M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə30/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   26   27   28   29   30   31   32   33   ...   157

 

81 


Sintaktik  konstruksiyaların  polipredikativlik  dәrәcәlәrinin  sözü-

gedәn  qavram  vә  kateqoriyalaşdırma  baxımından  müәyyәnlәşdirilmәsi 

dilçilikdә nisbәtәn yeni bir istiqamәtdir. Burada polipredikativlik dәrәcә-

sindәn  asılı  olaraq,  birdәn  artıq  predikativ  vә  yarımpredikativ  mәrkәzlәri 

olan “mürәkkәblәşmiş” sadә geniş cümlәlәr vә bütün mürәkkәb cümlәlәr 

birlikdә  polipredikativ  quruluş  kimi  tәdqiq  olunur  (Черемисина,  Коло-

сова  1987).  Doğrudan  da,  informasiyavericilikdә  istәr  xususi-mürәkkәb 

quruluşda  olmayan  polipredikativ  vahidlәr,  istәrsә  dә  xususi-mürәkkәb 

quruluşda olan polipredikativ vahidlәr frazadanböyük vahidlәrin tәrkibin-

dә belә eynitipli çoxmәrhәlәli aktual üzvlәnmәyә mәruz qalır. Müq.et.: 

(1)  –  Azәrb.  Şamxal//  anasını  gözü  yaşlı  görüb  //  evdә//  bәdbәxt 

bir hadisә baş verdiyini / zәnn etdi (İ. Şıxlı. Dәli Kür, 1968, s. 28). 

T[ (T

1

s - R



1

v) – ( T


s - R


2

v)] –asılı hissә – R – әsas hissә. 

(2) – Adam da // yıxılıb ölür.// Bir at // nәdir ki // özünü üzürsәn  

( F. Kәrimzadә. Xudafәrin Körpüsü, 1982, s. 104). 

R [( T



s – R



1

 v) – (T


s – R


2

 v)] – әsas hissә – T – asılı hissә

*



Frazadanböyük  konstruksiyanın  tәrkibindәki  “Bir  at//  nәdir  ki// 



özünü  üzürsәn”  xususi-mürәkkәb  quruluşlu  ikinci  polipredikativ  vahid 

mürәkkәb cümlәdir. “Şamxal// anasını gözü yaşlı görüb // evdә// bәdbәxt 

bir hadisә baş verdiyini / zәnn etdi” xususi-mürәkkәb quruluşda olmayan 

birinci polipredikativ vahid isә sadә genişlәnmiş cümlәdir.  Hәr iki sintak-

tik  vahid  yalnız  ifadәnin  formasına  görә  bir-birindәn  fәrqlәnir.  İfadәnin 

mәzmun  planına,  yәni  semantik-funksional  sahələrin  reallaşmasına 

görә isә hәr iki sintaktik konstruksiya bir-birinә bәnzәyir. Daha doğrusu, 

hәr  iki  polipredikativ  vahid  sәbәb-nәticә  әlaqәli  linqvistik  bir  qavrama 

(qavrayışa)  görә  ayrı-ayrı  konkret  sintaktik  vahidlәr  sәviyyәsindә 

gerçәklәşmişdir.  Bu  tip  sadә  genişlәnmiş  vә  mürәkkәb  cümlәlәr  digәr 

danışıq vәziyyәtlәrindә sinonim konstruksiyalar kimi dә biri digәrini әvәz 

edә  bilәr.  Belә  bir dil-nitq hadisәsi    әnәnәvi  dilçilikdә  indiyә  qәdәr  daha 

çox üslubi-qrammatik sәviyyәdә  öyrәnilmişdir (Шендельс 1959:  68-81; 

Гвоздев 1965: 302-307; Abdullayeva 1975).  

1970-ci  illәrdә  mәtn  dilçiliyi  ortaya  çıxdı.  Bundan  sonra  türko-

logiyada da tabesiz mürәkkәb cümlәlәr olaraq adlandırılan sintaktik konst-

                                                           

*

  T  –  tema,  R  –  rema,  S  –  mübtәda,  yaxud  hәr  hansı  başqa  bir  substantiv  element,  v  – 



xәbәr.  Mötәrizәdә  aktual  üzvlәnmәnin  ikinci  mәrhәlәsi  göstәrilmişdir.  /xәtt  ilә  aktual 

üzvlәnmәnin  birinci,  //  xәtt  ilә  isә  aktual  üzvlәnmәnin  ikinci  mәrhәlәsi  işarә  edilmişdir. 

Oxşar örnәklәr eyni bir sıra nömrәsi ilә verilmişdir. 



 

82 


ruksiyaların  mikromәtnlәr  sәviyyәsindә  öyrәnilmәsinin  yolu  açıldı.  Bu-

nunla  da  çağdaş  dilçilikdә  artıq  mürәkkәb  cümlәlәrin  klassik  tabeli  mü-

rәkkәb  cümlәlәr  (hipotaksis)  vә  tabesiz  mürәkkәb  cümlәlәr  (parataksis) 

sistemi olaraq tәsniflәndirilmәsi lüzumu getdikcә ortadan qalxdı. Konsep-

tual  olaraq  mürәkkәb  cümlәnin  qavramlaşdırması,  sintaktik  modellәrinә 

vә  mәnaca  növlәrinә  görә  uyğun  kateqoriyalaşdırması  işi  isә  çağdaş 

dilçilikdә  artıq  tabeli  mürәkkәb  cümlәlәrә  görә  aparılmaqdadır.  Sadә  vә 

mürәkkәb cümlә qarşılaşmasının ikinci tәrәfindә tabeli mürәkkb cümlәlәr 

işqlandırılmaqdadır. Daha doğrusu, artıq sadәcә söz birlәşmәlәri vә qrup-

ları,  sadә  vә  mürәkkәb  cümlәlәr  (tabeli  mürәkkәb  cümlәlәr)  sintaksisin 

әsas kateqoriyaları olaraq öyrәnilmәkdәdir (Гурев 2002).       

Bu  kontekstdә  tabesiz  mürәkkәb  cümlәlәr  olaraq  tәsniflәndirilәn 

sintaktik  konstruksiyalar  çağdaş  dilçilikdә  sintaksis  vә  mәtn  sәviyyәlәri 

arasındakı bağlantını tәşkil edәn aralıq bir mәrhәlә sәviyyәsindә dәyәrlәn-

dirilmәkdәdir.  Bunlar  cümlә  intonasiyalı  mikromәtn  örnәklәridir  vә  

aşağıda  subordinativ-,  koordinativ-  vә  korrelyativ-sintaktik  mürәkkәb 

cümlә modellәri olaraq adlandırdığımız xüsusi-mürәkkәb quruluşlu konst-

ruksiyalardan fәrqlidir. 

Sözügedәn  cümlә  intonasiyalı  mikromәtin  örnәklәri,  xüsusi-

mürәkkәb sәciyyәli cümlәlәr kimi eyni bir mövzunu vә ya durumu ifadә 

edә bilsәlәr dә, onlar kimi qapalı deyil, açıq bir sintaktik quruluşa malik-

dir.  Yәni  xüsusi-mürәkkәb  quruluşlu  cümlәlәr  bağlayıcılar  vә  bağlayıcı 

özәllikli digәr qurucu yardımçı morfemlәri olan sintaktik vahidlrdir. Tabe-

siz  mürәkkәb  cümlәlәr  olaraq  adlandırılan  sintaktik  konstruksiyalar  isә 

cümlә intonasiyalı mikromәtn örnәklәridir vә özünә mәxsus konkret quru-

cu üzvlәri yoxdur. Klassik dilçilikdә tabesizlik bağlayıcıları olaraq adlan-

dırılan  bağlayıcı  vasitәlәr  isә  yalnız  onların  deyil,  sadә  geniş  cümlәlәrin 

vә sintaktik bütövlәrin dә komponentlәrini bir-birinә bağlayır. 

 Sözügedәn  mikromәtn  örnәklәri  konkret  qurucu  üzvlәri  olma-

yan,  kontekstә  vә  diskursa  görә  diferensiallaşan  dil-danışıq  parçalarıdır. 

Buna  görә  dә  cümlә  intonasiyalı  hәmin  mikromәtn  örnәklәri  dil-danışıq 

әlaqәlәri  sistemindә  sintaksis  vә  mәtnlәr  arasındakı  kontekstual  bağlılığı 

әmәlә  gәtirәn  diskursiv  parçalar  olaraq  müәyyәnlәşdirilmәlidir.  Çünki 

bunlar  monopredikativ  vә  yarımpredikativ  quruluşlu  sadә  cümlәlәr  vә 

xüsusi-mürәkkәb  sәciyyәli  polipredikativ  vahidlәrlә    әsl  mәtn  örnәklәri 

arasındakı  linqvistik  qarşılaşmanı  “yumşaltmaqda”  vә  bütövlükdә  bunla-

rın birindәn digәrinә keçid rolunu oynamaqdadır. Bu baxımdan ümumtürk 

dilinin  gәlәcәkdә  yazılacaq  bir  funksional  qrammatikasının  әsas  başlıq-




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə