fikrin “subyektiv” dialektikası “obyektiv” dialektikanın inikası və nail olunması üsulu kimi çıxış edir.

Dialektik təfəkkür - anadangəlmə bacarıq deyildir. Bu - mənimsənilməsini tələb edən mədəniyyətin nailiyyətidir. Lakin dialektikanı hazır vəziyyətdə öyrənmək, əzbərləmək olmaz. Dialektikanı bilmək, ən müxtəlif hadisələri dialektik izah etməyi bacarmaq yalnız nəzəri baxışları deyil, həm də vərdiş, məşq tələb edir. Dialektika - sadəcə olaraq nəzəriyyə deyil, varlığın yeni - yeni tərəflərinin, konkret vəziyyətin, problem­lərin yaradıcı, konkret dərk edilməsi metodudur. Bu cür meto­du mənimsəmək asan deyildir. Dialektik təfəkkürə dünyanı dərk etməyin yeni üsullarını axtarmaq xasdır. Dialektika haq­qında təlim genişdir və özünə müxtəlif, cürbəcür elementləri (ünsürləri) birləşdirir. Dialektik əlaqələr, ziddiyyətlər, qanuna­uyğunluqların bütün kompleksini əhatə edən əsas problem inkişaf prosesini anlamaqdır. Bu ən çətin fəlsəfi məsələnin həl­lində müvəffəqiyyətlə irəliləmək üçün əslər boyu formalaşmış dialektikanı, onun bütün elementlərini - onların qarşılıqlı əlaqəsində və bütövlüyündə - dərindən öyrənməyi tələb edir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə