M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə148/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   144   145   146   147   148   149   150   151   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

430 

 

  



Heydər  Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyasının təməl 

prinsipləri, başlıca konseptual müddəaları aşağıdakılardan ibarətdir: 

- Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun 

dönməzliyinin və əbədiliyinin təmin edilməsi; 

- Azərbaycan xalqının bütövlüyünün, milli həmrəyliyinin təmin 

olunması, vətəndaş  cəmiyyətinin formalaşması, dünya azərbaycanlılarının 

«Azərbaycan» idealı ətrafında birliyinə nail olunması; 

- Azərbaycanın iqtisadi müstəqilliyinin, azad bazar münasibətlərinin 

bərqərar olunması; 

- Milli 


ideologiyanın ifadə vasitəsi olan müstəqil Azərbaycanın dövlət 

dilinin - Azərbaycan dilinin hərtərəfli inkişaf etdirilməsi və tətbiqi dairəsinin 

genişləndirilməsi; 

- Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, milli mentalitetinin 

inkişaf etdirilməsi; 

- Azərbaycanın milli dövlətçiliyində ümumbəşəri dəyərlərin, dünyəvi, 

hüquqi-demokratik, sivil dövlət quruculuğu prinsiplərinin təmin olunması; 

- Azərbaycanın dövlətçilik atributlarının milli ideologiyanın tərkib 

hissələrindən biri olması; 

- Azərbaycançılıq - milli ideologiyasının  əsas müddəalarının, 

prinsiplərinin təhsil müəssisələrində öyrədilməsi, tədrisi, təbliği, təhsilin 

məzmununda milli-mənəvi və ümumbəşəri dəyərlərin geniş  əks oluması, 

milli vətənpərvərlik tərbiyəsinin ön plana çəkilməsi və s. 

Heydər  Əliyev və Azərbaycançıhq məfkurəsindən danışarkən fəlsəfə 

elmləri doktoru, professor Ramiz Mehdiyevin belə bir fıkri ilə razılaşmamaq 

olmaz.  О yazır: «Azərbaycançılıq təliminin Heydər  Əliyev tərəfındən irəli 

sürülən və  həyata keçirilən dövlətçilik konsepsiyası ilə  vəhdət halında... 

təhlil edilməsinə müasir mərhələdə böyük ehtiyac vardır. Azərbaycançılıq 

ideologiyası mühüm funksional elementlərlə zəngindir. Bunların mahiyyəti 

ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu 

ideologiya unitar, hüquqi və demokratik dövlət kimi Azərbaycanın 

möhkəmləndirilməsinə  və inkişafına yönəldilmişdir. «Azərbaycançılıq» 

müstəqil və bənzərsiz Azərbaycanı sivil döv- 

  



M İ L L İ  K İ T A B X A N A

____________________________________

431 

 

lətlər sırasma çıxaracaq bir yoldur. «Azərbaycançılıq» xalqımızın çox əzab-



əziyyətlə nail olduğu milli sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid, 

bölünməz Azərbaycanı qorayub saxlamaq və möhkəmləndirmək üçün 

vasitədir...». 

1

 



Bəşəriyyət XX əsri başa vurdu, artıq XXI əsrdə yaşayır. Dünyanın hər bir 

ölkəsinin qarşısında yeni əsrdə qlobal məsələlər durur. Azərbaycan 

Respublikası keçən əsrin 1969-cu ilindən Heydər Əliyevin rəhbərliyi altında 

yaşamış  və inkişaf etmişdir. Bu dövrdə Azərbaycanın uzaqgörən siyasi 

kursu bütün illəri bir-biri ilə sıxı surətdə birləşdirmiş və ilbəil yüksəltmişdir. 

Bu, Heydər Əliyev siyasi kursudur. Daxili və xarici siyasət sahəsində həmin 

kursun  əsas qayəsi bütün dövrlərdə Azərbaycanın, onun xalqının ictimai-

siyasi, iqtisadi və milli-mənəvi inkişafını təmin etməkdir. XX əsrdə uğurla 

həyata keçirilən strateji iqtisadi-siyasi inkişaf kursu qarşıdakı illər üçün 

möhkəm təməl yaratmışdır. XXI əsrdə  də Azərbaycanın inkişaf kursu 

Heydər  Əliyevin Azərbaycanı dünyada tanıdan, onu daha aydın sabahlara 

aparan, Vətənə, xalqa xidmət kursunun davamıdır. Respublikamızın 

bugünkü quraculuq, inkişaf layihələrini həyata keçirməklə  gələcəyini 

düşünmək, gələcəyinin - gerçəkliyinin inkişaf proqramını hazırlamaq 

Heydər Əliyev uzaqgörənliyinin, müdrik siyasətinin əsas məzmununu təşkil 

edib. 


Tarixi inkişafın obyektiv yekunu göstərir ki, XX əsrin sonunda 

Vətənimizdə yeni bir Azərbaycan təşəkkül tapmışdır. Azərbaycan 

Respublikası artıq dünya birliyinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. 

Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməli üzərində 

inkişaf edir. Əsl vətəndaş  cəmiyyəti qurulur. İqtisadi cəhətdən getdikcə 

inkişaf edən və möhkəmlənən bir respublikaya çevrilir. Dünya inkişafının 

yeni mərhələsinin başlıca meylləri olan mədəni inteqrasiya və 

qloballaşmaya Azərbaycan da öz töhfəsini verir. Bütün bunlar Azərbaycanın 

gələcək inkişafının - XXI əsrdə inkişafının  əsas meyllərini müəyyən edir. 

İftixarla qeyd etmək lazımdır ki, ümummilli liderimiz Heydər  Əliyev XX 

əsrdə qazanılan müvəffəqiyyətlər əsasında XXI əsrin inkişaf meyllərini də 

                                                 

1

R.Mehdiyev. Heydər Əliyev və Azərbaycançılıq. -Heydər Əliyev və Azərbaycançıhq məfkurəsi.  



Bakı, 2002, səh. 9-10 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

432 

 

uzaqgörənliklə göstərmişdir. Onun «Azərbaycan XXI əsrin və üçüncü 



minilliyin ayrıcında: yeni 2001-ci il, yeni əsr və üçüncü minillik 

münasibətilə Azərbaycan xalqına müraciəti» və ondan sonrakı başqa çıxış 

və nitqləri keçən  əsrin tarixi salnaməsi olmaqla, həm də XXI yüzilliyin 

siyasi və sosial-iqtisadi inkişafının bitkin konsepsiyası və aydın proqramıdır. 

Heydər  Əliyev həmin müraciətində deyirdi: «Sizi əmin edirəm ki, 

Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan 

dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının 

keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. 

İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə  həyatın bütün 

sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar 

qazanacaqdır. Azərbaycanın 2000-ci ilin başlanğıcındakı  uğurları bunu bir 

daha sübut edir».

1

 

Heydər  Əliyev tərəfindən ilk vaxtlardan Azərbaycan Respublikasının 



gələcək sosial-iqtisadi inkişaf proqramı hazırlanmışdır. Xalqımızı  və 

dövlətimizi uzun müddətli perspektiv inkişaf proqramı ilə silahlandırmışdır. 



2003-cü il dekabrın 12-də ümummilli liderimiz Heydər  Əliyevin 

dünyasını  dəyişməsi Azərbaycan xalqının böyük və unudulmaz 

kədərinə  səbəb oldu. Bütün mənalı  həyatını öz xalqına həsr etmiş 

Heydər Əliyevin zəngin fəaliyyəti Azərbaycan xalqının qəlbində dərin, 

əbədi kök salmışdır. Onun əməlləri yaşayır və yaşayacaqdır. Heydər 

Əliyev Azərbaycan üçün böyük bir məktəb yaratmışdır. Hələ bundan 

sonrakı  nəsillər bu böyük məktəbdən, Heydər  Əliyev irsindən onun 

həyatını qurban verdiyi Vətəninin xalqınm inkişafı naminə 

faydalanacaqdır. 

2003-cü il oktyabrın 15-də xalqımız Heydər Əliyev ailəsində tərbiyə 

almış, Heydər Əliyev rəhbərlik məktəbinin yetişdirməsi, öz fəaliyyəti ilə 

xalqın etimadını qazanmış  İlham Heydər oğlu  Əliyevi Azərbaycan 

Respublikasının prezidenti seçdi. Bu böyük etimaddır.  Şərəfli və 

məsuliyyətli vəzifədir. Yeni prezident bu vəzifənin öhdəsindən layiqincə 

gələcəyinə and içdi. Azərbaycan Respublikasının prezidenti 

   


  

                                                 

1

«Azərbaycan» qəzeti, 20 dekabr 2000-ci il; «Xalq qəzeti», 20 dekabr 2000-ci il 



 


Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə