M I l L i k I t a b X a n a



Yüklə 3,37 Mb.
Pdf görüntüsü
səhifə143/155
tarix14.04.2018
ölçüsü3,37 Mb.
#38319
1   ...   139   140   141   142   143   144   145   146   ...   155

M İ L L İ  K İ T A B X A N A

____________________________________

414 

 

demişdir ki, Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması 



bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, xalqımızın yaxşı yaşaması 

üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir. 

Dövlət başçısı Heydər  Əliyev 1994-cü ildə  «Əsrin müqaviləsi»ndən 

gələn gəlirlərin respublikamızın sosial-iqtisadi tərəqqisinə yönəldilməsini 

dövlət siyasətinin başlıca məqsədi elan etdi. Ölkənin neftindən gələn 

gəlirlərin və valyuta vəsaitlərinin toplanması  və  səmərəli istifadə edilməsi 

və onların ölkənin iqtisadi və sosial tərəqqisinə yönəldilməsini təmin etmək 

məqsədi ilə 1999-cu il 29 dekabr tarixli Prezident fərmanı ilə Azərbaycan 

Respublikasının Dövlət Neft Fondunun yaradılması haqqında  qərarının 

böyük əhəmiyyəti vardır.

1

 

Heydər  Əliyevin  ən böyük xidməti ondan ibarətdir ki, rəhbərlik etdiyi 



dövrdə Azərbaycanın gələcəyi haqqında  düşünür, gələcək üçün təməl 

yaradır, perspektiv inkişaf bünövrəsi qururdu. Azərbaycan nefti hazırda iki 

istiqamətdə - Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərləri 

vasitəsilə dünya bazarma çatdırılır.  İxrac olunan neftdən həm Azərbaycan, 

həm də xarici neft şirkətləri öz gəlirlərini götürürlər. Dövlət başçısınm 

fərmanı ilə neftdən gələn gəlirlər hesabma Azərbaycanda Neft Fondu 

yaradılıbdır. 2002-ci ilin sonuna kimi Dövlət Neft Fondunda 690 milyon 

dollar, 2003-cü ilə kimi 800 milyon dollara qədər vəsait toplanmışdır. 

Heydər  Əlyev Neft Fonduna toplanan vəsaiti Azərbaycanın böyük bir 

sərvəti, onun milli sərvəti hesab edir, Azərbaycanın ən vacib sahələrində bu 

sərvətdən istifadə olunmasının mümkünlüyünü göstərirdi. Heydər Əliyevin 

göstərişi ilə fonddan müəyyən məqsədlər üçün, məsələn, yoxsulluq 

şəraitində yaşayan qaçqın və  məcburi köçkünlərin sosial vəziyyətinin 

yaxşılaşdırılması, onlara yaşayış evləri tikilməsi, büdcə kəsirinin ödənilməsi 

və i.a. məqsədlər üçün istifadə edilmişdi. Ancaq Heydər  Əliyev Neft 

Fondunda toplanan vəsaiti Azərbaycanın gələcəyi üçün sərvət hesab edirdi. 

Neft sektorundan gözlənilən böyük gəlirlər, yığılan sərvət «bunun əksər 

hissəsi Neft Fonduna yığılaraq, gələcək nəsillər üçün saxlanılacaqdır» - 

Heydər Əliyevin bu uzaqgörən siyasəti gələcək Azərbaycanın iqtisadi möh- 

   


                                                 

1

«Azərbaycan Respublikası Prezidentinin fərmanları  və  sərəncamları» (oktyabr-dekabr 1999-cu il). Bakı, 2000, 



səh. 131-132 

 



M İ L L İ  K İ T A B X A N A

____________________________________

415 

 

kəmliyinə,  əhalisinin firavan yaşamasına, ölkəmizin qabaqcıl, iqtisadi 



cəhətdən yüksək inkişaf etməsinə böyük təməl qoyulduğunu sübut edir. 

Azərbaycan xalqında iftixar hissi, gələcəyə böyük inam doğurur. Bunlar 

Heydər Əliyevin uzaqgörən dövlət başçısı olduğunu bir daha təsdiq edir. 

Neft kimi qiymətli sərvəti olan Azərbaycan uzun illər idi ki, bu milli 

sərvətindən öz xalqının mənafeyi və  tərəqqisi üçün istifadə etmək 

imkanından məhram olmuşdu. Müstəqilliyə nail olduqdan sonra Azərbaycan 

xalqı illədə ürəyində saxladığı arzusuna nail olmuş, təbii sərvətlərinin,  о 

cümlədən də, neftinin tam sahibi olmuşdur. 

Azərbaycanın Heydər  Əliyev tərəfindən hazırlanan və  həyata keçirilən 

neft strategiyası respublikamızın bu günü və sabahı üçün böyük əhəmiyyət 

kəsb edir. 1994-cü il sentyabrın 20-də imzalanmış neft müqaviləsi - «Əsrin 

müqaviləsi»ndə Azərbaycanın dinamik inkişaf yolu müəyyən edilmişdir. 

Heydər  Əliyevin neft strategiyasmm həyata keçirilməsi nəticəsində 

respublikamız dünyanın 30 ölkəsinin  şirkəti ilə 21 neft müqaviləsi 

imzalayıb. Bu proses hələ davam edir. Bu müqavilələrdən Azərbaycana 60 

milyard manat ABŞ dolları dəyərində xarici sərmayə gələcəkdir. 

Azərbaycanın təbii ehtiyatlarını düzgün qiymətləndirən və  dəqiq 

proqnozlaşdıran dövlət başçısı göstərirdi ki, 2007-2008-ci illərdə ancaq 

«Azəri-Çıraq-Günəşli» yataqlarından 50 milyon ton neft hasil olunmalıdır. 

Xəzər dənizinin başqa yataqlarından da neft çıxarılacağı gözlənilir. Xarici 

şirkətlərlə bağlanan müqavilələr  əsasında yeni yataqlar da istismara 

veriləcəkdir. 

1997-ci ildə «Çıraq» yatağından ilk neft alındı. Neft strategiyasının 

həyata keçirilməsindəki uğurlar Heydər  Əliyev siyasətinin uzaqgörənliyini 

və reallığını təsdiq etdi. Eyni zamanda Azərbaycan əleyhinə olan qüvvələrin 

Azərbaycanda neft ehtiyatının az olması, nəzərdə tutulduğu qədər neft hasil 

olmayacağı haqqında  şayiələrini, uydurmalarını alt-üst etdi. 

«Əsrin müqaviləsi»nin bağlanması  ərəfəsində ona mane olan qüvvələr 

məkrli siyasət yürüdür, guya Azərbaycanda neft-qaz ehtiyatlarının kifayət 

qədər olmadığı haqda fikir yayırdılar. Bununla da neft işinə sərmayə 

  

 

  



  


M İ L L İ  K İ T A B X A N A

____________________________________

416 

 

qoymağın əhəmiyyətsiz olduğunu «sübut» etməyə, sərmayədarları bu işdən 



çəkindirməyə çalışırdılar. Heydər  Əliyev siyasəti, diplomatiyası bu 

«proqnozların» puç olduğunu göstərdi. О bildirdi ki, Azərbaycan alimləri və 

geoloqları  Xəzər dənizində son dərəcə  zəngin karbohidrogen ehtiyatları 

aşkar etmişlər. Onlar Xəzər dənizində 8,7 milyard ton neft və azı 4 trilyon 

kubmetr təbii qaz olduğunu müəyyən etmişlər. «Neft müqaviləsi» imzalandı 

və getdikcə ona qoşulan dövlətlərin və  şirkətlərin sayı artdı.  İlk neft 

çıxarıldı, Azərbaycan neffi dünya bazarına çıxanlır, yeni quyular qazılır, 

Xəzərin dərinliklərindən çıxarılan neftin kəmiyyəti getdikcə artır. Heydər 

Əliyevin neft strategiyasının böyük gələcəyi olduğu təsdiq edilir. 

Hesablamalar göstərir ki, 2003-2004-cü illərdə xam neft hasilatının həcmi 

20 milyon tona, sonrakı illərdə isə 40-50 milyon tona çatacaqdır. 2010- 

2015-ci illərdə isə illik neft hasilatının həcmi azı 60-70 milyon ton təşkil 

edəcəkdir.

1

 Budur, Heydər  Əliyev siyasətinin uzaqgörənliyi, budur, 



gələcəyin düzgün ölçülüb-biçilmiş iqtisadi inkişaf proqramı. 

Heydər  Əliyev göstərirdi ki, hələ 1994-cü ildən Azərbaycan neftinin 

ixracı  məsələsi ortaya atılan vaxt biz Bakı-Tbilisi-Ceyhan neft kəməri 

haqqında  düşünürdük.  İxrac üçün yeni - əsas ixrac boru kəmərinin Bakı-

Tbilisi-Ceyhan xəttinin çəkilməsi proqramı irəli sürüləndə  də  həmin 

qüvvələr Xəzərdə neftin az olduğunu bəhanə edərək ciddi müqavimətlər, 

maneələr törətməyə başlamışdılar. Bunun xəyal olduğunu, qeyri-mümkün 

olduğunu söyləyirdilər. Azərbaycan Respublikası Prezidentinin cəsarətli 

addımları bu müqavimətləri də tamamilə kənara atdı. Heydər Əliyevin səyi 

nəticəsində Bakı-Tbilisi-Ceyhan  əsas ixrac boru xəttinin inşa edilməsində 

meydana çıxan maliyyə  məsələsi problemi də  həll edildi. Azərbaycanın 

dövlət başçısı 2002-ci il sentyabrın 18-də demişdi: «...Bu yaxın vaxtlarda 

İstanbulda, «Üç dənizin  əfsanəsi» adlı konfrans keçirildi. Orada əfsanə 

haqqında  söhbət keçirildi. Mən orada nitq söylədim, dedim, siz burada 

əfsanədən danışırsınız. Amma mən sizə demək istəyirəm ki, bu xəyal deyil, 

əfsanə deyil. Üç dəniz - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi 

birləşəcəkdir... Ona görə indi xəyaldan gerçəkliyə gəlib çatmışıq».

2

 



 

 

                                                 



1

 

«Azərbaycan» qəzeti, 30 mart 2001-ci il



 

2

 



Heydər  Əliyev. 2002-ci il sentyabrın 18-də  Səngəçal sahil terminalında Bakı-Tbilisi-Ceyhan  əsas ixrac boru 

kəmərinin təməlinin qoyulması mərasimində nitqi. - «Xalq» qəzeti, 19 sentyabr 2002-ci il 

 



Yüklə 3,37 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə