M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə22/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   18   19   20   21   22   23   24   25   ...   157

 

57 


gәlmә  vә  ya  xaricdәn  olan  bir  tәzyiqlә  yerinә  yetirilmә  nәticәsindә  baş 

verәn  iş  vә  ya  hәrәkәt  aktlarını  iadә  edir.  Hәmin  iş-hәrәkәt  mәnalarının 

diskursiv sәciyyәli örnәklәrlә deskriptiv olaraq tәsviri onların bir-birindәn 

fәrqliliyini bәlli bir ölçüdә göstәrmәkdәdir. Mәsәlәn:  

Mәn dә Bakıya getməliyəm. 

Mәn dә Bakıya getməli oluram.  

Mәn dә sabah Bakıya getmәliyәm. 

*Mәn dә sabah Bakıya getmәli oluram. 

 

Sәn dә bu kitabları almalısan.  



İndi sәn dә bu kitabları almalısan. 

İndi sәn dә bu kitabları almalı olursan. 

*İndi sәn dә bu kitabları almalı olarsan. 

*İndi sәn dә bu kitabları almalı olacaqsan (Musaoğlu 2008). 

Biz yuxarıda felin rәvayәt olunan keçmiş zamanı ilә ifadә olunan 

xәbәr vә ayrıca da vacib şәklinin qrammatika kitablarımızda vә türkoloji 

dilçilik  araşdırmalarında  daha  geniş  bir  şәkildә  öyrәnilmәyәn  bәzi 

mövzuları  üzәrindә  durduq.  Daha  doğrusu,  ana  dilinin  tәlimi  vә  tәdrisi 

mәqsәdilә  onun  paradiqmatik  olaraq  tәsbit  edilmәyәn  bәzi  şәkillәrini 

göstәrdik. Azәrbaycan dilinin tәdrisindә  felin zaman vә şәkil kateqoriyası 

bәhslәrinin  ayrıca  bir  morfoloji  vә  morfoloji-sintaktik  bölümlәri 

sәviyyәsindә  öyrәdilmәyәn  bәzi  konseptual  vә  funksional  özәlliklәrinә 

toxunduq. Ancaq felin istәr xәbәr, istәrsә dә digәr bütün şәkillәri struktur, 

funksional  vә  semantik  әlamәtlәri  ilә  konseptual  olaraq  kateqoriyalaş-

dırılmalıdır. Dәrs vәsaitindә  isә tam olaraq mürәkkәb cümlәlәrin, qismәn 

dә  ümumtürk  mәtninin  ontoloji  özәlliklәri  sözügedәn  yönümdә 

konseptual-struktur baxımdan öyrәnilmişdir. 

 

 2.3. Mürəkkəb cümlənin konseptual-struktur modelləşdirməsi 

Yuxarıda göstәrildiyi kimi, XI yüzildәn başlayaraq türk dillәrinә 

dair  öncә  әrәb,  sonra  isә  Hind-Avropa  dilçilik  mәktәbi  әnәnәlәrinә  görә 

lüğәtlәr  vә  qrammatika  kitabları  yazılmışdır.  XIX  yüzilә  qәdәr  yazılan 

qrammatika  kitablarında  әsasәn  müәyyәn  fonetik  mәlumatlar  vә  geniş 

morfoloji açıqlanmalar yer almışdır. Qrammatika kitablarının sonunda çox 

zaman sözügedәn dillәrin leksikonuna aid qısa lüğәtlәr verilmişdir. Yalnız 

XIX  yüzildәn  etibarәn  klassik  Hind-Avropa  dilçiliyi  әnәnәlәrinә  görә 

yazılan qrammatika kitablarında “Sintaksis” bәhsi qoyulmuşdur. Sözüge-

dәn bәhslәrdә müvafiq olaraq “Mürәkkәb cümlә” mövzusu da işlәnilmiş 



 

58 


vә son iki yüz il boyunca türkoloji dilçiliyin әn mübahisәli mәsәlәlәrindәn 

birinә  çevrilmişdir.  Mübahisәnin  әsas  mәğzi  asılı  komponentin  (clause) 

xәbәrinin  “qrammatik  xarakteri”  ilә  bağlı  olmuşdur.    Hәmin  xәbәr  türk 

dillәrindә  şәxsә, zamana vә kәmiyyәtә görә tәsriflәnәn bir feillәmi ifadә 

olunmalıdır? Vә ya tәsriflәnmәyәn feli sifәt, feli bağlama, mәsdәr vә digәr 

yarımpredikativ  birlәşmәlәrin  mәrkәzlәri  dә  özәl-mürәkkәb  quruluşlu 

mürәkkәb cümlәlәrin xәbәrlәri olaraq ifadә edilә bilәrmi?  

Əlbәttә,  özәl-mürәkkәb  quruluşlu  cümlәlәrin,  başqa  bir  deyişlә 

tabeli  mürәkkәb  cümlәlәrin  xәbәrlәri  yalnız  tәsriflәnәn  bir  feillә  vә  ya 

uyğun bir tәsriflәnәn “predikativ mәrkәz”lә ifadә olunmalıdır. Bu vә buna 

bәnzәr digәr suallara hәm türkoloji dilçiliyin tarixindә, hәm dә әlinizdәki 

dәrs  vәsaitindә  daha  konkret  örnәklәrlә  vә  yeni  konseptual-linqvistik 

açıqlanmalarla cavab tapa bilәrsiniz. 

Mürәkkәb  cümlәlәr  türk  dillәrindә  artıq  sadәcә  “yarımpredikativ 

vә  tampredikativ  mәrkәzlәr”in  “qrammatik  xarakteri”nә  vә  ya  әnәnәvi 

olaraq cümlәnin mübtәda, xәbәr, tәyin, tamamlıq kimi üzvlәrinin sintaktik 

vәzifәlәrinә görә tәsnif olunmamışdır. Onlar konseptual xarakterli anlam 

sahәlәrinә vә komponentlәr arasındakı sintaktik әlaqәlәrin bütövlüyünә vә 

hәmin  bütövlüyün  hissәlәrlә  diferensiallaşmasına  görә  yenidәn  öyrәnil-

mişdir. Hәr şeydәn öncә, mürәkkәb cümlәlәrin komponentlәri arasındakı 

omonimik  sәciyyәli  sintaktik  tabelilik  әlaqәlәri  dәqiq  tәsbit  olunmuşdur. 

Mürәkkәb  cümlәlәrin  mәnaca  növlәri  subyekt,  obyekt,  zaman,  məkan, 



təyinetmə,  dərəcəlilik,  səbəb,  məqsəd,  güzəşt,  nəticə, şərt,  qarşılaşdırma, 

tərz, müqayisə kimi mәna sahәlәrinә әsasәn müәyyәnlәşdirilmişdir. Belә-

liklә,  dünyanın  dil  xәritәsinin  “semantik  tablosu”ndakı  ayrı-ayrı  anlam 

sahәlәri  ilә  müәyyәnlәşәn  konkret  dәrketmә  proseslәrinin  ümumtürk 

dilindә mürәkkәb cümlәlәrlә ifadәsinin konseptual-struktur modellәşdiril-

mәsi  aparılmışdır.  Türk  dillәrindә  mürәkkәb  cümlәlәrin  üç  konseptual-

struktur vә ya -sintaktik modeli vә hәmin modellәrdә müxtәlif kontekstual 

anlamlara görә reallaşan 23 növü vardır. Mürәkkәb cümlәnin omomodel-

lәri  vә  mәnaca  növәri  qәdim  türk  dilindәn  başlayaraq  geriyә  vә  irәliyә 

doğru bütün әski vә çağdaş türk әdәbi dillәrindә vә dialektlәrindә işlәnilir. 

Özәl-mürәkkәb quruluşlu cümlәlәrin komponentlәri arasınadakı sintaktik 

tabelilik  әlaqәlәri  bütövlükdә  subordinativ-,  koordinativ-  vә  korrelyativ-

omonimik  modellәr  çәrçivәlәrindә  müәyyәnlәşdirilir.  Ayrılıqda  isә 

ümumtürk  dili  sintaksisinә  mәxsus  olan  әn üst  predikativlik  vә  modallıq 

dәrәcәlәri  hәmin  omomodellәrdә  mürәkkәb  cümlәlәrin  ayrı-ayrı  konkret 

mәna  növlәri  kimi  kateqoriyalaşdırılır.  Belәliklә,    mürәkkәb  cümlәlәrin 



 

59 


ümumi konseptual-struktur modeli vә ya sintaktik-semantik kateqoriyalaş-

dırması işi dәrs vәsaitinin birinci vә ikinci fәsillәrindә konkret örnәklәrә 

görә aparılmışdır.  

 

3. Türkoloji dilçilikdə mətn  

Ümumtürk  mәtni,  başqa  bir  ifadә  ilә  türk  әdәbi  dillәrindә  mәtn 

1970-ci  illәrdәn  başlayaraq  türkologiyada  vә  türk  dillәri  materialları  ilә 

yazılan  linavistik  araşdırmalarda  struktur,  semantik  vә  funksional  olaraq 

mәtn sintaksisi, qrammatikası, quruluşu vә ya dilçiliyi baxımından öyrә-

nilir. Sözügedәn araşdırmalarda mәtni tәşkil edәn konkret dil vahidlәrinin 

sintaktik vә mәtnә görә müәyyәnlәşәn semantik komponentlәrinin linqvis-

tik  sıralanması  göstәrilmişdir.  Mәtnin  sәrhәdlәri,  “hökm-bilgi  vә  cümlә-

mәtn”  müstәvisindә  temaya  vә  remaya  ayrılması,  mәtndüzәldici  struktur 

elementlәr  türk  dillәri  materiaları  ilә  dә  tәsbit  olunmuşdur.  Konkret  bir 

mәtni tәşkil edәn sadә vә mürәkkәb cümlәlәrin vә mikromәtnlәrin arasın-

dakı  semantik,  qrammatik  vә  funksional  әlaqәlәr  müәyyәnlәşdirilmişdir. 

Hәmin  әlaqәlәrin  әvәzliklәrlә  vә  digәr  dil  vahidlәri  ilә  anaforiklik,  katafo-

riklik  (Yunanca:  anaphora;  catarhoric  reference  ve  anaphorik  reference), 

koranaforiklik  vә  korkataforiklik  (co-reference)  olaraq  müәyyәnlәşdirilәn 

metalinqvistik  fenomenlәrlә  yaradıldığı  vurğulanmışdır.  Belә  bir  metalinq-

vistik kontekstdә hәm yazılı abidәlәrin, hәm dә çağdaş mәtnlәrin dili üzәrindә 

durulmuşdur (Uzun 1995; Abdullayev 1999; Musaoğlu 2003 vә s.).  

Türkoloji  dilçilikdә  mәtn  dilçiliyi  arşadırması  müstәqil  ümum-

türk  mәtni  dilçiliyi  yönümündә  gerçәklәşәn  bir  fәnni  formalaşdırmaqda-

dır. Sözügedәn araşdırma yönümü türk mәtnlәrinin diaxronik vә sinxronik 

olaraq  retrospektiv,  prospektiv,  perspektiv  vә  interospektiv  aspektlәrdә 

mәtn dilçiliyinә görә әtraflı öyrәnilmәsini şәrtlәndirmәkdәdir. Bu isә daha 

sonrakı araşdırmalarda istәr çağdaş vә tarixi, istәrsә dә diskurs-yazılı dil 

örnәklәri ilә әsl ümutürk mәtni tipologiyasının müәyyәnlәşdirilmәsinә vә 

daha dәrindәn öyrәnilmәsinә şәrait yaratmaqdadır. 

 

4. Türkoloji dilçilikdə frazeologizmlərin araşdırma yöntəmləri 



və yönümləri   

 

Türkoloji  dilçilikdә  istәr  frazeologiya  kateqoriyası,  istәrsә  dә 



digәr  dil  kateqoriyaları  qohum  olmayan  xarici  dillәrlә  kontrastiv-müqa-

yisәli  yöntәmlә  işıqlandırılmalıdır.  Türkologiya  isә  bütövlükdә  uzaq 

qohum dillәr (Ural-Altay dillәri), qohum dillәr (çuvaş, yakut vә türk dil-



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə