M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə18/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   ...   14   15   16   17   18   19   20   21   ...   157

 

48 


İkinci “Əlavә”dә verilәn 23 leksikoqrafik vahiddәn bitir-, doğur-, 

doyur-,  içir-,  kayır//qayır-,  pişir//bişir-,  sızır-  ‘süzmək’,  şişir-,  yitir//itir-, 

taşır//daşır-, uçur-, vazgeçir- feillәri sözügedәn formadüzәldici şәkilçinin 

tәsirsiz  feillәrә  artırılması  ilә  әmәlә  gәlmişdir.    Bunlar    “yan  anlamlı”, 

yәni  leksik-qrammatik  mәnalı  tәsirli  feillәr  kimi  formalaşmışdır.  Batır-, 

düşür-, göçür//köçür-, kaçır//qaçır-, üşür- ‘hücum etdirmək’, yatır-, yetir- 

feillәri  dә  tәsirsiz  feillәrdәn  әmәlә  gәlmişdir,  ancaq  bunlar  hәm  tәsirli, 

hәm dә tәsirsiz feillәr kimi işlәnilir. Aş- tәsirli felindәn aşırmak//aşırmaq 

tәsirli-tәsirsiz feli әmәlә gәlmişdir. Geç//keç- tәsirli-tәsirsiz sәciyyәli “düz 

anlamlı”, yәni leksik mәnalı feildәn geçir//keçir- xarakterli “yan anlamlı” 

bir feil, iç- tәsirli feildәn isә içir- tәsirli feli düzәlmişdir (Bax: Əlavә 2).  



 

2.1.1. 4. T (-ıt, -it, -ut, -üt) etdirənlik feilləri 

 T  (-ıt,  -it,  -ut,  -üt)  morfemi  sәbәbiyyәt  bildirәn  qavramlaşma 

sahәsindә “icazə vermək, yardım etmək, səbəb olmaq, təmin etmək” vә s. 

mәnaları ilә bir işi “gördürmә, yerinә yetirmә” ifadә edәn “etdirənlik feil-

ləri”ni  formalaşdırır.  Bu  feillәr  “etdirәnlik  müstәvisi”ndә  fәrqli  bir  feil 

növü alt kateqoriyasını әmәlә gәtirir. Aşağıda Türkiyә türkcәsindәn gәtiri-

lәn  konkret  bir  dil-danışıq  ortamında  sözügedәn  feillәrin  “sәbәb  olmaq” 

vә  “yerinә  yetirmәk”  mәnaları  ilә    ayrı-ayrı  feil  növü  örnәklәri  olaraq 

işlәnildiyi müşahidә olunur: 

i a. İpteki çamaşırlar kurudu. 

i b. İpteki çamaşırlar kurumuş. 

 

ii a. İpteki çamaşırları güneş kuruttu. 



ii b. İpteki çamaşırları güneş kurutmuş. 

Ümumi  dərketmə  kontekstində    “olmaq,  tәmin  etmәk” 

mənaları ifadə olunmuşdur. 

iii a. Ayşe ipteki çamaşırları kuruttu.

*

 

iii b. Ayşe ipteki çamaşırları kurutmuş.



 

 

iv  a.  Sabahtan  beri  ipe  serilmiş  ama  hâlâ  nem  olan  çamaşırları 



Ayşe evde kuruttu. 

iv  b.  Sabahtan  beri  ipe  serilmiş  ama  hâlâ  nem  olan  çamaşırları 

Ayşe evde kurutmuş. 

                                                           

*

  Ulduz  işarәsi  gәtirilәn  cümlәlәrin  mәnaca  xәtalı  olduğunu  bildirir.    Ki-  şәkilçisi  ilә 



reallaşan  “sintaktik  çәrçivә”dә  yanlış  olaraq  işlәnilәn  mübtәda  ilә  düzgün bir  konseptual 

dәrketmә sıralanması pozulmuşdur. 




 

49 


Özəl  dərketmə  müstəvisində  “səbəb  olmaq,  yerinə  yetirmək” 

mənaları ifadə olunmuşdur. 

Zaman qavramı i a. vә i b. örnәklәrindә kuru//quru- feli xәbәri ilә 

vә  fәrqli  morfoloji  әlamәtlәrlә  ifadә  edilmişdir.  Bilvasitә  vә  bilavasitә 

gerçklәlşәn  subyektiv  şahidliyin  sözügedәn  danışıq  ortamının  formalaş-

masında feil növünün qılınışı

olaraq hәr hansı bir tәsiri yoxdur. ii a. vә ii 



b.  örnәklәrindә  gәtirilәn  cümlәlәrin  xәbәrlәri  yerindә  işlәnilәn  feillәr  ºT 

morfemi  ilә  ümumi  dәrketmә  kontekstindә  “olmaq  vә  təmin  etmək”  yan 

anlamlarını  ifadә  edir.  Buna  bağlı  olaraq  da  tәsirli  etdirәnlik  feillәri 

sәviyyәsindә  gerçәklәşmiş  vә  mücәrrәd  bir  mübtәda  ilә  işlәnildiyindәn 

danışıq  ortamına  tәsir  edәrәk  yuxarıda  göstәrilәn  sintaktik  sistemi  vә 

mәtnlinqvistik dәrketmә kontekstini bilavasitә dәyişdirmişdir. iv  a.  və iv 



b.  örnәklәrindә  gәtirilәn  cümlәlәrin  xәbәrlәri  yerindә  işlәnilәn  feillәr  dә 

ºT morfemi ilә formalaşaraq “özəl dərketmə müstəvisində sәbәb olmaq

yerinә  yetirmәk  yan  anlamları”  ilә  işlәnilmişdir.  Bunlar  da  tәsirli 

etdirәnlik feillәri kimi reallaşmışdır, ancaq konkret sәciyyәli mübtәdanın 

işlәnilmәsilә sintaktik sıraya vә mәtnlinqvistik sıralanmaya bilvasitә tәsir 

göstәrmişdir.  Buna  görә  dә,  ºT  morfemi  ilә  vә  göstәrilәn,  yan  anlam 

sahәlәri  ilә  formalaşan  leksikoqrafik  vahidlәr  “Türkçe  Sözlük”ün  uyğun 

bölümlәrindәki leksikoqrafik sıralamalarda ayrıca olaraq yer alır. T (-ıt, -



it,  -ut,  -üt)  morfemi  ilә  formalaşan  etdirәnlik  feil  növünә  örnәk  olaraq 

Türkiyә türkcәsindәn cәmi 237 feil seçilmişdir (Türkçe Sözlük 1998).  

Sözügedәn  etdirәnlik  feillәrindәn  200-ü  tәsirsiz  feillәrdәn  yan 

anlamlı  tәsirli  feil  düzәldilmәsi  morfoloji-sintaktik  modelinә  әsasәn 

müәyyәnlәşdirilir.  Bu  feillәrdәn  bәzilәri  aşağıdakılardan  ibarәtdir. 

Mәsәlәn:  acıt-,  ağart-,  aksırt//asqırt-,  bocalat-‘sürüklətmək,  tərəddüt 



etməsinə səbəb olmaq’, çaldırt- ‘oğurlatmaq’, çıngırdat//cınqıldat-, çıtlat-

                                                           



Qılmaq feli Azәrbaycan türkcәsindә ‘etmәk, görmәk, yerinә yetirmәk, әda etmәk, icra et-

mәk’, qılınmaq feli isә ‘görülmәk, әmәlә gәtirilmәk, edilmәk, yerinә yetirilmәk’ mәnasın-

da  işlәnilir  (Azәrbaycan  dilinin  izahlı  lüğәti  1964:  512).  Qılınış  sözü  hәmin  morfemlәr 

әsasında  düzәldilir.  Bu  söz-termin  felin  milli  mentalitetә  bağlı  olaraq  әsas  vә  anlamlı 

morfemlәrlә  gerçәklәşәn  leksik-semantik  mahiyyәtini  vә  eyni  zamanda  mәnaca  növlәrini 

ifadә edir. Leksik-semantik mahiyyәtә malik olan danışıq (verba dicenti), tәfәkkür (verba 

sentiendi),  hәrәkәt,  iş  (verba  operandi),  hәrәkәt  (verba  movendi)  vә  s.  feillәr  (Dmitriev 

1962:  570-598)  tәsirlilik-tәsirsizlik,  tәsdiq-inkar  vә  növ  kateqoriyaları  ilә  feil  qavram-

laşmasının birinci, zaman, şәkil vә şәxs kateqoriyaları ilә isә ikinci alt qavramlaşdırmasını 

tәşkil  edir.  Belәliklә,  dәrs  vәsaitindә  felin  birinci  alt  qavramlaşdırması  qılınış,  ikinci  alt 

qavramlaşdırması isә görünüş sözlәri ilә ifadә olunmuşdur.

 

 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə