M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə144/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   140   141   142   143   144   145   146   147   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

417 

 

Beləliklə, 1994-cü ildən 2002-ci ilədək, 8 il ərzində  gərgin mübarizə 



şəraitində hasil edilən neftin xarici bazara çıxarılması üçün əsas ixrac boru 

neft kəmərinin çəkilməsi məsələsi həll edildi. Bakı-Tbilisi-Ceyhan əsas neft 

kəmərinin tikintisi 2005-ci ildə başa çatmalıdır. Hər üç tərəf- Azərbaycan, 

Gürcüstan və Türkiyə bu proqramın vaxtında həyata keçirilməsini təmin 

etməyə tam hazır olduqlarını bəyan etdilər. «... biz hesab edirik ki, 2005-ci 

ildə Bakı-Tbilisi-Ceyhan  əsas ixrac neft kəməri tamamilə hazır olacaq və 

biz hamımız birlikdə buradan Türkiyənin Ceyhan limanına gedəcək və 

orada Azərbaycan neftinin, Xəzər neftinin Ceyhan limanından yola 

salınmasının şahidi olacağıq».

1

 



Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi də iqtisadi və strateji 

baxımdan çox əhəmiyyətlidir. 

«Şahdəniz» yatağmm ehtiyatları 100 milyon ton neft və  ən azı 400 

milyard kubmetr qaz dəyərində qiymətləndirilir. 2001-ci ilin mart ayında 

Heydər  Əliyevin Türkiyəyə  səfəri zamanı iki dövlət arasında  «Şahdəniz» 

qazının Bakıdan  Ərzuruma ixracının razılığı  əldə edildi, təməli qoyuldu, 

Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Azərbaycana səfəri zamanı bu 

layihənin həyata keçirilməsinə dair son razılaşma əldə edildi. 

2001-ci il sentyabrm 29-da Azərbaycanla Gürcüstan Bakı- Tbilisi-

Ərzuram qaz kəmərinə dair rəsmi olaraq razılıqlarını bildirmişdilər. 

Yeni açılan «Şahdəniz» yatağında 1 trilyon kubmetrdən artıq qaz var.

2

 



Həm oradan çıxarılacaq qaz, həm də neft quyularından alınan səmt qazı 

hesabına respublikada qaz artacaqdır. 

Azərbaycan dövlət başçısının neft strategiyası respublikanın bu günü, 

sabahı  və  gələcəyinin iqtisadi platformasıdır. Böyük məmnuniyyətlə qeyd 

etmək lazımdır ki, XXI əsrin birinci rübündə respublikamızda neft 

sənayesinin perspektiv inkişaf proqramı artıq həyata keçirilir. Onun müsbət 

nəticələri Heydər Əliyev siyasətinin həyatiliyi və düzgünlüyünü təsdiq edir. 

Azərbaycan Respublikasının 30 il müddətində nəzərdə tutulmuş neft səna- 

 

 

  



  

                                                 

1

 

Heydər Əliyev. 2002-ci il sentyabrın 18-də Səngəçal sahil terminalında Bakı-Tbilisı-Ceyhan əsas ixrac boru 



kəmərinin təməlinin qoyulması mərasimində nitqi - «Xalq» qəzeti, 19 sentyabr 2002-ci il

 

2



 

Heydər  Əliyev.  Şəki  şəhəri  İcra hakimiyyətində keçirilən müşavirədə yekun nitqi -«Azərbaycan» qəzeti, 12 

noyabr 2002-ci il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

418 

 

yesinin inkişafı proqramının mühüm əhəmiyyəti ondan ibarətdir ki, hələ 



uzun bir dövr üçün təminat verir. Bu, dövlət başçısının gələcəkdə respublika 

üçün inkişaf proqramıdır. Eyni zamanda Heydər Əliyevin göstərişi ilə tərtib 

edilən layihələr göstərir ki, «bütün bu layihələr Azərbaycanın 

iqtisadiyyatının inkişafına yönəldilibdir».

1

 

Neft strategiyasının həyata keçirilməsindən artıq respublikamıza böyük 



gəlirlər daxil olur və getdikcə artır. «Neftdən gələcəkdə alacağımız gəliri 

Azərbaycanda böyük bir infrastrukturun, başqa sahələrin inkişaf 

etdirilməsinə yönəltməliyik. Yeni işlərin görülməsinə yönəltməliyik».

2

 



2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti 

seçilmiş  İlham  Əliyev Heydər  Əliyev  ənənələrinin sadiq davamçısı kimi 

neft amilini beynəlxalq  əməkdaşlığın genişlənməsinə, Azərbaycanın 

dünyada mövqeyinin daha da möhkəmlənməsinə, xalqın yaşayışının 

yaxşılaşmasına yönəldilməsinə çalışır. O, neft amilinin bir çox məsələlərin 

həllində həlledici roluna yüksək qiymət verir. 

İlham  Əliyev göstərir: «Bizim məqsədimiz təkcə neft hasil etmək, onu 

nəql etmək, bundan vəsait  əldə etməkdən ibarət deyildir. Bizim məq-

sədimiz neftdən gələn bütün mənfəətləri - həm siyasi, həm iqtisadi, həm də 

başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına 

yönəltməkdən ibarətdir».

3

 



Ümummilli liderimiz Heydər  Əliyevin uzun müddətli kredit siyasəti 

ölkənin 30-35 il müddətində inkişafı üçün təminat yaratdı. Bu siyasətin 

mahiyyəti, məzmunu göstərdi ki, о  əlverişlidir, necə deyərlər, alacağı 

verəcəyindən qat-qat çoxdur. Belə ki, 1995-ci ildən etibarən 

respublikamızın dövlət strukturları ilə Beynəlxalq Valyuta Fondu, Dünya 

Bankı, Avropa Yenidənqurma və  İnkişaf Bankı arasında  olduqca əlverişli 

və güzəştli  şərtlərlə ödənilməsi uzun müddəti (15-35 il) nəzərdə tutulan 

müqavilələr  əsasında kreditlər alınmışdır. Bu kreditlərdə Beynəlxalq 

Valyuta Fondunun payı 55, Dünya Bankının payı 23 və Avropa 

Yenidənqurma və İnkişaf 

                                                 

1

 



Heydər  Əliyev. 2002-ci il sentyabrın 18-də  Səngəçal sahil terminalında Bakı-Tbilisı-Ceyhan  əsas ixrac boru 

kəmərinin təməlinin qoyulması mərasimində nitqi. - «Xalq qəzeti», 18 sentyabr2002-ci il

 

2

 



«Azərbaycan» qəzeti, 12 noyabr 2002-ci il

 

3



 

«Azərbaycan» qəzeti, 30 mart 2001-ci il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

419 

 

Bankının payı 7 faiz təşkil edir. Kreditin qalan hissəsi isə Türkiyənin 



Ekimbankının, Almaniya Yenidənqurma Kredit Bankının və s. payına 

düşür. Lakin Azərbaycanın 30-35 ilə götürmüş olduğu bu kreditlərin 

məbləği qədər strateji valyuta ehtiyatı, neft və neft-kimya sənayesindən 

böyük gəlir mənbələrinin əldə edilməsi gözlənilir.

1

 

Tarixi təcrübə göstərir ki, Heydər  Əliyev keçmiş SSRİ-də  kənd 



təsərrüfatının istehsalının təşkili və inkişaf etdirilməsində  ən təcrübəli və 

bacarıqlı rəhbərlərdən biri idi. Onun başqalarından üstünlüyü və fərqi ondan 

ibarət idi ki, kənd təsərrüfatı məhsullarının istehsalında əsas şərt olan iqlim, 

torpaq, su, təbii  şərait,  əhalinin  ənənəsi və başqa amillərə uyğun olaraq 

əkinçiliyi, heyvandarlığı, bitkiçiliyi, bostançılığı zonalaşdırmışdı. 

Hələ ötən  əsrin 70-80-ci illərdə Azərbaycan kənd təsərrüfatı 

məhsullarının istehsalı elmi-praktik baxımından rayonlar üzrə 

ixtisaslaşdırılmışdır. 

О dövrdə Azərbaycanın bəzi rayonlarında iqlim şəraitinə  və başqa 

amillərə uyğun olmayan əkinçilik növlərinin о yerlərdən götürülüb əlverişli 

olan rayonlarda əkilməsi praktikası  və  kənd təsərrüfatı  məhsullarının 

inkişafı üçün yeni mənbələrin aşkar edilməsi böyük dəyişikliklərə  səbəb 

olmuşdu. Bu bütün sovet ölkəsində özünün müsbət nəticələrini nümayiş 

etdirmişdi. Kənd təsərrüfatının bütün sahələrində yüksək məhsul alınması 

məhz onun elmə söykənən praktiki fəaliyyetinin, təcrübəsinin nəticəsi idi. 

Heydər  Əliyev Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi 

işləyən vaxt kənd təsərrüfatı istehsalının təşkilində  həyata keçirdiyi 

tədbirlər, respublikamızda kənd təsərrüfatının inkişafında böyük imkanlar, 

potensial yaratdı. Azərbaycanın SSRİ  tərkibində olan respublikalar 

içərisində müstəqil yaşamağa daha çox imkanlara malik olduğunu sübut 

etdi. 

Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsində böyük nəticələr 



əldə edilməsinə baxmayaraq, Heydər  Əliyev kənd təsərrüfatının idarə 

edilməsinin о dövrdəki formasının gələcəyinə əmin deyildi. Mokvada SSRİ 

Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən aqrar sahədə 

islahatlar aparılmasının zəruri olduğunu müdafiə  edən rəhbər- 

 

                                                 



1

 

«Azərbaycan» qəzeti, 8 noyabr 2000-ci il 



 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə