M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə145/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   141   142   143   144   145   146   147   148   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

420 

 

lər içərisində öncül yer tuturdu. Bu mövqe müstəqillik əldə ediləndən sonra 



keçmiş SSRİ-nin müttəfiq respublikaları içərisində Heydər  Əliyev 

təcrübəsində daha tez özünü göstərdi. Tarix onun uzaqgörən siyasətini 

təsdiq etdi. «Biz keçmiş SSRİ  məkanında, demək olar ki, bütün başqa 

müttəfiq respublikalarla müqayisədə torpaq islahatını ilk həyata keçirən 

respublikalardan biriyik. О vaxt çoxları  şübhə edirdi ki, torpaq islahatı 

keçirsək, hər  şey dağılacaqdır. Ancaq ötən illər göstərir ki, biz nə  qədər 

düzgün yoldayıq, biz nə qədər uzaqgörən idik». 

Aqrar sahədə islahatların uğurları bir də onunla bağlı idi ki, hələ Sovet 

hakimiyyəti dövründə Heydər  Əliyev tərəfindən Azərbaycanın müstəqil 

yaşaması üçün kənd təsərrüfatında da təməl yaradılmışdı. Dövlət başçısı 

müstəqillik dövründə isə başqa ölkələrin təcrübəsini öyrənmək, ondan nəticə 

çıxarmaq, Azərbaycanın bütün xüsusiyyətlərini nəzərə almaqla aqrar 

islahatlarını daha uğurla həyata keçirməyə müvəffəq oldu. Keçmiş Sovetlər 

İttifaqında olan respublikalar içərisində Azərbaycanda aqrar islahatları daha 

cəsarətlə  və ardıcıl həyata keçirildi. Bu islahatlar nəticəsində 

respublikamızda üç növ torpaq mülkiyyət forması yaranmışdır. 

1996-cı ilin iyım ayında qəbul edilmiş «Torpaq islahatı haqqında » 

Qanun kənd təsərrüfatı torpaqlarının özəlləşdirilməsi üçün şərait yaratdı. 

İslahata görə  kənd təsərrüfatında torpaqların özəlləşdirilməsi ilə mülkiyyət 

forması  aşağıdakı normada formalaşmalıdır. Azərbaycan Respublikasının 

ümumi torpaq ehtiyatlarını  təşkil edən 8,6 milyon hektardan 3,8 milyon 

hektarının (44,2 faiz) dövlət mülkiyyətində saxlanılması, 2,7 milyon 

hektarının (31,4 faiz) bələdiyyə mülkiyyətinə verilməsi və 2,1 milyon hektar 

(24,4 faiz) Impaq sahəsinin özəlləşdirilməsi nəzərdə tutulmuşdur. 2004-cü 

ilə kimi ölkədə artıq torpaq islahatları faktiki olaraq başa çatmışdır. 1390 

min hektardan çox torpaq sahəsi  əvəzsiz olaraq kəndlilərə paylanmışdır. 

Kənd təsərrüfatı məhsulunun 99 faizi özəl bölmədə istehsal olımur.

1

 



Torpaq islahatı, torpağın kəndlilərə verilməsi nəticəsində kənd təsərrüfatı 

məhsullarının istehsalı xeyli artmışdır. Əsas ərzaq malları hesab edilən taxıl, 

ət məhsulları, kartof, tərəvəz məhsulları artıq respublikanın tələbatını 

ödəyir. 


  

                                                 

1

 

Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları (yanvar-mart 2001-ci il). Bakı, 2001, səh. 79 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

421 

 

Sosial və iqtisadi sahədə  əldə edilən uğurlar bir çox göstəricilərə görə 



Azərbaycan Respublikasının sürətlə inkişafını göstərir. Bu vəziyyət bir sıra 

beynəlxalq forumlarda da qeyd edilmişdir. BMT-nin Azərbaycandakı 

rezident  əlaqələndiricisi Maks Borsotinin «Yoxsulluğun azaldılması  və 

iqtisadi inkişaf üçün Dövlət proqramı»nın təqdimatına həsr olunmuş 

ümummilli konfransda (Bakı, oktyabr 2002-ci il) çıxışında göstərilmişdir: 

«Bir sıra beynəlxalq forumlarda deyildiyi kimi, Azərbaycandakı  vəziyyət 

gələcəyə nikbin baxmağa  əsas verir. Bu yaxınlarda BMT-nin hazırladığı 

məruzədə Azərbaycan MDB də daxil olmaqla, Şərqi və Mərkəzi Avropanın 

26 ölkəsi arasında  ən yaxşı göstəriciyə nail olanlardan biri kimi qeyd 

edilmişdir. 

Azərbaycan yerli istehsalın artımı baxımından 2-ci göstəriciyə malikdir, 

inflyasiyanın aşağı olması baxımından da 2-ci yerdədir. Xaricə borclar 

baxımından da az göstəriciyə malikdir. Son on ildə xarici investisiyaların 

cəlb olunması və yerli istehsalın artımı baxımından Azərbaycan ən yüksək 

göstərici əldə etmişdir».

1

 



Yoxsulluğun azaldılması meylinin artması da mühüm göstəricilərdən 

biridir. 1996-cı ildə Azərbaycanda Dünya Bankı  tərəfindən aparılmış 

sorğuya  əsasən yoxsulluğun səviyyəsi 61 faiz, 2001-ci ildə isə 47 faiz 

olmuşdur. 

Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı nümayəndəsinin rəhbəri 

Mauk Meredin respublikamızda yoxsulluğun azaldılması, sosial-iqtisadi 

inkişafın təmin edilməsində görülən işlər, xüsusilə, bu işdə dövlət başçısının 

rolunu yüksək qiymətləndirir. Onun çıxışında deyilir: «1990-cı illərin 

əvvəllərində Azərbaycan siyasi sabitsizlik və Dağlıq Qarabağ üstündə hərbi 

münaqişə dövrünü yaşamışdır. Bu dövr ərzində ölkə iqtisadiyyatı hər il orta 

hesabla 20 faiz aşağı düşmüş, inflyasiyanın səviyyəsi isə 1000 faizdən çox 

olmuşdur. Belə bir iqtisadi vəziyyətlə yanaşı, manatın məzənnəsi 200 

faizdən çox düşmüşdür. Lakin sonrakı dövrdə ölkə prezidenti zati-aliləri 

cənab Heydər Əliyevin rəhbərliyi ilə və sabit siyasi şəraitdə iqtisadi artımın 

illik səviyyəsi 9 faiz olmuş, inflyasiya isə ildə 2-3 

  

  



  

  

 



  

                                                 

1

 

«Azərbaycan» qəzeti, 13 fevral 2004-cü il. Xüsusi buraxılış



 


M

 

M İ L L İ  K İ T A B X A N A

_______________________________________

422 



M

 

M İ L L İ  K İ T A B X A N A

_______________________________________

423 


 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə