M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə21/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   17   18   19   20   21   22   23   24   ...   157

 

54 


dә  paradiqmatik  olaraq  işlәnildiyi  vә  bütövlükdә  rәvayәt  olunan  zaman 

qavrayışının qrammatik әlamәti kimi dәrk olunduğu “Cәdvәl”dә  bariz bir 

şәkildә müşahidә olunmaqdadır. Bununla bәrabәr, -mış, -miş, -muş, -müş 

şәkilçisi ilә düzәlәn zaman şәkli Azәrbaycan dilindә daha çox tam üslub-

da, başqa bir ifadә ilә kitab dilndә işlәnilmәkdәdir. -Ib, -ib, -ub, -üb (-yıb, 

-yib,  -yub,  -yüb)  feli  bağlama  şәkilçilәri  ilә  formalaşan  zaman  şәklinin 

diskursda  işlәnilmә  tezliyi  isә  birinci  ilә  müqayisәdә  daha  genişdir. 

Sözügedәn zaman şәkli hәm tam, hәm dә sәrbәst üslubda, başqa bir ifadә 

ilә  dildә  vә  danışıqda  (nitqdә)  әn  yayğın  bir  formada  yer  almaqdadır. 

Buna  görә  dә,  sözügedәn  rәvayәt  olunan  keçmiş  zaman  xәbәr  şәklinin 

müasir  Azәrbaycan  dilinin  qrammatikasında  ikinci  bir  növ  olaraq  fәrqli-

lәşdirilmәsinә ehtiyac vardır. İkinci şәkil, yuxarıda göstәrildiyi kimi, daha 

çox danışıq dilinә xasdır. Mәsәlәn:  

Sәn bizә xoş gәlmi(ş)sәn.  

Sәn bizә xoş gәlibsәn. 

Sәn bizә xoş gәlib, sәfa gәtiribsәn. 

*Sәn bizә xoş gәlmişsәn. 

*Sәn bizә xoş gәlmiş, sәfa gәtirmişsәn. 

 

Siz bizә xoş gәlmi(ş)siz (siniz) 



Siz bizә xoş gәlibsiz. 

Siz bizә xoş gәlib, sәfa gәtiribsiz. 

*Siz bizә xoş gәlmişsiniz. 

*Siz bizә xoş gәlmiş, sәfa gәtirmişsiniz. 

 

Bütün protokolllar yazılmışdır.  



Bütün protokollar yazılıb. 

*Bütün protokollar yazılmış. 

Müәllim gәlmişdir. 

Müәllim gәlib 

*Müәllim gәlibdir. 

 

Müәllimlәr gәlmişdir (lәr) 



Müәllimlәr gәlib (lәr) 

*Müәllimlәr gәlibdir(lәr). 

 

Tәlәbә lazım olan әdәbiyyatı oxumuşdur.  



Tәlәbә lazım olan әdәbiyyatı oxuyub. 


 

55 


*Tәlәbә lazım olan әdәbiyyatı oxumuş. 

*Tәlәbә lazım olan әdәbiyyatı oxuyubdur. 

 

Tәlәbәlәr lazım olan әdәbiyyatı oxumuşdur. 



Tәlәbәlәr lazım olan әdәbiyyatı oxuyub(lar). 

*Tәlәbәlәr lazım olan әdәbiyyatı oxumuş. 

*Tәlәblәr lazım olan әdәbiyyatı oxuyubdur(lar). 

 

Yaxşı elәyib kinoya bilet almı(ş)sınız. 



Yaxşı elәyib kinoya bilet alıbsız(sınız).  

Yaxşı elәyib kinoya bilet alıb(lar). 

*Yaxşı elәyib kinoya bilet almış (lar). 

İkinci  şәxs  tәkdә  -mış,  -miş,  -muş,  -müş  şәkilçisinin  ş  kompo-

nentinә  aktif  olaraq  diferensiallaşan  dil-danışıq  zәncirindә  tәsadüf  olun-

mur.  Hәmin  morfoloji  şәklin  bütününün  işlәnilmәsinә  isә  yayğın  olaraq 

yazılı mәtnlәrdә rast gәlinir. Göstәrilәn komponentin sözügedәn işlәnilmә 

tezliyi  -mış, -miş, -muş, -müş şәkilçisinin dörd variantlı olaması ilә әlaqә-

dardır. Necә ki, sözügedәn morfoloji şәklin işlәnilmәsi   -ıb, -ib, -ub, -üb 

(-yıb,  -yib,  -yub,  -yüb)  şәkilçisi  ilә  paradiqmatik  müqayisәdә  bir  qram-

matik әlamәt kimi fakültativ sәciyyәlidir. Müqayisә et: 

 

Mәn gәlmişәm                           



Sәn gәlmisәn 

O gәlmişdir 

Biz gәlmişik 

Siz gәlmişsiniz 

Onlar gәlmiş(dir)(lәr) 

Mәn gәlmişәm. 

Sәn gәlibsәn 

O gәlib 


Biz gәlmişik. 

Siz gәlibsiz (siniz) 

Onlar gәlib (lәr) 

 

-Ubdur şәkilçisi -ıbdır, -ibdir, -ubdur, -übdür (-ıbdı, -ibdi, -ubdu, -

übdü)  morfoloji  variantlarında  Anadolu-Qafqaz  coğrafiyası  Oğuz 

türkcәsindә,  onun  dialekt  vә  ağızlarında,  özәlliklә  dә  müxtәlif  xalq 

әdәbiyyatı  örnәklәrinin  dilindә  vaxtilә  çox  geniş  miqyasda  işlәnilmişdir 



 

56 


(Adamoviç 1985: 202-2005). Bәlkә bu gün dә hәmin morfoloji  әlamәtlә 

formalaşan felin rәvayәt olunan keçmiş vә ya әslindә tamamlanmış indiki 

zamanına (perfekt) bәzi yazarların vә ana dilindә birinci dil olaraq danışan 

şәxslәrin dilindә tәsadüf olunur. Ancaq çağdaş Azәrbaycan dilindә diskur-

siv  xarakterli  әdәbi  ünsiyyәt  ortamı  üçün  sözügedәn  morfoloji  әlamәt  -

mışdır,  -mişdir,  -muşdur,  -müşdür  şәkilçisi  ilә  uyğun  bir  paradiqmatik-

sintaqmatik  paralellik  tәşkil  edә  bilmir.  Buna  görә  dә,  yuxarıda  -ıbdır,  -

ibdir,  -ubdur,  -übdür  şәkilçisi  ilә  işlәnilәn  cümlәlәrin  funksional  vә 

konseptual baxımdan xәtalı olduğu ulduz işarәsi ilә göstәrilmişdir.  

 

2.2.2. Felin dar və geniş mənalı vacib şəkli  

Felin vacib şәkli müasir Azәrbaycan dilindә  -malı, -mәli morfo-

loji әlamәtinin vә şәxs şәkilçilәrinin feil kökü vә ya әsasına artırılması ilә  

sintetik  olaraq  әmәlә  gәlir  (Hüseynzadә  1973:  224).  Bununla  bәrabәr, 

felin  sözügedәn  şәkli  morfoloji-sintaktik  xarakterli  malı+olmaq  və  şəxs 



şəkilçiləri sıralanması ilә dә qurulur. Daha doğrusu, -malı, -mәli şәkilçili 

feil  kökünә  vә  ya  әsasına  olmaq  kömәkçi  morfeminin  artırılması  ilә  

әmәlә gәlәn feil şәklinin analitik forması da Azәrbaycan dilindә işlәnilir 

(Rәhimov  1965:  215;  Khudazarov  2005:194-195).  Felin  morfoloji-

sintaktik üsulla formalaşan vacib şәklinin ifadәsi Azәrbaycan dilindә әsas 

etibarilә hәr hansı bir iş vә ya hәrәkәtin bәlli bir ölçüdә daha geniş sәciy-

yәli  keçmiş  vә  gәlәcәk  zamanlardakı  baş  vermә  әsnası  ilә  әlaqәdardır. 

Birinci  şәkil  daha  çox  hәr  hansı  bir  işi  görәnin  öz  aldığı  qәrara  әsasәn 

yerinә  yetirdiyi  iş  vә  ya  dar  bir  fәaliyyәt  sahәsi  ilә  bağlı  olaraq  işlәniilr. 

İkinci şәkil isә Azәrbaycan dilindә xaricdәn gәlәn hәr hansı bir tәzyiq vә 

diqtә  edilәn  konkret  bir  mәcburiyyәtlә  gerçәklәşmiş  olmaq  vә  ya  ola 

bilmәk anları ilә bağlı olaraq ortaya çıxır (Khudazarov 2005:194).    Belә-

liklә,  dar  vә  geniş  mәnalı  birinci  vә  ikinci  şәkillәrin  Azәrbaycan  dilindә 

paralel olaraq işlәnilmәsi ayrılıqda sintaqmatik bir özәllik, bütövlükdә isә 

qrammatik-sintaktik çoxmәnalılıq olaraq qiymәtlәndirilә bilәr.  

Morfoloji-sintaktik  xarakterli  vacib  şәklinin  ifadәsi  felin  hәr  üç 

zamanındakı  hәr  hansı  bir  iş  vә  ya  hәrәkәtin  yerinә  yetirlmәsinin  daha 

geniş bir zamanının “baş vermә  çәrçivәrlәri” ilә bağlı olur. Daha doğrusu,  

sözügedәn  şәkil  mәhdud  olmayan  daha  geniş  bir  zaman  müstәvisindәki 

xaricdәn  gәlәn  hәr  hansı  bir  tәzyiqlә  yerinә  yetirilәn  vә  ya  yetirilәcәk 

gerçәklәşmә müddәtlәrini bildirir.  

Aşağıda felin dar vә geniş mәnalı vacib şәkillәrinә dair örnәklәr 

gәtirilmişdir. Hәmin örnәklәr bu vә ya digr şәkildә sözügedәn özü qәrara 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə