M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə20/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   16   17   18   19   20   21   22   23   ...   157

 

52 


feillәrinin  eyniliklәrindәn  kompleksiv  olaraq  danışılmışdır  (Kononov 

1956: 218-251; Adamoviç 1985; Erguvanlı 2002; Sezer 2002 vә s.).  

Sovetlәr Birliyi dağıldıqdan sonra, yuxarıda göstәrildiyi kimi, türk 

dillәrinin  bir  çoxu  rәsmi  dövlәt  dili  statusu  almışdır.  Yeni  müstәqil  türk 

dövlәtlәrinin,  muxtar  tespulikalarının  vә  xaricdә  yaşayan  soydaşlarının 

dillәrinin  hәm  türk  mәnşәli,  hәm  dә  xarici  vәtәndaşlara  öyrәdilmәsinә 

böyük  bir  ehtiyac  yaranmışdır.  Türkiyә  türkcәsi  ilә  bәrabәr,  digәr  türk 

әdәbi dillәri dә xarici vәtәndaşlar tәrәfindәn öyrәnilmәkdә vә hәmin dillә-

rin  tәlimi  vә  tәdrisi  digәr  şәkillәrdә  dә  gündәmә  gәlmәkdәdir.  Mәsәlәn, 

türk  mәnşәli ana  dilini  yaxşı  bilmәyәn  insanların  vә bir türk  dilini  digәr 

bir  türk  dili  daşıyıcısının  öyrәnmәsi  işi  dә  bu  vә  ya  digәr  şәkildә 

başlanılmışdır (Hengirmen 1995; Öztopçu 1994; Khudazarov 2005 vә s.). 

Bu  isә  1990-cı  illәrdәn  etibarәn  türk  әdәbi  dillәrinin  öyrәnil-

mәsindә vә tәdris olunmasında yeni bir elmi-linqvistik vә tәdris-metodiki 

istiqamәtin  ortaya  çıxmasına  yol  açmışdır.  Belә  bir  araşdırma-öyrәnilmә 

vә tәdris edilmә kontekstindә türk әdәbi dillәrinin vә ya ümumtürk dilinin 

funksional-normativ  sәciyyәli  stolüstü  bir  kitabının  hazırlanmasına  çox 

ciddi ehtiyac hiss edilmәkdәdir. Əlbәttә, belә bir dәrs kitabının vә uyğun 

tәdris vәsaitlәrinin hazırlanması üçün, hәr şeydәn öncә, türk dillәri qram-

matikasının  üst  vә  alt  qavramları  vә  kateqoriyaları  hәm  konseptual,  hәm 

dә  funksional  yönümlәri  ilә  müәyyәnlәşdirilmәlidir.  Burada  әnәnәvi 

xarakterli  müqyisәli-tutuşdurmalı  vә  1990-cı  illәrdәn bәri  müәyyәnlәşdi-

rilәn  konseptual-struktur  yönümlü  linqvistik  yöntәmlәrdәn  türk  әdәbi 

dillәrini  öyrәnәn  xarici  vәtandaşların  başa  düşәcәyi  bir  şәkildә    istifadә 

olunmalıdır. 

Mәsәlәn,  ümumtürk  dili  feil  şәkillәrindә  ortaya  çıxan  әn  önәmli 

dil-nitq  fәrqlәrindәn  biri  Türkiyә  türkcәsindә  geniş  zaman  qavramının 

ayrıca  bir  -r  (-ar,  -er,  -ır,  -ir,  -ur,  -ür)  morfoloji  әlamәti  ilә  ifadә 

olunmasından  ibarәtdir.  Digәr  türk  әdәbi  dillәrindә  isә  sözügedәn  zaman 

qavramı indiki vә qeyri-qәti gәlәcәk zaman şәkillәri ilә ifadә olunur. Türk 

dillәrindә  belә  bir  morfoloji  fәrqlilik  açıq  bir  şәkildә  nümayiş  etdirilmә-

lidir. Bunun üçün sözügedәn zaman şәkillәri hәr bir әdәbi dildә üst vә alt 

sәviyyәlәri  ilә  konseptual  olaraq  kateqoriyalaşdırılmalıdır.  Belә  bir 

kateqoriyalaşdırılmanın aparılması üçün isә türk dillәrinin zaman şәkillәri 

konkret morfoloji әlamәtlәri ilә bir yerdә müşahidә edilә bilmәlidir. Mәhz 

bu mәqsәdlә  kitabın dördüncü “Əlavәsi”indә “Oğuz qrupu türk dillәrindә 

felin zaman şәkillәrini”nin bütün mümkün tәsriflәnmә formaları ilә cәdvә-

li  verilmişdir  (Bax:  Əlavә  4).  Əlbәttә,  türk  dillәrindә  feillәrin  ifadәsinә 




 

53 


dair bunun kimi digәr funksional-struktur xarakterli morfoloji fәrqlәrә dә 

rast gәlinir. 

  Bu baxımdan felin xәbәr vә digәr şәkillәri dilin hәm bir funksio-

nal  fәaliyyәt,  hәm  dә  milli  mentalitetin  bir  psixolinqvistik  ifadәsi  kimi 

ayrı-ayrı  türk  yazı  dillәri  materialları  ilә  konseptual-struktur  sәviyyәdә 

kateqoriyalaşdırılmalıdır.  Bu  iş  kitabın  beşinci  “Əlavәsi”ndә  ilkin  bir 

tәcrübә  olaraq  aparılmışdır.  “Əlavә”  “Azәrbaycan  dilindә  feil  şәkillәri” 

olaraq  adlandırılan  böyük  bir  “Cәdvәl”dәn  ibarәtdir.  Hәmin  “Cәdvәl”dә 

felin şәkillәri zaman, hekayә, rәvayәt vә şәrt formalarında şәxsә görә bir 

bütün olaraq tәsriflәndirilmişdir. Yeni tәsniflәndirmәdә felin 12 deyil, 14 

şәkli yer almışdır. Felin rәvayәt olunan nәqli keçmiş zamanının bir deyil, 

iki  növünün;  yәni  hәm  -mış,  -miş,  -muş,  -müş,  hәm  dә  -ıb,  -ib,  -ub,  -üb 

morfoloji  әlamәtlәri  ilә  işlәnildiyi  göstәrilmişdir.  Felin  vacib  şәklinin  dә 

bir deyil, iki növünün; yәni hәm -malı, -mәli morfoloji әlamәti ilә sintetik, 

hәm dә -malı olmaq morfoloji-sintaktik birlәşmәsi ilә analitik şәkillәrinin 

işlәnildiyi vurğulanmışdır. Belәliklә, sözügedәn feil şәkillәrinin dә sintaq-

matik vә paradiqmatik әlәmәtlәri ilә qrammatika kitablarımızda yer alaraq 

tәdris  olunmasının  lazım  gәldiyi  hәm  tәdrisetmә  praktikası,  hәm  dә 

linqvistik örnәklәri ilә tәsbit olunmuş, felin tәsdiq vә inkaretmә  ifadәlәri 

“Cәdvәl”dә yer almışdır (Bax: Əlavә 5). (Qeyd olunmalıdır ki, sözügedәn 

tәsniflәndirmәnin  aparılmasında  müәllifin  uzun  illәr  boyunca  xaricilәrә 

keçdiyi Azәrbaycan dili dәrslәrindә әldә etdiyi linqvistik-metodiki tәcrübә 

stimul rolunu oynamışdır.) 

 

2.2.1. Felin rəvayət olunan keçmiş zamanının iki növü  

Azәrbaycan  dilindә  felin  indiki,  müәyyәn  vә  qeyri-müәyyәn 

gәlәcәk, -dı, -di, -du, -dü vә -mış, -miş, -muş, -müş şәkilçilәri ilә düzәlәn 

keçmiş zaman şәkillәri vardır. Hәmin şәkillәr sözügedәn dilin qrammatika 

kitablarında “Cәdvәl”dәki göstәrilәn formada tәsvir olunmuşdur (Hüseyn-

zadә  1973:  190-198).  Azәrbaycan  dilndә  -mış,  -miş,  -muş,  -müş  keçmiş 

zaman  şәkilçilәri  ilә  paralel  olaraq  -ıb,-ib,-ub,-üb  feli  bağlama  morfoloji 

әlamәtlәrinin  dә  sözügedәn  qrammatik  funksiyada  işlәnilmәsindәn  bәhs 

edilmişdir (Hüseynzadә 1973:194). Buna baxmayaraq, -ıb, -ib, -ub, -üb (-

yıb,  -yib,  -yub,  -yüb)  feli bağlama  şәkilçilәri  ilә  formalaşan  zaman  şәkli 

sözügedәn  keçmiş  zaman  şәklinin  ikinci  bir  növü  sәviyyәsindә  paradiq-

matik  olaraq  ayrıca  tәsniflәndirilmәmişdir.  Halbuki,  -ıb,  -ib,  -ub,  -üb  (-

yıb, -yib, -yub, -yüb) feli bağlama şәkilçilәri ilә formalaşan zaman şәkli-

nin hekayәsi xaricindәki digәr tәsdiq, inkar vә sual mürәkkәb şәkillәrindә 



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə