M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə146/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   142   143   144   145   146   147   148   149   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

424 

 

faiz endirilmişdir. Müvafiq fiskal və monetar siyasətlərin ardıcıl surətdə 



həyata keçirilməsi nəticəsində manata inam bərpa edilmiş, xarici valyuta 

ehtiyatları isə 1994-cü ildəki cəmi 2 milyon ABŞ dollarından hazırda -

Dövlət Neft Fondunun ehtiyatları  nəzərə alınmadan - 700 milyon ABŞ 

dollarından artıq məbləğədək yüksəlmişdir. İndi elə bir vaxt gəlib çatmışdır 

ki, bərqərar olmuş makroiqtisadi sabitlik və  əlverişli uzunmüddətli 

perspektivləri təmin edən neft sektorundakı yeniliklər (Bakı-Tbilisi-Ceyhan 

layihəsinin həyata keçirilməsi və şəffaf Neft Fondunun yaradılması) nəzərə 

alınmaqla, Azərbaycan öz diqqətini yoxsulluğun azaldılması üzərində 

cəmləşdirməlidir».

1

 



1993-cü ildən başlayaraq prezidentin iqtisadi-siyasi strategiyasının 

həyata keçirilməsi nəticəsində qazanılan ən ümdə nailiyyətlərdən biri ondan 

ibarət oldu ki, iqtisadi tənəzzül prosesinin qarşısı alındı. Prezidentin verdiyi 

fərmanlar, sərəncamlar, müvafiq qanunların qəbul edilməsi, liberallaşdırma 

tədbirlərinin həyata keçirilməsi, infilyasiyanın qarşısının alınması, 

investisiyaların artması və i.a. sosial-iqtisadi yönümlü tədbirlər nəticəsində 

1996-cı ildən davam edən, yüksələn inkişaf prosesi başlandı. 

Bütün bunlar Heydər  Əliyevin yorulmaz işinin, onun səfərbəredici və 

təşkilatçılıq fəaliyyətinin nəticəsidir. 1993-cü ilin son rübündən başlayaraq 

1998-ci ilin oktyabrına kimi Heydər  Əliyev təkcə iqtisadi siyasət 

məsələlərinə dair 361 yığıncaq, iclas və müşavirə keçirmişdi ki, bu da 

iqtisadi islahatların uğurla həyata keçirilməsini təmin etmişdir. 

Ümumiyyətlə, Heydər  Əliyevin iş gününün, iş  həftəsinin, ayının, ilinin 

araşdırması göstərir ki, onun bir iş günü, həftəsi, ayı, ili öz fiziki ölçüsünə, 

məzmunu və mənasına görə normasından qat-qat artıqdır. Demək olar ki, bir 

ayda görülən işlər öz tutumuna görə il boyu görülən işlərdən də  dəfələrlə 

artıqdır. Araşdırmalar bunu aydın şəkildə əks etdirir (Bax: səh. 422-423). 

1993 və 1998-ci illərdə xalqın sevimlisi Heydər  Əliyev iki dəfə böyük 

ruh yüksəkliyi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 

Birinci dəfə 1993-cü ildə prezident seçilməklə O, Azərbaycan Respubli- 

  

                                                 



1

 

«Azərbaycan» qəzeti, 26 noyabr 2002-ci il 



 


M İ L L İ  K İ T A B X A N A

____________________________________

425 

 

kasını dağılmaqdan xilas etdi, müstəqil dövlət quruculuğunu təmin etdi və 



möhkəmləndirdi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli 

Konstitusiyası  qəbul edildi. Azərbaycanın Milli Məclisi seçildi. Dövlət 

quruculuğunun genişlənməsinin hüquqi əsası təmin edildi. 

Heydər  Əliyevin 1998-ci ilin oktyabrmda ikinci dəfə prezident 

seçilməsindən sonra ölkəmizdə sosial-iqtisadi islahatların müvəffəqiyyətlə 

həyata keçirilməsi, əhalinin sosial təminatının yaxşılaşdırılması prosesi daha 

da geniş miqyas aldı. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət 

quraculuğu müvəffəqiyyətlə  həyata keçirildi. Bütün bımlar Azərbaycan 

xalqının Heydər Əliyevi qızğın müdafiə  etməsinin, ona inamı və etibarının 

parlaq ifadəsi idi. 

Heydər  Əliyevin 1998-ci ilin oktyabrmda ikinci dəfə prezident 

seçilməsindən sonrakı dövrdə fəaliyyətini qısa şəkildə belə ifadə etmək olar 

ki, bu dövrdə Azərbaycanı keçmiş sosialist ictimai-siyasi, iqtisadi sistemdən 

yeni sistemə keçirmək prosesi həyata keçirildi və buna nail olundu. 

Azərbaycanın dünya sistemində mövqeyi möhkəmləndi, dünya iqtisadi 

sisteminə inteqrasiyası  təmin edildi, Azərbaycanın müstəqilliyinin  əbədi, 

dönməz olduğu bütün dünyada təsdiq edildi. 

1993-1995-ci illərdə Heydər Əliyevin hakimiyyəti, dövlətçiliyi qorumaq 

və möhkəmləndirilməsinin  əsas səbəbi, dərsi ondan ibarət idi ki, xalq о 

hakimiyyəti,  şəxsən Heydər  Əliyevi müdafiə  edirdi. Onun arxasında 

möhkəm dayanmışdı. «Heydər - Xalq», «Xalq - Heydər» monolit birliyi 

yaranmışdı. Bu, bir tarixi dərsdir. 

Heydər Əliyev deyirdi: «Nə üçün 1992-ci ilin mart ayında dövlət böhranı 

baş verdi və hakimiyyət istefa verməyə  məcbur oldu? Xalq ona etimad 

göstərmədi, ona görə də istefa verməyə məcbur oldu».

1

 



Məlumdur ki, 1992-ci ilin iyun ayında xalqın bir hissəsi digər qüvvələrə 

etimad göstərdi, yəni  о qüvvə  lərə inandı. Xalqın içərisində olan Xalq 

Cəbhəsi hakimiyyətə  gəldi. Lakin 1993-cü ildə, iyun ayında xalq həmin 

hakimiyyətin arxasında durmadı. Onu dəstəkləmədi. Deməli, o, bir ilin 

içərisində hakimiyyət xalq içərisində öz inamını itirdi. Azərbaycan fəla- 

  

  



  

 

                                                 



1

Heydər  Əliyev. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə  həsr olunmuş  təntənəli 

mərasimdə nitqi. - «Azərbaycan» qəzeti, 18 oktyabr 2001-ci il 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

426 

 

kət qarşısında qaldı. Prezident Ə.Elçibəy və onun dəstəsi özü hakimiyyətdən 



getmək məcburiyyətində qaldı. 

Xalq öz seçimini etdi. Xalqın tələbi ilə Heydər  Əliyev hakimiyyətə 

gətirildi. Azərbaycan xalqı onu hakimiyyətə  gətirdi və arxasında durdu. 

1994-cü ilin oktyabrı, 1995-ci ilin martında Azərbaycan dövlətçiliyinə 

qəsdlərin qarşısını yalnız Prezident Heydər  Əliyev ilə xalqın birliyi aldı. 

Dövlət başçısı  məhz bu birliyi, qələbəni təmin edən  əsas  şərt hesab edir, 

göstərirdi ki, bu birlik «bizim üçün böyük dayaq oldu, böyük imkan verdi 

ki, biz bu ağır vəziyyətdən çıxa bilərik, ölkəmizi qoruya bilərik, ölkəmizi 

saxlaya bilərik. Qoruduq da, saxladıq da, həmin о qüvvə ləri məğlub etdik 

də».


1

 

Heydər Əliyevin rəhbərlik təcrübəsinin ən böyük dərslərindən biri ondan 



ibarətdir ki, о öz şəxsi həyatını xalqına, millətinə, dövlətinə qurban verməyə 

həmişə hazır olub, heç nədən qorxmayıbdır. İstər Naxçıvanda olarkən, istər 

Bakıya gəldikdən sonra ona qarşı terror aktlan təşkil edilməsinə 

baxmayaraq,  ən çətin anlarda heç nədən qorxmadığını bildirir, dövləti, 

dövlətçiliyi müdafiə  edirdi. 

Azərbaycanda Heydər Əliyevdən əvvəlki rəhbərlər xalqın, respublikanın 

başına bəlalər gətirdilər, çətin vaxtlarda öz canlarını  vətəndən, dövlətdən 

üstün tutub qaçmışdılar. Hələ 1990-cı ilin yanvar ayında xalqı, milləti sovet 

ordusuna qırğına verdikdən sonra Ə.Vəzirov xalqa cavab vermək  əvəzinə, 

nökərçilik etdiyi ermənipərəst M.Qorbaçovun yanına qaçdı. Çox təəssüf ki, 

hələ  də  cəzasını almayıb. Vəzirov kursuna sahib olan, onun siyasətini 

davam etdirən, Qorbaçov və onun ətrafındakılar qarşısında məddahlıq edən 

A.Mütəllibov da ölkəni ağır vəziyyətdə qoyub Rusiyanın təyyarəsində 

Moskvaya qaçdı. Acınacaqlı haldır ki, indi də Moskvada oturub 

Azərbaycanda ara qarışdırmaqla məşğuldur. 

Hələ bu harasıdır, cinayət məsuliyyəti daşımasına baxmayaraq, yenidən 

hakimiyyətə  gəlmək arzusundadır.  Əvvəl Xalq Cəbhəsində xalqın içində 

olan və bu adla hakimiyyətə  gələn  Ə.Elçibəy respublikanı dağılmaq 

səviyyəsinə saldıqdan, vətəndaş müharibəsinə  gətirib çıxardıqdan sonra 

S.Hüseynov və Ə.Hümbətov dəstələrinin hücumu qarşısında aciz 

  

                                                 



1

 

Heydər  Əliyev. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə  həsr olunmuş  təntənəli 



mərasimdə nitqi. -«Azərbaycan» qəzeti, 18 oktyabr 2001-ci il 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə