M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə24/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   20   21   22   23   24   25   26   27   ...   157

 

62 


gizmlәri  sözügedәn  dərk  etmə-şüur-təfəkkür  müstәvisindә  yuxarıda  göstә-

rilәn araşdırma-öyrәnilmә yönümlәrinә vә onların müxtәlif dillәr arasındakı 

әlaqәlәr  әsasında  müәyyәnlәşәn  substrat,  adstrat,  superstrat  vә  interstrat 

sәciyyәli dil tәbәqәlәri ilә tәşkil etdiyi oppozitivliyә görә tәdqiq etdik.  

Frazeologizmlәşmә hadisәsi vә frazeologizmlәr müasir filologiya 

elmindә  vә  türkologiyada  indiyә  qәdәr  әsas  etibarilә  әnәnәvi  olaraq 

keçmişә görә retrospektiv, indiyә görә prospektiv vә gәlәcәyә görә pers-

pektiv  yönümlәrdә öyrәnilmişdir.  Aşağıdakı  sxemdә retrospektiv  projek-

siyalı araşdırmanın tәdqiqat obyekti dil tәbәqәsi kimi substratlar, prospek-

tiv projeksiyalı araşdırmanın tәdqiqat obyekti dil tәbәqәsi kimi adstratlar, 

perspektiv  projeksiyalı  araşdırmanın  tәdqiqat  obyekti  dil  tәbәqәsi  kimi 

superstratlar  vә  ya  dil  tәşәkküllәri  olaraq  göstәrilmişdir.  Qavramlar  dün-

yasına  görә  müәyyәnlәşdirilәn  frazeologizmlәşmә  hadisәsi  vә  onun  araş-

dırma-öyrәnilmә kontekstinin axırıncı bucağını tamamlayam interospektiv 

projeksiyalı  araşdırmanın tәdqiqat obyekti kimi isә interstrat dil tәbәqәsi 

seçilmiş vә göstәrilәn yönümlәrlә substrat, adstrat, superstrat vә interstrat 

sәciyyәli  dil  tәbәqәlәrinin  qarşılıqlı  iyerarxiyası  müәyyәnlәşdirilmişdir. 

Bununla da özünәmәxsus leksik tәrkibi vә semantik prototiplәri ilә seçilәn 

fәrqli  frazeologizmlәrin  koqnitiv-konseptual  olaraq  öyrәnilmәsinin  yolu 

açılmışdır. Sözügedәn araşdırma-öyrәnilmә müstәvisindә yer tutan kubun 

sәkkiz  bucağı  türk  әdәbi  dillәrindә  işlәnilәn  frazeologizmlәşmә 

dәrәcәlәrinә vә fәrqlәrinә görә çәkilmişdir: 




 

63 


Qavramalar dünyasına görə müəyyənləşdirilən frazeologizmləşmə 

hadisəsi və araşdırma-öyrənilmə konteksti 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 



 

 

 



Sxem 1 

 

 



Dәrketmә 

retrospektiv 

substrat 

perspektiv

vvv 

superstrat 



prospektiv 

adstrat 


interospektiv 

interstrat 

Tәfәkkür 

Şüur 


Tәfәkkür 

 



 

64 


4.1.  Hər  iki  ədəbi  dildə  bir-biri  ilə  eyni  və  oxşar  olan 

frazeologizmlər  

Birincilәr,  yәni  hәr  iki  әdәbi  dildә  bir-biri  ilә  eyni  olan  fraze-

ologizmlәr böyük әksәriyyәti tәşkil edir. Bununla yanaşı, müәyyәn leksik-

qrammatik  fәrqliliklәrlә  eyni  semantik  sahәlәrdә  gerçәklәşәn,  ancaq  hәr 

iki әdәbi dildә bir-birindә qarşılığı olmayan ikincilәr, yәni bir-birinә oxşar 

olan frazeologizmlәr isә frazeoloji variantlar olaraq müәyyәnlәşdirilir. Hәr 

iki  qrupa  daxil  olan  frazeologizmlәr  örnәklәri  ilә  aşağıdakı  kimi 

korpuslaşdırıla bilәr. 

 

4.1.1.  Eyni olanlar  

Sözügedәn  frazeologizmlәr  hәm  leksik,  hәm  dә  semantik 

dolunumuna görә bir-biri ilә, әsasәn, eynidir. Müşahidә edilәn fәrqliliklәr 

isә sadәcә bәzi fonetik dәyişikliklәrin vә sinonim sözlәrin işlәnilmәsindәn 

ibarәtdir. Mәsәlәn: 

Adam  olmaq:  ‘adam  olmak’;  adət  görmək  ‘adet  görmek’;  adı 

qalmaq ‘adı kalmak’; ağ bayraq qaldırmaq: ‘beyaz bayrak çekmek, teslim 

olmak’; ağıl öyrətmək: ‘akıl öğretmek’; ağır gəlmək: ‘ağır gelmek’; ağız-



burnunu əzişdirmək: ‘ağzını burnunu dağıtmak’; ağzında şirə qalıb: ‘tadı 

damağında  kalmak’;  ağzı  ilə  quş  tutmaq:  ‘ağzıyla  kuş  tutmak’;  anadan 



(anasından) əmdiyi süd burnundan gəlmək (tökülmək): ‘anasından emdiği 

süt  burnundan  gelmek’;  araları  dəymək  (sərinləşmək,  soyumaq):  ‘araları 

açılmak’;  atdan  düşüb  eşşəyə  minmək:  ‘attan  inip  eşeğe  binmek’;  Ayda 

ildə  bir  namaz,  onu  da  şeytam  qoymaz:  ‘Ayda  yılda  bir  namaz,  onu  da 

şeytan komaz’ vә s. 

 

4.1.2. Frazeoloji variantlar 

Sözügedәn  frazeologizmlәrin  semantik  quruluşu  vә  funksional 

qarşılıqları hәr iki әdәbi dildә eynidir. Müşahidә edilәn ayrılıqlar isә bәzi 

leksik vahidlәrin vә morfoloji әlamәtlәrin fәrqli şәkillәrdә işlәnilәmәsi ilә 

ortaya çıxmaqdadır. Mәsәlәn: 

Abi-neysan  (abi-leysan)  kimi  göz  yaşı  axıtmaq  (tökmək):  Nisan 

yağmuru  gibi  gözyaşı  dökmek’;  abır-həyadan  salmaq:  ‘rezil  kepaze 

etmek’; acı bağırsaq  kimi uzanmaq:  ‘yılan hikâyesine dönmek’;  acından 

qarnı quruldamaq: ‘(acından) karnı zil çalmak’ Açaram sandığı, tökərəm 

pambığı:  ‘Açtırma  kutuyu,  söyletme  kötüyü’;  açıq  qapını  itələmək: 

‘havanda  su  dövmek’;  adamın  yerə  baxanı:  ‘yere  bakan  yürek  yakan’; 



addım  atmağa  qoymamaq:  ‘adım  attırmamak’;  adı  pisə  çıxmaq:  ‘adı 


 

65 


kötüye  çıkmak’;  ağır  tərpənmək:  ‘ağırdan  almak’;  ağız-burnunu 

turşutmaq:  ‘ağzını  burnunu  büzmek’;  ağzı  aralanmak:  ‘dili  çözülmek’;  

axına  qarşı  getmək:  ‘akıntıya  karşı  kürek  çekmek’;  Alaqarğa  balasına 

aşiq  olub:  ‘Kirpi  yavrusunu  kadife  tüylüm  diye  sever//Kuzguna  yavrusu 

anka görünür’; arabanın dal çarxı: ‘zurnanın son deliği’; arı yuvasına çöp 



soxmaq:  ‘arı  kovanına  çomak  sokmak’;  aşının  suyunu  vermək:  ‘ağzının 

payını (ölçüsünü) vermek’ vә s. 

 

4.2. Fərqli frazeologizmlər 

Hәr  iki  әdәbi  dilin  söz-ifadә  varlığında  bir-biri  ilә  paralel  olaraq 

işlәnilәn,  leksik-qrammatik  qarşılıqları  vә  variantları  olmayan  frazeolo-

gizmlәr dә iki qrupda müәyyәnlәşdirilә bilәr: 

1. Müqayisә edilәn birinci әdәbi dildә hәlә işlәnilәn, ikincinin isә 

tarixi  xarakterli  söz  varlığında  saxlanılan  vә  ya  birincidә  XX  yüzildә 

meydana çıxan ədəbi dil səciyyəli frazeologizmlər; 

2.  Müqayisә  edilәn  birinci  әdәbi  dildә,  әsasәn,  şifahi  olaraq 

işlәnilәn, ikincidә isә hәm diskursiv sәciyyәli vasitәlәr, hәm dә frazeoloji 

formlaşmaları ilә müşahidә edilәn danışıq dili səciyyəli frazeologizmlər. 



 

4.2.1. Ədəbi dil səciyyəli frazeologizmlər 

Hәmin frazeologizmlәrә daha çox müqayisә edilәn birinci әdәbi dilә dair 

yazılı mәtnlәrdә tәsadüf edilir vә onlar müqayisә edilәn birinci әdәbi dildәn ikinci 

әdәbi dilә konseptual sәciyyәli dil açıqlamaları ilә çevrilir; mәsәlәn:  



Abrına  qısılmaq:  ‘konuşmaktan  kaçınmak,  tepkisini  gösterme-

mek, utancından ağzını açmamak’; al dilə tutmaq: ‘kandırmak//tatlı dille 

kandırmaya  çalışmak’;  ana  xəttini  təşkil  etmək:  ‘tәmәlini  oluşturmak’; 

bağrını  qana  döndərmək:  ‘haddinden  fazla  kederlendirmek,  ıstırap 

vermek, üzmek’ vb. 

 

4.2.2. Danışıq dili səciyyəli frazeologizmlər 

Hәmin  frazeologizmlәririn  işlәnilmәsinә  daha  çox  şifahi  әdәbiy-

yata dair mәtnlәrdә vә diskursiv xarakterli dil ortamlarında tәsadüf edilir. 

Onlar  müqayisә  edilәn  birinci  әdәbi  dildәn  ikinci  әdәbi  dilә  diskursiv 

sәciyyәli  dil-danışıq  vasitәlәri  vә  idiomatik  xarakterli  ifadәlәrlә  çevrilir; 

mәsәlәn: 



Adəmdən xatəmə: ‘ezelden ebede, yüz yıllarca’;  Adı it dəftərində 

(də ) yoxdur:  ‘adı sanı bilinmemek’; Adını tut (çək) qulağını bur: ‘lafının 

üstüne gelmek; İyi adam lafının üstüne gelir; İti an çomağı hazırla//İti an 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə