M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə141/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   137   138   139   140   141   142   143   144   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

408 

 

əldə etməsi keçmiş Sovetlər  İttifaqında və dünyada gedən ictimai-siyasi 



proseslər forumda baş vermiş obyektiv tarixi zərurətin nəticəsi olmuşdur. 

1991-ci ilin 18 oktyabrında «Azərbaycanın dövlət müstəqilliyi haqqında 

Konstitusiya Aktı»nın qəbul edilməsi ilə Azərbaycan tarxində yeni bir dövr 

- müstəqillik dövrü başlandı. 

1988-1991-ci illərdə müstəqillik uğrunda aparılan gərgin mübarizədə 

Azərbaycan xalqı böyük çətinliklərlə qarşılaşsa da, bu yolda qan tökülsə də, 

itkilər verilsə  də, öz amalından dönmədi. Həmin dövrdə Azərbaycan xalqı 

çox çətin, ağır günlər yaşayırdı. Müstəqilliyə doğru yolda maneələrə, 

müqavimətlərə rast gəlirdi. Azərbaycanda bəzi siyasi qüvvələr ölkəmizin 

müstəqil yaşamaq imkanına  şübhə edir, ona inanmırdı. Bəzi qüvvələr heç 

müstəqilliyi belə istəmirdi, buna mane olurdu. Ümummilli liderimiz Heydər 

Əliyevin göstərdiyi kimi «Amma Azərbaycan xalqının çox əsrlər  ərzində 

qəlbində yaşatdığı istək və arzu bütün bunların hamısına qalib gəldi, 

Azərbaycan dövlət müstəqilliyini  əldə etdi və müstəqillik yolu ilə  uğurla 

irəliləyir».

1

 Bu yol heç də asan olmamışdır. Azərbaycan xalqı böyük 



çətinliklərlə qarşılaşmışdır. Hətta bəzi rəhbərlərin bacarıqsızlığı, 

səriştəsizliyi nəticəsində Azərbaycanın müstəqilliyi təhlükə, respublikamız 

parçalanma təhlükəsi qarşısında qalmışdı.  İnamla demək lazımdır ki, 

Azərbaycanı bu təhlükələrdən yalnız Heydər  Əliyev xilas edə bildi. O, 

Azərbaycanın xilaskarı kimi şərəfli bir ad qazandı. 

Heydər  Əliyevin başçılığı ilə Azərbaycanın müstəqillik yolunda 

inkişafını aşağıdakı dövrlərə bölmək olar. 

Birinci dövr 1991-ci ildən 1995-1996-cı ilə qədər, ikinci dövr isə 1996-

cı ildən başlayır və 2004-cü ilə qədər davam edir. 

Birinci dövrü də iki mərhələyə bölmək olar. 

Birinci mərhələ. 1991-ci il oktyabrın 18-dən başlanır və 1993-cü ilin 

ortalarına kimi davam edir. Bu dövrdə Azərbaycanın müstəqilliyinin 

itirilməsi, respublikanın parçalanması  təhlükəsi yaranmışdı. Milli və 

vətəndaş qarşıdurması yaranmışdı. Hakimiyyət böhranı baş vermişdi. 1992-

ci ilin 

  

                                                 



1

Heydər  Əliyev. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə  həsr olunmuş  təntənəli 

mərasimdə nitqi. - «Azərbaycan» qəzeti, 18 oktyabr 2002-ci il, səh. 1 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

409 

 

martında ölkədə hakimiyyət dəyişikliyi baş verdi, hakimiyyət böhranı bir 



neçə ay davam etdi, ondan sonra həmin ilin iyununda Azərbaycanda yeni 

prezident seçildi. Xalq Cəbhəsi hakimiyyətə  gəldi. Daxildə hakimiyyət 

çəkişməsi, mübarizəsi nəticəsində 1992-ci ilin iyun ayında hakimiyyətə 

gəlmiş Xalq Cəbhəsi bir ildən artıq hakimiyyətdə qala bilmədi, istefa verdi. 

Hərc-mərclik, xaos şəraitində Ermənistanın təcavüzü, ərazi işğalı davam 

edirdi, torpaqlarımız işğal edilirdi. Xocalı faciəsi törədilmişdi,  Şuşa işğal 

olunmuş, Laçın və  Kəlbəcər düşmən  əlinə keçmişdi. Dağlıq Qarabağ 

problemi düyünə düşmüşdü. 

Nəhayət, 1993-cü ildə ölkə parçalanmaq təhlükəsi qarşısında qalmışdı. 

Artıq vətəndaş müharibəsi baş vermişdi. Azərbaycanın cənubunda və 

şimalında separatçı  hərəkat genişlənmişdi. 1991-1993-cü illəri  əhatə edən 

birinci mərhələ müstəqilliyimizin böhranlı illəri olub Azərbaycanı böyük 

təhlükə, bir ölkə kimi, müstəqil dövlət kimi parçalanmaq təhlükəsi 

qarşısında qoymuşdu. 



İkinci mərhələ. 1993-1995-ci illəri  əhatə edir. Xalqın təkidli tələbi ilə 

Heydər Əliyev 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya gəldi. Heydər 

Əliyevin titanik fəaliyyəti nəticəsində iyun böhranı aradan qaldırıldı. 

Hakimiyyət dəyişikliyi baş verdi. İyunun 15-də böyük siyasətçi Heydər 

Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Azərbaycanın 

qurtuluş dövrü başlandı. 1993-cü ilin oktyabrında Heydər  Əliyev 

Azərbaycanın Prezidenti seçildi. Hakimiyyət boşluğu aradan qaldırıldı. Bu, 

Azərbaycanın müstəqülik yolunda irəliləməsi üçün yeni bir tarixi addım idi. 

Respublikada sabitlik təmin edildi. Lakin əvvəlki dövrdə yaranmış 

hakimiyyət hərisliyi elə köklər salmışdı ki, 1993-cü ildə yaranmış müəyyən 

sabitliyi sonradan pozmaq təşəbbüsləri tez-tez baş qaldırırdı. 

1994-cü ilin oktyabrında, 1995-ci ilin martında Azərbaycan 

dövlətçiliyinə qarşı  qəsdlər təşkil edildi. Prezidentin təşkilatçılığı, siyasi 

çevikliyi, xalqın birliyi nəticəsində bu, ən təhlükəli hadisələr yatırıldı. 

Yalnız Heydər  Əliyev gücü, bacarığı, onun qətiyyəti bunların qarşısını ala 

bilərdi. «O günləri unutmaq lazım deyildir. Bəlkə xalqımız о günlər bizim 

Azərbaycanın rəhbərliyində olanların və  şəxsən Azərbaycan Respublikası 

Prezidenti 

  

 

 



  

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

410 

 

kimi mənim keçirdiyim ağır dəqiqələri, saniyələri, saatları bilmir və bilə də 



bilməz».

1

 



1994-cü ilin mayında Azərbaycanın dövlət başçısının siyasi və 

diplomatik fəaliyyəti nəticəsində Ermənistan - Azərbaycan müharibəsində 

atəşkəsə nail olundu. Atəşkəs rejimi Milli Ordunun formalaşdırılması, 

nizami silahlı qüvvələrin yaradılması üçün çox mühüm tarixi rol oynadı. 

İqtisadi sahədə birinci və ikinci mərhələdə, 1991-1995-ci illər üçün 

ümumi xarakterik cəhət ondan ibarətdir ki, Azərbaycanın iqtisadiyyatının 

bütün sahələri tənəzzülə  uğramışdı. Bu dövrdə  həm sənaye, həm kənd 

təsərrüfatı istehsalı, həm də ümumi daxili məhsul, eləcə  də başqa iqtisadi 

göstəricilər ildə 20-25 faiz aşağı düşmüşdü. Belə ki, 1991-ci ildən 1995-ci 

ilə kimi ümumi daxili məhsul 58 faiz, sənaye məhsulu 67 faiz, kənd 

təsərrüfatı məhsulu 48 faiz azalmışdı.

2

 



İkinci mərhələdə Azərbaycanın gələcək iqtisadi və siyasi durumu üçün 

əsaslı şərt olan 1994-cü ilin 20 sentyabrında «Əsrin müqaviləsi» adlanan ilk 

beynəlxalq neft müqaviləsi imzalandı. Bu xarici dövlətlərin Azərbaycana 

inamını göstərirdi. Heydər Əliyevin neft strategiyasının əsasının qoyulması 

demək idi. Sonrakı dövrdə inkişaf neft strategiyasının həyatiliyini və 

gələcək tərəqqisinin qarantı olduğunu göstərdi. 



İkinci dövr. 1995-ci ilin ortaları - 1996-cı ildən başlanır. 

Bu dövrdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə 

dövlət quruculuğu baxımından  ən məhsuldar mərhələ başlanır. Ölkəmizdə 

hüquqi, demokratik dövlət quruculuğu hərtərafli inkişaf etdirilir. 

Qanunçuluq cəmiyyət həyatında  əsas rol oynamağa başlayır, sabitlik 

bərqərar olur. 

İqtisadi sahədə ardıcıl intensiv inkişaf mərhələsinə  qədəm qoyulur. Bu 

dövrü xarakterizə edərək dövlətimizin başçısı qeyd edirdi: «İndi biz böyük 

inkişaf dövrü keçiririk. İqtisadiyyatda  əsas göstəricilər makroiqtisadi 

göstəricilərdir».

3

 

 



                                                 

1

 



«Azərbaycan» qəzeti, 18 oktyabr 2001-ci il

 

2



 

Heydər  Əliyev. Azərbaycan dövləti bundan sonra da yaşayacaq və müstəqilliyimiz  əbədi, daimi olacaqdır. 

Azərbaycan Respublikasmın dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdə nitqi. - 

«Azərbaycan» qəzeti, 18 oktyabr 2001-ci il

 

3



 

Yenə orada

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə