M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə147/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   143   144   145   146   147   148   149   150   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

427 

 

qaldı  və xalq tərəfindən müdafiə edilmədi.  О da özündən  əvvəlkilər kimi 



Azərbaycanı od içərisində qoyub Kələkiyə qaçdı. Bütün bu başıbəla 

rəhbərlər öz canlarını qurtarmaq üçün Azərbaycandan qaçmışdılar. 

Azərbaycan dağılmaq, parçalanmaq vəziyyətində idi. Belələri haqqında  

Heydər Əliyev demişdi: «Amma dövlətçilik haqqında  düşünən adam - həm 

adi vətəndaş, həm dövlət işində  işləyən, xüsusən, dövlətə başçılıq edən 

insanlar heç vaxt öz canı haqqında  düşünməməlidir. Öz canı haqqında  

düşünən və xırda bir çətinlikdən ancaq qaçmaqla canını qurtarmaq istəyən 

insanlar - bunlar heç vaxt xalqın hörmətini, xalqın etimadını qazana 

bilməzlər».

1

 



Məlumdur ki, 1994-cü ilin oktyabrından və 1995-ci ilin martından sonra 

da Heydər  Əliyevin həyatına qəsd etmək, təxribat, terror təşkil etmək 

təşəbbüsləri davam etdirilmişdi. Prezidentin təyyarəsini raketlə vurmaq, 

Ukrayna prezidenti L.Kuçmanın Azərbaycana səfəri zamanı körpünü 

partlatmaq və başqa terror hadisələri törətmək istəmişdilər. Bunların heç biri 

baş tutmamışdı. Eyni zamanda möhkəm iradəli, qorxmaz Heydər  Əliyevi 

sarsıda bilməmişdi. «Bunların heç biri bizi nə qorxutdu, nə də çəkindirdi, nə 

də bizi harasa qaçmağa vadar etdi. Qaçmaq da elə onun təzahürüdür ki, bu 

insan idarə edə bilmir. Bir xırda çətinlik görəndə öz canı haqqında  düşünür

millətin haqqında  yox, xalqı haqqında  yox».

2

 

Budur, Heydər Əliyevin həyatından öyrənməli olan ən mühüm dərslərdən 



biri... Tarix həmişə öyrətmiş  və öyrədir. Antey gücünü torpaqdan 

götürürdüsə, Heydər  Əliyev də gücünü xalqdan alırdı. Budur, Heydər 

Əliyevin rəhbərlik təcrübəsi, xalqına, millətinə xidmət etməyin nümunəsi! 

Heydər  Əliyev həmişə xalqın ona böyük etimadını hiss edirdi. 

Qorbaçovun ona qarşı  qərəzçiliyi və bununla əlaqədar Moskvada çətin 

şəraitdə, təqiblər altında yaşadığı vaxt Heydər  Əliyevə qarşı böhtançılıq 

kampaniyası  qızışdırılırdı. Mərkəzi mətbuatda qərəzli məqalələr çap 

olunurdu. 70-80-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdəki 

fəaliyyətini ləkələməyə çalışırdılar. Belə vaxtda da bir neçə böhtançıdan 

başqa xalq 

 

 

  



  

                                                 

1

 

Heydər  Əliyev. Azerbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə  həsr olunmuş  təntənəli 



mərasimdə nitqi. - «Azərbaycan» qəzeti, 18 oktyabr 2001-ci il

 

2



 

«Azərbaycan» qəzeti, 18 oktyabr 2001-ci il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

428 

 

onu müdafiə  edirdi, böhtançılara imkan vermirdi. Heydər  Əliyev bir az 



sonra bu məsələ barəsində deyirdi: «Ancaq mən bunu qəlbən hiss edirdim. 

Azərbaycan xalqı  məni böyüdüb, geniş ictimai-siyasi fəaliyyətlə  məşğul 

olmağım üçün yol açmış, uzun illər mənə böyük etimad göstərmişdir. 

Həyatının ağır dövründə  də daim Azərbaycan xalqının mənə olan müsbət 

münasibətini, hörmətini, uzaqda olsam da, duymuşam, hiss etmişəm. Bu 

tellər heç vaxt qırılmayıb, məni ağır imtahanlardan, əzab-əziyyətlərdən və 

hətta təqiblərə məruz qaldığım ağır dövrdən də çıxarmışdır».

1

 



Heydər  Əliyevin  şəxsi keyfiyyətləri, xüsusilə özünə qarşı  tələbkarlığı 

işdə müvəffəqiyyətlərinin  əsas səbəblərindən biri idi. Yeni Azərbaycan 

Partiyasının onilliyi münasibətilə keçirilən mərasimdə söylədiyi nitqində 

demişdi: «Mən həmişə özümə qarşı çox tələbkar insanam. Bəli, çox tələbkar 

insanam! Bəzən mən öz-özümü daxilən tənqid edirəm və çox da ciddi tənqid 

edirəm.  Əgər məndə  həyatım boyu özümə qarşı bu tələbkarlıq olmasaydı, 

siz qarşınızda bugünkü Heydər Əliyevi görə bilməzdiniz». 

Müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində mühüm rol oynayan 

və Heydər  Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası tarixi 

zərurətdən doğdu. Ölkənin «Olum, ya ölüm» dilemması qarşısında qaldığı 

bir vaxt respublika ziyalılarının bir qrupu tarixə «91-lər» adı ilə daxil olmuş 

ziyalılar yeganə  çıxış yolunu Heydər  Əliyevdə görərək, ona YAP-ın 

yaradılması haqqında  müraciət etdilər.  Əlbəttə, bu müraciət xalqın istəyi, 

arzusu, tələbi idi. Qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının 

yaranması Heydər Əliyev kimi görkəmli siyasi xadimin varlığı zərurətindən 

meydana gəlmişdi. Ziyalılar onun rəhbərliyi ilə belə bir partiyanın 

yaradılmasını lazım bilirdilər. YAP-m fəaliyyəti yalnız Heydər  Əliyevin 

rəhbərliyi ilə genişləndi. О belə bir çətin gündə xalqın arzusuna laqeyd qala 

bilməzdi. Xalqın səsini müdafiə və bəyan etdi: «Güman edirəm ki, müstəqil 

Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən 

demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən 

Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. 

Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında 

 

                                                 



1

 

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. I kitab. Bakı,1997, səh.162-163 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

429 

 

fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin 



möhkəmləndirilməsində  və inkişafında tarixi rol oynaya bilər.  Əgər belə 

partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram».

1

 

1992-ci il noyabrın 21-də Naxçıvan  şəhərində Yeni Azərbaycan 



Partiyasının təsis konfransı keçirildi. Konfransda Heydər Əliyev yekdilliklə 

YAP-ın sədri seçildi. Möhtərəm sədrin  ətrafında birləşən partiya fəalları 

məhz Heydər Əliyevin sədrliyi ilə əsas siyasi qüvvə  kimi fəaliyyət göstərdi. 

Yarandığı vaxtdan - 6 aydan sonra YAP iqtidara gəldi. Heydər  Əliyevin 

ətrafında sıx birləşən Yeni Azərbaycan Partiyasının rəhbərinin bilavasitə 

təşkilatçılığı  nəticəsində Azərbaycanın müstəqilliyinin  əbədiliyi və 

dönməzliyi təmin olunmuşdur. Ölkəmizdə hüquqi, demokratik, dünyəvi 

dövlət qurulmuşdur. Sosial-iqtisadi və  mədəni sahədə  əsaslı islahatların 

həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadi-mədəni yüksəlişi baş 

vermişdir. Qloballaşma nəticəsində dünyaya inteqrasiya prosesinə 

qoşulmuşdur. 

Yeni Azərbaycan Partiyası təşkilatca möhkəmlənmiş, böyük inkişaf yolu 

keçmişdir, ölkənin ümumxalq partiyasına çevrilmişdir. YAP-ın sədri Heydər 

Əliyev hələ partiyanın I quraltayında partiyanın fəaliyyətinə qiymət verərək 

demişdi: «... Bizim partiya sağlam düşüncə, sağlam fikir, xalqı birləşdirmək 

və Azərbaycanın  о mürəkkəb həyatında ölkənin problemlərinin həll 

olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədi ilə yarandı. 

Yeni Azərbaycan partiyası Azərbaycanın bu gününün partiyasıdır, XXI 

əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır».

2

 



Milli ideologiyanın yaradılması Azərbaycan Respublikası Prezidenti 

Heydər Əliyevin tarixi xidmətidir. Onun əsası Azərbaycançılıqdır. 

Prezident Heydər  Əliyev milli ideologiyamızın-dövlətçilik məfkurəsi 

olan Azərbaycançılıqdan danışarkən deyirdi: «Azərbaycan dövlətinin milli 

ideologiyasının özəyini, əsasını təşkil edən Azərbaycançılıqdır. Dövlətçilik, 

milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq 

anlayışının tərkib hissələridir...».

3

 



 

 

 



  

  

                                                 



1

 

«Səs» qəzeti, 6 noyabr 1992-ci il



 

2

«Azərbaycan» qəzeti, 23 dekabr 1998-ci il



  

3

 



«Xalq qəzeti», 24 noyabr 1998-ci il 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə