78
spektiv yönümdә öyrәnilmәsi çox mühüm әhәmiyyәt kәsb etmәkdәdir.
Belә bir araşdırma-öyrәnilmә istiqamәti hәm türk dillәrinin “yazıya-
qәdәrki” ulu tәsvirinin verilmәsinә, hәm dә onun sonrakı ardıcıl-oxşar in-
kişaf mәrhәlәrinin sәrhәdlәrinin müәyәnlәşdirilmәsinә yol açar.
1.1. Struktur-funksional, struktur-semantik və sintaktik-
kommunikativ aspektlər
Mürәkkәb cümlәlәrin tәdqiqindә ardıcıl linqvistik әnәnә XIX
yüzilin ortalarından başlayaraq Hind-Avropa dilçiliyindә yaranmışdır.
Yuxarıda mürәkkәb cümlә sintaksisinin tәdqiqinә dair göstәrilәn struktur-
funksional, struktur-semantik vә sintaktik-kommunikativ araşdırma-öyrә-
nilmә aspektlәri dә mәhz hәmin linqvistik әnәnә әsasında formalaşmışdır.
Türk dillәrindә isә mürәkkәb cümlә sintaksisi daha çox struktur vә
funksional aspektlәrdә öyrәnilmişdir. Əslindә isә hәmin prinsiplәr üzrә
aparılmış tәdqiqatlar türkoloji dilçilikdә çox zaman bu vә ya digәr şәkildә
bir-birini tamamlamışdır. Buna görә dә brincilәr araşdırmalarımızın ilk
mәrhәlәsindә mürәkkәb cümlә sintaksisinin öyrәnilmәsindә ikimәrhәlәli
vahid bir struktur-semantik aspekt, ikinci isә başlanğıc sәviyyәsindә
müәyyәnlәşdirilmişdir.
1.1.1. Struktur-funksional aspekt
Mürәkkәb cümlәlәrin öyrәnilmәsindә sırf struktur araşdırma
digәrlәrindәn әsas vә asılı komponentlәrin predikativ mәrkәzlәrinin
morfoloji vә sintaktik vasitәlәrlә formalaşmasına görә seçilmişdir. Bu
sintaktik vahidlәr başlanğıcda mürәkkәb cümlәlәrin komponentlәrini
әlaqәlәndirәn hәr cür bağlayıcı vasitәlәrin quruluşca analitikliyi (mürәk-
kәbliyi) vә sintetikliyinin (sadәliyi) mürmüәyyәnlәşdirilmәsi ilә öyrәnil-
mişdir. Belә ki, müxtәlif bağlayıcı vasitәlәrә, yәni әsas vә asıslı kompo-
nentlәrin predikativ mәrkәzlәrinin morfoloji-sintaktik ifadәsinә görә
mürәkkәb cümlәlәr türk dillәrindә iki әsas hissәyә bölünmüşdür: analitik
vә sintetik (Şirәliyev 1953: 29-40; Поцелуевский 1975: 174).
Türkoloji dilçilikdә mürәkkәb cümlәlәrin analitikliyi vә sinte-
tikliyi ilә seçilәn üçüncü bir qrupu analitik-sintetik quruluş sәviyyәsindә
müәyyәnlәşdirilmişdir. Analitik-sintetik quruluşlı mürәkkәb cümlәlәrdәn
dә müxtәlif türk dillәri materialları әsasında bәhs edilmişdir (Самойлович
1925: 137-141; Гордлевский 1928:110-112; Абдурахманов 1960: 87-
89; Закиев 1963: 270; Nartıev 1981: 11-14; Şirәliyev, Mehdiyev: 1981:
388-389).
79
Sözügedәn sintaktik vahidlәrin bir hissәsi isә -sa, -sә şәkilçilәşmiş
әdatına görә mürrәkkәb cümlә sintaksisindә “şәrt cümlәsi vә ya dövrü”
kimi fәrqlәndirilmişdir. “Şәrt cümlәsi vә ya şәrt dövrü”nün müәyyәnlәş-
dirilmәsinә A.N.Kononovun (1956: 526-534), N. K. Dmitrievin (1962:
118, 389, 405-409), V.Hatiboğlunun (1972: 148-149), C. Mansuroğlunun
(1955: 39-71), H.Edikskunun (1963: 381-384) әsәrlәrindә yer verilmişdir.
Türkoloji dilçilikdә analitik quruluşlu mürәkkәb cümlәlәr kimi
daha çox bağlayıcılı, bağlayıcı sözlü sintaktik vahidlәr müәyyәnlәşdiril-
mişdir. Burada struktur әlamәtlәrlә yanaşı, asılı komonentlәrin qramma-
tik-semantik mәnalara görә bәzi funksional növlәri dә bir-birindәn fәrq-
lәndirilmişdir (Казым-бек 1848: 125, 451-457; Грамматика алтайского
языка 1869: 171- 199; Гайдаржи 1978; Поцелуевский 1975: 176, 174;
Groønbech 1936: 54).
Sintetik quruluşlu mürәkkәb cümlәlәrdәn bәhs edildikdә bir sıra
ismi vә feli tәrkibli sintatik vahidlәr dә nәzәrdәn keçirilmişdir. Sintetik-
liyin başlıca әlamәtlәri olaraq asılı komponent hesab edilәn, bәzi hallarda
isә hәqiqәtәn asılı komponent olan hissәlәrin predikativ vә yarımpre-
dikativ mәrkәzlәri feil tәsniflәndirilmәsi ilә bir-birindәn fәrqlәndirilmiş-
dir. Burada predikativ mәrkәzlәrin, yәni әsas vә asılı komponentlәrin ara-
sındakı sintaktik tabeliliyin formalaşması uyğun prinsip olaraq götürülmüş
vә buna görә bağlayıcı funksiyasında işlәnilәn sintetik vasitәlәr
müәyyәnlәşdirilmişdir. Bunlar isә müxtәlif leksik-qrammatik şәkilçilәr-
dәn, şәkilçilәşmiş әdatlardan vә s. ibarәtdir (Казым-бек 1848: 451-457;
Самойлович 1925: 100-102; Ашмаринь 1903: 307; Banguoğlu 1940:
83-92; Демесинова 1974: 135-145; Hamzaev 1962: 102-124).
Mürәkkәb cümlәlәrin struktur aspektdә araşdırılmasında indiyә
qәdәr sintetik üsuldan daha çox istifadә edilmişdir. Bu da türk dillәrindә
daha M. Kazımbәydәn başlayaraq uzun müddәt tәrkiblәrin budaq cümlә
hesab edilmәsindәn, elәcә dә polipredikativ vahidlәrin bütövlükdә mürәk-
kәb cümlә sintaksisi bәhsindә öyrәnilmәsindәn irәli gәlmişdir.
Polipredikativlik sintaksisdә ayrıca bir üst quruluş kateqoriyası sә-
viyyәsindә öyrәnilmişdir. Mürәkkәb cümlәlәr dә bu kateqoriyanın bir alt
quruluşudur. Göstәrilәn üst kateqoriya hәm tәrkibli hәm dә mürәkkәb sin-
taktik vahidlәrin formal-semantik quruluşuna görә müәyyәnlәşir. Buraya,
hәr şeydәn öncә, bir sıra qoşmalı, feli tәrkibli sadә genişlәnmiş cümlәlәr
vә mürәkkәb cümlәlәr ayrı-ayrı alt kateqoriyalar sәviyyәsindә daxildir.
Yuxarıda göstәrildiyi kimi, komponentlәri sintaktik olaraq tabe-
sizlik bağlayıcıları ilә әlaqәlәnәn frazadanböyük konstruksiyalar vә ya
80
mikromәtnlәr sovet dilçiliyindә tabesiz mürәkkәb cümlәlәr sәviyysindә
tәsniflәndirilmişdir. Daha doğrusu, bunların uyğun semantik vә struktur
sәrhәdlәri dilçilikdә mikromәtn sәviyyәsindә dәqiq müәyyәnlәşdirilmә-
mişdir. Buna görә dә sözügedәn mikromәtnlәrin hәlәlik polipredikativlik
kateqoriyasının alt quruluşu sәviyyәsindә öyrәnilmәsi tәbiidir.
Konstruktiv-sintaktik vә semantik-funksional baxımlardan poli-
predikativ vahidlәri birlәşdirәn ümumi cәhәt onlarda çoxmәrhәlәli aktual
üzvlәnmәnin mümkünlüyü ilә dә şәrtlәnir. Hәmin konstruksiyalarda bir-
dәn çox situasiya ifadә edilir. Bu baxımdan mürәkkәb cümlәlәr, qoşmalı
vә tәrkibli sadә genişlәnmiş cümlәlәr polipredikativlik kateqoriyasının iki
alt quruluşu olaraq müәyyәnlәşir. Birincilәr xususi-mürəkkəb quruluşlu
polipredikativ vahidlәr olub başqa bir ifadә ilә mürәkkәb cümlәlәrdәn
ibarәtdir. Burada mürәkkәb cümlә komponentlәrinin predikativ mәrkәz-
lәri formal-qrammatik cәhәtdәn predikativliyin bütün әlamәtlәrini özündә
ehtiva edir. Mürәkkәb cümlәlәri tәşkil edәn әsas vә asılı komponentlәrin
xәbәrlәri şәxsә, kәmiyyәtә görә dәyişir vә felin bütün şәkillәrindә tәsrif-
lәnir. Quruluşca xususi-mürəkkəb olmayan polipredikativ vahidlәr
(Скрибник 1988: 518) isә müxtәlif qoşmalı vә feli sifәt, feli bağlama vә
mәsdәr tәrkibli sadә geniş cümlәlәrdәn ibarәt olur. Hәmin sintaktik
vahidlәrdә әsas predikativ mәrkәzlәrdәn başqa, yarımçıq predikativlәr vә
onların formalaşdırdığı yarımpredikativ birlәşmәlәr (Маматов 1990: 10-
20), yaxud da ismi “predikatör” lu müәyyәn söz qrupları olur. (Bütün
bunlarla әlaqәdar olaraq, aşağıda polipredikativlik kateqoriyasından daha
geniş bәhs edilәcәktir.)
Struktur aspektdә mürәkkәb cümlәlәrin tәdqiqindә әn çox
mübahisә doğuran әnәnәvi mәsәlә, yuxarıda da göstәrildiyi kimi, müxtәlif
qoşmalı vә tәrkibli birlәşmәlәrin mürәkkәb cümlәnin budaq cümlәsi hesab
edilmәsi olmuşdur. Bu birlәşmәlәr bir sıra ismi, feli, qoşmalı konstruksi-
yalardan, elәcә dә mütlәq feli tәrkiblәrdәn vә “ismi predikatorlu” söz
qruplarından ibarәt olmuşdur (Semahat 1968: 186; Yüce 1973: 88). Hә-
min mühasibә, iki әsrdir ki, davam edir (Гаджиева 1973: 16). Bununla
belә, türk, elәcә dә digәr iltisaqi dillәrdә qeyri-predikativ vә yarımpredi-
kativ konstruksiyalar indi daha qeyd-şәrtsiz olaraq budaq cümlә hesab
edilmir. Hәmin sintaktik vahidlәr dilçilik tәdqiqatlarında budaq cümlәnin
analoqu (Гаджиева, Серебренников 1986: 114; Цедендамба 1987: 199,
Musayev 1991), potensial budaq cümlәlәr (Гаджиева, Серебренников
1986: 112, 118), asılı transformlar (Гюлсевина 1991) vә s. olaraq da
adlandırılır.
Dostları ilə paylaş: |