M. İ. MƏMMƏdov m.Ü. Orucova


Nəqliyyat səviyyəsi (Nəqliyyat layer)



Yüklə 0,67 Mb.
səhifə18/24
tarix08.04.2018
ölçüsü0,67 Mb.
#36590
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

Nəqliyyat səviyyəsi (Nəqliyyat layer)


Yuxarı tətbiqi və seans səviyyələrinə verilənlərin tələb olunan etibarlı dərəcədə ötürülməsini təmin edir. Nəqliyyat səviyyəli protokollar kimi TCP/IP stekinin TCP protokolu, Novell stekinin SPX protokolunu misal göstərmək olar.

Nəqliyyat səviyyəsi xidməti daha yüksək səviyyəli əlavələrdən gələn verilənləri seqmentləşdirmə və toplama əməliyyatlarını yerinə yetirir, vahid verilənlər axınını təşkil edir. Bu səviyyə son nöqtələr avadanlıqları arasında verilənləri nəql edir və birləşmiş şəbəkədə göndərənin və qəbul edənin xostları (kompüterləri) arasında məntiqi birləşməni təşkil edir. Nəqliyyat səviyyəsinin Xidmətləri yuxarı səviyyəli əlavələrin multipleksləşdirmə mexa-


nizminin işinə, birləşmələrin yerinə yetirilməsinə və virtual kanal- ların bağlanmasına cavabdeh olur. Bundan başqa, o, şəbəkə mühi- tində gedən proseslərin təfərrüatını daha yüksək səviyyələrdən gizli saxlayaraq, verilənlərin ötürülməsini şəffaf həyata keçirir.

Verilənlərin bütövlülüyünün saxlanılması verilənlər axınının idarəsi üçün lazımi mexanizmin tətbiq edilməsi və sistemlər arasında verilənlərin davamlı nəqli üçün istifadəçiyə protokolu seçmə imkanının verilməsi sayəsində əldə edilir. Verilənlər axını- nın idarəsi xost-gondəriciyə imkan vermir ki, onun verilənlərinin ötürülməsi nəticəsində xost-qəbuledicidə verilənlərin qəbulu buferi ifrat yüklənmiş olsun., çünki ifrat yüklənmə verilənlərin it- gisinə səbəb olur. Verilənlərin davamlı çatdırılması protokolu sistemlər arasında birləşmənin əldə edilməsinə yönələn rabitə seansında tətbiq edilir. Davamlı çatdırılmaq aşağıdakıların sayə- sində mümkün olur:



        • Verilənlər seqmentinin çatdırılması barəsində göndərən qəbul edəndən təsdiq alır.

        • Təsdiq edilməmiiş istənilən seqment təkrarən göndərilir.

        • Qəbul edilmiş seqmentlər ötürülmə ardıcıllığına uyğun olaraq, nizamlanırlar.

        • Şəbəkənin ifrat yüklənməsinin və verilənlərin itirilməsinin qabağını almaq məqsədilə verilənlər axınının idarəsi həyata ke- çirilir.

Baza modelinin müxtəlif səviyyələrinin qarşılıqlə əlaqəsi bir neçə əlavələrə imkan verir ki, bir nəqliyyat birləşməsindən istifadə olunsun. Məsələ ondadır ki, nəqliyyat səviyyəsində ötürmə üçün bir-biri ilə əlaqəli olmayan verilənlər seqmenti axını hazırlanır. Belə ki, bu seqmentlər müxtəlif əlavələr tərəfindən yaradıla bilər və ya bir, ya da bir neçə xost-qəbuledici ilə əlaqəli ola bilərlər.

Bu verilənlər bir və ya bir neçə xost-qəbuledicidə yerinə yetiri- lən paralel əlavələrlə qarşılıqlı əlaqədə olan xost-mənbə tərəfindən yaradılır. Hər bir əlavə üçün portun konkret nömrəsi verilənləri ötürməmişdən əvvəl, xost-mənbədə proqram vasitəsilə verilir. Göndərilən məlumata xost-mənbə əlavə bitlər daxil edir ki, burada məlumatın tipi, verilənləri yaradan proqram və istifadə edilmiş


protokollar kodlaşdırılır. Hər bir əlavə özünün bütün verilənlər seqmentlərində ona verilmiş eyni bir port nömrəsindən istifadə edir. Xost-qəbuledicinin nəqliyyat səviyyəsində qəbul edilmiş axının seqmnentlərinin çeşidlənməsi yerinə yetirilir. Bir əlavə üçün təyin edilmiş seqmentlər bir yerdə birləşdirilir və onlardan daha yüksək səviyyəli uyğun əlavələrə verilənlərin ötürülməsi üçün lazım olan informasiya çıxarılıb götürülür.

İstifadəçilərdən birinin sorğusu əsasında davamlı nəqliyyat protokoluna uyğun olaraq, birləşmə yerinə yetirilir.

Hər iki xostun tətbiqi proqramları öz əməliyyat sistemlərinə bildirirlər ki, birləşmə inisializasiya olsun. Əməliyyat sistemləri hər iki tərəfin verilənlərinin mübadiləsinə başlamağa hazırlıq və razılığı təsdiq edən məlumatlatlarla mübadilə aparırlar. Sinxron- laşdırma bitdikdən sonra birləşmə tam yerinə yetirilmiş sayılır və məhz bundan sonra verilənlərin ötürülməsi başlanır.

İnformasiyanın ötürülməsi prosesində hər iki maşın periodik olaraq, protokolun proqram təminatı vasitəsilə əlaqələndirilərək, birləşmənin olduğunu və ötürülən verilənlərin korrekt olmasını təsdiq edilməsi üçün bir-birini yoxlayırlar.

Verilənlərin ötürülməsi zamanı yüksək sürətli kompüter şəbə- kənin verilənlərin ötürülməsinə nisbətən daha tez trafik yaratdı- ğından, ifrat yüklənmə baş verə bilər; və ya bir neçə kompüterlər deytaqramı bir şluz və ya bir qəbul ediciyə göndərdikdə də, bu ifrat yüklənmə baş verir. Axırıncı halda şluzun və ya qəbul edicinin ifrat yüklənməsi heç də həmişə yeganə mənbə tərəfindən baş vermir. İfrat yüklənmə daralmış yol ilə maşın hərəkətinə bənzəyir

- çox da böyük olmayan buraxma qabiliyyətində çox intensiv hərəkət baş verir. Əlbəttə ki, burada iş təkcə konkret maşında olmayıb, sadəcə olaraq yolun maşınlarla dolu olmasındadır.

Əgər kompüter daxil olan deytaqramları emal etməyi çatdır- mırsa, o, onları yaddaşda yadda saxlayır. Buferləşmə ifrat yüklən- məni yalnız o vaxt həll edə bilir ki, axının sürətli gəlməsi qısa müd- dətli xarakter daşısın. Lakin, əgər deytaqramların güclü axınının müddəti böyük olarsa, bufer yaddaşı nəhayət ki, həddiddən artıq
dolacaq və istənilən yeni daxil olan deytaqramlardan imtina oluna- caqdır. Amma yenə də nəqliyyat səviyyəsi çərçivəsində həyata keçirilən sürətli axınların idarə sistemi müvəffəqiyyətlə işlədiyin- dən, narahatçılığa heç bir əsas yoxdur. Resursları azaltmaq və verilənləri kənara atmaq üçün icazə olunmasına baxmayaraq, protokol sürətli axın göndərən xost-mənbəyə “hazırlıq yoxdur” siqnalını göndərə bilər. Bu siqnal mənbəni məcbur edir ki, artıq yüklənmiş partnyora seqmentlərin göndərilməsini dayandırsın. Qəbul edici, onun bufer yaddaşındakı seqmentləri emal etdikdən sonra o, mənbəyə “hazırlıq” siqnalını göndərir. İcazə alan kimi, xost-mənbə ötürməni davam etdirir.

Verilənlərin ötürülməsi davamlı olduqda, deytaqram xost- qəbulediciyə ötürülən ardıcıllıqda çatdırılır: ardıcıllıq pozulduqda, ötürmə dayandırılır. Əgər hər hansı seqmentlər verilənləri itirirsə, təkrar olunursa və ya ötürmə vaxtı təhrif olunarsa, ötürmədəki səhv qeydə alınır. Bu cür səhvlərin miqdarını azaltmaq üçün, xost- qəbuledici hər bir seqment verilənlərinin çatdırılmasını təsdiq etməlidir.

Əgər ötürən xost hər bir göndərdiyi seqmentin təsdiq olunma- sını gözləsəydi, o zaman şəbəkənin buraxma qabiliyyəti azalmış olardı; buna görə də seqmentin göndərildiyi vaxt ilə emalın sonu- nun təsdiqi arasındakı vaxtı mənbə yeni verilənləri göndərmək üçün istifadə edir. Seqmentlərin çatdırılmasının təsdiqini gözlə- mədən ötürən maşının göndərə biləcəyi verilənlər seqmentinin miqdarına “pəncərə” deyilir.

Pəncərədən istifadə edilməsi bir partnyordan digər partnyora ötürülən informasiya miqdarını idarə etməyə imkan verir. Bəzi protokollarda bu qiymət paketlərin miqdarı ilə, TCP/İP-də isə baytların miqdarı ilə ölçülür.

Verilənlər davamlı şəkildə lazım olan yerə çatdırıldıqda, bir maşının digər maşına saz kanal vasitəsilə göndərdiyi verilənlər axını da bütöv olacaqdır. Bu o deməkdir ki, verilənlər təkrar olun- mayacaq və itirilməyəcəklər. Çatdırılmağın davamlı olması ötür- mənin təkrarı ilə müsbət təsdiq üsulunun tətbiqi ilə təmin edilir. Qəbul edən maşın göndərən tərəfə verilənlərin qəbulu haqqında
təsdiq göndərir. Ötürən tərəf göndərilən hər bir seqmenti qeyd edir və növbəti seqmenti göndərməmişdən əvvəl, təsdiqi gözləyir. Seq- menti göndərərək, mənbə taymeri işə salır və, əgər taym auta qədər qəbul edən tərəfdən seqmentin qəbulu haqqında təsdiq gəlməzsə, ötürmə təkrar olunur.



      1. Yüklə 0,67 Mb.

        Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə