M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə25/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   21   22   23   24   25   26   27   28   ...   157

 

66 


taşı  eilne  al’;  Ağ  at  arpa  yemez:  ‘yaşına  durumuna  uygun  olmayan 

isteklerde  bulunmak:  Kırkından  sonra  azanı  teneşir  paklar’;  ağız  əymək: 

‘alay etmek, dalga geçmek//taklit etmek’;  ağzı isti yerdə olmaq//Ağzı isti 

yerdədir:  ‘durumu  iyi  olmak’;  Ağzına  çullu  dovşan  yerləşmir  (sığışmır): 

‘atıp tutmak’; alığını aşırmaq: ‘hakkından, üstesinden gelmek’; altına od 



qoymaq:  ‘yangına  körükle  gitmek’;  anasının  əmcəyini  kəsən:  ‘anasının 

gözü’; Aranda tutdan olmaq, dağda qovutdan//Әli aşından da olmaq, Vəli 



aşından da: ‘Diymat’a pirince giderken evdeki bulgurdan olmak; Aslanın 

erkəyi,  dişisi  olmaz:  ‘Cesur  yürekli  insanlar,  özellikle  de  cesur  bayanlar 

için kullanılır’; At gedib, örkəni də aparıb: ‘gerekli olan diğer şeylerin de 

kaybolması’ vә s. 

 Yuxarıda sözügedәn frazeoloji vahidlәrә dair leksikoqrafik açıq-

lamaları tәrtib etdiyimiz “Azәrbaycan türkcәsi-Türkiyә türkcәsi frazeoloji 

lüğәti”nin  A  hәrfi  ilә  başlayan  qismindә  konkret  örnәklәri  ilә  görә 

bilәrsiniz. Bax: Əlavә 6.  

Belәliklә, hәr iki әdәbi dildә vә ümumiyyәtlә türk әdәbi dillәrindә 

bir-biri  ilә  eyni  vә  oxşar  (variant)  olan  frazeologizmlәr,  bizcә,  yuxarıda 

müәyyәnlәşdirilәn araşdırma-öyrәnilmә kontekstinin prospektiv-adstrat vә 

perspektiv-superstrat  aspektlәrindә  öyrәnlmәlidir.  Çünki  günümüzdә  vә 

gәlәcәkdә Türkiyә vә Azәrbaycan türkcәlәrinin qarşılıqlı bir dil-işlәnilmә 

imkanına sahib olduğu artıq danılmaz bir gerçәklikdir. İstәr әdәbi, istәrsә 

dә  danışıq  dili  sәciyyәli  fәrqli  frazeologizmlәr  isә  sözügedәn  araşdırma-

öyrәnilmә  konteksinin  interospektiv-interstrat  vә  retrospektiv-substrat 

aspektlәrindә  araşdırmaya  cәlb  olunmalıdır.  Bunu,  hәr  şeydәn  öncә, 

“Azәrbycançılıq  fenomeni”  vә  koqnitiv-konseptual  araşdırmanın  qlobal 

aurası tәlәb edir. 



 

Birinci hissəyə dair yoxlama sualları və tapşırıqlar 

 

1.

 



Kursun hansı әnәnәvi vә yeni elm sahәlәri ilә әlaqәsi vardır? 

Kursun әsas araşdırma-öyrәnilmә yönüm vә yöntәmlәri hansılardır?    

2.

 

Türkologiya  vә  türkoloji  dilçilik  qavramları  nә  demәkdir? 



Türkoloji  dilçilik  qavramı  sözün  geniş  vә  dar  mәnalarıda  hansı  qavra-

yışları vә dilçilik sahәlәrini ehtiva edir?  

3.

 

Türkoloji dilçilikdә indiyә qәdәr istifadә edilәn әsas әnәnәvi 



dilçilik  metodları  hansılardır?  Türk  dillәrinin  öyrәnilmәsindә  1970-ci  il-

lәrdәn başlayaraq hansı yeni linqvistik yönümlәrdәn vә yöntәmlәrdәn isti-




 

67 


fadә  olunmaqdadır?  Bәs  sözügedәn  kursda  türkoloji  dilçiliyin  mövzuları 

hansı yeni linqvistik yönüm vә yöntәmlәrdәn istifadә edilәrәk açıqlanır?  

4.

 

Sözügedәn  kursda  hansı  dilçilik  mәsәlәlәrinә  sadәcә  olaraq 



toxunulmuşdur?  Bәs  türkoloji  dilçiliyin  hansı  önәmli  mәsәlәlәri  kursda 

daha әtraflı öyrәnilmişdir? Türk dillәrindә mürәkkәb cümlәlәrә dair hansı 

yeni tәsniflәndirmә irәli sürülmüşdür?   

5.

 



 Koqnitiv dilçiliyin әsas elmi-linqvistik prinsiplәri kimi özünü 

göstәrәn  qavramlaşdırma  vә  kateqoriyalaşdırma  anlayışları  haqqında  nә 

deyә bilәrsiniz? Türkoloji dilçilikdә ayrı-ayrı dil sәviyyәlәrinә dair aparılan 

qavramlaşdırma  vә  kateqoriyalaşdırma  әsnaları  vә  ya  proseslәri  necә 

müәyyәnlәşdirilә  bilәr?  Koqnitiv  dlçilikdә  hansı  araşdırma-öyrәnilmә  as-

pektlәri hәm sinxronik, hәm dә diaxronik özәlliklәri ilә bilinmәkdәdir?  

6.  Dünyanın  qavramlar  xәritәsi  hansı  araşdırma  görünüşlәrinin 

(projeksiyalarının)  vә  dil  tәbәqәlәrinin  qarşılıqlı  oppozitivliyinә  görә 

öyrәnilir?  

7.

 



Türkoloji dilçiliyin birinci vә ikinci tarixi inkişaf mәrhәlәlәri 

 hansı  konkret  dönәmlәri  әhatә  edir?  Sözügedәn  birinci  vә  ikinci 

mәrhәlәlәr  nә  üçün  müxtәlif  dönәmlәrә  ayrılır?  Hәmin  dönәmlәrdә  türk 

dillәrinә  dair  hansı  ümumi  vә  konkret  xarakterli  dilçilik  araşdırmaları 

aparılmışdır?  

8.

 



Ərәb dilçilik mәktәbi ilә Hind-Avropa dilçilik mәktәbi arasın-

dakı  başlıca  fәrq  nәdәn  ibarәtdir?  Hәmin  dilçilik  mәktәblәri  әnәnәlәrinә 

görә  yazılan  türkoloji  dilçilik  әsәrlәri  bir-birindәn  başlıca  olaraq  hansı 

linqvistik özәlliklәri ilә fәrqlәnir? 

9.

 

Qrammatika  qavramı  nә  demәkdir  vә  әnәnәvi  olaraq  hansı 



linqvistik sahәlәri әhatә edir? Bәs istәr ümumi dilçilkdә, istәrsә dә türko-

loji dilçilikdә  konseptual-funksional qrammatika qavrayışının ortaya çıx-

masını  vә  elmi-linqvistik  baxımdan  müәyyәnlәşdirilmәsini  bu  gün  hansı 

amillәr şәrtlәndirmәkdәdir?  

10.

 

Türkoloji  dilçilikdә  istәr  frazeologiya,  istәrsә  dә  digәr  dil 



kateqoriyaları  koqnitiv-konseptual  dilçiliyin  kursda  müәyyәnlәşdirilәn 

sinxronik-diaxronik  xarakterli  hansı  yönüm  vә  yöntәmlәri  ilә  araşdırıl-

maqdadır? Azәrbaycan dilindә interospektiv yönümdә araşdırılmaqla han-

sı frazeoloji vahidlәr müәyyәnlәşdirilә bilәr?  

11.

 

Azәrbaycan  vә  türk  әdәbi  dillәrindә  işlәnilәn  frazeologizm-



lәrin  hansı  linqvistik  korpusları  vә  onlara  görә  dәqiq  bir  şәkildә  müәy-

yәnlәşdidrilә  bilәn  frazeoloji  kateqoriyaları  vardır?  Bunları  konkret 

linqvistik tәsniflәndirmәlәri vә dil örnәklri ilә açıqlayın? 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə